Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə25/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

adamların  işdən  çıxarılmasında, qeyri-yerli  əhalinin hüquqla­
rının  pozulmasında,  milli  şovinizmidə  və s.  özünü  göstərir.
Etnik  münaqişələrin  qızışdırılmasında  bir  sıra  kütləvi 
informasiya vasitələri  də  əhəmiyyətli  rol  oynamışlar  və  indi 
də  belə  bir rol  oynamaqda davam edirlər.  B əzən informasiya 
vasitələrində verilən məlumatlar qərəzli olur, bir  xalqın  digə­
rinə  qarşı  nifrətini  formalaşdırmağa  xidmət  edir.
Nəhayət, etnik münasibətlərin müas ir mərhələdəki  böh­
ranı  ictimai  proseslərin  idarə  olunmasının  qeyri-effektivliyi, 
hakimiyyətin  m üxtəlif  strukturlarının  fəaliyyətinin  bir-biri 
ilə  razılaşdınlmaması,  hətta  bəzi  hallarda  qarşı-qarşıya 
durması,  yaranmış  problemlərin  həlli  texnologiyasının  ol­
maması,  bəzən  beynəlxalq  təşkilatların  bu  münaqişələrə 
ikili  standartlarla  yanaşması,  bu  və  ya  digər  səbəblərdən 
onların həllini istəməməsi  ilə  izah  edilməlidir.
§3. Milli -  etnik  problemlərin  həlli  yolları
M illi-etnik  münasibətlərin  tənzim  olunması  sahəsində 
aparılan işdə  aşağıdakı  iki istiqaməti nəzərə  almaq  lazımdır.
Birincisi,  bütövlükdə  cəmiyyətin  effektiv  fəaliyyətini 
təmin  etməyin zəruri  şərti  kimi  əhalinin  bütün  qruplarının,  o 
cümlədən  milli-etnik  icmaların  normal  irkişafına  əlverişli  şə ­
rait yaradılması,  etnik  mühitdə  münaqişəli  vəziyyətlərə,  böh­
ran  hallarına  yol  verilməməsi  və  onların  qarşısım  almaq  tex­
nologiyalarının işlənib hazırlanmasıdır.
İkincisi,  milli-etnik  birliklərin  və  qrupların  həyat  tərzi 
ilə  həmin ərazidə (kənddə,  rayonda,  vilayətdə  və bütün ölkə­
də)  yaşayan  milli  azlıqların  həyat  şərai:i  arasında  uyğunluq 
yaratmağa yönələn  fəaliyyətdir.
Etnik  mühitdə  sosial  tərəfin  xüsus  yyətləri,  hər şeydən 
əvvəl, 
sosial-etnik  birliklərin  ayrı-ayrı  qruplarının  özünə­
məxsusluğu  ilə  əlaqədardır.  Bu  həm  problemin  özünün,  həm 
də  əhalinin  bu  qruplarının  etnik  mühiti  ilə  şərtlənən m əsələ­
lərin birgə həllini  nəzərdə  tutur.
Bütövlükdə etnik mühitin səmərəli  ləşkili  işi  bir-biri  ilə 
sıx  bağlı  olan  aşağıdakı  üç  səviyyədə  aparıla  bilər:
98
1.  Dövlət  səviyyəsində  müxtəlif  sosial-etnik  birliklər 
arasındakı  münasibətlərin  hüquqi  tənzimlənməsi  təmin  olun­
malı, millətlərarası  münasibətlər sahəsində düzgün sosial siya­
sət  formalaşdırılmalı və həyata keçirilməlidir. Etnik birliklərin 
inkişaf imkanlarını  məhdudlaşdıra  biləcək  sosial  ədalətsizlik 
halları  aradan  qaldırılmalıdır.
2.  Sözügedən  müddəaların  həyata  keçirilməsi  təmin 
edilməlidir.  Xalqların  milli  özünəməxsusluğunun  süni  surət­
də  silinməsinə  aparan müasir  texnoloji  sivilizasiyanın,  urba­
nizasiyanın  və  küıləvi  mədəniyyətin  yayılması  ilə  bağlı 
proseslərin  qarşısı  alınmalıdır.  Bununla yanaşı  m üxtəlif  so­
sial  -   etnik  birliklərin  nümayəndələri,  yerli  və  gəlmə  sa­
kinlər  arasında  qarşılıqlı  etimada  əsaslanan  münasibətlərin 
formalaşmasına  səy  göstərilməlidir.
3.  Yerlərdə  sosial-etnik  birliklərin  nümayəndələrinin 
yaşadığı  şəraitə  uyğunlaşması,  onların məskunlaşması,  təhsili, 
tibbi  xidmətin  təşkili  ilə bağlı  konkret vəzifələr həll  edilməli­
dir.  Sonra,  hər bir  etnosun  nümayəndələrinə  öz  milli  adət  və 
ənənələrini,  psixologiyasını  vo  mədəniyyətinin  etnik  kompo­
nentlərini  qoruyub  saxlamaqda  köməklik  göstərilməlidir. 
Xalqların  öz ərazisində  yerləşən  və  onların  həyat  tələbatını 
ödəyən  təbii  ehtiyatlardan  müstəqil  istifadə  etməsinə  şərait 
yaradılmalıdır.  Bu  vəzifələrin  yerinə  yetirilməsində  bütün  ha­
kimiyyət  orqanları,  bütün  sosial  institutlar,  o  cümlədən  so­
sial  xidmət  müəssisələri  böyük  rol  oynamalıdır.
Göründüyü  kimi,  milli-etnik problemlərin  həllinin  bütün 
aspektlərində  başlıca  rolu  sosial  siyasət  oynayır.  Məhz  buna 
görə  də cəmiyyətin  siyasi  təşkili  sistemində  sosial  -  etnik bir­
liklərin  həyatının bütün tərəfləri  ilə, o cümlədən milli  m əsələ­
lərlə  məşğul  olan  orqanlar  yaradılmalıdır.  Bununla  əlaqədar 
qeyd  edək  ki,  müsləqillik  əldə  edildikdən  sonra  respublika­
mızda  milli  siyasət  m əsələləri  üzrə  dövlət  müşaviri  (1992-ci 
ildən  bu  günə  qədər)  vəzifəsi  məhz  bu  funksiyaların  yerinə 
yetirilməsi  məqsəddə  yaradılmışdır.  Bu  qəbildən  olan  orqan­
ların  fəaliyyətinin  effektivliyi  bütövlükdə  cəmiyyətin  inkişaf 
səviyyəsindən,  ictimai  proseslərin  necə  idarə  olunmasından,
99


ölkənin  inkişafının  m üxtəlif  m ərhələlər ndə  dövlətin  sosia'i 
siyasətinin məzmunundan  və  istiqamətlərindən asılıdır.
Aydındır  ki,  millətlərarası  və  etnik  m ünasibətlər  cə­
miyyət  həyatının  bütün  sahələrində,  ictimai  münasibətlərin 
m üxtəlif səpgilərində  təzahür  edir.  Buna  görə  də h əm in  sa­
hələrin  hər birində  səm ərəli,  elmi  milli  si/asət yeritm ək  tələb 
olunur.  Məsələn,  siyasi  sahədə  diqqəti  mərkəzi  və  yerli  ha­
kimiyyətlər  arasındakı  münasibətlərin  qumlmasma,  m illi  qu­
rumların  maraqlarının  uyğunlaşdınlmasma yönəltm ək  lazım­
dır.  Öz-özünü  tənzim ləm ə  fəaliyyətini  genişləndirmək  pro­
blemi  milli -  dövlət  quruluşu olmayan  milli  qrup və  birliklər 
üçün daha  çox  aktualdır.
Sosial  sahədə  m illi-ərazi  qurumlar nda  kadrların  se­
çilməsi  və  yerləşdirilməsi 
m əsələləri, 
bütün 
xalqlann 
nümayəndələrinin  işgüzar  və  siyasi 
keyfiyyətlərinə 
görə 
rəhbər  vəzifələr  tutmasına  bərabər  imkanlar  yaradan,  döv­
lət  işçilərinin  milli  mənsubiyyətə  görə  seçilməsində  ədalət­
sizliyi  istisna  edən  tədbirlərin  görülməs  mühüm  əhəmiyyət 
kəsb  edir.
Siyasi  strukturların  mühüm  vəzifələrindən  biri  milli  - 
etnik  münasibətlərin  inkişafının proqnozlaşdırılması  kimi  ida- 
rəedici  funksiyanın  həyata  keçirilməsi  olmalıdır.  Bütün  bun­
lar  millətçi  ruhlu  elementləri  vaxtında aşkar etməyə,  hadisə­
lərin  mənfi  inkişafını  qabaqlamağa  imkan yaradır.
Milli  -  etnik  münasibətlərin  həllində, əhalinin  müxtəlif 
sosial  -  etnik  qruplarının  hüquqlarına,  sosirl  müdafiəsinə  həsr 
olunan  və  ya buna  aid  maddələri  olan  beynəlxalq  sənədlə­
rin göstərişlərinin yerinə  yetirilməsi  mühüm  rol  oynayır.  Be­
lə  sənədlər “İnsan  Hüquqları  Ümumi  Beyannamə”si  (BMT- 
nin  Baş  Assambleyası  tərəfindən  10  dekabr  1948-ci  ildə  qə­
bul  olunub),  «Milli  və  ya  etnik  dini  və  dil  azlıqlarına  məxsus 
şəxslər  haqqında  Bəyannamə»  (İnsan  Hüquqları  üzrə  Komi­
tə  tərəfindən  1993-cü  ildə  qəbul  olunub)  və  s.  aid  edilə  bi­
lər.
Hər  bir  ölkə  beynəlxalq  sənədlərin  əsas  müddəalarını 
yerinə  yetirməyə,  eləcə  də  milli-etnik  problemə  aid  özünün
100
milli  qanunverici  və  digər  sənədlərini  həyata  keçirməyə  ça­
lışmalıdır.  Azərbaycanda  bu  qəbildən  olan m əsələlər Konsti­
tusiyada  hərtərəfli  əsaslandırılmış  və  hüquqi  cəhətdən  təsbit 
olunmuşdur.  Bundan  əlavə,  “Məcburi  köçkünlər  və  onlara 
bərabər  tutulan  şəxslərin  sosial  müdafiəsi  haqqında"  (1999) 
və  “Qaçqınların  və  məcburi  köçkünlərin  (ölkə  daxilində 
köçürülmüş  şəxslərin)  statusu  haqqında”  (1999) və  s.  aktla­
rın  da  xüsusi  rolunu  qeyd  etmək  lazımdır.  Bu  sənədlərdə 
söhbət  cinsindən,  irqindən,  milliyyətindən,  mənşəyindən  və 
dil  fərqindən  asılı  olmayaraq  insanların  bərabər  hüquqlarının 
təminatından,  qaçqın,  məcburi  köçkün  vəziyyətinə  düşmüş 
vətəndaşlara qayğı  göstərilməsindən  gedir.
Beynəlxalq  dünya  birliyinə  və  keçmiş  Sovet  İtttifaqına 
daxil  olan  ölkələrin  təcrübəsi  göstərdi  ki,  artıq  yaranmış  və 
kəskinləşən ernik  konfliktlərə  tezliklə,  fövqəladə reaksiya me­
xanizmlərinin  yaradılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 
mexanizmlər  münaqişəli  vəziyyətlərin  qarşısını  ala  bilən 
xüsusi 
özünümüdafiə  dəstələrinin  yaradılmasını,  ayrı-ayrı 
rayonlarda  fövqəladə  vəziyyətin  elan  edilməsini,  qanunsuz  si­
lahlı  birləşmələrin  buraxılmasını,  cinayət  işlərinin  dərhal 
açılmasını  və  s.  birləşdirə  bilər.  Tam  qətiyyətlə  demək olar  ki, 
əgər  bu  tədbirlərin  bir  hissəsi  vaxtında  Dağlıq  Qarabağda 
(Xankəndində)  tətbiq  edilsəydi,  vəziyyət  nəzarətdən  çıxmaz 
və  məlum  hadisələr baş  verməzdi.  Bu  baxımdan  etnik,  m illət- 
lərarası  münaqişələrin  həlli  ilə  bağlı  beynəlxalq  və  ölkodaxili 
təcrübənin nəzərə  alınması  vacibdir.
Milli-etnik 
münaqişələrin 
qarşısının 
alınmasında 
m üxtəlif yöniımlü  ictimai  birliklər,  sosial  institutlar,  elm  və 
incəsənət  xadimləri,  görkəmli  yazıçılar,  tanınmış  m ədə­
niyyət  xadimləri  mühüm  rol  oynaya  bilərlər.  Təəssüflə  qeyd 
etməliyik  ki,  Dağlıq  Qarabağla  bağlı  məlum  hadisələr  zamanı 
erməni  ziyalıları  bu  proseslərdə  tamamilə  əks  -  provakasion 
mövqedən çıxış  etmişdilər.
İqtisadi  sahədə sosial-etnik birliklər arasındakı  qarşılıq­
lı  münasibətlər,  iqtisadi  -  təsərrüfat  əlaqələri  təbii-coğrafi, 
milli-tarixi  və  tarixən  yaranmış  əmək  bölgüsünü  nəzərə alaraq
101


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə