Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə90/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   84   85   86   87   88   89   90   91   92

275
Sən bilirsənmi, növbəti böhranı necə qarşılayır Azərbaycan? Kasıblar 
bu böhranı necə keçirir, bilirsənmi? Artıq iki dəfə devalvasiya göstərdin 
bizlərə, qabaqda neçənci dəyərdən düşmə səni gözləyir, Allah bilir. Canım 
manat, dilim gəlmir deməyə, amma deyəsən səni də rus rublunun aqibəti 
gözləyir. Sən rubla baxma, Rusiya böyük ölkədir, daxili bazarı var, bizimlə 
müqayisədə inkişaf etmiş iqtisadiyyatı var. Necə deyərlər, çullarını sudan 
çıxarırlar.  Belə  böhranları  kapitalist  ölkələri  dəfələrlə  yaşayıb,  Avropa, 
Amerika, amma onların daxili bazarı və güclü iqtisadiyyatları olduğu üçün 
bu çətinliklərdən üzüağ çıxmağı bacarıblar.
Azərbaycan  isə…  Əzizim  manat,  böhranı  ala-babat  keçirmək  üçün 
bizim  daxili  bazarımız  çox  varlı  olmalıdı.  Sənə  demədimmi,  manat,  öz 
var lığını  neftə  bağlama,  neft  səni  qaldırıb  təpəsindən  çırpar  yerə…  Sən 
bilmirsənmi neftə bağlı dövlətlərin axırı heç-puç olur? Neftdən gələn pullar 
sel kimi axır, axırda isə bu pullar onları yıxır, necə deyərlər, gözləri qızır, 
sonda uduzur. Bizim isə daxili bazarımızda Azərbaycanın iqtisadiyyatının 
payı on faiz var, ya yox. Bununla millətin qarnını doydurmaq, müstəqilliyi 
qorumaq olarmı? Bizim başı bəlalı Vətəndə bütün mallar xaricdən gəlir. 
Sən  də  dəyərdən  düşmüsən,  bəs  biz  indi  necə  yaşayaq,  hansı  gəlirnən, 
manat? Sənə dedim axı neftdən gələn gəlirləri sel kimi axıtma, qara günü-
müz üçün yığ, sən bəs pullarını neylədin manat? Niyə sən gəlirlərini kənd 
təsərrüfatına, yüngül və yeyinti sənayesinə, həmçinin digər gəlir gətirən 
sahələrə yatırmadın? Bizləri heç fikirləşmədin. Əgər belə olsaydı bölgələrdə 
də  çoxlu  sayda  iş  yerləri  açılardı,  kişilər  də  öz  əhli-əyalını, yəni  arvad-
uşaqlarını  qoyub  xarici  ölkələrə  üz  tutmazdılar.  Qadınlar  ərsiz,  uşaqlar 
atasız qalmazdı. Vallah manat, bizim kişilər kimi zəhmətsevər, ailəcanlı 
yoxdu. Sadəcə, bir tikə çörək qazanmağın ucbatından öz yurdlarından di-
yarbədiyar düşürlər. Sən bunları görmürsənmi, manat?! 
Neft  gəlirlərinin  yaxşı  vaxtında  Azərbaycan  nə  nailiyyət  qazanıb? 
Dollardan gələn valyutanı əgər iqtisadiyyatın dirçəlişinə xərcləsəydin bu-
günkü ağır duruma düşməzdik. Əzizim manat, səndən sormaq istəyirəm ki, 
bu idman oyunları, avroviziya haramıza yaraşırdı? Axı bizim işğal altında 
qalan yurdlarımız bizdən bir tərpəniş, bir hayqırtı gözləyir. Sən isə, manat, 
nəyin varsa hamısını göyə sovurdun. Özünü də, bizi də pis günə qoydun. 
Açığını sənin hüzuruna ərz edim ki, millətin heç halı da yoxdu torpaq azad 
etməyə, adətən torpağı işğaldan kasıb zümrə azad edir, onun da hay-hayı 


276
gedib, vay-vayı qalıb, özün söylə, ac qarında necə hal olar ki, gedib torpaq 
azad eləsin qəvi düşməndən… 
Əslində  sən  nə  edəsən,  bizim  başbilənlərimiz  bizi  fil  qulağında 
yatızdırıb, arxayın salırdılar ki, bəs torpağı biz azad edəcəyik, siz siyasətə 
qarışmayın. Başbilənlərimiz bizə deyirdilər ki, lazım gəlsə silah gücüylə 
torpaqları işğaldan azad edəcəyik, deyəsən, əzizim manat, lazım hələ gəlib 
çıxmayıb,  ona  görə  torpaqlarımız  azad  olunmayıb,  pullu  vaxtında  bunu 
etmədin, bəs indi pulsuz vaxtında müharibə edəcəksən, manat? 
Əzizim  manat,  sən  hakim  partiyaya  de  ki,  boşuna  xərclədiyi  pulları 
qaytarsın  versin  sənə.  Bir  də  onun  səhvlərini  üzünə  vurmaq  üçün  gü-
clü  müxalifət  yaratsın. Vallah-billah,  manat,  sivil  ölkələrdə  belə  edirlər, 
dövlətin  strukturları  zəifləyəndə  onun  inkişafına  təkan  vermək  üçün 
müxalifət  olmayanda,  pul  qoyub  süni  müxalifət  yaradırlar.  Əgər  bizdə 
də  belə  olarsa,  həm  ölkəmizin  iqtisadi  potensialı  yüksələr,  həm  də  iqti-
dar  partiyasında  olanlar  Vətənin  inkişafına,  varlığına,  müstəqil  yaşam 
haqqına  məsuliyyətlə  yanaşar.  XX  əsrin  avropalı  böyük  fəlsəfəçisi  Karl 
Yaspers  yazırdı  ki,  sivil  ölkələrdə  müxalifət  hansısa  səbəbdən  zəifləsə, 
onu dirçəltmək üçün pul qoymaq lazımdır, çünki güclü müxalifət inkişafın 
mühərrikidir. Biz müxalifəti məhv eləyənlərə əl çalırdıq və sonra deyirdik 
ki, biz də avropalıyıq. Vallah manat, mən siyasət adamı deyiləm, nə iqti-
daram, nə müxalifət, heç bir partiyanın da üzvü deyiləm, sadəcə, yazaram, 
yaşadığımız günlərin güzəranını qələmə alan söz adamıyam. Ürəyim yandığı 
üçün düşdüyümüz bu acı durumu səninlə paylaşmalı oldum. Uman yerdən 
küsərlər… Bizi özündən tamamilə küsdürməməkçün dediklərimi qulağında 
sırğa elə. Sənə bu düşdüyün durumdan xilas yolu arzulayıb sözümü tamama 
yetirmək istəyirəm. Əzizim manat, deyirlər ki, indi üzməyə başlamısan, vay 
o gündən ki, uçmayasan. Onda nə əlimiz çatar, nə ünümüz… Allah uçacağın 
gündən qorusun bizləri… deyəcəklərim bu qədər, vəssalam. 
  11.01.2016
ÖN SÖZÜ VACİB BİLİNƏN HEKAYƏ
Ömrünün  çiçəklənən  vaxtında  həyatı  acılar  içində  keçən  bir  həm-
vətənimizin  keşməkeşli  taleyindən  bəhs  edən  “Erməni  həkimin  borcu” 
hekayəsi məni çox təsirləndirdi. Həyat hər bir kəsin bəxtinə bir dəfə düşür. 
Hər bir insan övladı çalışır ki, ağlının bacardığı qədər nəyə isə nail olsun...


277
Hekayəni araya-ərsəyə gətirən müəllif Ceyhun Ağabəyov əslində həyati 
əhəmiyyətli  vacib  bir  mövzunu  qələmə  alıb.  Gözəl  şeirləri  ilə  ürəkləri 
riqqətə  gətirən  şair,  qələmini  nəsrdə  də  sınayıb.  Əslində  nəsrlə  qələmə 
alınan  bu  yazı  insanlarımızı  ayıq-sayıqlığa  səsləyir.  Bizlərin  hər  birinin 
yolu ən azından bircə dəfə olsa belə xəstəxanalardan keçir, elə bir insan 
tapmazsan ki, o hansısa həkimə, ya xəstəxanaya müraciət etməmiş olsun. 
Bizlər tibb ocaqlarına ümidlə gedirik, şəfa bulmaq üçün üz tuturuq, amma 
bəzən elə olur ki, ümidimiz puç olur, ömrü boyu çarpayı möhtacı oluruq, 
ya da vaxtsız həyatı tərk etmək qismətimizə düşür.
Bilərəkdən və ya bilməyərəkdən insanlar həkim yanlışlığının, səhvinin 
qurbanı  olur.  Müəllifin  bəhs  etdiyi  hekayədə  isə  milliyyətcə  mənfur 
qonşumuz erməni Sveta Bacanyanın açıq-aşkar çirkin cinayət əməli ifşa 
olunur.  Hekayənin  əsas  qəhrəmanı  Nail  15  yaşlı  yeniyetmədi,  məktəb 
illərini  başa  vurmadan  xəstəliyə  düçar  olan  uşaq  qəfil  ağrılarla  Bakı 
şəhərinə gətirilir, burda hadisələr erməni həkimin ətrafında cərəyan edir. 
Həkim uşağı ömürlük əlil edir...
Bu  il  mənim  doğmalarımdan  birinin  başına  gələn  faciəni  də  qısaca 
dəyərli oxucuların diqqətinə yetirmək istərdim. Soyuq qış günü idi, bağça 
yaşlı  balaca  Əsmər  birdən-birə  xəstələndi.  Yaşadıqları  binada  yanğın 
olmuşdu, uşaq qorxmuş və dalağı şişmişdi, həkimlər ona qanda xərçəng 
(leykoz) diaqnozu qoydular. Uşağı Nəsimikənd bazarının arxasında yer-
ləşən  Xərçəng  Xəstəxanasına yerləşdirdilər,  5  yaş  yeddi ayında olan bu 
balaca qızı da üzü üstə uzatdılar, belindən 3 dəfə ilik götürdülər, uşaq cəmi 
beş gün yaşadı, dedilər götürün aparın evə, uşağı evə gətirdilər, uşaq 5 gün 
fəryadla can verirdi. Mən bu dəhşətli mənzərənin şəxsən şahidi oldum, bu 
dəhşəti bizə həkimlər yaşatdı... Milliyyətləri kim idi dəqiq bilmirəm, adları 
bizim adlardan idi. Mən Qusar rayonunun Balaqusar kənd orta məktəbində 
tarix  müəllimi  işləyən,  bədii  yaradıcılıqla  da  məşğul  olan,  şair-jurnalist 
Ceyhun Ağabəyova yaradıcılıq uğurları diləyirəm.
 23.04.2016


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə