Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə85/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   81   82   83   84   85   86   87   88   ...   92

260
Hələ Fransanın “Charlie Hebdo” jurnalının vəkili Rişar Malka tutduqları 
yoldan dönməyəcəklərini bəyan edib: “Təbii ki, biz geri çəkilməyəcəyik, 
yoxsa bütün bunların heç bir mənası olmayacaq. “Je suis Charlie” (“Mən 
Şarliyəm” sloqanı ruhun xüsusi halını, Allah və dini məsxərəyə qoymaq 
hüququnun olmasını göstərir. “Je suis Hebdo” sizin dini tənqid edə bilmək 
hüququnuzun olduğunu və əslində bunda qeyri-adi heç nəyin olmadığını 
diqqətə  çatdırır.  Yəhudini  iudaist,  xristianı  xristian,  ya  da  müsəlmanı 
müsəlman olduğuna görə tənqid etmək doğru deyil, amma xristianlıq, is-
lam və iudaizm haqda ən iyrənc şeyləri demək olar və biz bunu edirik”. 
İndiki baş verən hadisələr adama 30-40-cı illərin ab-havasını xatırladır, 
o  vaxt  yəhudilərə  qarşı  mübarizə  gedirdi,  indi  isə  müsəlmanlara  qarşı. 
Adama elə gəlir ki, böyük dövlətlər artıq sakit yaşamaqdan beziblər, onlar 
yeni dünya müharibəsinə rəvac verməyə başlayıblar. Əgər belə olmasaydı, 
1988-ci ildən bu günə qədər davam edən torpaqlarımızın haqsız işğalına 
yox deyərdilər, ayrı-ayrı yerlərdə müharibə ocaqlarını qızışdırmazdılar. 
Bütün dünyada islamofobiya baş qaldırıb, müsəlmanları vəhşi, barbar 
sayırlar.  Mənə  təəccüblü  gəlməz  ki,  sabah  xristian  ölkələrində  adamları 
məhz müsəlman olduqları üçün öldürəcəklər. Əgər jurnalistlər bunu istə-
yirdilərsə, artıq bu nəticəyə gəliblər. Bu onların canları bahasına başa gəlib, 
amma onların fəaliyyəti söz azadlığı mübarizəsi yox, adi bir provokasiyadır.
Dünya  böhran  içindədir,  iş  yerləri  azalır,  maaşlar  azalır,  afrikalılar 
yeməyə qida tapmır. Yer kürəsində insanların sayı həddindən artıq çoxalıb, 
kimdir təqsirkar – çoxalan müsəlmanlar?! Qırın onları, sizə müsəlmanlarsız 
yaxşı, rahat həyat olacaq. Fikrimcə, provokasiyanın nəticəsi bu ola bilər. 
Yoxsa  sakit  həyat  yaşayırdı  ərəb  ölkələri,  indi  nə  olub?  İraq,  Suriya, 
Liviya,  Fələstin,  Əfqanıstan…  ən  nəhayət,  ölkəmiz Azərbaycan,  bu  qa-
nlar  bitmir  ki,  bitmir.  Bu  ölkələrin  havadarları  hansı  baharı  gətirib  in-
sanlara?  Ölüm,  qırğın,  qan,  qaçqın,  köçkün…  Budur  bu  gün  müsəlman 
insanın bəxtinə düşən həyat! İŞİD hardan peyda olub? Kim onlara silah 
verir?  Bizim  müqəddəs  kitab  olan  Quranın  hansı  hissəsində  yazılıb  ki, 
günahsız insanların qanı axıdılsın, mülki əhali qırılsın, hardan qaynaqlanır 
bütün bunlar? Görürsünüz, nə qədər suallar yaranır, dünya dövlətlərinin 
möhtərəm, hörmətli başçıları!
Deməli, fikirləşiblər ki, lazımdır “Söz azadlığı”, bunların söz azadlığına 
baxın…  əgər  dini  təhqir  etmək  qırğınlara  aparırsa,  ey  sözü  beynində 
qay nadıb  qələmə  alanlar,  ona  hüdudlar  qoymaq  lazımdır.  Bu  heç  də 


261
demokratiyanın  boğulması  demək  deyil,  hər  şeyin  bir  əndazəsi,  ölçüsü 
olmalıdır. O da ola ki, sən milyonlarla insanın dini inancını təhqir edəsən, 
onun  peyğəmbərinə  ağlasığmaz  hədyanlar  edəsən  və  adını  da  qoyasan 
“Söz azadlığı”... 
“Mən belə istəyirəm” azadlıq deyil, o anarxiyadır, insanı məhvə aparan 
həyat tərzidir, başa bəlalar gətirən yaşayış prinsipidir.
Xristian dünyasında elə din xadimləri var ki, başa düşürlər, bu yol bə-
şəriyyəti hara aparır? Onlar bu cür dırnaqarası qəhrəmanlara qarşı çıxır, 
heyif ki, bu gün onların sayı azdır, Allah eləsin, sabah onların sayı çoxalsın. 
Hansısa bir ağıllı adamın fikridir: “Allah olmasaydı belə, onu uydurmaq 
lazım olacaq idi”, çünki Allahsız dünya harmoniyasız qalar və məhvə gedər. 
Siz bir yadınıza salın SSRİ-ni, 70 ildən artıq davam gətirmədi, çökdü… 
Bütün bu yuxarıda yazdıqlarıma rəğmən mən heç də terroru törədənlərə 
haqq qazandırmıram, sadəcə, demək istəyirəm ki, heç nə elə-belə baş ver-
mir, yer də tərpənib minlərlə insanı qıranda, bilin ki, yeraltı qatlarda baş 
verən təkanlarla əlaqədardır.
Şübhəsiz  ki,  bütün  terror  təşkilatlar  yer  üzündən  silinməlidir,  əgər 
bunu böyük dövlətlər istəyirsə… hər insan həyatı müqəddəsdir, elə bizim 
peyğəmbərimiz  bir  insanın  öldürülməsi  bütün  bəşərin  öldürülməsi  kimi 
başa düşülməlidir deyib. Heç kimə icazə verilmir ki, bir başqasının həyatına 
son qoysun, amma dinləri təhqir etmək, onları gülüş obyektinə çevirmək 
yolverilməzdir. Kim sənə məcbur edir ki, hansısa dinə inan, inanmırsan 
inanma, amma başqalarının hissiyyatına xələl gətirəcək inanclara da pis 
gözlə baxma! Bu heç də nə yüksək səviyyədən, nə də yüksək savaddan 
xəbər verir. Məncə, hər ölkədə dinləri mühafizə edən qanunlar olmalıdır 
və dövlət başçıları fikirləşməlidirlər ki, provokatordan qəhrəman çıxmaz. 
Belə qəhrəmanlar nəinki özlərini, hətta bütün dünyanı ağlasığmaz faciələrə 
gətirib çıxararlar. Bəsdirin, insanların min ilə gedib çıxan inancına pis gözlə 
baxmayın. Gəlin bir-birimizin həyatını zəhərə döndərməyək, bizim başqa 
bir  planetə  gedəsi  yerimiz  yoxdur,  hamımız  yer  kürəsinin  övladlarıyıq, 
dinindən,  dilindən,  irqindən  asılı  olmayaraq  gəlin  bir-birimizə  mərifətlə 
yanaşaq. Ey Allaha inanan və inanmayanlar, hamımız bir ömür yaşayırıq, 
qısa bir ömür, vücudumuz da elədir ki, çox vaxt bu olanlara dözmür, gəlin 
can deyib, can eşidək.
 12.01.2015 


262
MANATA GİZLİ MƏKTUB
Deyirəm  ki,  vallahi-billahi  bu  dünyada  inanmaqdan  pis  şey  yoxdur. 
Kiməsə,  nəyəsə  ürəkdən  inanasan,  sonra  o  sənin  inamını  qəfildən  vura 
yerə… Bütün ümidlərini itirəsən bir anın içində! Necə ki, MANAT, sən bi-
zim ümidləri bir gecənin içində atdın ayaqlar altına. Cənab manat, mən biz 
deyəndə kasıb-kusub təbəqəni nəzərdə tuturam. Elə o kasıb-kusubdan biri 
də mən özüməm. İnanıb sənə bir-iki manat dala atmışdım yaman günüm 
üçün… bir də eşitdim ki, kəlləni qoymusan yerə. Mən onda xəbər tutdum 
ki, artıq gec idi, başına gələnlərdən tez hali olanlar, necə deyərlər, başının 
çarəsini  qılmışdı.  Manat  hüzuruna  ərz  edim  ki,  verdiyin  faizə  aldanıb 
elə  kasıb-kusub  da  sənin  qapını  döyürdü. Yoxsa  varlının,  imkanlının  nə 
dərdinə qalıb ki, səninlə para bölüşsün? Etiraf edək ki, imkanlı adamların 
içində də sənin pulundan yararlananlar var idi.
Sənin varlığından istifadə edən imkanlı adamlar hansı ki, kimlər üçün 
dal  qapılar  açıqdı,  vaxtında  xəbər  də  tutdular,  vaxtında  da,  manat,  səni 
dollara  dəyişdilər,  deməli,  varlıların  üçdən  biri  daha  da  varlı,  ala-babat 
yaşayanların isə üçdən biri kasıb oldu. Ona görə də bizim sevimli Milli 
Məclisdə deyirlər ki, heç kəsə ziyan olmayıb, onsuz da camaat pulu dol-
larla banklarda saxlayır, onların sözündən belə çıxır ki, xalq deyəndə an-
caq  özlərini  nəzərdə  tuturlar.  Bəs  biz  kimik,  manat?  Dünyada  hər  milli 
valyuta  dollara  bağlıdır,  istədi-istəmədi,  hər  ölkədə  milli  valyuta  dol-
larla hesablanır. İqtisadiyyatı əmrlə, göstərişlə idarə etmək olmaz, köhnə 
qiymətləri müvəqqəti 3-4 ay saxlamaq olar, sonra otuz dörd faiz inflyasiya 
özünü  göstərəcək.  Bu  mənim  fikirlərimdir,  fikirlərim  düz,  ya  da  yanlış 
olacaq, bunu bir neçə ay ərzində bilərik, manat.
Deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Vallah, bütün ümidimi 
qırandan sonra daha sənə inamım-zadım qalmadı. Zad demişkən, elə bizim 
Milli Məclisdə də sevimli millət vəkillərinin bəziləri deyirdi ki, sən onlara 
heç ziyan-filan vurmamısan, çünki onlar onsuz da pullarını dollarla qoyub-
lar banklara…
Mən sənin qarşında tam etiraf edim ki, manat, sənin varlığın pula pul 
deməyənlərə yox, pulu gündüz çıraqla axtaranlara lazım idi. Sən gör nə 
etdin, manat? Elə bir işin var idi, biz yetim-yesirə vaxtında xəbərdarlıq 
edərdin də, manat. Axı biz də sənə azından-çoxundan sayğı göstərirdik! 
Varlını onsuz da sən maraqlandırmırsan, manat. Sən çarəsizlərin arxasında 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə