s. aspektlər sırasında özünəməxsus cəhətlərinə daha çox diqqət yetirilir. Bu halda sosiologiyanın predmeti xeyli
məhdudlaşdırılaraq məhz ictimai inkişafın sosial tərəflərinin öyrənilməsinə müncər edilir. Sosiologiya elminin belə
şərhini ilk dəfə fransız sosioloqu və filosofu Emil Dürkheym (1858-1917) vermişdir. Dürkhe5mıin fikrincə,
sosiologiyanın predmeti elə xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul olmamışdır. Bu
reallığın əsasını sosial faktlar təşkil edir. Həmin faktlar isə gerçəkliyini nə iqtisadi, nə psixoloji, nə fiziki və s. faktlarına
müncər edilə bilməz; onların öz müstəqil xarakteristikalan vardır. Sosial faktlarm başlıca əlamətləri onların obyektiv
səciyyə daşıması, fərddən asılı olmayaraq mövcud olması, ona təzyiq göstərə bilməsidir. Dürkheym sosial faktları iki
yerə ayırırdı: cəmiyyətin «maddi substratmı» təşkil edən morfoloji faktlar (məs. əhali sıxlığı, fərdlər arasında
ünsiyyətin intensivliyi, yaşayış yerlərinin [12 - 13] xarakteri və s.) və mənəvi, qeyri-maddi faktlar (bunlar məcmu halda
kollektiv və ya ümumi şüuru təşkil edir).
Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir, lakin belə
izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət ən müxtəlif elmlər tərəfindən öyrənilir. Ona görə
də
digər elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və predmetini fərqləndirmək lazımdır.
Sosioloji idrakın obyektinin və predmetinin qanşdıniması və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur. Bu
qüsur indi meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi də ən müxtəlif məktəblərin və cərəyanların bir
çox sosioloqlarına xas olan cəhətdir. Yeri gəlmişkən qeyd edək ki, sosiologiyamn digər elmlərdən, ABŞ-da sosial
psixologiyadan və s. nisbətən gec ayrılmasını və müstəqil elmi fənn kimi təşəkkül tapmasını şərtləndirən ən mühüm
səbəblərdən biri məhz sosioloji idrakın obyektinin və predmetinin e5miləşdirilməsi olmuşdur.
Adətən tədqiqatçının fəaliyyətinin istiqamətləndiyi hər şeyi idrak obyekti kimi qəbul edirlər. Bu o deməkdir ki,
müxtəlif hadisə, proses, münasibət ən müxtəlif elmlərin predmetindən söhbət getdikdə yalnız obyektin həmin elmin
spesifikası ilə müəyyən edilən tərəfi, aspekti, xassəsi, münasibəti əsas götürülür. Obyektin digər tərəf, aspekt, xassə və
münasibətləri isə ikinci dərəcəli məsələlər kimi, yaxud obyektin mövcudluq şəraiti kimi nəzərdən keçirilir. Deməli, hər
hansı elmin formalaşması ilə onun elmi tədqiqat predmetini ayırd etmək məsələsi qarşıya çıxır. Başqa sözlə, hər bir elm
digər elmdən ilk növbədə öz predimeti ilə fərqlənir. Hər bir elm obyektiv reallığın öz xüsusi tərəfini, sferasını, özü üçün
spesifik olan qanunauyğunluqlarını, həmin qanunauyğunluqların xüsusi təzahür formalarını və fəaliyyət
mexanizmlərini öyrənir. Bu o deməkdir ki, hər hansı elmin, o cümlədən sosiologiyanın predmetini tədqiqat obyektinə
görə müəyyənləşdirmək kifayət deyildir. Məsələn, sosial reallıq ictimai və [13 - 14] humanitar elmlərin tədqiqat
obyektidir. Lakin hər bir elm məhz öz predmeti sayəsində müəyyən birmənalılıq qazanır; elmin predmeti həmişə
spesifikdir: hətta eyni obyektdə, yaxud onun ayn-ayn hissələrində müxtəlif elmlər bir-birindən fərqli, spesifik
qanunauyğunluqları tədqiq edirlər. Məsələn, ailə iqtisadiyyat, hüquq, demoqraflıya, sosiologiya, psixologiya,
pedaqogika və s. elmlərin tədqiqat obyekti ola bilər. Lakin bu elmlərin ailə təsisatına münasibəti, yanaşması öz
predmetləri çərçivəsində e5mi deyildir, bir-birindən fərqlidir.
Hər bir elmin predmeti empirik reallığı abstrakt səviyyədə spesifik şəkildə təkrar istehsal edir, yəni nəzəri
abstraktlaşdırmanm nəticəsidir. Belə abstraktlaşdırma öyrənilən obyektin fəaliyyət və inkişafının elə
qanunauyğunluqlanm ayırd
etməyə imkan verir ki, onlar həmin elm üçün spesifikdir.
Sosiologiyanı bir elm kimi səciyyələndirərkən çox zaman əslində sosioloji idrakın başlıca obyektləri sadalanır.
Sosioloji məktəblərin və cərəyanlann, sosioloji biliyin konkret təşkilat sistemlərinin müxtəlifliyi, ideya- nəzəri
mövqelərin və yönümlərin rəngarəngliyi sosiologiyamn predmeti məsələsində çətinlikləri artırır. Bir çox hallarda
«sosial» anlayışının özü dəqiq təsəvvür olunmur.
Hər bir elmin spesifikasını araşdırarkən gerçəklikdəki elə əlaqə və münasibətlər ayırd edilməlidir ki, onlar
keyfiyyətcə digər əlaqə
və münasibətlərdən fərqli olub, məhz həmin elmin predmetini təşkil edə bilsin.
Məsələyə belə
yanaşdıqda demək olar ki, sosial adlandırılan əlaqə və münasibətlərin bütün məcmusu sosioloji idrakın obyekti hesab
edilməlidir. Bu əlaqə və münasibətlər hər bir konkret sosial obyektdə xüsusi tərzdə təşkil olunmuşdur. Ona görə də
sosioloji idrakın obyekti sosial sistem kimi çıxış edir. Deməli,
sosial olan,
sosial əlaqə və münasibətlər, onların
təşkili
üsulu elə anlayışlardır ki, bunlar sosioloji idrak obyektinin xüsusiyyətlərini açmaq üçün əsas anlayışlar kimi götürülə
bilər. Bu halda sosial qanunauyğunluqların aşkara çıxarılması sosiologiya elminin predmetini müəyyənləşdirmək üçün
həlledici [14 - 15] əhəmiyyət qazamr.
Sosiologiya tarixən müəyyən sosial sistemlərinin fəaliyyətinin və inkişafmm sosial qanunauyğunluqlan,
habelə həmin qanunauyğunluqların şəxsiyyətlərin, sosial qruplarm, birliklərin, siniflərin, xalqların fəaliyyətində
təzahür formalan və mexanizmləri haqqında elmdir.
Sosiologiyamn predmetini müəyyənləşdirərkən adətən ayn-ayn sosioloqlar müxtəlif sosial hadisələri və
prosesləri həlledici hesab edirlər. Məsələn, qruplann (insanlann) qarşılıqlı fəaliyyəti, yaxud bu fəaliyyətin nəticələri;
insanlann sosial münasibətləri; sosial təsisatlar; sosial təşkilatlar və onlann insan davranışına münasibəti; sosial
fəaliyyət sistemləri; insan cəmiyyəti və insan davranışı; sosial nizamın və nizamsızlığm təbiəti; sosal qruplar; insan
birlikləri formalan; insan cəmiyyətinin əsas strukturlan; sosial proseslər; sosial-mədəni hadisələr; sosial həyatın elmi
baxımdan öyrənilməsi və s. Bu anlayışlardan hər birinin mənasını, əhəmiyyətini
9