68 Explanatory memorandum by the Rapporteur, document
10364, para 5. http://assembly.coe.int/Main.asr?link=/Docu-
ments/WorkingDocs/Doc04/EDOC10364.htm
69 Bax: Очерки истории СССР (lll-IX). Москва, 1958, стр.326.
#
64
I FƏSİL
Tarix - olduğu kimi
Ermənilərin Azərbaycana
köçürülməsi və məskunlaşması
Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddia
larını gerçəkləşdirmək, «Böyük Ermənistan» yaratmaq
xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə
bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, ter
ror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl
atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız bu
qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüz
karlıq siyasətini «milli mübarizə» amalına çevirərək
dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman isə on
lar müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə
çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi
Asiyada möhkəmlənmək üçün daim «erməni məsə
ləsindən öz mənafelərinə uyğun şəkildə istifadəyə
çalışmışlar.
Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və
təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur
siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxış
dırıb çıxarmaq, sonra həmin ərazilərdə erməni tarixçilərinin
və ideoloqlarının uydurduğu «Böyük Ermənistan» dövləti qur
maqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və
soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünya
sının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi
almaqla əsrlər boyu vandalizmin qurbanı olmuş Azərbaycan
xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin
imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərman er
məni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hər
tərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbayca
67
nın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması
baxımından da, bir növ, proqram sənədidir. Fərmanda deyilir
ki, «Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq
imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə
qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr
özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə
törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini
almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir».
Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tari
xi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı
və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə qeyd olun
duğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş
soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuş
dur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlən
mək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi
Azərbaycan torpaqlarını ələ keçirərək bu torpaqlarda erməni
dövləti qurmaq məqsədini güdmüşlər. Azərbaycan Preziden
ti İlham Əliyevin vurğuladığı kimi: «Dağlıq Qarabağ tarixi
nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq
Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum
faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir.
Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn
norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz
Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən
yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu,
bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki
onun statusu həmişə muxtar vilayət olubdur».
2010-cu ildə Gürcüstan tarixçisi Quram Marxuliyanın rus
dilində «Ermənilər Ermənistan axtarışında» kitabı nəşr olunub.
Tarix elmləri doktoru, professor Boris Kvarastxeliyanın kitaba
yazdığı ön söz «erməni məsələsi»ni öyrənmək, bütün dövr
lərdə olduğu kimi, indi də onun «aktualIığı»nı anlamaq, biI-
68
mək baxımından olduqca maraqlıdır: «...Əsas məqsəd «erməni
məsələsi» adlanan məsələni olduğu kimi dünya ictimaiyyətinə
çatdırmaqdır».
M üəllif saxta, uydurma Ermənistan tarixinin dolaşıq, əyri-
üyrü cığırları ilə hərəkət edərək Birinci dünya müharibəsi illə
rində Osmanlı imperiyasındakı hadisələr və onunla əlaqədar
baş verən tarixi proseslər barədə erməni alimlərinin köhnə
stereotiplərini vurub dağıdır.
Hər iki alimin elmi araşdırmalar nəticəsində gəldiyi qənaət
sadə olduğu qədər də ibrətamizdir: XIX-XX əsrlər ermənilər
tərəfindən özgə torpaqlarını zəbt edib ələ keçirmək və
bu torpaqlarda «Böyük Ermənistan» adlanan dövlətlərini
yaratmaqla yadda qalıbdır. Doğrudan da öz tariximizə nəzər
salsaq, insanı dəhşətə və bəzən vahiməyə salan bu həqiqəti
bir daha görmək olar.
İndiki Ermənistan adlanan torpaqlarda vaxtilə Azərbaycan
dövlətlərindən biri olan İrəvan xanlığı yerləşirdi. AMEA-nın
A.A.Bakıxanov adına Tarix İnstitutunun hazırlayıb nəşr etdiyi
«İrəvan xanlığı» kitabında da qeyd olunduğu kimi, «Qaraqo
yunluların hakimiyyəti dövründə Çuxursəd vilayətinin tarixin
də sonralar bütün Azərbaycan üçün son dərəcə ağır problem
lər yaradan bir hadisə baş verdi: Qaraqoyunlu hökmdarı Cahan
şahın icazəsi ilə 1441-ci ildə erməni katolikoslarının fəaliy
yət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan
yaxınlığındakı Üçkilsə (Üç müədzin) monastırına köçürüldü.
Bununla Cənubi Qafqazda qriqorianlığı yayan erməni mis
sionerləri üçün əlverişli şərait yarandı». 1441-ci ildə erməni
katolikosluğunun İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə
qədər bu ərazidə ermənilərə məxsus heç nə yox idi. «Hətta
erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad) kəndi
belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif
vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdır».
---------
69
---------
Dostları ilə paylaş: |