257
ömür düşür, bəxtə düşən ömrü viran edib, bundan kam alanlar özləri öz
cəzalarına yetəcəklər, bunun gec-tezi var… Elə müəllif də əsərin sonunda
Seyidin əlilə bu vəhşiləşmiş adamları məhv edir. Feyzi, Hacı, molla, doktor
verdikləri zülmün cəzasını alır, Seyid tərəfindən güllələnir, axırıncı gülləni
isə Seyid özünə saxlayır və özünü məhv edir. Raziyənin boğazına kəndir
keçirib onu assalar da, o əsərdə hamıdan pak, hamıdan yüksəkdədir, sanki
yaralı Azərbaycanın özüdür Raziyə. Öz uşaqlıq sevgisinə məftun olub heç
kimlə ailə qurmayan, öz dilini, varlığını, vətənini sevdiyi üçün həbsə atılan
və işgəncələrə məhrum olan, istəklisi Seyidlə həbsxana divarları arasında
üz-üzə gələn, elə onun tərəfindən işgəncələrə məruz qalan, öz bakirəliyini
də illərlə sevdiyi bu adama – Seyidə təslim edən Raziyə…
Budur bizim ana-bacılarımızın təmizliyi, paklığı! Bəs bu gün bizə nələr
təbliğ edilir – vətənsizlik, keçmişimizə, mənəviyyatımıza arxa çevirmək,
hər cür pozğunluğun təbliği, qərbi yamsılamaq, qərbə yarınmaq üçün
Vətənin müstəqilliyini təhdid etmək, el adət-ənənələrini təpikləmək, xor
baxmaq, dodaq büzmək…
“Yüz il inqilab” kitabını oxuyanda müəllifin vəsf etdiyi Raziyə
namuslu-qeyrətli vətən qızı, vətən övladıdır. O, illərlə istəklisinin bağış-
ladığı gümüş üzüyü barmağında əziz xatirə kimi qoruyub saxlayır, öz
istəklisinə qovuşmasa belə, onun sevgisi ilə yaşayır, uşaqlıq günlərinə
çıraq tutan üzük ona ən dəyərli xatirədir. Ona görə də Seyiddən o üzüyün
qaytarılmasını rica edir, amma Seyidin onun illərlə həsrətində qaldığı
istəklisi olduğunu asılacağı gündən bir gün öncə bilir. Bu o gün idi ki,
onu məcburi öldürülməmişdən əvvəl bakirə olduğu üçün zindanda faciəvi
toy edəcəkdilər… Budurmu bizim inandığımız, körpəlikdən beynimizə
yeridilən, səcdəsi vacib bilinən Din! Əgər budursa, islam adıyla insan-
lara vəhşət göstərənlərin cəzasını Allah niyə vermir?! Din adıyla insanları
bir-birinə qırdıranlar, yağı edənlər, bəs görəsən, tanrı xofunu ağıllarından
keçirirlərmi? Gücü, silahı, hakimiyyəti ələ keçirənlər anlamırlarmı heç bir
imperiya zülmlə uzağa getmir? Gec-tez özülü, bünövrəsi titrəyir, divarları
çökməyə başlayır.
Əsərdə müəllif İran-İraq müharibəsindən, sərhəddə yerləşən Sulduz
şəhərinin adamlarının çəkdiyi müsibətlərdən obrazların diliylə yana-yana
bəhs edir. Əsərdə kürd yaraqlılarından, onların şəhərə basqınından bəhs
edən müəllif o insanların da faciəvi həyatını qələmə alır. Əslində imperiya-
lar daxilində yaşayan xalqları bir-birinə yağı etmək güc qurumlarının əlində
258
ən düşünülmüş silahdır. Elə əsərdə də bu gerçəkliklə qarşı-qarşıyayıq.
Kürdü türkə düşmən edənlər əslində “parçala, hökm sür” siyasətilə yaşayır
və çox vaxt da buna nail olurlar. Əzəli Azərbaycan torpaqlarına sahib
çıxmaq istəyənlər bu diyarda, bu məmləkətdə yaşayanların dillərinə yasaq
qoyub. Əgər bir kimsənin kimliyini yox etmək istəyirlərsə, birinci onun
danışdığı dildə olan kitaba, yazıya, əlifbaya qadağa qoyulur. Elə İran zül-
mü altında əzilən həmvətənlərimiz də bu yasaqla üz-üzədirlər.
“Yüz il inqilab” əsəri haqqında yazılan məqalələrin birində oxumuşam
ki, əsərin dilində qüsurlar var, amma mən bunun tam əksini deyərdim.
Əsər çox şirin və oxunaqlı dildə yazılıb, Güneyin yapışıqlı, ürək oxşayan
ləhcəsindən də çalarlar var romanda. Ələlxüsus nəzərə alsaq ki, əsəri ya-
zan müəllif yazısı-pozusu, ana dili yasaq edilmiş bir rejimdə boya-başa
çatıb, fars dilli məktəb, institut bitirib və doğma dildə təhsil almayıb,
onda ancaq Sayman Aruza təşəkkürlər düşür, çünki ana dilli məktəblərlə
dolu Quzeyimizdə nə qədər insanlarımız öz dilində təhsil almağı, bu dilin
gözəlliklərindən bəhrələnməyi özünə ar bilib. Elə indi də bədii yaradıcılıqla
məşğul olub, özünə şair, yazıçı adı verənlərin bir çoxunun yaratdığı ədəbi
məhsullarda bol-bol dil kasadlığı ilə üzləşirik. Yenə də təkrar edirəm,
amma Sayman Aruz o tayda doğma dildə məktəb, tədris görməyib, yazılı
şəkildə ana dilindən bəhrələnməyib. Onun ana dilində əxz etdiyi yalnız
şifahi yolla doğmalarından eşitdiyi, duyduqları olub. Bu barədə müəllif
ən böyük təriflərə, alqışlara layiqdir. Deməli, Güneyli bacı-qardaşlarımız
şifahi şəkildə bu dili yaşadıb, nəsildən-nəslə ötürüb. Biz kirilə keçəndə
onlar da bizimlə kiril əlifbası ilə yazışdılar, məktublaşdılar, latına keçəndə
latın əlifbası ilə. Allah sizləri qorusun, əziz Güneylilər.
Bir-iki kəlmə də xaçpərəst və müsəlmanlar arasında paralellər apar-
maq istəyirəm. Hamımızın bildiyi kimi Azərbaycanın Quzey tərəfi Rus
imperiyasının əsarəti altında olub, bu əsarətə baxmayaraq, biz öz dilimizdə
yazıb oxumuşuq, təhsil almışıq, orta-ali məktəblərimiz olub, amma ruslar
bizə tam yad bir millət olub həm dili ilə, həm dini ilə. Amma bizim ana
dilimizə yasaq qoymayıb, bu dildə tədrisimizi əlimizdən almayıb, bu dildə
musiqimiz, muğamatımız, folklorumuz, ədəbiyyatımız, elmimiz inkişaf
edib, nə qədər başqa sahələrdə bizə qarşı qəddar olsalar belə…
Azərbaycanın Güney tərəfi isə İranın əsarəti altındadır. Dini, hətta
məzhəbi (hərçənd ki, mən məzhəbləri qəbul etmirəm və tanımıram) də
bizimlə eyni olan bir xalq niyə bizim dilimizə, varlığımıza qarşı belə
259
amansız mövqedədir? Məgər islami dəyərlər qəddarlığımı, başqa xalqların
varlığını danmağımı təbliğ edir? Əsla yox! İslam, təkcə islam yox, büt-
ün dini kitablar, sülh, ülfət, sədaqət, saflıq, xeyirxahlıq aşılayır insanlara.
Əfsus, nə fayda, səhərdən axşama qədər “Allahu-əkbər” deyənlər, möhürlə
alnını göyərdənlər insanların haqqını tapdalayır, 50 milyonluq bir xalqın
dilinə yasaq qoyur. Bu da bizim din qardaşlarımız, dindaşlarımız.
Güneyli-Quzeyli Azərbaycan ədəbiyyatının görkəmli gənc simalarından
biri olan Sayman Aruz millətimizin dəhşətli həyat hekayətini özünəməxsus
dillə yana-yana, qövr edə-edə “Yüz il inqilab” romanında qələmə alıb və
dəyərli sözə, mənəviyyata qiymət verən vətən əhlinin ixtiyarına verib. And
olsun kitaba və qələmə, bu kitabı oxuyan heç nə itirməz, əksinə, içində
Vətən eşqi şahə qalxar, sizlərə bu eşqlə baş-başa qalmağı diləyirəm.
Sayman Aruza isə yeni-yeni yaradıcılıq uğurları…
15.12.2014
SÖZ MƏSULİYYƏTİ
Dünən 11.01.2015-ci il, Fransanın paytaxtı Parisdə, bütün Avropanın,
bəlkə də bütün dünyanın nümayəndələri yığışıb və “Charlie Hebdo” satirik
jurnalının müsəlman terrorçular tərəfindən öldürülmüş işçilərinin faciəsinə
etiraz etmək üçün yürüş təşkil etdilər. Öldürülənlər tək Allaha inansaydılar
mən onlara Allah rəhmət etsin deyərdim, ancaq bu sözlər ölənlərə düşmür,
çünki onlarda nə Allaha, nə də onun timsalında heç bir dinə inam yox idi.
Onlarda inam olsaydı 1,5 milyard müsəlmanın iman gətirdiyi Məhəmməd
(ə.s.) peyğəmbəri təhqir etməzdilər.
Bir çox ölkələrin başçıları bu yürüşə qatılıb, yüz minlərlə insanlar
dünya cəmiyyətini inandırmağa çalışırlar ki, öldürülənlər öz həyatını
söz azadlığına görə qurban veriblər. Qərb demokratiyasının yüksəlişi
naminə bu yolda özlərini həlak ediblər. Bəs bu jurnalistlər müsəlman
peyğəmbərini təhqir edəndə bilmirdilər ki, onların düşüncəsinin məhsulu
nə nəticə verə bilər? Nə ilə qurtara bilər? Çox güman ki, onlara terrorçu-
lardan xəbərdarlıqlar da gəlirdi. Mən müsəlman olduğuma görə bu möv-
zunu qələmə almadım, ümumiyyətlə, hər dinə hörmətlə yanaşmaq, sayğı
göstərmək lazımdır. Anlamaq lazımdır ki, hər dinin arxasında milyonlarla
insanlar dayanır, elə adamlar da var ki, təhqirə dözə bilmir. Olan oldu,
nəticə nədir?..
Dostları ilə paylaş: |