Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə88/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   84   85   86   87   88   89   90   91   92

269
VƏTƏN! Bizim Qarabağ boyda sinə dağımız var, bizim Xocalı yaramız 
var, VƏTƏN adı gələndə biz bütün umu-küsüləri, inciklikləri unutmalıyıq, 
Azərbaycanımızın  sabahı  naminə!  Allah  Türk  millətini  qorusun,  ona 
arxa  olan  bütün  dindaşlarını  qorusun.  Dünya  bizi  eşitməkçün  biz  güclü 
olmalıyıq, bir olmalıyıq, nicat yolumuz birliyimizdədir, əks təqdirdə bizi 
təkləyib dənləyəcəklər…
Deyəcəklərim bu qədər, sağ olun, salamat qalın…
16.04.2015
ŞƏRƏ ƏYİLƏNLƏRİMİZ
Uşaq  vaxtlarımdan  rəhmətlik  nənəmdən  belə  bir  deyim  eşitmişdim, 
bala, rusun çörəyi dizinin üstündədi, onlara bel bağlamaq olmaz, yoldaşlıq 
et, amma ehtiyatını da əlindən vermə. Oktyabr ayından bu yana dəfələrlə 
Türkiyə hava sərhədini pozan rus qırıcıları, nəhayət ki, öz layiqli cəzasını 
aldı.  Türkiyə  hava  sərhədini  pozan  rus  bombardmançı  qırıcısını  türk 
şahinləri vurdu. Gəlin görək bu xoşagəlməz xəbərə bizim bəzilərimiz necə 
yozum verdik?
Deyirlər  ki,  mərdi  qova-qova  namərd  edərlər.  Bizim  ölkədə  yaşayan 
bir çox insanlarımız əsarət altında yaşayandan üzü bəri öz şirin canlarını, 
mallarını,  paralarını,  arvad-uşaqlarını  məkrli  düşməndən  qorumaq  üçün 
namərd olmağa öyrəşiblər. Bu namərdlik onların içlərində o qədər vüsət 
alıb  ki,  çox  vaxt  öz  doğmalarını  belə  şəxsi  mənfəətləri  üçün  düşmənə 
satmaqdan  çəkinməyiblər.  Bu  gün  bizim  ölkəmiz  başıbəlalı  Quzey 
Azər baycanı  qismən  azadlığın  bəhrəsini  görməkdədir.  Ona  görə  Quzey 
Azərbaycanı deyirəm ki, bizim ölkənin adı Quzey Azərbaycan olmalıdı, 
çünki biz Azərbaycan adını daşımaqla çoxmilyonlu Güney Azərbaycanının 
varlığını kölgə altında qoymuşuq. Əlqərəz, keçək əsas mətləbə.
Türkiyə  öz  varını,  varlığını,  özgürlüyünü  qorumağı  bacaran  və  bunu 
bütün dünyaya sübut edən qüdrətli, şərafətli, ləyaqətli bir dövlətdi. O öz 
qeyrətli insanları ilə Vətən torpağını qorumağa qadir olan ölkədir. Onun 
varlığı, istiqlalı, kökü-soyu ilə qürur hissi keçirən milyonlarla türk kökənli 
insanlarımız var. Türkiyə bu gün nə etməlidir? Bayır-bucaq türkmənlərinin 
acısına  seyrçimi  qalmalıdır?  Hansı  ki,  bu  diyar  düz  onun  qulağının 
dibindədir. İnsanları vəhşət içində hər şeyini itiriblər, Suriyada, İraqda bu 


270
gün vəhşət yaşanır. Özünü insan hesab edən hər bir kəs dilindən, dinindən 
asılı olmayaraq o bölgənin fəlakətinə ürək ağrısı keçirməlidir. 
Əslində  tam  səmimiyyətimlə  deyirəm,  mənim  rus  xalqına  yazığım 
gəlir,  vaxtilə  Rusiyanın  meşə  bataqlıqlarında  yaşayan  bu  xalq  ömürləri 
boyu müharibələrin cəngində olublar. Bu müharibələri onlara başda oturub 
bütün  dünyaya  meydan  oxuyan,  bütün  millətləri  özlərindən  aşağı  sayan 
hakimiyyət alverçiləri yaşatdı. 
Rus padşahları dünyanın yarıdan çoxunu zəbt edib millətləri aclıq, səfalət, 
qorxu, qul qismində saxlayırdı, bu gün Vladimir Putin kimi müstəbidin əlində 
həmin  xalqların  bir  çoxu  hələ  də  əsirdi,  Rusiyanın  bugünkü  məqsədi  Rus 
İmperiyasını bərpa etmək, azadlığı dadmış 14 respublikanı öz tərkibinə salmaq 
və dünyaya meydan oxumaq, Bizim qulbeçələrimiz də o günü səbirsizliklə 
gözləyir. V.Putin Rus xalqına bu gün nə bəxş edib? Faşist keçəlbaşları… Sənə 
oxşamayanları harada gördün öldür, məhv et…
Rus işğalçıları 5000 km yol qət edib gəlib bizim evimizin içində qan-
qırğın  törədirlər.  Erməni  kimi  milliyyəti qaranlıq  olan  qövmü  üstümüzə 
salıblar.  İki  əsr  bizə  dəhşət  yaşadırlar.  Bu  gün  də  bu  dəhşət  bitmir. 
Torpaqlarımızda  erməni  dövləti  yaradıblar,  ikinci  bir  erməni  dövlətinin 
yaranmasına səy göstərirlər. Qarabağ əlimizdən gedib, biz yağıya atəşkəs 
elan etdik, zaman keçib gedir, o illərin şahidləri bir-bir dünyasını dəyişir, 
biz isə hələ də susuruq, gözləyirik ki, işğalçı Rusiya bizə torpaqlarımızı qa-
ytarmaqda yardımçı olacaq! Axı bu torpaqları bizdən elə rus hərbçiləri alıb 
ermənilərə verməyibmi? Niyə biz həqiqəti dünyaya car çəkməkdən qorxu-
ruq! Bir atalar məsəlini dəyərli oxucuların diqqətinə yetirmək istəyirəm: 
“Qorxan gözə çöp düşər…” Bizim gözümüzə çöp düşüb, iki əsrdən çoxdur 
ki, o çöpü gözümüzdən çıxara bilmirik.
Biz  qorxa-qorxa  hər  şeyimizi  itirmişik,  torpaqlarımızı,  qürurumuzu, 
döyüşkənliyimizi. Varlığımızı da yavaş-yavaş itirmək üzrəyik. 
Bir  baxın  Türkiyə  öz  kimliyini  dünyaya  sübut  edir,  biz  burda  tir-tir 
əsirik,  başlayırıq  kökü-soyu  bizimlə  bir  olan  qan  qardaşlarımıza  öyüd-
nəsihət verməyə… Ay siz düz etmədiz, qoy sərhədini pozsunlar, bir sözlə, 
cəhd  edirik  ki,  özümüzdə  əskidən  nə  varsa  Türkiyə  türklərinin  beyninə 
yeritməyə,  onlara  öyüd-nəsihət  verməyə,  fikrimizcə,  keçəl  tük  bitirə 
bilsəydi, birinci öz başının çarəsini qılardı. 
Hələ yaxın bir vaxtda deyirdik ki, biz bir millət, iki dövlətik və buna 
əl çalırdıq. Bəs bu gün nə baş verir? Bu hadisəyə ölkəmizdən heç rəsmi 


271
münasibətdə də yoxdur. Məzhəbi əlində bayraq edib türk millətinin arasına 
girmək istəyən bəzi üzdən iraq dindarlara da ismarışımız var. Millət, soy-
kök,  varlıq, Vətən  olan  yerdə  heç bir  din,  heç  bir  din  içində  məzhəblər 
bizim kimliyimizə kölgə sala bilməz.
Sözümüzün  canı  budur  ki,  ay  bizim  bığıburma  kişilərimiz,  dövlətlər 
arasında hər şey iqtisadi əlaqələrlə bitmir, ayrı-ayrı fərdlər kimi dövlətlərin 
də mənlik məsələsi var… Türkiyə əskidən üzü bəri heç zaman öz mənliyini 
dövlət olaraq aşağılamağa yol verməyib, bu gün də yol vermir.
Sizlərdən  ricamız  budur  ki,  qoyun  papaqlarınızı  qabağınıza  özü-
müzün düşdüyümüz durum barədə dərin-dərin fikirləşin… Vaxt gələcək 
ki, əgər belə getsə sizin o yığdığınız var-sərvət də dadınıza yetməyəcək. 
Beyinlərinizin  təzələnməsinin  qeydinə  qalın,  artıq  sizin  köhnə  havaya 
oynadığınız dövrlər keçib. 
Axırda sizlərə içimizi didib-tökən fikrimizi ünvanlamaq istərdik, sizin 
indiki düşüncənizlə bizlər nə qədər məsafə qət edə bilərik və hara gedirik?! 
26.10.2015
GÜNDƏM XƏSTƏLİYİNƏ TUTULANLAR
Axır zamanlar məndə belə fikir yaranıb, təhsildə davamiyyəti zəif olan, 
kifayət qədər məktəbdə öyrədilən fənlərdən baş çıxarmayan insanların bir 
çoxu qələm əhli, ya da müğənni olur. Mənim indiki yazacağım mövzuda 
qətiyyən  müğənnilərlə  işim  yoxdu.  Bu  mövzu  ilə  qoy  musiqi  sahəsində 
çalışan, ömrünü-gününü o işə sərf edən adamlar məşğul olsun. Mənim özü-
mün də içində olduğum mühit axır zamanlar daha çox narahat etməyə və 
həyəcanlandırmağa başlayıb. Necə deyərlər, hərə əlinə bir qələm götürüb, 
bir-iki hekayə, ya şeir yazandan sonra çevrilir şirə, az qalır ətrafındakıları 
dağım-dağım etməyə, hətta nəinki ətrafdakıları, bir neçə əsr bundan qabaq 
dünyasını dəyişib haqq aləminə qovuşmuş insanlarımıza qarşı zəif inkişaf 
etmiş  beyinlərinə  nə  düşdü  sözə  çevirib  indi  internetdə  geninə-boluna 
var-gəl edən saytlarda çirkab atmağa, hay-həşir salmağa… Guya bunlar 
ədəbiyyatımızda  inqilab  etmiş  dahilərdi.  Bunların  işığı  elə  aləmə  düşüb 
ki, günəş bunların yanında yalan olub. Bunlar olan yerdə klassiklərimiz 
Füzuli, Nəsimi, Xətai kimdi? Onlar eşqdən, güldən, bülbüldən yazıblar, bu 
üzdəniraq dahilərsə ədəbiyyatımızda tapıntılardı.


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə