Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə84/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   80   81   82   83   84   85   86   87   ...   92

257
ömür düşür, bəxtə düşən ömrü viran edib, bundan kam alanlar özləri öz 
cəzalarına yetəcəklər, bunun gec-tezi var… Elə müəllif də əsərin sonunda 
Seyidin əlilə bu vəhşiləşmiş adamları məhv edir. Feyzi, Hacı, molla, doktor 
verdikləri zülmün cəzasını alır, Seyid tərəfindən güllələnir, axırıncı gülləni 
isə Seyid özünə saxlayır və özünü məhv edir. Raziyənin boğazına kəndir 
keçirib onu assalar da, o əsərdə hamıdan pak, hamıdan yüksəkdədir, sanki 
yaralı Azərbaycanın özüdür Raziyə. Öz uşaqlıq sevgisinə məftun olub heç 
kimlə ailə qurmayan, öz dilini, varlığını, vətənini sevdiyi üçün həbsə atılan 
və işgəncələrə məhrum olan, istəklisi Seyidlə həbsxana divarları arasında 
üz-üzə gələn, elə onun tərəfindən işgəncələrə məruz qalan, öz bakirəliyini 
də illərlə sevdiyi bu adama – Seyidə təslim edən Raziyə…
Budur bizim ana-bacılarımızın təmizliyi, paklığı! Bəs bu gün bizə nələr 
təbliğ edilir – vətənsizlik, keçmişimizə, mənəviyyatımıza arxa çevirmək, 
hər  cür  pozğunluğun  təbliği,  qərbi  yamsılamaq,  qərbə  yarınmaq  üçün 
Vətənin müstəqilliyini təhdid etmək, el adət-ənənələrini təpikləmək, xor 
baxmaq, dodaq büzmək…
“Yüz  il  inqilab”  kitabını  oxuyanda  müəllifin  vəsf  etdiyi  Raziyə 
namuslu-qeyrətli vətən qızı, vətən övladıdır. O, illərlə istəklisinin bağış-
ladığı  gümüş  üzüyü  barmağında  əziz  xatirə  kimi  qoruyub  saxlayır,  öz 
istəklisinə  qovuşmasa  belə,  onun  sevgisi  ilə  yaşayır,  uşaqlıq  günlərinə 
çıraq tutan üzük ona ən dəyərli xatirədir. Ona görə də Seyiddən o üzüyün 
qaytarılmasını  rica  edir,  amma  Seyidin  onun  illərlə  həsrətində  qaldığı 
istəklisi  olduğunu  asılacağı  gündən  bir  gün  öncə  bilir.  Bu  o  gün  idi  ki, 
onu məcburi öldürülməmişdən əvvəl bakirə olduğu üçün zindanda faciəvi 
toy  edəcəkdilər…  Budurmu  bizim  inandığımız,  körpəlikdən  beynimizə 
yeridilən,  səcdəsi  vacib  bilinən  Din!  Əgər  budursa,  islam  adıyla  insan-
lara vəhşət göstərənlərin cəzasını Allah niyə vermir?! Din adıyla insanları 
bir-birinə qırdıranlar, yağı edənlər, bəs görəsən, tanrı xofunu ağıllarından 
keçirirlərmi? Gücü, silahı, hakimiyyəti ələ keçirənlər anlamırlarmı heç bir 
imperiya zülmlə uzağa getmir? Gec-tez özülü, bünövrəsi titrəyir, divarları 
çökməyə başlayır.
Əsərdə  müəllif  İran-İraq  müharibəsindən,  sərhəddə  yerləşən  Sulduz 
şəhərinin adamlarının çəkdiyi müsibətlərdən obrazların diliylə yana-yana 
bəhs edir. Əsərdə kürd yaraqlılarından, onların şəhərə basqınından bəhs 
edən müəllif o insanların da faciəvi həyatını qələmə alır. Əslində imperiya-
lar daxilində yaşayan xalqları bir-birinə yağı etmək güc qurumlarının əlində 


258
ən  düşünülmüş  silahdır.  Elə  əsərdə  də  bu  gerçəkliklə  qarşı-qarşıyayıq. 
Kürdü türkə düşmən edənlər əslində “parçala, hökm sür” siyasətilə yaşayır 
və  çox  vaxt  da  buna  nail  olurlar.  Əzəli  Azərbaycan  torpaqlarına  sahib 
çıxmaq istəyənlər bu diyarda, bu məmləkətdə yaşayanların dillərinə yasaq 
qoyub. Əgər bir kimsənin kimliyini yox etmək istəyirlərsə, birinci onun 
danışdığı dildə olan kitaba, yazıya, əlifbaya qadağa qoyulur. Elə İran zül-
mü altında əzilən həmvətənlərimiz də bu yasaqla üz-üzədirlər. 
“Yüz il inqilab” əsəri haqqında yazılan məqalələrin birində oxumuşam 
ki,  əsərin  dilində  qüsurlar  var,  amma  mən  bunun  tam  əksini  deyərdim. 
Əsər çox şirin və oxunaqlı dildə yazılıb, Güneyin yapışıqlı, ürək oxşayan 
ləhcəsindən də çalarlar var romanda. Ələlxüsus nəzərə alsaq ki, əsəri ya-
zan  müəllif  yazısı-pozusu,  ana  dili  yasaq  edilmiş  bir  rejimdə  boya-başa 
çatıb,  fars  dilli  məktəb,  institut  bitirib  və  doğma  dildə  təhsil  almayıb, 
onda ancaq Sayman Aruza təşəkkürlər düşür, çünki ana dilli məktəblərlə 
dolu Quzeyimizdə nə qədər insanlarımız öz dilində təhsil almağı, bu dilin 
gözəlliklərindən bəhrələnməyi özünə ar bilib. Elə indi də bədii yaradıcılıqla 
məşğul olub, özünə şair, yazıçı adı verənlərin bir çoxunun yaratdığı ədəbi 
məhsullarda  bol-bol  dil  kasadlığı  ilə  üzləşirik.  Yenə  də  təkrar  edirəm, 
amma Sayman Aruz o tayda doğma dildə məktəb, tədris görməyib, yazılı 
şəkildə  ana  dilindən  bəhrələnməyib.  Onun  ana  dilində  əxz  etdiyi  yalnız 
şifahi  yolla  doğmalarından  eşitdiyi,  duyduqları  olub.  Bu  barədə  müəllif 
ən böyük təriflərə, alqışlara layiqdir. Deməli, Güneyli bacı-qardaşlarımız 
şifahi  şəkildə  bu  dili  yaşadıb,  nəsildən-nəslə  ötürüb.  Biz  kirilə  keçəndə 
onlar da bizimlə kiril əlifbası ilə yazışdılar, məktublaşdılar, latına keçəndə 
latın əlifbası ilə. Allah sizləri qorusun, əziz Güneylilər.
Bir-iki  kəlmə  də  xaçpərəst  və  müsəlmanlar  arasında  paralellər  apar-
maq  istəyirəm.  Hamımızın  bildiyi  kimi Azərbaycanın  Quzey  tərəfi  Rus 
imperiyasının əsarəti altında olub, bu əsarətə baxmayaraq, biz öz dilimizdə 
yazıb oxumuşuq, təhsil almışıq, orta-ali məktəblərimiz olub, amma ruslar 
bizə tam yad bir millət olub həm dili ilə, həm dini ilə. Amma bizim ana 
dilimizə yasaq qoymayıb, bu dildə tədrisimizi əlimizdən almayıb, bu dildə 
musiqimiz,  muğamatımız,  folklorumuz,  ədəbiyyatımız,  elmimiz  inkişaf 
edib, nə qədər başqa sahələrdə bizə qarşı qəddar olsalar belə…
Azərbaycanın  Güney  tərəfi  isə  İranın  əsarəti  altındadır.  Dini,  hətta 
məzhəbi  (hərçənd  ki,  mən  məzhəbləri  qəbul  etmirəm  və  tanımıram)  də 
bizimlə  eyni  olan  bir  xalq  niyə  bizim  dilimizə,  varlığımıza  qarşı  belə 


259
amansız mövqedədir? Məgər islami dəyərlər qəddarlığımı, başqa xalqların 
varlığını danmağımı təbliğ edir? Əsla yox! İslam, təkcə islam yox, büt-
ün dini kitablar, sülh, ülfət, sədaqət, saflıq, xeyirxahlıq aşılayır insanlara. 
Əfsus, nə fayda, səhərdən axşama qədər “Allahu-əkbər” deyənlər, möhürlə 
alnını göyərdənlər insanların haqqını tapdalayır, 50 milyonluq bir xalqın 
dilinə yasaq qoyur. Bu da bizim din qardaşlarımız, dindaşlarımız.
Güneyli-Quzeyli Azərbaycan ədəbiyyatının görkəmli gənc simalarından 
biri olan Sayman Aruz millətimizin dəhşətli həyat hekayətini özünəməxsus 
dillə yana-yana, qövr edə-edə “Yüz il inqilab” romanında qələmə alıb və 
dəyərli sözə, mənəviyyata qiymət verən vətən əhlinin ixtiyarına verib. And 
olsun kitaba və qələmə, bu kitabı oxuyan heç nə itirməz, əksinə, içində 
Vətən  eşqi  şahə  qalxar,  sizlərə  bu  eşqlə  baş-başa  qalmağı  diləyirəm. 
Sayman Aruza isə yeni-yeni yaradıcılıq uğurları…
  15.12.2014 
SÖZ MƏSULİYYƏTİ
Dünən 11.01.2015-ci il, Fransanın paytaxtı Parisdə, bütün Avropanın, 
bəlkə də bütün dünyanın nümayəndələri yığışıb və “Charlie Hebdo” satirik 
jurnalının müsəlman terrorçular tərəfindən öldürülmüş işçilərinin faciəsinə 
etiraz etmək üçün yürüş təşkil etdilər. Öldürülənlər tək Allaha inansaydılar 
mən onlara Allah rəhmət etsin deyərdim, ancaq bu sözlər ölənlərə düşmür, 
çünki onlarda nə Allaha, nə də onun timsalında heç bir dinə inam yox idi. 
Onlarda inam olsaydı 1,5 milyard müsəlmanın iman gətirdiyi Məhəmməd 
(ə.s.) peyğəmbəri təhqir etməzdilər. 
Bir  çox  ölkələrin  başçıları  bu  yürüşə  qatılıb,  yüz  minlərlə  insanlar 
dünya  cəmiyyətini  inandırmağa  çalışırlar  ki,  öldürülənlər  öz  həyatını 
söz  azadlığına  görə  qurban  veriblər.  Qərb  demokratiyasının  yüksəlişi 
naminə  bu  yolda  özlərini  həlak  ediblər.  Bəs  bu  jurnalistlər  müsəlman 
peyğəmbərini təhqir edəndə bilmirdilər ki, onların düşüncəsinin məhsulu 
nə nəticə verə bilər? Nə ilə qurtara bilər? Çox güman ki, onlara terrorçu-
lardan xəbərdarlıqlar da gəlirdi. Mən müsəlman olduğuma görə bu möv-
zunu qələmə almadım, ümumiyyətlə, hər dinə hörmətlə yanaşmaq, sayğı 
göstərmək lazımdır. Anlamaq lazımdır ki, hər dinin arxasında milyonlarla 
insanlar  dayanır,  elə  adamlar  da  var  ki,  təhqirə  dözə  bilmir.  Olan  oldu, 
nəticə nədir?.. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə