Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə22/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

temin tərkib elementləri kimi  onlar bərabərdir.  Lakin real sosi­
al  fəaliyyətdə  onlar  bərabər  deyillər.  H ər  bir  konkret  cə­
miyyətdə  müxtəlif fərdlər,  qruplar,  siniflər,  birliklər,  stratifi- 
kasiyalar və təşkilatlar qeyri-bərabər vəziyyətdədir.
Sosial  bərabərsizlik  cəmiyyətin  ierarxiyah  strukturunun 
olmasını  təsdiq  edir.  Bir  fərd,  qrup,  sinif və  təşkilat  başqasın­
dan yuxanda və ya aşağıda yerləşir.  Bu  isə  o  deməkdir ki,  on­
lar başqası  ilə müqayisədə  çox  və ya  az  sərvətə,  hakimiyyətə 
malikdir.  Bərabərsizliyin  bu  prinsipindən  çıxış  edərək  sosial 
stratifıkasiya sosial qurumların  (qrupların,  siniflərin,  təbəqələ­
rin  və  s.)  ierarxiya qaydasında yerləşdirilmiş  vəhdətidir.  Belə­
liklə,  stratifıkasiya  fərdlərin,  qrupların,  siniflərin  məlum sosial 
sistemdə tutduqları yerə müvafiq  olaraq differensiasıyalsıdır.
İnsanların  -   sosial  birliklərin  bərabərsizliyi  cəmiyyətin 
bütün tarixi  inkişaf boyu  onun  başlıca xüsusiyyətlərindən  biri­
dir.  İbtidai icma cəmiyyətində bərabərsizlik əsaslı  deyildi.  Bu­
na görə də stratifıkasiya demək olar ki, yox  idi.
Müasir  cəmiyyətdə  insanları  gəlirlərinə,  təhsil  səviyyə­
lərinə,  hakimiyyətdə  iştirakına  görə  m üxtəlif təbəqələrə  böl­
mək  olar.  Əvvəl  silklər,  sonra  təbəqələr,  caha  sonra  isə  sinif­
lər  meydana  gəlir.  Əgər  cəmiyyətlərin bir qismində  sosial  tə­
bəqənin  (stratın)  birindən  başqasına  keçməsi  qadağandırsa, 
başqalarında  məhduddur,  üçüncüsündə  isə  tamamilə  azaddır. 
Sosial  yerdəyişmələrin  sərbəstliyi  (mobiliık)  cəmiyyətin  açıq 
və ya qapalı  olduğunu müəyyən edir.
Sosial  stratifikasiyaya  ən  lakonik təriflərdən  birini  ingilis 
sosioloqu  Entoni  Giddens  vermişdir.  C,  «stratifikasiya»nı 
m üxtəlif insan qrupları  arasında strukturlaşdırılan  bərabərsizlik 
kimi  m üəyyən  edirdi.  İnsanlar  və  ya  insan  birlikləri  (qrupları) 
arasındakı  bərabərsizlik  onların  müxtəlif  sosial  rifahları:  pul, 
maddi  və  mənəvi  sərvətləri,  hakimiyyət və  nüfuzu  əldə  etmə­
lərinin  m üxtəlif  şərait  və  imkanlarını  göstərir.  Strukturlaşdı- 
rılmış bərabərsizlik  m üxtəlif insan birliklərinin ehtiyat və sər­
vətlərə  qeyri-bərabər  imkanının  sosial  institutlar  vasitəsi  ilə 
möhkəmləndirilməsi,  deməkdir.  Bunun  nəl içəsində  cəmiyyət­
də  əlaqələndirilmiş  və  ierarxik  təşkil  olnınuş  sosial  tobəqələ-
86
rin (stratların) ciddi  sistemi yaranır.
Deməli, əgər sosial  struktur əməyin ictimai bölgüsünü 
xarakterizə  edirsə,  onda  sosial  stratifıkasiya  əməyin  nə­
ticələrinin,  sosial  nemətlərin  ictimai  bölgüsünü  xarakterizə 
edir.
İerarxiya  nisbətən  davamlı  sosial  qrup  (birlik)  üçün  xa­
rakterikdir.  İerarxiya  bütövün  elementlərinin  yuxarıdan  aşa­
ğıya  doğru  müəyyəıı  qaydada  yerləşdirilməsidir.  Birlik  (qrup) 
nümayəndələrinin  müəyyən  statusu  əldə  etməsi  üçün  onların 
kollektivdə  fəallığı  və  professional  müvəffəqiyyətləri  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Hər  bir  statusa  öz  təsir,  hakimiyyət  və 
nüfuz səviyyəsi uyğun gəlir.
İnkişaf  prosesində  birlikdə  (qrupda)  funksional  rol  və 
statuslar onları  icra edən adamların şəxsi keyfiyyətindən ayrılır 
və  spesifik  bir  struktur  yaranır.  Bu  struktura  müvafiq  olaraq, 
hakimiyyət,  nüfuz  artıq  qrup  hüdudlarında  konkret  şəxslərə 
deyil,  statusa,  rütbeyə  aid  edilir.  M üxtəlif  statusların  qeyri- 
bərabər  vəziyyəti  sosial  normalarla,  ənənə  və  mərasimlərlə 
möhkəmləndirilir  və  sosial  nəzarət  sistemi  ilə  təmin  olunur. 
Birliyin  (qrupun)  tərkibi  dəyişə  bilər,  lakin  əgər  normalar, 
ənənə və mərasimlər onun yeni üzvləri tərəfindən təkrar yara­
dılırsa,  onda  sosial  ierarxiya  da yenidən  qurulur.  Beləliklə  də, 
sosial  birliklərin  və  qrupların  yaranması,  inkişafı,  şəxsiyyətlə- 
rarası  əlaqələrin  möhkəmlənməsi  labud  olaraq  statusların  ic- 
rarxiyasının  formalaşmasına  və  deməli,  birliklərin  (qrupların) 
daxilində  təsir -  hakimiyyət,  nüfuz  və  s.  baxımından  bərabər­
sizliyin yaranmasına  gətirib çıxarır.
Sosial  ierarxiya  təkcə  qrup  (birlik)  daxilində  deyil,  həm 
də böyük  sosial sistem,  bütövlükdə cəmiyyət daxilində təzəhür 
edir.  Birinci  halda  fərdlərin  status  ierarxiyası,  ikinci  halda  isə 
birlik  və  qru  pların  status  ierarxiyası  nəzərdə  tutulur.  Seçilən 
meyarlardan  asılı  o'araq,  sosial  ierarxiyanın  bir  çox  səviyyəsi 
ola  bilər.  Lakin  bu  və  ya  digər  cəmiyyətdə  sosial  ierarxiya 
haqqında  ən  ümumi  təsəvvür yaratmaq üçün  3  əsas  səviyyəni: 
ali,  orta  və  aşağı  səviyyələri  göstərmək  kifayətdir.  Əhalinin 
bu səviyyələrə görə  ayrılması  ümumiləşdirilmiş meyarlara gö­
87


rə  mümkündür.  Çox  vaxt  bu  bölgü  iqtisadi  meyarlara  əsasən 
qurulur və  iqtisadi bərabərsizlik cədvəli  ad  anır.  Sosial  stratifi- 
kasiyanın  yönümü,  bir  qayda  olaraq,  iqtisadi  meyarlara  görə 
təsnif  edilmiş  ali,  orta  və  aşağı  təbəqələrin  nisbəti  ilə 
müəyyən edilir.
Cəmiyyətin  ierarxiya  strukturunun  stabilliyi  əhəmiyyətli 
dərəcədə  orta təbəqənin və ya  «orta sinfinə  həcmindən və ro­
lundan asılıdr.
«Orta  sinif»  bir  sıra  əlamətlərinə:  gəlir  səviyyəsinə,  is- 
tehlak  standartlarına,  maddi  və  intellektual  mülkiyyətə  malik 
olmasına,  təhsil  və  qabiliyyət  səviyyəinə,  yüksək  ixtisaslı 
əməyinə  görə seçilir.  Hal-hazırda Qərbdə  «orta sinfi» xırda və 
orta biznes nümayəndələri,  fermer və kəndlilərin,  intellektual­
ların,  mühəndis-texniki  işçilərin,  qulluqçuların,  yüksək  ixti­
saslı  fəhlələrin,  iaişə xidməti  sahəsində  çalışan  işçilərin böyük 
əksəriyyəti  təşkil  edir.  İnkişaf  etmiş  ölkələrdə  «orta  sinif» 
əhalinin  təxminən  60-70% -ni  təşkil  edir  və  tutduğu  orta  və­
ziyyətə  görə  sosial  ierarxiyanm qütbləri  arasında qarşıdurmanı 
aradan  qaldıraraq,  özünəməxsus  əlaqələndirici  rolu  həyata ke­
çirir.  Orta  sinfin  həcmi  artdıqca  onun  fundamental  sərvətləri­
nin  qədəri  də  artır.  İqtisadi  böhranlar  zamanı  orta  sinfin  və- 
ziyyətindəki  qeyri-sabitlik  cəmiyyətdə  ciddi  sarsıntılara səbəb 
olur.
Unutmaq  olmaz  ki,  sosial  ierarxiya  sosial  qrupda  mövc­
uddur və bütün  sosial  sistemlər  ierarxiya yolu  ilə  qurulub.  La­
kin  ictimai  ierarxiyanm  daimiliyi  heç  də  onun  elementlərinin, 
yəni  fərdlərin,  sosial  qrupların  və  təbəqələrin  hərəkətsiz  qal­
ması  demək  deyildir.  Fərdin,  sosial  qrupun,  sosial  təbəqənin 
özünün  sosial  ierarxiyadakı  (sosial  strukturdakı)  mövqeyinin 
(statusunun) dəyişməsi  sosial  mobillik adlanır.
Sosial mobilliyin 2 əsas tipi vardır:  üfüqi və şaquli.
Üfüqi  sosial  mobillik  və  ya  yerdəyişmə  fərdin,  yaxud 
qrupun  bir  sosial  strukturdan  statusu  (sosiıl  mövqeyi)  itirmə­
dən  başqasına  keçməsi  deməkdir.  Üfüqi  mobili iyə  nümunə 
işçinin  bir  firmadan  başqasına  eyni  vəzifəyə  keçməsini  gö­
stərmək olar.
88
Şaquli  sosial  mobillik  fərdin  və  ya  sosial  qrupun  (təbə­
qənin,  sinfin)  ictimai  ierarxiyanm  bir  səviyyəsindən  başqasına 
keçməsini  göstərir.
Yerdəyişmənin  istiqamətindən  asılı  olaraq  şaquli  sosial 
mobilliyin  iki  tipini  ayırd  etmək  olar  :  yüksələn  və  enən.  Öz 
növbəsində,  yüksələn  mobillik  iki  əsas  formada olur:  1)  fərdin 
ierarxiyanm  aşağı  səviyyəsindən  daha  yüksək  səviyyəsinə 
nüfuz  etməsi  -  fərdi  yüksələn  mobillik;  2)  fərdlərin yeni  qrup 
yaratması  və  bütün  qrupun  sosial  strukturun  daha  yüksək  sə­
viyyəsinə nüfuz etməsi -  qrup halında yüksələn mobillik.
Buna müvafiq  olaraq  enən mobilliyin də  iki  forması var­
dır:  1)  fərdin  daha  yüksək  sosial  mövqedən  onun  əvvəllər 
mənsub olduğu qrupu dağıtmadan daha aşağı  səviyyəyə enmə­
si  -   fərdi  enən  mobillikdir;  2)  müəyyən  bir  qrupun  birliyinin 
dağılması  və  onun  başqa  qrupların  fonunda  rütbəsinin  enməsi 
-  qrup halında  enən mobillikdir.
Nəzəri  cəhətdən  şaquli  sosial  mobilliyi  sıfra  bərabər 
olan  stratifikasiyalı cəmiyyət  mövcud ola bilər.  Bu o deməkdir 
ki,  belə  cəmiyyətin  daxilində  yüksəlmə  və  enmə  yoxdur;  bu 
cəmiyyət  üzvlərinin  heç  bir  yerdəyişməsi  mövcud  deyildir 
aparılmır,  hər  bir  fərd  doğulduğu  sosial  təbəqəyə  həmişəlik 
təhkim  edilib.  Belə  cəmiyyətdə  bir təbəqəni  o  birindən ayıran 
hüdud  tamamilə  müdaxilə  edilməzdir.  Onlarda hər hansı  təbə­
qə  nümayəndələrinin  digərinə  keçə  biləcəyi  heç  bir  imkan 
yoxdur.  Belə  cəmiyyəti  tam  qapalı  cəmiyyət  kimi  müəyyən 
etmək olar.
Daxili  strukturun  nəzəri  cəhətdən  əks  tipi  şaquli  mobil­
liyin  olduqca intensiv  və ümumi xarakter daşıyan  tipidir.  Bura­
da  bir  pillədən  digərinə  keçmə  imkanları  böyükdür.  Adamlar 
eyni  bir  «sosial  pillədə»  uzun  müddət  dayanmadan  «yuxarı  və 
aşağı»  hərəkət  edirlər.  Bu  tip  cəmiyyəti  açıq  cəmiyyət  kimi 
müəyyən  etmək  olar.  Cəmiyyətin  hər  iki  tipi  -  qapalı  və  açıq 
elmi  abstraksiya,  ideal  modeldir:  m üxtəlif tarixi  dövrlərdə  real 
surətdə  olan  raövcud  cəmiyyətdə şaquli  mobilliyin  intensivliyi 
və ümumiliyi dəyişir.  Belə ki,  Qədim  Hindistanda kastalar qu­
ruluşu  qapalı  cəmiyyət,  Fransa  isə  sosial  inqilablar  dövründə
89


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə