Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə34/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

FƏ SİL  V III
ƏM Ə Y İN  SO SİO LO G İY A SI
§1.  Əmək sosiologiyası haqqında ümumi anlayış
XIX  əsrin  burjua  sosiologiyası  O.Kont  və  Q.Spenserin 
pozitivizmin təsiri  altında  inkişaf edirdi.  Konkret (emprik) elmi 
həqiqi,  müsbət  (pozitiv)  elmlərin  yeganə  mənbəyi  kimi  qəbul 
etmək  pozitivlərin  fərqləndirici  xüsusiyyətlərindən  ibarətdir. 
Pozitivistlərin  fikrincə,  fəlsəfənin  bir  elm  kimi  öz  abstrakt 
mühakiməsi  ilə,  nəzəri  mücərəddliyi  ilə  yaşamağa  ixtiyarı 
yoxdur.  Onlar cəmiyyət haqqında digər başqa təbiət elmlərinə 
bənzər  qurulmuş,  prinsipcə  yeni  «qeyri-metafızik»,  «pozitiv» 
elmin yaranmasım bəyan etdilər.
Sosiologlar-pozitivistlər cəmiyyətin  inkişaf səbəbəlrini  və 
strukturunu  izah  etməyə  cəhd  göstərmişlər.  Onlar  cəmiyyətin 
inkişafını  düzxətlə  təkamül  şəklində  görürdülər,  cəmiyyətin 
strukturunu  isə  m üxtəlif amillərin  bir-birinə  mexaniki  surətdə 
tabe  kimi  olması  hesab  edirdilər,  cəmiyyətin  inkişafında hansı 
amilin  ən  böyük  rola  aid  edilməsindən  asılı  olaraq,  XIX  əsrin 
qərb  sosioloji  fikrində  bir  sıra  istiqamətlər  mövcud  idi.  XIX 
əsrin  axırında  və  XX  əsrin  əvvələrində  burjua  sosioloji  fikir 
əhəmiyyətli  dərəcədə  xeyli  təsir  göstərən  sosioloqlardan 
F.Tyonnis,  Q.Zimmel,  E.Dürkeym,  M.Veber,  V.Pareto  ən 
görkəmliləri 
hesab  olunmuşlar.  Onlar  Qərb  sosioloqlarının 
klassikləri sayılırdılar.
Fransız  sosioloqu 
E.Dürkeym 
əmək 
problemlərinin 
öyrənilməsinə  böyük  diqqət  yetirmişdir.  Onun  əsərlərində 
kollektiv təsəvvürlər və onların fərdlərə təsiri  əsas yer tuturdu. 
Əmək  bölgüsü  ilə  əlaqədar  olaraq  cəmiyyət  və  şəxsiyyət 
arasında  münasibət  m əsələsi  E.  Drükeymin  «İctimai  əmək 
bölgüsü  haqqında»  əsərinin  predıneti  olmuşdur.  Müəllifin 
tədqiq  etdiyi  ən  mühüm  hadisə  «sosial  həmrəylik»  problemi 
olmuşdur.  Bu  həmrəylikdə  o,  mexaniki  və  üzvü  həmrəyliyi 
bir-birindən ayırmışdır.
134
Əməyin sosiologiyası ümumi  sosiologiya elmin bir hissəsi­
dir.  Əmək  fəaliyyəti  sırasında  nəzəri  və  tədbiqi  sosioloci  təd ­
qiqatların  aparılması  nətijəsində  əmək  sırasında  sosial  proses­
lər  və  hadisələr  haqqında  biliklər  toplusu  əm ələ  gəlir.  Nətijə 
etibarilə  əmək  haqqında  xüsusi  sosioloci  nəzəriyyənin  yaran­
masına  gətirib  çıxarır  və  ona  zərurət  yaranır.  Beləliklə  sosial- 
əmək  münasibətləri  sferasında  xüsusi  bir  elmi  sahəsi  olan 
əməyin  sosiologiyası  formalaşır.  Əməyin  sosiologiyasında  so­
siologiya  elminin  prinsiplərindən,  kateqoriyalarından,  anlayış 
və  tədqiqat metodlarından  istifadə olunur.  Həmçinin sosial  ha­
disə  və  proseslərin  öyrənilməsinə  kompleks  yanaşmağa əsas­
lanaraq əmək  sferasına tətbiq edilir.
Əməyin  sosiologiyası  sosial  prosesləri,  hadisələri  və  meyl 
etməni  sistem  halında  öyrənməyə  istiqamətləndirilməlidir. 
Ona görə də sosial  qanunların  və  qanunauyğunluğun  müəyyən 
edilməyi  və  onların  fəaliyyət  mexanizminin  öyrənilməsi 
zəruridir.  Bu  prosseslərdo  insanların  fəaliyyəti  qrupların 
qarşılıqlı  əlaqələri,  onların  fəaliyyət  mübadiləsi  və  sosial 
münasibətləri  formalaşır.  Həmin  qarşılıqlı  əlaqələrin  və 
münasibətlərin 
düzgün 
qiymotondirilmosində, 
sosioloci 
sahədə bilik və metodlar mühüm əhəmiyyət kəsb edir.
Sosial  münasibətlər  özünün  çoxjəhətliliyini  iqtisadi,  hüquqi, 
siyasi, ideoloci və mənəvi münasibətlər formasında təzahür etdirir.
Sosial  münasibətlərin  yaranması,  formalaşması  vo  onların 
daşıyıjıları  arasında  əlaqələrin  qurulması  sosial 
əmək 
münasibətləri baxımından xüsusi olaraq öyrənilməlidir.
Əmək  sferasında  sosial  ümuminin  əsas  növü  kimi  kollektiv 
çıxış  edir.  Kollektiv  əmək  prossesiııdə  bilavasitə  yaxud  dolayı 
yolla  işçilərin  qarşılıqlı  təsirinin  məzmununu  sosial  prosseslər 
və əm ək  münasibətləri yaradır.
Əmək  münasibətləri  istehsal  münasibətlərinin  mühüm 
tərkib  hissəsi  kimi  çıxış  edir.  Onlar  fəaliyyət  mübadiləsini 
zəruriliyi  ilə əlaqədar olaraq sahələr arasında əmək bölgüsü və 
əmək 
kooperasiyasının 
əsasında 
yaranır. 
Əməyin 
münasibətləri  bilavasitə  janlı  əmək  prosesində  işçilərin 
fəaliyyətində janlı  əməyin daşıyıjıları arasında yaranır.
135


Bütün  bunlarla  yanaşı  əməyin  sosiologiyasının  öyrəndiyi 
problem  haqqında  m üxtəlif tikirlər  mövjııd  olmuşdur.  Belə  ki. 
tarixən  əməyin  qiymətləndirmişlər.  Bununla  yanaşı  əməyin 
sosiologiyası  sosial  davranış  haqqında  elm,  əmək  kollektivlə­
rində  şəxsiyyətlər  arası  münasibətləri  öyrənmək  kimi,  istehsal 
prosesində  adamların  ijtimai  fəallıqlarını  öyrənən  elm  kimi, 
əməyin  ijtimai  hadisə  və  ijtimai  münasibətləri  öyrənən  elm 
kimi  müxtəlif fikirlər söylənilmişdir.
Lakin  qeyd  etmək  lazımdır  ki,  əməyin  sosiologiyasında 
öyrənən  m əsələlər içərisində  əsas  yeri  əmək  münasibətləri  vo 
əmək  situasyası  müəyyən  edir.  Beləki,  işçilər  arasında  müəy­
yən  əmək  bölgüsü  və  əm ək  kooperasiyası  əsasında  müvafiq 
dəyərlər  və  mənafelər  baxımından  sosial  əmək  münasibətləri 
yaranır,  əməyin  sosiologiyası  nəzəriyyəsində  sosial  əmək  mü­
nasibətlərinin  düzgün  dəqiq  müəyyən  edilməsi  və düzgün  başa 
düşülməsi  mühüm  əhəm iyyətə malikdir.
Xüsusi  sosioloci  nəzəriyyə  kimi  əməyin  sosiologiyasının 
predmeti  əmək  sferasında sosial  əmək münasibətlərinin quruluşu 
və mexanizmi, eləjə də sosial prosesləri öyrənməkdən ibarətdir.
Əməyin  sosiologiyasının  öyrəndiyi  predmetin  belə  izah 
edilməsi  müasir  sosioloci  nəzəriyyədə  üstünlük  təşkil  edir. 
Məhz  sosial  əmək  münasibətləri  onların  quruluşu  və  mexa­
nizmi,  həmçinin  sosial  proseslər əməyin  sosiologiyası  elmində 
əsas  yer  tutur.  Əmək  münasibətlərinə  özlüyündə  2  aspektdə 
baxıla  bilər:  funksional  və  sosioloci  münasibətin  funksional 
aspekti  əmək  prosesi  iştirakçıları  arasında  baş  verir  və  əmək 
bölgüsü  və  əmək  kooperasiyasına  əsaslanır.  Bununla  da  işçi 
qüvvəsinin  say  nisbətinin  qurulmasında,  peşə  ixrisas tərkibinin 
müəyyən  edilməsində özünü  göstərir.
İşçilərin  belə  tərkibi  məhsul  istehsalına zəruri  vaxt  rnəsrəf- 
lənmiş,  müəyyən  növ  məhsulların  hazırlanmasının  əmək  tutu­
mu  vasitəsilə  müəyyən  edilir.  Bu  məsələlər  əməyin  iqtisa­
diyyatı  əməyin  normallaşdırıİması  və  elmi  təşkili  vasitəsilə  öy­
rənir.
136
Əməyin münasibətin  sosioloci  aspektində  işçilərin və  sosi­
al  qrupların  sosial  vəziyyətləri,  onların  mənafeləri,  əmək  dav­
ranışı və dəyərlərindən ibarətdir.
Əmək  jəmiyyətin  sistemilə  yanaşı  əsas  sistemlərdən  biri 
olduğuna  görə  əmək  prosesi  iştirakçıları  arasında  müxtəlif 
çoxsaylı  sosial  əmək  münasibətləri  yaranır və  həyata keçirilir.
İşçilərin  əmək  davranışı  onların  tələbatları  mənafeləri, 
dəyərlik  arentasiyaları  habelə  əmək  situasiyaları  təsiri  ilə 
yaranır və formalaşır.
Əməyin  sosiologiyasında  sosial  qruplar,  dəyərlər  mənafe­
lər,  sosial  davranışlar  əm əyə  uyğunlaşma,  sosial  təşkiletmo 
əməyin  stimullaşdırılması,  əməyin  motivləşdirilməsi,  əmək 
kollektivinə  rəhbərlik,  kollektivin  birliyi  prosesi  əmək  fəaliy­
yətində yerdəyişmə m əsələləri  dərindən öyrənilməlidir.
§2.  Elmi texniki tərəqqi və əməyin məzmunu
Əmək  prosesinin  özündə,  onun  məzmunu  və  xarakterində 
baş  verən  dəyişikliklər  əmək  sferasında  yaranan  bütün  sosial 
proseslərə: 
əməyin 
motivloşdirilməsinə, 
əmək
uyğunlaşmasına,  sosial  nəzarətə,  kollektivdaxili  birliyə  və  s. 
təsir  edir.  Belə  ki,  avtomatlaşdırılmış  istehsal  prosesində 
işləyən  fəhlələrin  motivlərinin  quruluşu  mexanikləşdirilən 
əməklə  məşğul  olan  fəhlələrin  motivlərinin  quruluşundan 
fərqlənir.  Yüksək  təhsil  səviyyəli  işçilərin  əm əyə  uyğunlaşma 
prosesi  omoyin  yüksok  məzmunu  olan  sahələrdə  daha 
müvəffəqiyyətli  olur.  Ona  göro  do  bütün  sosial  proseslərə 
nisbətən əmək prosesi  əsas,  ilkin sosial proses olaraq qalır.
İctimai  əmək  ən  tam  şəkildə  «əməyin  funksional  məzmu­
nu»  və  «əməyin  sosial-iqtisadi  xarakteri»  kateqoriyalarında 
açılır.  «Əməyin  məzmunu»  məfhumunun  köməyi  ilə  əməyin 
istehsalat  texniki  cəhəti  açılır;  «əməyin  xarakteri»  məfhumu­
nun köməyi  ilə  isə sosial-iqtisadi  cəhəti  açılır.
137


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə