Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə27/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

Sosial-ərazi  birliklərini  tədqiq  edərkən  çoxlu  oxşar prob­
lemlərlə  rastlaşırıq.  Ancaq çox  mühüm sosial  sistem  kimi  şəhər 
və  kəndin  fəaliyyətinin  spesifikliyi  onlann  xüsusi  olaraq 
öyrənilməsini  tələb edir.
Şəhər  və  kənd  həyatı  problemlərinin  öyrənilməsi  uzun  bir 
tarixə malikdir.  Qərbdə  şəhərin sosiologiyası  problemləri  üzrə ilk 
başlıca  nəşrlər  XX  əsrin  əvvəllərində  meydana  gəlmişdir.  Məsə­
lən,  M.Veber  (1864-1920)  “Şəhər”  əsərində  sübut  edir  ki,  şəhər 
şəxsiyyətin  fərdi  əlamətlərinin  inkişafını  şərtləndirir  və  tarixi 
dəyişikliklərin  alətidir.  Həmçinin  Qərb  sosioloqu  G.Zimmelin 
(1858-1918)  şəhər  həyatının  sosial-psixoloji  aspektlərini,  şəhər 
təmaslarının funksional xarakterini  açan əsərləri məlumdur.
“Şəhər”  sosioloqlarının  başqa  liderləri  “insan  ekologiya­
sı”  məktəbinin  yaradıcıları  olan  R.Park,  E.Bercess,  D.Virt  şə­
hərlərin  əlçülərinin,  arxitekturalarının  və  i.a.  cinayətkarlığa 
təsirini  tədqiq  etmişlər.  Hazırda  Qərb  sosiologiyasında  yeni 
texnologiyaların  (texnoloji  inqilabların  nəticələrinin)  şəhər  və 
regional  inkişafa təsirini  öyrənməyə xüsusi diqqət yetirirlər.
Təxminən  eyni  sözləri  Qərb  kənd  sosiologiyası  haqqında  da 
demək  olar.  Qərbdə  kənd  sosiologiyası  üzrə  tədqiqatçıllar  yeni  tex­
nologiyaların  kənd  təsərrüfatına  tətbiqi  nəticəsində  yaranan  sosial  və 
ekoloji  problemləri  öyrənirlər  (məsələn,  A.Anderson.  S.Brunner  və 
başqaları). Qərbdə bu istiqamət hazırda daha çox ön plana çıxmışdır.
Ölkəmizin  keçmiş  Sovet  İttifaqı  tərkibində  olduğu  dövrdə 
şəhər  və  kəndin  həyat  tərzləri  və  xüsusiyyətlərinin  tədqiqi  ilə 
nrşğul  olan  sovet  mütəxəssisləri,  o cümlədən  Azərbaycan  alimlən 
də  geniş  tədqiqat  işləri  aparmışlar.  Ancaq  bu  tədqiqatlar  ideoloji 
pr  ısiplər  çərçivəsində  aparıldığına  görə  şəhər  və  kəndin  sosiolo­
giyasının  bir sıra  problemləri  diqqət  mərkəzindən  kənarda qalmış­
dır.  Buna görə də Qərbdə tədqiq olunan  şəhər və kəndin  sosiologi­
yasının  bir  çox  problemləri  Azərbaycanın  sosioloq-alimləri  və 
praktikləri üçün böyük əməli və nəzəri əhəmiyyət kəsb edir.
İnsanların  ilk  daimi  məskunlaşması  əkinçiliyin  meydana 
gəlməsi  ilə  birlikdə  yaranmışdır.  Bəşəriyyətin  məskunlaşması­
106
na,  insanların  həyatları  üçün  şərait  yaratmalarına  təbii-tarixi 
prosesin  qanunauyğun  nəticəsi  kimi  baxmaq  lazımdır.  Məs­
kunlaşma  insanların  tələbatları  və  obyektiv  maraqlan  ilə  sıx 
surətdə  bağlıdır.  Hazırkı  şəraitdə  məskunlaşmanın  coğrafiyası­
nı  coğrafi  mühitdən daha çox sosial-iqtisadi  amillər şərtləndirir. 
Məskunlaşmanın  daimi  yaşayış  yeri  kimi  mövcud  olduğu 
vaxtdan  etibarən  insanın  bu  məskunlaşmaya  bağlılığı  mexaniz­
mi -  iş, ailə, qeydiyyat və i.a.  meydana gəlmişdir.
Şəhərin fəaliyyət spesifikası.  Şəhərin  kənddən  aynl- 
ması  istehsaldakı  dəyişikliklərə  əsaslanır  və  xüsusi  məzmuna 
malikdir.  Əməyin  sənaye  növləri  kənd  təsərrüfatı  ilə  müqayi­
sədə  təbiətlə  dolayı  yolla  əlaqədədir.  Belə  əməyin  tətbiq  olun­
duğu  məskəndə  təbiət  əməyin  bilavasitə  predmeti  deyil,  sənət­
kar  əməyi  isə  bazarın  mövcud  olduğu  yerdə  ola  bilər.  Şəhərin 
kənddən  ayrılması  prosesi  əməyin  maddi  və  mənəvi  (fiziki  və 
əqli) əməyə ayrılması  ilə bağlıdır.
Şəhər daha çox  müstəqildir,  yaranma yerinin seçilməsinə görə 
böyük  imkanlara  malikdir,  çünki  təbii  amillər  ona  daha  az  təsir 
göstərir.  Şəhərdə  ərazi  daha  intensiv  şəkildə  mənimsənilir,  çünki 
burada  istehsal  özünün  fəaliyyəti  üçün  zəmini,  ilkin  şərtləri  özü 
yaradır.  Şəhər istehsal prosesini  məhdud bir ərazidə mərkəzləşdirir.
Ancaq  şəhər  təkcə  əməyin  yeni  növü  deyil,  həm  də 
insanların  birliyinin  keyfiyyətcə  yeni  formasıdır,  daha  doğrusu 
qan  qohumluğu  əsasında  deyil,  ictimai  münasibətlər  əsasında, 
insanların  özlərinin  və  cəmiyyətin  yaratdığı  əlaqələr  nəticə­
sində  yaranan  birliyinin  yeni  formasıdır.
Şəhərin  yaranması  mülkiyyət  formalarının  təkamülü  ilə 
şərtlənir;  işçilərin  istehsal  vasitələri  ilə əlaqələrinin  keyfiyyətcə 
yeni  formaları  yaranır,  yəni  işləyən  mülkiyyətçi-sənətkar 
meydana  gəlir.  Mülkiyyətin  müxtəlif  formaları  həm  istehsalın 
özünün,  həm  də  insanların  məskunlaşmasının  təkamülünün 
mühüm  və  labüd amili  kimi çıxış edir.
Məskunlaşma  fərdin  ictimai  həyata,  onun  sosiallaşması 
mühitinə  birləşməsi,  daxil  olması  formasıdır.  Məskunlaşma  fərd-
107


də  müəyyən  sosial  keyfiyyətlər  formalaşcınr.  Məskunlaşmanın 
istənilən tipi insanın həyat fəaliyyətinin bilavasitə mühitidir.
Həyat  şəraitinin  müxtəlifliyi  sosial-ərazi  fərqləri  yara­
dır.  Şəhər  və  yaxud  kənd  insanın  həyat  fəaliyyətinin  bilavasitə 
mühiti  kimi  sözün  geniş  mənasında  ən  mühüm  inteqrasiya 
funksiyasını  -   insanın,  əhalinin  sosial  inkişafı  funksiyasım 
reallaşdırır.  Müəssisədən  fərqli  olaraq  məskunlaşma  insanın 
həyat  fəaliyyətinin  demək  olar  ki,  bütün  sahələrini  -   ictimai 
həyatı, mədəniyyəti, təhsili, məişəti  və i.a.  şərtləndirir.
İnsanların  məskunlaşmanın  müxtəlif  tiplərinə,  sosial- 
iqtisadi  həyat  şəraitinin  müxtəlif “dəstlərinə” bağlanması  onlan 
spesifik  sosial  qurumlara  -   m əskunlaşm a  birliklərinə  çevirir. 
Bu  cür  spesifik  birlikləri  həm  şəhərlərdə,  həm  də  kəndlərdə 
asanlıqla  müşahidə  etmək  olar.  Bu  birliklər  hər  şeydən  əvvəl 
ümumi  maraqlara  malikdirlər.  Sosial-iqtisadi  fərqlər  nəti­
cəsində  məskunlaşmanın  bu  və  ya digər tipinin  həyat  fəaliyyəti 
şəraitində  şəhər  və  ya  kənd  əhalisinin  ümumi  maraqlan  rayon, 
vilayət,  region  mərkəzlərinin  ümumi  maraqlanndan  fərqlənir. 
Buradan  da  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  insanların 
məskunlaşması  üzrə  yaranan  birliklər  ərazi  bölgüsü  nəticəsin­
də,  yəni  ərazi  planında cəmiyyətin  sosial  strukturunun  bölgüsü 
nəticəsində  təzahür  edən  sosial  münasibətlərin  daşıyıcılarıdır. 
Bu məskunlaşma birlikləri  cəmiyyətin  sosial-ərazi  strukturunun 
ilkin özəyidir.
Urbanizasiya  və  meqopolisiər.  Urbanizasiya  insanın 
məskunlaşmasının  tarixən  zəruri  bir  mənələsidir.  Onun  əsas 
əlamətləri  istehsalın  və  əhalinin  mərkəzləşdirilməsindən,  şəhərlə 
kənd  arasında  sosial-ərazi  fərqlərinin  yaranmasından,  süni 
sahələrin  çoxaldılmasından  və i.a.  ibarətdir  Göstərilən əlamətlər 
bütün  dövrlər  üçün  ümumidir.  Bu  əlamətlər  ictimai  istehsalın 
cəmiyyətin  ərazi  cəhətdən  təşkilinə  təsirini  əks  etdirir.  Məh­
suldar  qüvvələrlə  istehsal  münasibətlərinin  inkişafı  cəmiyyətin 
urbanizasiyasının  formalarına  və  təkamülünə  böyük  təsir 
göstərir.  Urbanizasiya  prosesi  hələ  uzun  müddət  davam
108
edəcəkdir.
Nəhəng  şəhərlərin  sayı  isə  getdikcə  artır.  Proqnozlar göstə­
rir  ki,  yaxın  gələcəkdə  milyonçu  şəhərlərin  sayı  daha  da  çoxala­
caqdır.  Bu,  prinsipial  texniki  irəliləyişlərlə  və  iqtisadiyyatın 
struktur cəhətdən  yenidən  qurulması  ilə  şərtlənir.  Yeni  texnologi­
yalara  keçid  milyonçu  şəhərlərin  məskunlaşmasının  daha  böyük 
forması  olan  meqapolislərə  (yunanca  meqalu  -   böyük,  polis  -  
şəhər  sözlərindən  əmələ  gəlib,  mənası  böyük  şəhər  deməkdir) 
çevrilməsinə  gətirib  çıxanr.  Mcqapolislərdə  istehsalın,  ticarətin 
təşkili,  elmi,  mədəni,  təhsil  komplekslərinin  və  i.a.  yaradılması 
əlverişlidir. Onlarda ictimai  istehsalın əməyi  yüksəkdir.
Ayn-ayn  sahələrin  inkişafı  müxtəlif  qazların,  kimyəvi 
maddələrin,  sənaye  və  kommunal  tullantılarının  və  i.a.  atılma­
sına  qarşı  sən.  məhdudiyyətlərin  qoyulmasını  tələb  edir.  Məsə­
lən,  Tokionun  sürətli  və  nəzarətsiz  böyüməsi  onda  avtomobil­
lərin  sayının  kəskin  şəkildə  artmasına  səbəb  olmuş,  bu  isə 
avtomobil  tıxaclarının  yaranmasına gəlirib çıxarmışdır.
Mcqapolislərin  həyatı  insanı,  onun  təbiəti  qavramasını  və 
onun  psixologiyasını  gözlənilməz  dərəcədə  dəyişir.  Bıı  isə 
bəşəriyyətin  gələcəyi  üçün  təhlükə  təşkil  edə  bilər.  Nəhəng 
şəhərlərin  həyat  şəraiti  bir  çox  hallarda  insanın  genetik 
uyğunlaşması  ilə  ziddiyyət  təşkil  edir.  Antropogene/in  ilkin 
çağlarında  insanlar  ya  böyük  ailələr,  ya  da  balaca  icınalaı  şək­
lində  yaşamışlar.  Onlar  rəqabət  şəraitində  deyil,  qarşılıqlı  yar­
dım  və  kömək  əsasında  fəaliyyət  göstərmişlər.  Bütün  bunların 
hamısı  müəyyən  psixoloji  stereotip  və  psixi  ovqat  yaradaraq, 
insanların  psixi  sağlamlığının  mənbəyi  olmuş  və  insanların 
təbiətlə  vəhdət  hissini  inkişaf etdirmişdir.  Bu cür həyat  tərzi  iki 
milyon  ildən  artıq davam etmişdir.
İndi  nəhəng  insan  kütlələri  təbiətdən  uzaqlarda,  mənzil­
lərdə  -   daş  yuvalar  arasında  yaşayırlar.  Fərd  şəhər  reallığı  uğ- 
runda  mübarizə  aparır  ki,  biilün  bunlar  da  insanda  bioloji  cə­
hətdən  səciyyəvi  olmayan  xarakter  və  keyfiyyətlər  yaradır. 
Sərxoşluq,  narkomaniya,  xuliqaııhq  və  i.a.  kimi  cinayətkarlıq
109


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə