ON SÖZ
Müasir dünyanın özünəməxsus ciddi problemləri vardır. Bu problemlərin həllinə bütün bilik sahələri öz
töhfəsini verməlidir. Təbiidir ki, problemlərin asan, qısamüddətli həllinə ümid etmək sadəlövhlük olardı. Ona
görə də
yaşadığımız dünyanı, cəmiyyəti daha da sağlamlaşdırmaq, humanistləşdirmək istiqamətində gərgin, fəal elmi axtarışlar
apanlmah, optimal fəaliyyət istiqamətləri seçilməlidir. Bu prosesdə sosioloji biliklər sisteminin rolu indi artıq heç
kəsdə şübhə doğurmur. Çünki respublikamızda dəyişən sosial reallıq, həm ölkə daxilində, həm də qlobal miqyasda
yeni sosial hadisələrin, meyllərin, problemlərin meydana gəlməsi həmin sistemin təkmilləşdirilməsini qətiyyətlə tələb
edir. Nəzərə almaq lazımdır ki, sosioloji elmin özü də inkişaf edir: nəzəri və empirik xarakterli yeni sanballı tədqiqatlar
meydana çıxır, sosioloji təhlilin metodologiyası və metodları təkmilləşdirilir, müasirləşdirilir. Sosiologiyaya dair
ədəbiyyatın getdikcə zənginləşməsi də xüsusi qeyd olunmalıdır. Zənnimizcə, bu ənənənin kökləri XX əsrin 60-cı və
70-ci illərinə təsadüf edir. C. T. Əhmədlinin və V. Ə. Paşayevin «Buıjua sosiologiyasının tənqidi» (1968), C. T.
Əhmədlinin və J. Soqomonovun «Sosiologiyaya dair söhbətlən> (1972) əsərləri bu baxımdan diqqəti cəlb edir. Həmin
əsərlər Azərbaycan oxucusunu sosiologiyanm bir sıra vacib problemləri ilə tanış edir; burada sanballı sosioloji
tədqiqatlar aparmağın zəruriliyi əsaslandırılır, sosioloji biliklərin müxtəlif səviyyələri yığcam şəkildə nəzərdən
keçirilir. Həmin əsərlər məlum dövrün bəzi ideoloji ehkamlanndan azad olmasa da, sosioloji tədqiqatların
müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənmişdir.
60-cı illərin sonu-70-ci illərin əvvəllərində bünövrəsi qoyulan ənənə 90-cı illərdə zənginləşmək üçün yeni
imkanlar əldə edir. Azərbaycanın müstəqil inkişaf yolunu tutması, sosial elmlərin, o cümlədən
sosiologiyamn əvvəlki
dövrə məxsus qadağalardan xilas olması, demokratiyanın inkişafi, milli dövlətçilik ənənələrimizin bərpası və s. - bütün
bunlar sosioloji elmin inkişafı üçün yeni perspektivlər açmışdır.
Bir sıra dərsliklərin, dərs vəsaitlərinin, metodik tövsiyələrin [3 - 4] və s. nəşri həmin perspektivlərin
reallaşdırılması yolunda atılan ciddi addımlar kimi qiymətləndirilə bilər. Məsələn, «Sosiologiya» (dərs vəsaiti,
müəlliflər kollektivi, 1994-ci il), «Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası» (dərs vəsaiti. Rüfət Quliyev,
1995-ci il), «Sosiologiya» (dərs vəsaiti, H. Musayev və M. İsayev, 1996-cı il), «Sosiologiya» (mühazirələr mətni, S.
Məmmədova və A.
Məmmədova, 1998-ci il), «Sosiologiya» (dərs vəsaiti, M. Pənahova və K. Kazımova, 1999- cu il),
«Sosiologiyanm nəzəri problemləri» (dərs vəsaiti, M. Əfəndiyev və A. Şirinov, 2001-ci il), «Sosiologiyada ölçmə və
məlumatların təhlili» (ümumi nəzəriyyə məsələləri - dərs vəsaiti, C. T. Əhmədli və A. A. Rəhimov, 2002- ci il),
«Sosiologiyaya dair sxemlər» (mühazirələrin konspekti, metodik vəsait, tərtibçi T. Ağayev, 2002-ci il), «Sosiologiya»
(dərs vəsaiti, K. A. Əzimov və R. M. Həsənov, 2003-cü il), «Sosiologiya» (dərslik, müəlliflər kollektivi, 2005-ci il),
«Sosiologiya» (dərs vəsaiti, F. Vahidov və T. Ağayev, 2005-ci il), «Sosiologiya» (dərslik, müəlliflər kollektivi, 2006-cı
il) və s. Bundan əlavə, monoqrafik xarakterli xeyli tədqiqat əsəri meydana gəlmişdir. Ümid edirik ki, sosiologiyaya dair
ədəbiyyat yeni nəşrlər hesabına daha da zənginləşəcəkdir.
Sosiologiyanm inkişafı baxımından bir məqama da diqqət yetirilməlidir: sosiologiyanm təsisatlaşdırılması
prosesi intensivləşir. Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan Sosial elmlər və psixologiya fakültəsində (Bakı
Dövlət Universiteti) sosiologiya ixtisası üzrə kadrlar hazırlanır; sosiologiya kafedrası həm Azərbaycan, həm də rus
bölməsində təhsil alan tələbələrlə və magistrantlarla müntəzəm məşğul olur. «Sosiologiyanm nəzəriyyəsi,
metodologiyası və tarixi», «Sosial struktur, sosial institutlar və proseslər» ixtisasları üzrə aspiranturada yüksək ixtisaslı
mütəxəssislər hazırlanması sahəsində artıq müəyyən uğurlar qazanılmışdır. AMEA-nm Fəlsəfə və Siyasi- Hüquqi
Tədqiqatlar İnstitutunda «Sosiologiya və sosial psixologiya» şöbəsi fəaliyyət göstərir,
konfranslarda,
dövri nəşrlərdə -
jurnallarda sosiologiyaya dair xüsusi bölmələr ayırd edilir, müxtəlif sorğu mərkəzləri təşəkkül tapır və s.
Lakin sosiologiyanm inkişafı müəyyən ziddiyyətlərlə, [4 - 5] problemlərlə bağlıdır. Bunlardan bəzilərini qeyd
etməyə ehtiyac duyuruq.
Əvvəla, ümumi sosioloji nəzəriyyənin inkişafına, zənginləşməsinə diqqət artırılmalıdır, çünki bu nəzəriyyə
bütövlükdə sosioloji elmin özəyidir, onun konseptual və kateqoriya-anlayış əsasıdır. İnsanlann sosiol varlığının,
cəmiyyətin fəaliyyət və inkişafının ən mühüm məqamları burada öz əksini tapır. Cəmiyyətin öyrənilməsinə öz
məzmunu, öz məntiqi və spesifikası ilə seçilən sosioloji yanaşmanın mahiyyəti məhz burada üzə çıxır. İnkişaf etmiş
ümumi nəzəriyyə əslində bu elmin həqiqi simasını ifadə edir.
İkincisi, müxtəlif sosioloji sorğuların aparılmasında ciddi qüsurlara yol verilir. Metodoloji mövqeyin elmi
surətdə əsaslandınimaması, seçmədə reprezentativlik (təmsiledicilik) prinsipinin pozulması, suallarm tərtibində zəruri
tələblərə riayət olunmaması, nəticələrin, faktların təhlilində və şərhində siyasiləşməyə meyllilik və s. bu qəbildəndir.
Sorğuların hazırlanmasında və həyata keçirilməsində, nəticələrin ümumiləşdirilməsində obyektivlik və etiklik
prinsipləri bir-birini tamamlamalıdır.
Üçüncüsü, sosiologiya ixtisasının məzunlannm işlə təmin olunmasında müəyyən problemlər, çətinliklər
mövcuddur. Etiraf etməliyik ki, ənənəvi ixtisas sahibləri bu cəhətdən daha əlverişli vəziyyətdədirlər. Bəziləri hətta
sosioloqun hansı işdə çalışa biləcəyini az-çox təsəvvür edə bilmirlər. Əmək bazarında
sosioloq peşəsinə yiyələnmiş
5