Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə92/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   84   85   86   87   88   89   90   91   92

281
bilər.  Artan  zibilliklər,  çirklənən  dənizlər,  çaylar,  bulaqlar,  çeşmələr, 
qırılan meşəliklər öz sağlamlığımıza balta çalmaq deməkdir. Müəllifin özü 
demişkən:  “Ruhumuzun  Nuh  tufanı  yaxınlaşır!!!  Gəlin  həyatımızı  xilas 
edək, necə ki, gec deyil!”
Bu  sözlər  təbabət  aləminin  içində  olan  bir  təbibin  qələmindən  çıxan 
ifa dələrdir.  Essenin  sonunda  müəllif  belə  bir  qənaətə  gəlir  ki,  biz  təbiəti 
çirkləndirməklə özümüzü xəstəliklərə düçar edirik. Xəstəliklərin ən dəhşətlisi 
isə yaddaşını tamamilə itirməkdir, hətta öz doğmalarını belə tanımamaq duru-
muna düşmək. Atalar demiş: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Bizim 
özümüzə etdiklərimiz dolayısıyla alzqeymerə (yaddaşsızlığa) gətirib çıxarır.
Onun Portret esselərində ünlü tibb alimlərimizin sənət və həyat yolu 
işıqlandırılır. Müəllif Zəhra xanım Quliyeva, Zərifə xanım Əliyeva, İbrahim 
Topçubaşov, Ağabəy Sultanov, İmam Mustafayev və bir çoxlarının həyat 
yoluna çıraq tutur, onları böyük məhəbbət hissilə anır.
Kitabına da ad seçdiyi “İdrak ətri” portret essesini alim, psixiatr Ağabəy 
Sultanova  həsir  edir.  Müəllif  onun  insanpərvərliyindən,  kübarlığından, 
ziyalılığından söz açır. 
Kitaba, yazıya, yazara hörmət azalan bir zamanda, yazanların sayının 
artdığı,  oxuyanlarının  sayının  azaldığı  bir  vaxtda  onu  da  etiraf  etmək 
lazımdır ki, yaxşı kitablar az-az ələ düşür. Həqiqətən görkəmli alim, pro-
fessor,  şair-publisist  Paşa  Qəlbinirun  “İdrak  ətri”  kitabını  əlinə  alıb  ox-
uyan heç nə itirməz, əksinə, mənəviyyatını bir az da zənginləşdirər. Mən 
də sözün səcdəsində olan biri kimi kitabı sevə-sevə oxudum və zövqümü 
zənginləşdirdim. Dəyərli oxucular, Allahdan diləyim budur ki, sizlərin də 
zövqü, mənəviyyatı zəngin olsun, o üzdən gəlin kitablara üz tutaq, onlarla 
ünsiyyətdə olaq. Yazı adamlarının ürək atəşindən yaranmış sətirlərə, mis-
ralara mehman olaq, kitablardan gələn hənirtilərə, pıçıltılara qulaq kəsilək, 
çünki həqiqi sənət əsərlərinin üstündə görkəmli təbibimiz və şairimiz Paşa 
Qəlbinur demiş, Tanrı möhürü var… Mən görkəmli alimimiz, ünlü dokto-
rumuzun  da  kitabında  Tanrının  möhürünü  hiss  etdim.  Bir  söz  adamı  kimi 
müəllifə yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Qoy onun gözlərə işıq bəxş 
edən əlləri yorulmasın, Vətən, sənət eşqli ürəyi daima coşub-daşsın, fəlsəfi 
fikirlərlə  zəngin  sözlərini  kitaba  çevirsin  və  bu  kitablar  kitabxanalarımızın 
kitab rəflərini bəzəsin. Qoy insanlarımızın gözlərinə nur bəxş edən təbibimizin 
ürəyindən həyat sevgisi azalmasın. Sənət və həyat eşqli alim, təbib şairimizə 
can sağlığı və yaradıcılıq uğurları diləyi ilə sözümü tamama yetirirəm.
08.06.2016


282
NİZAMİ MƏQBƏRƏSİ 
ÖNÜNDƏ RƏQS
İki gün bundan qabağın sözüdür. Mədəniyyət Azərbaycan Televiziya 
Kanalına baxırdıq. Gəncədə Nizami məqbərəsinin önündə oğlan və qızların 
rəqsini göstərirdilər. Doğrusu, mən o qədər də fərqinə varmadım. Birdən 
həyat yoldaşım dedi, bunlara bax e, gör harada rəqs edirlər?!
Orda rəqs, musiqi olmaz, ora ziyarətə gedərlər, rəqs etməzlər…
Elə bil yuxudan ayıldım, həqiqi mənada çox pis oldum. Adətən məzar 
yerləşən yerə ziyarətə gedərlər. Nizami Gəncəvinin məqbərəsi önündə rəqs 
ansamblını nümayiş etdirmək, məncə, heç bir məntiqə sığmır, çünki hamı 
bilir ki, orda dahi şairin məzarı yerləşir, məzar yerləşən məkanda hansısa 
rəqsi görüntüləmək heç yaxşı hal deyil. Zənnimcə, bu orda yatanın ruhunu 
incitməkdən savayı bir şey deyil.
Yəqin  ki,  hər  dəfə  o  məkanda  hansısa  bir  musiqi  nömrəsi  nümayiş 
etdiriləndə bizim kimi fikirləşənlər az olmur. Ona görə bu kimi işləri həyata 
keçirən, məsul olan şəxslər diqqətli olmalıdırlar. Nizami Gəncəvi dünyəvi 
şairdir, indi bizim teleməkana da xaricdən baxanlar az deyil. Özümüzü et-
diyimiz qeyri-normal hərəkətlərlə gülüş hədəfinə çevirməyək. Kənardan 
vallah, billah yaxşı görünmür. 
Məqbərə və onun ətrafı oxumaq, oynamaq məkanı deyil. Ora ziyarətə 
gedərlər, ən azından müsəlman olduğumuza görə, məzarda yatanın ruhuna 
salavat çevirərlər. 
Doğrudan  da,  hər  hansı  düşünülməmiş  hərəkət,  yersiz  ağızdan  çıxan 
söz,  taleyüklü  məsələlərdə  tələskənlik  sonradan  qarşısıalınmaz  ağrı-
acı ilə özünü büruzə verir. Mənə elə gəlir ki, məqbərə önündəki rəqs də 
düşünülməmiş hərəkətin bəhrəsidir. 
Bu kiçik məqaləni dahi şairin öz sözləri ilə bitirmək istəyirəm:
“Bir inci saflığı varsa da suda,
 Artıq içiləndə dərd verər o da”.
10.07.2016
 


283
MÜƏLLİf HAQQINDA
Şirinxanım Ağabala  qızı  Kərimbəyli  (ədəbi  təxəllüsü  ŞADİMAN)  2 
sentyabr 1955-ci ildə Siyəzən (keçmiş Dəvəçi, indiki Şabran) bölgəsinin 
Tağay  kəndində  anadan  olub.  Doğulduğu  kənddə  səkkizillik  məktəbi, 
sonra  Siyəzən  şəhər  2  saylı  orta  məktəbini  bitirib.  1973-75-ci  illərdə 
Ye ni kənd  üzümçülük  sovxozunda  fəhlə,  1975-76-cı  illərdə  Volodarski 
adına tikiş fabrikində tikişçi işləyib. 1977-ci ildə ADU-nun (indiki BDU) 
hazırlıq şöbəsində dinləyici, 1978-83-cü illərdə Kitabxanaçılıq (indiki in-
formatika fakültəsi) əyani şöbəsini bitirib. 1992-ci ildə Azərbaycan Jur-
nalist Sənətkarlığı İnstitutunun məzunu olub. 1984-cü ildə Dəvəçi rayo-
nunun (indiki Şabran), hazırda Siyəzən rayonunun inzibatı ərazisi sayılan 
Gilgilçay  qəsəbəsində  kitabxana  müdiri  vəzifəsində  çalışıb.  1985-2007-
ci illərdə ARDNŞ-in Mədən-Geofizik İdarəsinin “Neft Daşları” geofizik 
ekspedisiyasında  cizgiçi,  texnik,  mühəndis  peşələrində  çalışıb.  2007-ci 
ildən həmin idarədən əmək təqaüdünə çıxıb. Əmək fəaliyyəti ilə bərabər 
bədii yaradıcılığını davam etdirib. Dövri mətbuatın mətbu orqanları olan 
“Neft  Daşları”,  “Ədalət”,  “Çənlibel”,  “Azərbaycan  müəllimi”,  “Bütöv 
Azərbaycan”, “Kredo”, “Mütərcim”, “Məhsəti” və sair qəzet-jurnallarda 
çap olunub. “Məcməüs-şüəra” (Şairlər məclisi), “Füzuli” ədəbi məclislərin 
üzvü  olub.  AYB-nin  və  CASCFEN-in  (Orta  Asiya  və  Güney  Qafqaz 
Söz  Azadlığı  Şəbəkəsi)  üzvüdür.  Hazırda  ədəbi  fəaliyyətlə  məşğuldur. 
“Modern.az”,  “Yalquzaq.  Com”,  “Davam.az”  “Lit.parad”,  “Dayaq.az” 
və sair internet portalları ilə yaradıcılıq əlaqələri saxlayır. “AzPress” və 
“Kredo” qəzetlərinin əməkdaşıdır. Şəxsi saytı aktiv fəaliyyətdədir.


284
ÇApDAN ÇIXMIŞ KİTABLARI 
1. «Ürək niyə ağrıyırsan?» (şeirlər). Azərnəşr, Bakı 1991, 56 səh. sayı 
3000.
2.  «Çəkənə  qəm  dünya,  çəkməyənə  dəm  dünya»  (şeirlər,  poemalar, 
pyeslər). Bakı 2000, AEK «Mafta press», 400 səh. sayı 1000.
3. «Kiminə acı dünya, kiminin tacı dünya» (şeirlər, pyeslər, poemalar). 
Bakı 2002, Nurlan, 566 səh. sayı 500.
4. «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» (şeirlər, poema). Bakı 2007, 
Nurlan, 742 səh. sayı 500.
5. “Seçmələr” (Könül harayı). I cild, Nurlan, Bakı 2008, 292 səh. sayı 
1200.
6. “Məni illərdən soruşun” (publisist düşüncə). «MBM», Bakı 2008, 95 
səh. sayı 300.
7. «Dünya mənə tanış gəlir» («Ürək niyə ağrıyırsan?» və «Çəkənə qəm 
dünya...» kitablarının birlikdə nəşri), Bakı 2009, Nurlan, 522 səh. sayı 500.
8. «Tağayım» (poema). «Adiloğlu» nəş., Bakı 2010, 56 səh. sayı 500.
9.  «Ay  adamlar,  mən  burdayam»  (şeirlər,  poemalar,  əhvalatlar), 
«Adiloğlu» nəş., Bakı 2012, 456 səh., sayı 500.
10. «Seçmələr», II cild, (şeirlər, poemalar), Adiloğlu nəş., Bakı 2012, 
335 səh., sayı 1200.
11.  «Ötənlərdən  gələn  səslər»,  (şeirlər,  poemalar,  qəzəllər  ),  Qanun 
Nəşrlər Evi, Bakı 2013, 632 səh., sayı 500.
12.  «Ötənlərdən  gələn  səslər  –  2»,  (şeirlər,  qəzəllər,  dördlüklər, 
bayatılar) Qanun Nəşriyyatı, Bakı – 2014, 480 səh., sayı 500.
13.  «Seçmələr», III cild, ( şeirlər və poemalar) Qanun Nəşriyyatı, Bakı 
– 2015, 447 səh., sayı 750.
14. «Seçmələr», IV cild, (şeirlər, poemalar, dramlar), Qanun Nəşriyyatı, 
Bakı – 2015, 359 səh., sayı 750.


285
Müəllif və əsərləri haqqında çap olunmuş kitablar
1. Əli Rza Xələfli. «Adı Şadiman olanın...». Bakı: Təknur, 2009, 256 
səh. sayı 1000.
2. Əli Rza Xələfli. «Axtala əfsanəsi». Bakı: Adiloğlu, 2010, 144 səh. 
sayı 500.
3.  Nəzirməmməd  Zöhrablı  (Quliyev).  «Üçrəngli  bayrağa  bürünmüş 
şairə». Bakı: Adiloğlu, 2010, 148 səh. sayı 500
4. Əli Rza Xələfli «Qırmızı həqiqətlər», Bakı: Adiloğlu, 2011, 128 səh., 
sayı 500


MÜNDƏRİCAT
O yerlərdə izim qaldı .............................................................................3
8 Marta ağım ..........................................................................................5
İnanmıram yoxluğuna ............................................................................5
Yaşıl avtobusların yaşıl zəhəri ...............................................................8
İki könül işığı .........................................................................................9
Açıq məktub ...........................................................................................15
Bölgələrdən gələn səslər ........................................................................20
Ənvər Nəzərliyə açıq məktub ................................................................22
Fəridə Ləmana diləkçəm ........................................................................25
Sözüm haqqı-dözüm haqqı ....................................................................27
Sözün dərdi ............................................................................................33
“Bu dünyanı belə gördüm” kitabı haqqında ...........................................40
Şerimiz-seyrimiz ....................................................................................47
Alban abidələri keçmişimizin yadigarı və yaxud ölü 
tariximizin bəlalları ................................................................................58
“Kredo”nun on illiyi münasibətilə məktub ............................................67
Mətbəx döyüşləri – xalqımızın biş-düşləri ............................................71
Vicdandan mükafat alan şair ..................................................................74
Heca – Allaha rica ..................................................................................82
Ədəbiyyat həyatını şam kimi yandıranların qələmindən keçir ..............88
“Pozulmaz nizam” kitabında bugünün ağrıları ......................................99
Azərbaycan gerçəkliyi ...........................................................................106
“Üçüncü dünyanın qorxusu” povesti haqqında ......................................124
Pula əyilən mənəviyyat və yaxud Mirzə Cəlil babama məktub .............132
286


287
Damcılıdan gələn səslər .........................................................................138
Anadan şair doğulan Müşfiq ..................................................................146
Mənəviyyat işığında ...............................................................................155
Yuva dağıdanlara və yuvası dağılmışlara diləkçəm ...............................162
Himnimizə basqılar ................................................................................165
“Mən bir ziyalı kimi” .............................................................................169
Sayman Aruza diləkçəm ........................................................................171
Urmu gölü harayı ...................................................................................172
Bakının Təbrizə açıq məktubu ...............................................................175
Bizim zibilləmə xəstəliyimiz .................................................................177
İranda təklənən Güney ...........................................................................179
Düşmən dəyirmanına su tökənlər ...........................................................181
Mən öz-özümə söz verdim .....................................................................186
Yurd istəyi, Vətən sevgisi.......................................................................188
Azərbaycan televiziya kanallarında aparıcıların ləhcə yarışı .................196
Həqiqət nə qədər acı olsa da ..................................................................198
Ürəyin hökmü ilə yazılan məktub ..........................................................202
Vətən hamıya tən gərək .........................................................................206
Xəyalla dövlət yığanların faciəsi ...........................................................208
Ruhumun içindən boylanan Novruz ......................................................211
Bakının Təbrizə ikinci açıq məktubu .....................................................213
On qəpik əhvalatı ...................................................................................215
Qərbə asayişi bərpa etmə, Şərqə demokratiya dərsi ..............................218
“Azərbaycan şeir antologiyasi”na təbriklərim .......................................221
Mənəviyyatımızı aşağılayan telelayihələr ..............................................223
Bir ocağın işığında .................................................................................225


288
“Qanun” nəşriyyatına cərimə, mənəviyyata zərbə .................................231
İmperiya həvəsli qullar ..........................................................................233
İnsanlıq və vətəndaşlıq borcu .................................................................236
Ruhu göylərə uçan şair ...........................................................................241
“Yüz il inqilab” kitabında Güney fəryadı ..............................................255
Söz məsuliyyəti ......................................................................................259
Manata gizli məktub ..............................................................................262
Ədəbiyyat yalan sevmir .........................................................................264
Xristian ocağı .........................................................................................266
Şərə əyilənlərimiz ..................................................................................269
Gündəm xəstəliyinə tutulanlar ...............................................................271
Manata ikinci gizli məktub ....................................................................274
On sözü vacib bilinən hekayə ................................................................276
Sözün cövhəri .........................................................................................278
Nizami məqbərəsi önündə rəqs ..............................................................282
Müəllı̇f haqqında ....................................................................................283

Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə