Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə30/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

ailə  və  ailə-nigah  münasibətləri  daim  sosiologiyanın  diqqət 
mərkəzində olmuşdur.
Ailə  ikili  xarakterə malikdir.  Belə  ki,  ailə  kiçik qrup ob 
maqla  yanaşı,  eyni  zamanda  sosial  intitutdur.  Ailə  sosial  va­
hiddir və qədim  sosial  institutlardan  biridir.  Lakin heç də digər 
sosial intsitutlann mənşəyi  ailədən başlamır.  Tabeçilik, koope­
rasiya və  həmrəylik heç  də valideynlərlə  uşaqlar  arasında,  ər- 
arvad və  qohumlar  arasında münasibətlər nümunəsində  qurul­
mur.  A ilə mövcud  ictimai  quruluşdan asılıdır.  Ailə  institutu ilə 
nigah  institutu  sıx  bağlıdır.  Ailənin  hüquqi  əsası  cəmiyyət tə­
rəfindən bu və ya digər formada müəyyən edilmiş nigah ittifa­
qıdır. Nigah kişi  ilə  qadın  arasında, valideynlər və uşaqlar ara­
sında münasibətləri  qəti müəyyənləşdirir, müəyyən  normalara 
salır, bununla da ona mühüm sosial institut xarakteri verir.
Nigah kişi ilə qadm arasında münasibətlərin tarixən dəy­
işkən  sosial  formasıdır  ki,  onun  vasitəsilə  cəmiyyət  onların 
cinsi  həyatını rəsm ən  qaydaya salır və təsdiq  edir, valideyn və 
həyat yoldaşı  kimi  hüquq və  vəzifələrini  müəyyənləşdirir.  Ai­
lə  nigaha  nisbətən  daha  mürəkkəbdir.  Belə  ki,  ailə  təkcə  kişi 
ilə qadını  deyil,  uşaqları və  qohumlarını da birləşdirir.
Ailəni  sosiologiya  elmi  ilə  bərabər  iqtisadiyyat,  hüquq, 
etnoqrafiya,  psixologiya, pedaqogika,  demoqrafiya və  s.  elmlər 
də  öyrənir.  Digər  elmlərdən  fərqli  olaraq  ,  sosiologiya  ailəni 
nigaha  əsaslanan,  müəyyən  sosial  funksiyaları  yerinə  yetirən 
sosial  institut  kimi  təhlil  edir.  Ailə  və  nigahın  sosiologiyası 
ailə  üçün  xarakterik  olan  sosial  münasibətləri,  ailə  birliyinin 
quruluş və  sayını  müəyyənləşdirən amlləri, ailənin digər sosial 
birliklərlə  və  sosial  həyatın  digər  sahələri  ilə  əlaqəsini,  sosial 
və psixoloji  institut kimi  ailənin  ictimai  funksiyalarını  və onun 
xüsusiyyətlərini,  nigahın  və  boşanmaların  motivlərini,  ailə 
həyatının  planlaşdınlmasına təsir edən  sosial  və  psixoloji  fak­
torları,  ailədaxili  konfliktlərin meydana gəlməsi  və  aradan qal­
dırılmasım,  aillə-nigah  münasibətlərinin  tarixi  tipləri  və  for­
malarını,  onun inkişaf pesrpektivlərini və bu sahəyə dair nəzə­
riyyələri  öyrənir.  Ailə  ərlə-arvad,  valideynlərlə  uşaqlar,
118
habelə yaxın  qohumlar arasında  münasibətləri  nizamlayan 
kiçik  qrupdur.  Ailənin  fərqləndirici  əlaməti  ev  təsərrüfatının 
birgə aparılmasıdır.  Ailənin əsası  nigaha girmiş ər və arvaddır. 
Lakin  nigahsız  ailələr  də  mövcuddur.  M əsələn,  Qərb  ölkələ­
rində nigahsız yaşayan ailələrin sayı  son zamanlar artmışdır.
Ailənin  quruluşu  dedikdə  onun  üzvləri  arasındakı  müx­
təlif münasibətlərin məcmusu başa düşülür. Nümayəndələrinin 
sayına  görə  ailələr  nuklear  (valideynlər,  uşaqlar)  və  geniş 
ailələrə  (qayınana,  qayınata,  digər qohumların  da  daxil  olduğu 
ailələr)  bölünür.  Eyni  zamanda  ailələri  «standart»  və  «qeyri- 
standart»  ailələrə  də  bölürlər.  «Standart»  ailələrə  iki  və  ya 
daha  çox  adamı  birləşdirən,  bir-birilə  qohumluq  telləri  ilə  sıx 
bağlı  olan,  nigaha  əsaslanan  və  yaxud  övladlığa  götürülmüş 
şəxslərin  yaşadığı  ailələr  aid  edilir.  «Qeyri-standart»  ailələrə 
isə  bir-biri  ilə  qohumluq  telləri  ilə  bağlı  olmayan  iki  və  ya 
daha  çlx  adamın  yaşadığı  ailələr  aiddir.  Bütün  bunlarla yanaşı 
qeyd  etmək  lazımdır  ki,  son  zamanlar  Qərbdə  tək  yaşayan 
kişilərin və qadınların sayı  xeyli  artmışdır.
Hər  bir  ailə  üzvünün  ailədə  daşıdığı  rola  görə  qarşılıqlı 
münasibətləri  dedikdə,  həmin  ailə  üzvlərinin  bir-birinə  qarşı 
davranış  norma və  münasibətlərinin məcmusu nəzərdə  tutulur. 
Ailədə  rollarına  görə  bu  münasibət  kişi  və  qadm,  ata  və  ana, 
uşaqlar,  qardaş  və  bacılar,  qayınata  və  qayınana,  yeznə,  gəlin 
və  s.  arasında olub  ənənəvi  və  müasir  ailələrdə  özünəməxsus 
xüsusiyyətləri  ilə  xarakterizə  olunur.  O.Konta  görə,  «normal» 
şəraitdə  ailələrdə  uşaq  valideynlərə  (yaşına  görə),  qadın  isə 
ərinə  (cinsi  əlamətlərinə  görə)  tabe  olmalıdırlar.  Müasir 
dövrdə  hər  iki  parametrdə  dəyişiklik  baş  verir.  Uşaqlar  çox 
vaxt  ailəni  tərk  edir,  müstəqil  yaşamağa  meyl  göstərir, 
valideynlərinin  istəyi  ilə  deyil,  öz  istəklərinə  uyğun  sənət 
seçirlətilənin  üç  əsas  tipini  ayırd  edirlər.  Birinci 
tip  ailə 
ənənəvi  (patriarxal)  ailə  hesab  olunur.  Belə  ailələrdə  azı  üç 
nəsil  bir yerdə olur və burada  lider kişidir.  Belə ki, bu cür ailə­
lərdə  qadın  iqtisadi  cəhətdən  ərindən  asılı  olur,  kişi  və qadının 
funksiyaları  dəqiq  m üəyyənləşir (ər  ailənin maddi  təminatçısı,
119


arvad  evdar  qadındır)  və  ailə  problemlərinin  həll  edilməsində 
üstünlük  kişilərə  verilir.  İkinci  tip  ailəyə  ənənəvi  olmayan 
ailələr  aid edilir.  Bu  cür ailələrdə də üstünlik kişilərin tərəfin­
dədir,  kişi  və  qadın  funksiyaları  fərqlənir.  Lakin  ənənəvi  ol­
mayan  ailələrdə  qadm  işləməklə  bərabər  həm  də  ev  işlərini 
aparır.  Bu cür ailələrə  istismarçı  ailələr də deyilir.  Üçüncü  tip 
ailəyə  eqalitar  ailələri  aid  edirlər.  Eqalitar  ailələrdə  ev  işləri 
kişi  və  qadın  arasında  bərabər bölünür,  əsas  problemlər  birgə 
müzakirə  olunur,  ailəyə  aid mühüm qərarlar birgə qəbul  edilir. 
Eyni zamanda bu cür ailələr emosional münasibətlərin zəngin­
liyi  ilə  seçilir.  Avropa  ölkələrində  uşaqlara qulluq etmək üçün 
kişilər hətta məzuniyyət də  götürürlər.
Ailənin  mahiyyəti  onun  həyata  keçirdiyi  funksiyalarda, 
quruluşunda,  hər  bir  ailə  üzvünün  ailədəki  rolunda  ifadə 
olunur.  Ailə dörd m ühüm   funksiyanı yerinə y etirir:  1. Əhali 
artım ı  funksiyası,  2.T ərbiyə  funksiyası,  3 .T əsərrü fat-iq ti- 
sadi  funksiya,  4.R ekreasion  funksiya.  İnsan  nəslinin  ardıcıl 
olaraq  dəyişilməsi prosesi  ailədən keçir.  Övlad  ailədə dünyaya 
gəlir,  onun  vasitəsilə  uşaqların  ilkin  sosiallaşması  və  tərbiyəsi 
həyata  keçirilir.  Bir  çox  mütəxəssislərin  fikrincə  ailədə 
minimum  üç  uşağın  dünyaya  gəlməsi  və  onun  boya-başa 
çatdırılması  əhali  artımı  funksiyasının  yerinə  yetirilməsi  üçün 
ölçüdür.  Nümunəvi  ailə  başçısı  olan  ailələrdə  uşaqların 
tərbiyəsi  normal  gedir,  sərxoş,  narkoman,  cinayətkar  ailə 
başçıları  isə  uşaqların  tərbiyəsinə  mənfi  təsir  göstərirlər.  Ailə 
mülkiyyətinin  toplanması  və  maddi  tələbatların  ödənilməsi 
təsərrüfat-iqtisadi 
funksiyaya  aiddir. 
Ailənin 
rekreasion 
funksiyası  emosional  müdafiəni  təmin  edir,  psixoloji  rahatlıq, 
təhlükəsizlik hissləri, sakitlik,  inam yaradılmasına xidmət edir.
Ailə  tərbiyəsinin  bəzi  stereotipləri  həm  ailədə,  həm  də 
cəmiyyətdə öz mənfi  təsirini göstərir.
Belə  stereotiplərdən  biri  uşaqların  diqqət  mərkəzində 
olmasında,  qayğı  ilə  əhatə  edilməsində  ifrata  varmaqdır. 
Uşaqlara  heç  bir  qadağa  qoyulmaması  «gül  balaların»,  eqoist 
uşaqların  yaranması  ilə  nəticələnir.  Digər  stereotip  isə  ailə
120
başçılarının  tərbiyə  funksiyasını  öz  üzərindən  atmasında  tə­
zahür edir.  Ba cür ailə başçılarına elə gəlir ki,  uşaqların tərbiy­
əsi  ilə  yalnız  pedaqoqlar,  peşəkar  tərbiyəçilər  (məktəblərdə, 
uşaq  bağçalarında)  məşğul  olmalıdırlar.  Belə  valideynlər  öz 
borclarını  yalnız  ailəni  maddi  cəhətdən  təmin  etməkdə  görür 
və  çox  vaxt  hətta  tərbiyə  üsulu  kimi  öz  uşaqlarını  döyməyə 
üstünlük  veridir.  Belə  ailələrdə  ailə  problemlərinin  birgə 
müzakirəsi  minimaldır,  dialoq  təcrübəsi  aşağı  səviyyədədir, 
uşaqlar  isə  hətta  valideynləri  ilə  ünsiyyətə  girə  bilmirlər.  Ai- 
’ədə  praqmatizm  uşaqlara  öz  həyatını  necə  qurmağı,  necə  ya­
şamağı öyrətməklə  izah olunur.
Ailədə  kişi  ilə  qadm  arasında  konfliktlərin  müxtəlif 
səbəbləri  vardır.  Psixofizioloji  konflikt  ailədə  kişi  ilə  qadın 
arasında  bir-birini  başa  düşməməkdən,  seksual  həyatın 
pozulmasından,  bır-birindən  narazı  qalmaqdan  irəli  gəlir. 
Psixoloji  konflikt ailədə  qeyri-sağlam  mühitin  yaranmasından, 
yersiz  mübahisələr  və  iradlardan  doğur.  A ilə-m əişət  yükünün 
qeyri-bərabər  bölünməsi,  ailə  tsərrüfatının  xaotik  idarə 
olunması  da  ailədə  konflikt  yaradan  sobəblərdəndir.  Eyni 
zamanda,  bir-birini  başa  düşməmək,  qarşılıqlı  hörmətsizlik, 
ünsiyyətin  zəifliyi  ailədaxili  ziddiyyətləri  artırır  və  bu 
konfliktlər  çox  zaman  ailələrin  dağılması  ilə  nəticələnir. 
Bütövlükdə  ailələrin  dağılmasının,  boşanmanın  səbələri 
şəxslərarası  konfliktlərlə  yanaşı,  məişətin  çətinliyi 
və 
ailəxarici  amillərlə  də  bağlıdır.  Şəxslərarası  konfliktlər  ailədə 
məhəbbət  hissinin  itirilməsi,  kobudluq,  qısqanclıq  və  s.-dən 
doğur.  Məişətin  çətinliyi  dedikdə  isə  mənzil  şəraitinin 
dözülməzliyi,  tərəflərdən birinin ev təsərrüfatını  aparmaq  istə­
məməsi,  ardıcıl  davam  edən  maddi  çətinlik,  məcburi  birgəya­
şayış başa düşülür.  Xarici  amillərə  isə  ər və  arvadın  bir-birinə 
xəyanəti,  tərəflərdən  birinin  və  ya  hər  ikisinin  qohumlarının, 
yaxın adamlarının ailənin daxili  işlərinə qarışması  və s.  aiddir.
121


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə