Sosiologiya (Dərslik)


Əməyin  məzmunu  əmək  prosesində  insanın  və  əmək  funk­



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə35/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

Əməyin  məzmunu  əmək  prosesində  insanın  və  əmək  funk­
siyaları  tərkibini  -  işçinin  yerinə  yetirdiyi  hərəkətlərin  məcmusu, 
onların nisbətini və qarşılıqlı əlaqələrini təmsil edir.
Əməyin məzmununun  dəyişilməsi  işçilərin  istehsal  prose­
sində  tutduğu  mövqeyə,  onun  fəaliyyətinə  və  onların  əmək 
funksiyalarına  xeyli  dərəcədə  təsir  edir.  Məlum  olduğu  kimi 
işçilər  istehsalatda  aşağıdakı  funksiyaların'.  -   eneıci  sərfi,  ijra- 
etmə,  nəzarət-tənzimləmə  və  idarəetmə  funksiyalarını  yerinə 
yetirirlər.  Bu  prosesdə  fəhlənin  ijra  etdiyi  işin  xarakterindən, 
peşəsindən və  ixtisas səviyyəsindən asılı olaraq funksiyaların­
da yerdəyişmə  baş  verir.  Odur ki,  funksiyaların  yerinə  yetiril­
məsinə  əmək  sərfi  dəyişildiyi  kimi  onun işçinin  birliyinə,  in­
tellektual səviyyəsinə,  iş yerinə olan tələblər də dəyişilir.
Əmək funksiyaların  dəyişilməsi  və  onların  yerinə  yetiril­
məsinə  vaxt  məsrəfinin  dəyişilməsi  əməyin  məzmununun 
dəyişilməsi  deməkdir.  Əməyin  məzmunundakı  dəyişikliklər 
bu və  ya digər funksiyaların yerinə  yetirilməsinə sərf olunmuş 
iş vaxtının strukturunun təhlili  əsasında öyrənilir.  Əməyin me- 
xanikləşdirilməsinin  müxtəlif səviyyəsi  -  əl  əməyi,  mexanik- 
ləşdirilmiş  əmək,  avtomatlaşdırılmış  əmək  -   bu  və  ya  digər 
konkret  əməyin  funksiyalarının  müxtəlif nisbətliyini  qabaqca­
dan müəyyənləşdirir.
Əməyin  məzmunluğu  dedikdə  əməyin  zehni  (əqli)  fəa­
liyyətilə  dolğunluğu  başa  düşülür.  Bu  halda  istehsalat  tapşı­
rığının  həll  edilməsində  işçi  informasiyadan  istifadə  edir.
 
Əməyin  məzmunluğu  işçinin  yerinə  yetirdiyi  əmək  funksiya­
ların  mürəkkəbliyinin  səviyyəsini,  müxtəlifliyini  və  onun  is­
tehsalat müstəqilliyini  əks  etdirir.
Xüsusilə  qeyd  etmək  lazımdır ki,  indiki  mərhələdə  elmi- 
texniki  tərəqqi  hər şeydən  əvvəl  özünü mütərəqqi  texnologiya 
sahəsində  göstərir.  Mexanikləşdirmə  və  avtomatlaşdırmada 
böyük  rol  oynayır.  Lakin  əmək  cisminə  təsir  edilən  üsulun 
özünün dəyişdirilməsi getdikcə daha çox əhəmiyyətə malikdir. 
Fəaliyyət göstərən  texnologiyanın  təkmilləşdirilməsi  isə  inki­
şafın  təkamül  yolu  deməkdir.  Bu yol  isə az ixtisaslı  əl  əməyi
138
ilə məşğul olan  fəhlələrin  sayının  və  xüsusi  çəkisinin  azalma­
sının əsas səbəbidir.
İstehsalın  sosial  parametrləri  özünü  istehsalatda  məşğul 
olan  işçilərə  göstərdiyi  təsirdə  xarakterizə  edir.  Ona  əməyin 
məzmunu,  əmək şəraiti,  istehsalat zədələnmələri  və peşə x əs­
tələnmələrinin səviyyəsi,  əmək haqqının miqdarı,  işçilərin pe­
şə-ixtisas  tərkibi,  onların  əm əyə  münasibəti  aiddir.  İstehsalın 
texniki-texnoloji  bazasının  möhkəmləndirilməsi  nəticəsində 
onun  təsirini  müəyyənləşdirən  digər başqalarını  da  müəyyən­
ləşdirən  əsas  sosial  parametrlərə  əməyin  məzmunluğu  və  şə­
raiti  aiddir.  İstehsalı  texniki-texnoloji  bazasında  köklü  dəyişi- 
liklərin  edilməsi  ilə  ağır əl  işlərinin,  az  ixtisaslı  əməyin,  yek­
nəsəq əməyin aradan qaldırılması, əm əyə münasibətin optimal 
nümunəsini  formalaşdırmağa  səbəb  olur.  Bununlada  işçilərin 
bütün əmək potensialının inkişafını və tətbiqini təmin edirlər.
Texnikada,  texnologiyada,  əmək  alətlərindəki 
dəyişik­
liklərlə yanaşı,  işçilərin  əməyinin  məzmunluğuna əməyin  təş­
kili  formaları  da  təsir  edir.  Əməyin  fərdi  təşkili  formaısndan 
briqada formasıma keçilməsi,  peşələrin  əvəz  edilməsi,  istehsa­
lat  əməliyyatlarının  növbələşməsi,  fəhlələrin  idarəçilik  fun­
ksiyalarına  cəlb  edilməsi,  istehsalat  müstəqilliyinin  genişlən­
məsi  və  iqtisadi  münasibətlərin  təkmilləşdirilməsi  işçilərin 
əməyinin məzmunluğunu artırır.
İstehsal-təsərrüfat  kompleksin  sosial  struukturunun  məf­
humu.  Sosioloji  nöqteyi  nəzərincə  əməyin  məzmununda  baş 
verən  dəyişikliklərə  həm  cəmiyyətin,  həm  də  ayrı-ayrı  isteh­
sal  təsərrüfat  komplekslərin  sosial  struturunda  dəyişiklikləri 
şərtləndirən  bir  çıxış  nöqtəsii  kimi  baxılır.  Əməyin  məzmun- 
luğunun  öyrənilraəsiniə  sosioloji  yanaşmağın  mahiyyəti  onun 
istehsalatda  müxtəlif  sosial  qrupların  rolu  və  yeri,  həmçinin, 
onların  arasında  sosial  fərqlərin  təsirini  tədqiq  etməkdən  iba­
rətdir.
Əməyin  məzmunun  dəyişdirilməsinin  çıxış  bazası  -   əmək 
alətlərinin  təkmilləşdirilməsidir,  çünki  bu  əmək  bölgüsünün 
dəyişdirilməsinə  aparıb  çıxarır.  Bu  isə,  öz  növbəsində,  işçilə­
rin peşə-ixtisas tərkibini  müəyyən edir.  Peşə-ixtisas tərkibinin
139


dəyişdirilməsi  həm  аул-аул  kollektivlərin,  həm  də  ərazinin, 
sahələrin,  bütövlükdə  cəmiyyətin  sosial  strukturlann  dəyişdi­
rilməsinə,  işçilərin müxtəlif qruplanmn  dəyişdirilməsinə  apa- 
nr.
Cəmiyyətin, ərazinin, sahənin, kollektivin sosial strukturu sosial 
qrupların və onların arasındakı sosial münasibətlərin məcmusundan 
ibarətdir, yəni bu və ya digər birliyin mövqeyi üzrə  münasibətlərin 
məcmusudur.  Sosial  qrup  sosial  strukturun  əsas  ünsürü  kimi  çıxış 
edir.  Sosial qrupa ümumi sosial əhəmiyyətli əlamətə görə birləşmiş 
adamların məcmusunu aid edirlər.
Əməyin sosial-iqtisadi mütənasibliyi peşə  ixtisas qruplann 
sosial  keyfiyyətlərindəki  fərqləri  şərtləndirir.  Bu  fərqlər 
işçilərin  differensallaşmağına,  onların  sosial  müxtəlifliyinə 
gətirib  çıxarır.  Əməkdə  sosial-iqtisadi  fərqlər  iqtisadi  əsasdır. 
Bu  sosial  xassələr üzrə  işçi  qrupları  arasında  fərqlər yığılır və 
təkrar  istehsal  edilir.  Onların  ən  mühümləri:  maddi  və  sosial 
nemətlərlə  (mənzil,  sosial  mədəni  təyinatlı  obyektlər,  tibbi 
yardım  və  s.)  təminolma  dərəcəsi,  orta  əmək  haqqının 
səviyyəsi,  ailənin  hər  üzvünə  düşən  orta  gəlirin həcmi,  təhsil 
səviyyəsi,  əmək  və  ictimai  fəallığın  səviyyəsi,  boş,  asudə 
vaxtın  istifadə  edilməsinin  xarakteri  və  həyat  tərzinin  digər 
göstəricilər onlardan ən mühümləridir.
İşçinin  bu  və  ya  digər  sosial  qrupa  məxsus  olması  onun 
sosial  statusunu  səciyyələndirir,  yəni  elə  bir  mövqe  ki,  bu 
mövqe  son  nəticə  etiban  ilə  onun  heyat  tərzinə  təsir  edir. 
Sosial  mövqedə  fərq  müxtəlif sosial  qruplann  nümayəndələri 
arasında sosial məsafələr yaradır.
§3.  Əməyə münasibətin mahiyyəti və onun göstəriciləri
Əməyin  xarakteri  əməyə  münasibətin  ən  mühüm  əlaməti 
kimi  çıxış  edir.  Əməyə  münasibət maddi  və  mənəvi  nemətlərin 
bölgüsü  üzrə  işçi  və  əmək  arasında  əlaqəni  ifadə  edir.  Bu 
münasibətdə işçi və cəmiyyətin bilavasitə əlaqəsi əks olunur.
Əməyə münasibət -  mürəkkəb sosial hadisədir.  Bu münasi­
bət üç ünsürü təmsil edir: əmək davranışının motiv və orientasiy-
140
asını;  işçilər  tərəfindən  əmək  situasiyasının  qiymətləndirilməsi; 
verbal (şifahi dil cavabı) davranışı.
Əməyə münasibətin ilkin motivləşdirmə ünsürü,  əmək mo­
tivləri  və  qaydalan  ilə  bağlıdır  ki,  işçi  öz  əmək  fəaliyyətində 
onlan rəhbər tutur.  Onlar  əmək  davranışının,  əmək  hərəkatlan 
və  fəaliyyətinin  vadarediciləridir  və  məcmu  halda  motiv- 
ləşdirmənin özəyini yaradırlar.
Əməyə  münasibətin  ikinci  ünsürü,  mahiyyətcə,  işçilərin 
əmək fəallığıdır və  davranışın  istehsal  normalann yerinə  yeti­
rilməsi  norması,  yerinə  yetirilən  işin  keyfiyyəti;  nizam  inti- 
zamlıq;  təşəbbüskarlıq;  texniki yaradıcılıqda -   səmərələşdirici 
və ixtira fəaliyyətində -  iştiraketmə;  bəhsləşməyə  daxil  olma, 
peşələrin  əvəz  edilməsi;  çoxdəzgahh  xidmətə  keçilməsi; 
əməyin  qabaqcıl  fənd və metodlanmn mənimsənilməsi;  xam­
mal,  eneıji,  avadanlıqdan  qənaətlə  istifadə  edilməsi  kimi  for­
malarda təzahür edir.
Əməyə münasibətin üçüncü qiymətləndirmə ünsürü işçilərin 
obyektiv  həyəcanlan,  onlann  emosiyalan  ilə,  yerinə  yetirilən 
işdən  irəli  gələrək  onlann  daxili  vəziyyəti  ilə  əlaqədardır. 
Subyektin  özünün  əməyini  qiymətləndirmədən  onun  hər  bir 
fəaliyyəti  başa  çatmamış,  natamam  hesab  olunur.  Beləliklə, 
əməyə münasibət öz real ifadə formasına görə subyektivdir.
Əməyə  münasibətin  obyektiv  göstəriciləri  istehsal  olun­
muş  məhsulun  yerinə  yetirilən  tapşınqlann  kəmiyyət  və 
keyfiyyətində; təşəbbüskarlıq dərəcəsində; nizam-intizamlığm 
səviyyəsində  öz  ifadəsini  tapmaqla  işdə  məsuliyyətli  və 
vicdanlı olmaq dərəcəsindən ibarətdir.
Əməyə  münasibətin  obyektiv  göstəriciləri  işdən  ümumi 
razıqalma,  həmçinin  istehsal  situasiyasının  müxtəlif ünsürlə­
rindən,  yəni  əmək  haqqının  səviyyəsindən  eməyin  məzmunu 
və  şəraitindən,  rəhbər  işçilər  və  iş  yoldaşlan  ilə  qarşılıqlı 
münasibətlərdən razı qalmaqdan ibarətdir.
Əm əyə  bəslənən  münasibətə  təsir  edən  am illər  əməyə 
bəslənən  münasibətin  öyrənilməsinin məqsədi -  onun  forma­
laşmasının  mexanizmini  aşkar  və  onu  idarə  etməkdən  ibarət­
dir.  Bu  məsələnin  həyata  keçirilməsində  ən  əhəmiyyətli  an -
141


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə