Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə83/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   79   80   81   82   83   84   85   86   ...   92

254
  
Qardaşım əl edib
  
Çağırdı məni.
  
Qaçmağa tələsdim yanına.
  
Birdən ilişdim dünyanın
  
Tikan hasarına.
 
 Şairin “İki qardaş” şeri də bir növ “Yuxu” şerinin davamıdır:
 
  
Bir-birindən ayrı yaşadı
  
Qanı bir, dili bir,
  
İnamı bir, dini bir.
  
İki qardaş.
İçində Araz adlı bir dərd daşıyan millətin Qarabağı da işğal altındadır, 
bu  işğal  sonu  görünməyən  dibsiz  dərə  kimi  elə  hey  uzanır,  məkrli 
imperiyaların  oyun  mərkəzinə  çevrilmiş  Azərbaycan  onu  sevən  qələm 
əhlinin daim diqqət mərkəzində olub. Mərhum şair Tapdıq Əlizamanoğlu 
da bu dərdi öz şeirlərində yana-yana nəzmə çəkir. 
Şeirlər  səksəninci  illərdə  yazılmasına  baxmayaraq,  siyirmədə  yatıb 
qalırdı. Yaxşı ki, dəyərli insanların əlinə keçib və kitabın çapına maliyə 
tapılıb. “İki qardaş” şerindən nümunə gətirməklə sözümü burda tamama 
yetirib dərindən köks ötürdüm. 
İlahi, aramızda o qədər söz qoşub şair olmaq istəyənlər var ki, qoy onlar 
vaxtilə çapını gərəkli bilməyən mərhum şairimiz Tapdıq Əlizamanoğlunun 
şeirlərilə tanış olsunlar. Hər fikri misraya düzüb şeir saymasınlar, şairlik 
içdən gəlsin gərək, qəfil gələn məhəbbət kimi… Necə deyərlər, quyuya su 
tökməklə quyu sulu olmaz, ay adamlar! Şairliklə onsuz da pul qazanmaq, 
dolanmaq  olmur. Yaza  bilmirsinizsə  yazmayın,  siz Allah!  Sözümü  ruhu 
göylərə uçan şairin 1983-cü ildə yazdığı “Dansan danılacaqsan” şerinin 
son bəndilə bitirmək istəyirəm, ruhu şad olsun, məzarı nurla dolsun, necə 
deyərlər, Allah o dünyasını versin:
Boy verməyən bir dənizdir bu həyat,
Üzmək bacarmasan boğulacaqsan.
Yeni həyat qurub “köhnəni” danma,
Dansan sən özün də danılacaqsan.


255
Bununla da şairin “Aramızda həsrət qaldı” toplusu haqqında yazdığım 
bu publisist yazıya son nöqtəni qoydum. Bu an gözlərimin önündə bir işıq 
yanıb-söndü, yox, elektrik işığını demirəm, ümumiyyətlə, bizdə nadir hal-
larda işıqlar sönür. 
Bəlkə bu yəqin ki, haqqında yazdığım, haqq dünyasına qovuşmuş şair 
qardaşım Tapdıq Əlizamanoğlunun ruhunun işığı idi, qəfil yandı, ağ işığa 
döndü və tez də ötüb keçdi, ruhu şad olsun!
  13-14.09.2014 
SAYMAN ARUZUN “YÜZ İL İNQİLAB”
KİTABINDA GÜNEY fƏRYADI
Ey Vətən, Azərbaycan, qalx, özün söylə, niyə sən belə paramparçasan? 
Səni  bu  günə  salanlara  üsyan  et,  fəryad  eylə!  Güneyindən  Quzeyinə 
Quzeyindən Güneyinə haray sal, bu haray qoy bütün dünyanı silkələsin. 
Qoy  bütün  dünya  başa  düşsün  ki, AZƏRBAYCAN  adında  parçalanmış, 
qərbində işğalçı, ipə-sapa yatmayan Ermənistan (Hayıstan) adında qond-
arma bir ölkə yaradılmış, Qarabağı Rus İmperiyasının tapdağının qurbanı, 
Güneyi  fars-molla  zülmü  altında  əzilir,  bütün  bunları  sənin  dünyaya 
səpələnmiş  50  milyonluq  xalqın  həll  etməlidir,  VƏTƏN,  VƏTƏN, 
VƏTƏN… sən məni eşidirsənmi VƏTƏN?..
Uzaq  illərin  xatirəsidir.  Siyəzən  şəhər  2  saylı  orta  məktəbdə  9-cu 
sinifdə oxuyurdum, bir gün Sima adlı bir sinif yoldaşım mənə əl içi boyda 
bir  kitabça  bağışladı.  Kitabçanın  üstündə  Məhəmmədhüseynin  Şəhriyar 
və “Heydərbabaya salam” sözləri yazılmışdı. Kitabı elə dərsarası fasilələr 
zamanı  oxudum  və  çox  həyəcanlandım.  İnanın  ki,  həmin  gün  keçilən 
dərsləri unutdum və bütünlüklə dahi şairin poemasına kökləndim. Mən on-
dan  qabaq  da  İran  tərkibinə  ürcah  olunmuş  Güney Azərbaycan  barədə  bir 
çox bədii kitablar oxumuşdum, amma “Heydərbabaya salam” poeması qədər 
mənim könlümü təlatümə gətirən ikinci bir əsər olmamışdı. Əsər, sanki büt-
ün  Güney Azərbaycanın  dilinin,  varlığının  fəğanı,  harayı,  fəryadı  idi.  Bu, 
bütünlükdə Azərbaycan xalqının harayını aləmə yayacaq, bütün dünyaya səs 
salacaq böyük şairin hecada bərqərar olmuş misralarının dili, hayqırtısı idi… 
“Heydərbaba” poeması nəzm diliylə bizim kimliyimizi bizə diktə edən 
acı həyat dərsi idi… Bu poema ana laylasıtək doğma, lətif, şirin gəlmişdi 


256
mənə… O illər arxada qalıb, Azərbaycanın Quzeyi artıq müstəqillik qazanıb 
min  bir  qanlar  bahasına  olsa  belə,  Güney  isə  hələ  də  azadlığa  çıxacaq 
gününü  gözləyir.  O  gün  gələcəkmi?  Gələcəksə,  bəs  nə  zaman?  Nəsillər 
dəyişir, tarixə dövlətlər bəxş edən Azərbaycan torpağı hələ də parça-parça, 
tikə-tikədir…  Elə  bu  ağrılı  taleyimizə  çıraq  tutan  gənc  yazar,  nasir-şair 
Sayman Aruz “Yüz il inqilab”la bizi qəflət yuxusundan ayıltmağa səsləyir.
Elə bir axşam virtual kitabxanada rastlaşdığım Sayman Aruzun “Yüz 
il inqilab” kitabıyla baş-başa qaldım. Romanı bir nəfəsə oxudum. Əvvəlcə 
Sayman Aruz barədə bir neçə kəlmə dəyərli sözün qiymətini bilənlərimizlə 
fikirlərimi bölüşmək istəyirəm. Sayman Aruz Güneydən Quzeyə o tayın 
ağrı-acısını qəlbinə yükləyib bu taya üz tutmuş istedadlı qələm adamıdır. 
Sayman  bəy  bəlkə  də  bu  ağrıların  çoxunu  özü  yaşamış,  özü  məşəqqətli 
həyatla baş-başa qalmış adamdı. Ona görə də Onun “Yüz il inqilab”ı belə 
təsirli, könül titrədən məqamlarla doludur. Bu kitab bir millətin dilini, varlığını 
itirmək təhlükəsilə üz-üzə qalmış ömür hekayəsidir. Din adı altında xalqların 
istəklərini  boğan,  onları  dilindən,  varlığından,  ruhundan  uzaqlaşdıran  bir 
ölkədə cərəyan edən vəhşiliklərin çarəsi nə ilə çözülər, dəyərli Vətən əhli? Bizi 
bizdən ayıranlar hər şeyə nail olublar, torpaqlarımızı parçalamaqla, varlığımızı 
aşağılamaqla, kimliyimizi yasaqlamaqla... Amma bir şeyi unutmamalıdırlar ki, 
haqq nazilər, üzülməz… atalar demiş…
Əsərdə baş qəhrəman Seyiddir. Elə bütün baş verən hadisələr də Seyidin 
dili ilə nəql olunur və onun ətrafında cərəyan edir. Seyid özü bədbəxt insandır, 
bütün istəkləri gözündə qalmış, nəsibi isə adama cismani əzab verməkdir. 
Onun taleyinə güney Azərbaycanın Sulduz şəhərində həbsxanada işləmək 
düşür. Bu onun gündəlik işi, peşəsidir, təsadüfən həbsxanada uşaqlıq sev-
gisi olan Raziyə ilə qarşılaşır… Müəllif qadın qəhrəmanı Raziyəyə verilən 
amansız işgəncələri oxucuların gözlərindən yaş çıxardacaq dərəcədə bəyan 
edir. İran zindanlarında din, Allah adıyla adamlara tutulan divanlar insanı 
dəhşətə gətirir. “Quran”dan saysız-hesabsız təfsir kitabları yazıb pul-pa-
ra qazananlar, gündəlik həyat tələbatlarını ödəyənlər, adamların beyninə 
bütün günü “şaxsey-vaxsey” aşılayanlar bəs Allah bəndələrinə niyə böylə 
zülmdə bulunurlar?
Bəs  zülm  etdikləri  insanların  yaşam  haqqı  yoxmu?!  Əsərdə  öz  var-
lıqlarını  döyülə-döyülə,  əzilə-əzilə,  tutula-tutula,  asıla-asıla  qoruyan 
binəva  millətimizin  acı  həyat  dastanı  adamın  ürəyini  param-parça  edir. 
Axı Raziyə də, Seyid də başqa cür həyat yaşaya bilərdilər, hər insana bir 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə