Sosiologiya (Dərslik)


rəqabət  doğurur.  Ona görə  də əməkdaşlıq və  qarşılıqlı yardım



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə38/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

rəqabət  doğurur.  Ona görə  də əməkdaşlıq və  qarşılıqlı yardım 
ilə  yanaşı,  əmək  münasibətlərinin  ən  mühüm  təzahürlərindən 
biri rəqabətdir.  Onlarda ayrı-ayrı  işçilər və kollektivlər arasın­
da  bəhsləşmənin  mahiyyəti  öz  ifadəsini  tapır.  Belə  ki,  bəhs­
ləşmə  istehsalın  səmərəliliyinin  yüksəlsməsinə  və  məhsulun 
keyfiyyətinin  yaxşılaşdırılmasına  yönəldilməlidir.  Bəhsləşmə 
və  birliyin  qarşılıqlı  əlaqəsi  onda  təzahür  edir  ki,  burada  hər 
bir  əmək  kollektivi  qarşısında  konkret  məqsəd  qoyulur.  Bu 
məqsəd  ayn-ayn  işçilərin,  sex,  sahə,  bölmə  kollektivlərinin 
qüvvəsini birləşdirir.
Bununla  da  kollektivdaxili  birliyin  səviyyəsindən  asılı 
olaraq ilkin kollektitvlər, birləşmiş, parçalanmış və üzvləri bir- 
birindən  ayrılmış  kollektivlər  kimi  bir  neçə  kollektiv  tipi 
formasında fərqləndirilir.
1.  Birləşmiş  əmək  kolleketivinin  tərkibinin  sabitliyi,  iş 
vaxtı  və  asudə  vaxtda  kollektivin  üzvləri  arasında  dostluq 
əlaqələri,  münasibətləri,  əmək  intizamını  və  ictimai  fəallığın 
nəticəsi  kimi  -  yüksək  istehsalat  göstəricilərinin  saxlanması 
birləşmiş 
kollektivin 
səciyyəvi 
cəhətləridir. 
Birləşmiş 
kollektiv  üçün  «onlar  başqa  qrupdur»,  «onlar  başqa  qrupların 
üzvləridir»  hisslərdən  fərqli  olaraq  «biz  qrupuq»  hissinin 
meydana  gəlməsi  səciyyəvi  cəhətlərdir.  Kollektivdə  özünü 
düşünmə,  yəni  kollektiv  özü-özünü  bir  ümumilik  «biz»  kimi 
dərk  etməsi  kollektiv  üzvlərinin  özlərinin  ümumiliyə  məxsus 
olmasmı,  bu  kollektivin  başqa  kollektivlərdən  fərqli  olması 
şüurunun dərk edilməsinin formalaşdırılması baş verir.
2.  Parçalanmış  kollektiv  üçün  bir-birinə  qeyri-səmimi 
münasibət  bəsləyən  bir  neçə  sosial-psixoloji  qruplann, 
işçilərin  intizamlıq  və  ictimai  fəallıq  göstəricilərində  böyük 
pərakəndəliyin  mövcudluğu  parçalanmış  kollektiv  üçün 
səciyyəvi cəhətdtr.
3.  Üzvləri  biri-birindən  aynlmış  kollektivdə  funksional 
münasibətlər  üstünlük  təşkil  edir.  Belə  ki,  onlarda  psixoloji 
əlaqələr  inkişaf etməmiş  olur,  kadr  axıcılığı  yüksəlir,  tez-tez 
münaqişələr baş verir. Parçalanmış və üzvləri bir-birindən ay­
rılmış kollektivlərdə, həmçinin birlik səviyyəsi aşağı olan kol­
150
lektivlər üçün  əksər  hallarda  konformizm  kimi  elə  bir sosial- 
psixoloji  cəhətlərə  malik  olması,  kollektivin  şaiyəyə,  dedi- 
qoduya,  vahiməli  əhval  ruhiyyəyə  meyllilik  göstərməsi, 
yüksək təlqinlik, emosional səbatsızlığıa meyllilik, qabaqcadan 
yalnış fikirdə olmağın yayılması səciyyəvidir.
Davranışın 
vəhdətliyinin 
səviyyəsinin 
öyrənilməsi 
istehsalatda  ünsiyyətin  və  kollektiv  surətdə  qarşılıqlı  təsirin, 
həmçinin  üfiqi  və  şaquli  üzrə  işgüzar  münasibətlərin,  onların 
sosial-psixoloji  və  şəxsi  münasibətlərin  qarşılıqlı  surətdə 
qovuşması  quruluşunun  öyrənilməsi  ilə bağlıdır.  Birliyin  idarə 
olunması  həm  ayn-ayn  işçilər  arasında,  həm  də  işçilərin 
müxtəlif sosial  qruplan  arasında işgüzar əlaqələrin  sabitliyi  və 
etibarlığı  dərəcəsinin  yüksəlməsini,  qarşılıqlı  məsuliyyət  və 
tələbkarlığı,  eməkdaşlaq və  qarşılıqlı  kömək münasibətlərinin 
möhkəmləndirilməsini nəzərdə tutur.
Birlik  səviyyəsinin  müəyyənləşdirilməsi  üçün  müxtəlif 
göstəricilərdən istifadə olunur, onlara faktiki və potensial kadr 
axıcılığı əmsallan, pozuculuq ünsürlərin (işə gecikmə və əmək 
intizamının  digər  pozuntuları)  sayı,  münaqişələrin  miqdarı 
aiddir.
Birlik səviyyəsinin ölçülməsi üçün həmçinin işdə qarşılıqlı 
əməkdaşlıq,  qarşılıqlı  tələbkarlıq,  qarşılıqlı 
məsuliyyət, 
qarşılıqlı  kömək  kimi  birgə  işin  keyfiyyəti  üçün  əhəmiyyətli 
olan qrup qiymətləndirilməsi metodu da tətbiq edilə bilər.
Əmək  üzrə  mütəxəssis  üçün 
birliyin  mexanizmini 
öyrənmək  peşə  marağından  irəli  gəlir,  çünki,  kollektivdaxili 
birlik əm ək məhsuldarlığının sosioloji amili kimi çıxış edir.
Kollektivin  birliyi  kadrların  sabitliyi  ilə,  yəni  onların 
müəssisəyə  bəslənən  münasibət  möhkəmliyi  ilə  bağlıdır, 
əlaqədardır.  Lakin  onu  da  qeyd  edək  ki,  daimi  kadr  tərkibli 
kollektivlərdə  heç  də  həmişə  bir  olmur.  Kadrların  daimiliyi 
hələ  birgə  pozitiv  fəaliyyətə  təminat  vermir.  Kollektiv  bütöv 
bir  sistemdir  və  ona  daxil  olan  işçilərin  mexaniki  cəmindən 
ibarət deyildir.
Əmək  kollektivinin  birliyi  prosesi  birlik  səviyyəsini  şərt­
ləndirən  amillərin  təsirinin  köməyi  ilə  tənzimlənir.  Kollektv-
151


daxili birliyin ümui və spesifik, yaxud lokal amillərini fərqlən­
dirmək lazımdır.
Birliyin  ümumi  amilləri,  yaxud  şərtləri  universaldır  və 
cəmiyyətin bütün əmək kollektivləri üçün əhəmiyyətə malikdir.
Respublikamızın müstəqilliyi prinsipial  cəhətdən yeni əx­
laqi-mənəvi  mühit,  müxtəlif fikir,  qiymətləndirmələrin,  möv­
qelərin  azad  ifadəsi  üçün  zəmin  yaratmışdır.  Bu  mühit  sosial 
dəyişikliklərin 
ödənilməsinə 
və 
cəmiyyətin 
yenileş- 
dirilməsinə,  iqtisadi,  siyasi,  sosial,  mənəvi münasibətlərin de­
formasiyaya uğramasından azad olunmasına yönəldilmiş  vahid 
fəaliyyət proqramı işəlyib hazırlamağa imkan verəcəkdir.  Kol- 
lektivdaxili  birliyin  lokal  (məhdudlaşdırılmış,  hüdudlaşdınl- 
mış)  amillərinə  əmək  kollektivinin  özünün  və  ona  daxil  olan 
işçilərin,  sosial  qrupların  spesifik xüsusiyyətləri  aiddir.  Buraya 
müəssisənin və onun bölmələrinin sosial-iqtisadi xararkteristi- 
kaları,  həmin  kollektivin  işçilərinin  şüur  səviyyəsi,  fəaliyyəti 
və  davranışı  aiddir.  Birliyin  səviyyəsi  şərtlərindən  lokal  (spe­
sifik)  amillərin  müxtəlifliyinə  baxmayaraq  onları  beş  qrupda 
birləşdirmək  olar.  Buna:  texniki-təşkilati,  iqtisadi,  təşkilati, 
soail-psixoloji və psixoloji qruplar aiddir.
Texniki-təşkilati  amillərin  təsiri  müəssisənin  texzniki 
yardımçı sisteminin funksionallaşdınlması fəaliyyəti ilə bağlıdır.
İsehsalm  və  əməyin  təşkilinin  səviyyəsi  ahəngdar  iş  üçün 
zəruri şərtlərin yaradılması  ilə, yəni materiallarla, avavdanlıqla 
və  əməyin  digər  predmet  ünsürləri  ilə  təmin  və  təchiz 
edilməsi  ilə  iş  yerlərinə  xidmət  edilməsinin  dəqiq  sistemi  ilə 
xararkterizə edilir.
Əmək  prosesinin  təşkili  formaları  fərdi  və  kollektiv 
şəkildə  ola  bilər.  Əmək  prosesi  təşkilinin  kollektiv  forması 
qarşılıqlı  əvəzedilmənin,  qarşılıqlı  yardımı,  iş  vaxtının  daha 
səmərəli  istifadə  edilməsi  məqsədi  ilə  iknci  və  qovuşan 
peşələrin  mənimsənilməsinin  geniş  istifadəsini  nəzərdə  tutur. 
Bu isə işçilərin fəaliyyətinin vəhdətliyinə kömək edir.
Birliyə  təsir  edən  ən  mühüm  təşkilati-texniki  amillərdən 
biri  təşkilati  qaydadan  ibarətdir.  Təşkilati  qayda  kollektivdə 
mövcud olan fiıknsional münasibət və əlaqələri, həmçinin, sosi­
152
al  normaların  və  sanksiyaların  tətbiqinin  xüsusiyyətlərini  ifadə 
edir.  Sosial təşkilin  ən mühüm xarakteristikası kimi,  təşkilatda- 
xili əlaqələrin norması kimi ayn-ayn bölmələr haqda əsasnamə 
və vəzifə təlimatları təşkilat ünsürləridir.  Hər bir işçinin vəzifə­
ləri,  funksiyaları, onun hüquq və məsuliyyətinin həcmi, həmçi­
nin,  vəzifələrini  yerinə  yetirmədikdə  sanksiyaları  dəqiq 
müəyyən  edilməlidir.  Bu  ümumi  məqsədin  həyata  keçirilməsi 
işində hər bir işçiyə öz vəzifələrini görməyə və belələiklə, kol­
lektivin birliyinə kömək edir.
Birliyin  iqtisadi  amilləri  hər  bir  kollektiv  üzvünün  maddi, 
əmlak,  iqtisadi  mənafelərinin  razılaşdırılması  ilə,  iqtisadi 
bölmələrin  və  bütövlükdə  bütün  kollektivin  iqtisadi  mənafeləri 
ilə bağlıdır. Əməyin ödənişi ilə müəyyən nəticələri arasında daha 
sıx əlaqənin bərpa edilərək, əmək haqqının yenidən qurulmasına, 
emək kollektivinin birliyi üçün əlverişli şərait yaradır.
Birliyin  sosial-psixoloji  amillərinə  kollektiv  üzvlərinin 
sosial  istehsalat  məlumatlandırılması,  kollektivdə  psixoloji 
mühitə  rəhbər  işçinin  davranışının  xüsisiyyətlərindən  yaranan 
rəhbərlik üsulu aiddir.
Kollektivin psixoloji mühiti -  kollektivin emosional əhval- 
ruhiyyəsi 
deməkdir 
və 
kollektivin 
üzvləri 
arasında 
formalaşmış  qarşılıqlı  münasibəti  əks  etdirir.  Psixoloji  mühit 
kollektivdə  işçi  ilə  bilavasitə  şəxslər  arasındakı  ünsiyyət 
nəticəsində  meydana  gəlir.  Bu  mühit  üfiqi  və  şaquli  üzrə 
qarşılıqlı 
münasibətlərin 
xüsusiyyətləri 
ilə, 
qarşılıqlı 
münasibətlə,  tələbkarlıqla,  əməkdaşlıqla,  qarşılıqlı  yardımla, 
inamla,  bir-birinə  olan  maraqla,  qarşılıqlı  xeyrxahlıqla, 
həssaslıq və bir-birinə olan iltifatla əlaqədardır.
Əlverişli psixoloji mühitin əlamətləri aşağıdakılardan:  kol­
lektiv  üzvlərinin  bir-birinə  olan  yüksək  tələbkarlığı,  xeyirxah 
və  işgüzar  tənqid,  kollektivin  işinin  müxtəlif  cəhətlərinin 
müzakirəsində  şəxsin  öz  fikrini  sərbəst  bildirməsi,  rəhbərin 
tabe  olanlara  təzyiqinin  olmaması,  hər  bir  işçinin  kollektivə 
mənsub  olmasından  razı  qalması,  kollektivdə  istehsalat  və 
məişət  səciyyəli  müxtəlif çətinliklərin  baş  verməsi  hallarında 
emosional  və  davranışa  cəzb  olunmasının  yüksək  səviyyədə
153


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə