Sosiologiya (Dərslik)


§3.  Təhsilin sosiologiyası



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə31/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

§3.  Təhsilin sosiologiyası
Təhsilin  sosiologiyası  sosioloji  bilik  sahəsi  olub  sosial 
institut  kimi  təhsil  sisteminin  inkişaf qanunauyğunluqlarını  və 
funksiyalarını,  onun  cəmiyyətlə  qarşılıqlı  təsir prosesini  öyrə­
nir.  Lakin  təhsilin  sosiologiyası  təhsili  sosial  institut  kimi  öy­
rənm əklə kifayətlənmir,  ona həm də sosial  təşkilat kimi, habe­
lə təhsil sahəsində həyata keçirilən sosial  siyasət kimi  yanaşır.
Təhsilin  sosiologiyası  diqqəti  təhsilin  iqt sadi,  sosial  və 
mədəni-ideoloji  funksiyalarına,  onların  qarşılıqlı  əlaqələrinə 
və  dəyişilməsinə  yönəldir.  İqtisadi  aspektdə  təhsilin  sosiolog­
iyası  təhsilin  sosial-iqtisadi  inkişafda,  elmi-texniki  tərəqqidə, 
iqtisadiyyatın  strukturunun  yenidən  qurulmasında,  elmlə  isteh­
salatın  qarşılıqlı  əlaqəsinin  təmin  olunmasında  rolunu öyrənir. 
Təhsilin  sosial  funksiyası  onun  təkrar istehsalda və  cəmiyyətin 
sosial  strukturunun  inkişafında  (fərdlərin  və  sosial  qrupların 
sosial  vəziyyəti  ilə  təhsilin  səviyyəsi  arasında  qarşılıqlı  əlaqə­
nin  yaranmasında)  oynadığı  rolla  bağlıdır.  Mədəni-ideoloji 
aspekt mədəniyyətin  qorunması  və onun  inkişafı, gələcək  nəs- 
lə  ötürülməsi  m əsələlərini,  biliyin,  sosial  normaların,  mənəvi 
sərvətlərin,  sosial  vərdişlərin,  təhsil  sistemində  fərdin  sosial- 
laşmasmm qarşılıqlı  təsirini  öyrənir.
Təhsil  müəssisələrinin  öyrənilməsinin  predmetinə  for­
mal  və  qeyri-formal  strukturlar,  gənclər  kollektivləri,  müəllim 
peşəsinin  sosial  statusu,  tədris  kollektivlərində  idarəetmənin 
və  özünüidarənin  spesifikliyi  aiddir.  Təhsilin  sosiologiyasında 
sosial  siyasət  problemləri  mühüm  yer  tutur.  Buraya  müxtəlif 
təhsil  funksiyalarının  optimallaşdırılması,  müxtəlif sferalarda 
istehsalda,  elmdə,  mədəniyyətdə,  idarəetmədə  onun  effektiv­
liyinin  artırılması, bütövlükdə  isə insan  amili  daxildir.
Təhsil  sosiologiyasının  əsası  E.Dürkheym  və  M.Veber 
tərəfindən  qoyulmuşdur.  Onlar  təhsilin  sosiologiyasının  sosial 
funksiyasını,  onun  iqtisadi  və  siyasi  proseslərlə  əlaqəsini,  ha­
belə  təhsil  müəssisələrinin,  pedaqoji  proseslərin  sosioloji 
müəssisələrlə  əlaqəsini  tədqiq  etmişlər.  Sonralar  isə  T.Parsons
təklif  etmişdir  ki,  təhsili  miiasir  cəmiyyətdə  sosiallaşma  insti­
tutu  kimi  tədqiq  etmək  lazımdır.  Təhsil  müəssisəsinə  və  onun 
elementlərinə  sosial  sistemlər -  rolların  və  normaların  sistem­
ləri  kimi  baxılmasının  məqsədəııyğıınluğıı  irəli  sürülmüşdür. 
U.Qordon,  C.Qetsels, C.Koleman bu sistem  çərçivəsində  mək­
təblər,  sinifi ər,  təhsil  alanların  qeyri-formal  qrupları,  sosial- 
psixoloji  mühit,  konfliktlərin  mənbəyi,  və  tədrisin  üsıılıı  və 
s.tədqiq  etmişlər.  XX  əsrin  70-ci  illərindən  başlayaraq  diqqət 
daha çox təhsil  alan  şəxsin  sosial  vəziyyətinin  təhsil  sisteminin 
uğurlarına  təsirinin  təhlilinə  verilməyə  başlandı.  N.Qross, 
U.Bnıkover,  R.Budon  və  R.Kollins  təhsil  və  sosial  strati Aka­
siyanın  əlaqəsini  önə  çəkdilər.  Bundan  başqa,  təhsilin  və  sosi­
al  stratifikasiyanın  iqtisadiyyatla  və  siyasətlə  əlaqəsinə 
P.Bıırdye və  M.Hannan  dalıa  çox  fikir verməyə başladılar.
«İnsan  kapitalı»  nəzəriyyəsinə  görə,  təhsil  gələcək  iiçün 
kapital  qoyuluşudur,  digəı  kaptia!  qoyuluşları  kimi  təhsil  do 
gələcəkdə gəlir götürmək  imkanlarına  malikdir.  T.casteı in  fik­
rincə,  «insan  öz  həyatını  bir  sıra  sahələrdə  kapital  toplamaqla 
başlayır,  bn  kapital  uşaq  vaxtlarından  toplanır,  məktəb  illərin­
də davam  edir,  ali  təhsillə zənginləşir.  Lakin  bu  kapital  alıcılıq 
qabiliyyətini  o zaırıan  itirir ki,  onıııı  peşə  hazırlığı  müasir tələ­
bata  cavab  vermir».  Bıı  nəzəriyyəyə  görə,  keçmişdə  sərf 
olunmuş güc, çəkilmiş əziyyət gələcəkdə  mükafatlandırılır.
Təhsil  prosesi  yalnız  təhsil  alanın  müəyyən  fəaliyyət 
növiinə  hazırlaşmasından  ibarət  deyildir,  o,  habelə  insaııııı  c ə ­
miyyətdə  statusuna  təsir  göstərir.  Təhsil  çox  vaxt  sosial  pillə- 
kandan  yuxarıya doğru  hərəkət  (içiin, sosial  mobillik  üçün  əsas 
rolunu  oynayır.  Təhsil,  eyni  zamanda,  pıaktik  və  simvolik 
əhəmiyyətə  malikdir.  İnsanlar  əldə  etdikləri  öz  biliklərdən  öz 
spesifik  məqsədlərinə  çatmaq  üçün  istifadə  edirlər.  Məsələn, 
tibb  fakültəsini  bitirib,  lıəkim  olan  şəxs  öz  biliyini  praktikada 
tətbiq  edir.  Eyni  zamanda,  həkimlik  diplomu  həm  də  üstünlük 
göstəricisidir.  Diplom  sosial  statusun  simvoluna  çevrilir.  T ə h ­
silin  simvolik  aspekti  də öz  əksini  məhz  bunda  tapır.  R.Kollinz 
qeyd  edir  ki,  ABŞ-da  təhsil  sisteminin  genişlənməsi  lıeçdə
123


ixtisaslı  mütəxəssislərə  ehtiyacın  olması  ilə  deyil,  var-dövlət, 
hakimiyyət  və  üstünlük  uğrunda  «status  qrupların»  mübarizə­
sinin nəticəsidir.
Bütün 
təhsil 
prosesi 
insanların 
sosiallaşmasına 
istiqamətlənmişdir.  Sosiallaşma  prosesində  isə  şəxsiyyətin 
formalaşması  baş  verir.  Sosiallaşma  bir  çox  dəyərlərin 
mənimsənilmsini  tələb  edir  və  bunun  əsasında  insanlann 
gündəlik  həyatı  qurulur.  E.Dürkheym  göstərir  ki,  təhsilin  əsas 
funksiyası  hakim  mədəniyyətin  dəyərlərini  gələcək  nəsillərə 
ötürməkdir.  Tarixən  m üxtəlif cəmiyyətlərin  mədəni  dəyərləri 
bir-birindən  fərqlənmişdir.  Məsələn,  Qədim  Yunanıstanda 
adamlar  incəsənətə  xüsusi  diqqət  yetirirdilərsə,  Qədim 
Romada  təhsilin  əsas  məqsədi  hərbçilər  və  dövlət  adamları 
yetişdirməkdən ibarət olmuşdur.  Orta əsrlərdə dini təhsil üstün 
olmuş,  İntibah  dövründə  təhsilin  əsas  məqsədi  ədəbiyyat  və 
incəsənəti  öyrənmək  olmuşdur.  Müasir  dövrdə  isə  təhsil 
sistemində təbii-elm i  fənlərə  daha çox  üstünlük  verilir və  eyni 
zamanda  şəxsiyyətin  inkişafına  xüsusi  diqqət  yetirilir. 
Gənclərin  cəmiyyətdə  bərqərar  olmuş  mədəni  sərvətləri 
mənimsəməsi  ruhunda  tərbiyə  olunması  mövcud  sosial 
nizamın  qorunmasına  xidmət  edir.  Bir  çox  ölkələrdə  təhsil 
məcburidir.  Belə  ki,  tələbələr  təhsil  almaqla  yanaşı,  idmanla, 
hərbi  təlimlə  məşğul  olur,  ictimai  işlərdə  iştirak  edirlər. 
Tələbələr  standartlaşmış  dərsliklər  əsasında  təhsil  alırlar.  Bir 
sözlə,  tələbələr  təhsil  prosesində  nəzarətdə  olurlar  ki,  bu  da 
cəmiyyətdə  sabitliyin bərqərar olmasına kömək edir.
Müasir  gənc  daha  çox  təhsilli,  yeni  ixtisaslara  yiyələn­
miş,  yeni  həyat  tərzinin  daşıyıcısı  və  sosial  dinamizmə  malik 
olmalıdır.  Gənclərin  sosial  problemləri  «həyat  başlanğıcı»  ilə 
-   təhsilin  alınması,  əmək  həyatının  başlanması,  ailənin  yaran­
ması,  ixtisasın  artırılması  və  inkişafı  ilə  bağlıdır.  Bunun  üçün 
təhsilə  diqqətin  artırılması  hər  bir  cəmiyyətin  ümdə  vəzifəsi­
dir.  İnkişaf etməkdə  olan ölkələrdə  təhsilə  qoyulan  vəsait  in­
kişaf  etmiş  ölkələrə  nisbətən  10  dəfə  azdır.  Belə  ölkələrdə 
ibtidai  təhsil  alanların  sayı  orta  və  ali  təhsilli  gənclərdən  çox­
124
dur.
Təhsı/ ins  run  bütün  fəaliyyətinə təsir göstərir.  Şagirdlə­
rin bir qismi ona məktəbi  qurtarandan  sonra m üxtəlif texnikum 
və  peşə məktəblərinə,  bir qrupu  kolleclərə,  universitetlərə  da­
xil  olursa, qalan  qismi  isə heç bir yerə daxil olmur. Tələbələrin 
çoxu  hüquq,  tibb,  iqtisadiyyat,  kommersiya  və  digər  zehni 
əmək  ixtisaslarını  seçirlər.  Ali  məktəbə  daxil  olmayanlar,  yəni 
yalnız  orta  məktəb  attestatına  malik  olanlar,  təbiidir  ki,  aşağı 
ixtisaslı  və  az  əmək  haqqı  ödənilən  işlərə  düzəlirlər  (istehsa­
lat,  xidmət  və  s.  sahələrə).  Burada  müəyyən  qaydanı  istisna 
edən  hallar  da  olur.  M əsələn,  ali  məktəb  məzunlarının  bir 
qismi  öz  ixtisasına  uyğun  iş  tapmadıqda,  aşağı  sosial  təbəqəyə 
keçdiyi  halda,  aşağı  ixtisaslıların  bir  qismi  isə  idman,  musiqi, 
biznes sahəsində yüksəlir və  yuxarı  sosial  təbəqəyə keçir.  Be­
ləliklə,  bir  çoxları  üçün  məktəb  filtr  -   təmizləyici  rolunu  oy­
nayır,  yəni  bu  filtrdən  keçənlər öz  həyat  yolunu  m üəyyənləş­
dirirlər.  B.  Hernin  fikrincə,  «təhsil  insanlann  qabiliyyətlərinə 
görə  bölgüsünün  çox  ağıllı  üsuludur».
Təhsil  demokratiyanın  inkişafını  tələb  edir.  Belə  ki,  de­
mokratik  cəmiyyətlərdə  təhsilə  çox  diqqət yetirilir.  İnkişaf  et­
miş  Qərb  ölkələrində  təhsil  üçün  geniş  imkanlar  açılmışdır. 
XV111  əsr  Böyük  Fransa  inqilabının  bir  çox  təbəqələri  siyasi 
fəaliyyətə  cəlb  etməsi  təhsilə  diqqəti  artırmış  oldu.  Çünki  si­
yasi  səhnədəki  yeni  aktyorlar «nəzakətsiz xalq  kütlələri»  təəs­
süratı  yaratmamalı  idi.  Buna görə  də XIX  əsrin  30-cıı  illərində 
A BŞ-da  təhsil  islahatçılarını  gələcək  seçicilərin  savadlılığının 
artırılması  narahat  edirdi.  Bu  narahatlığı  bir  müddət  sonra  İng­
iltərə  də  keçirdi  və  1867-ci  ildə  bu  ölkədə  İslahat  Haqqında 
Qanun  qəbul  edildi.  Bu  qanuna uyğun  olaraq  səsvermə  hüququ 
fəhlə  sinfinin  bir  çox  nümayəndələrinə  də  verildi.  İngiltərənin 
siyasi  xadimi  R.Loıı  bildirdi  ki,  seçki  hüququ  qazanmış  fəhlə­
lər  heç  olmasa  «hərfləri  öyrənərlər».  Nəhayət,  1870-ci  ildə 
İngiltərədə  Təhsil  haqqında  Qamın  qəbul  edildi.  Kütləvi  təhsil 
əhalinin  siyasi  həyatda  iştirakı  zərurətindən  irəli  gəlirdi.  Müa­
sir təhsilin  tarixində  ikinci  mühüm  hadisə  sənaye  inqilabı  oldu.
125


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə