Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə82/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   78   79   80   81   82   83   84   85   ...   92

251
misralarıdır.  Doğrudan  da  görəsən,  insan  niyə  bir-birinin  həyatına  qəsd 
edir, ona bu haqqı kim verib? Özünü vəhşi heyvanlardan qoruyan adam 
özü vəhşilik edir, bu müharibələr, bu torpaq oğruları, bu insan alverçiləri, 
bu canalanlar niyə kəsmir ucu-bucağı görünməyən dəhşətləri, qəsdləri?! 
Nədir  onların  amacları?  Yer  kürəsini  məhvə  çəkmək,  ev  yıxmaq,  qan 
tökmək… Bəlkə insan cildində iblislər var aramızda, ona görə də dünya 
yaxasını xətalardan qopara bilmir ki, bilmir, şairin şerində acı ittihamsayağı 
deyildiyi kimi…
 
  
Birinin əli ilə sancıldı
  
o birinin kürəyinə.
  
Sancıldı milyonların ürəyinə.
  
Öldürdüyünü öldürdü,
  
Qorxu altında saxladı dirini.
  
Amma heç eşitmədik
  
İki bıçaq doğraya
  
bir-birini.
  
Belədir bütün silahlar,
  
Görəsən, heç bunu
  
düşünübmü insanlar?!
Şairin “Baba-Nəvə” şeri yatmış balacanın qığıltısıyla qol-boyun olan 
babanın nəvəsinə köklənmiş heç zaman sönməyən, ürəyindən çıxmayan 
ülvi, səmimi məhəbbətidir. Baba, sanki nəvəsinin üzündən qəlbinə çilənən 
həyat  eşqini  duyur.  Bu  insanları  bir-birinə  bağlayan  nəsil,  kök  telləridir 
ki,  bəşəriyyəti  min  illərdir  yaşadır,  gələcəyə  aparır,  insan  kökünü, 
soyunu  qırılmağa,  məhv  olmağa  qoymur.  Şair  bu  kökün  şirinliyindən, 
müqəddəsliyindən misralarında bəhs edir.
  
Baxıb babasının solmuş üzünə.
  
Ay baba, nə gözəl nağıldı, – dedi.
  
Nağıl özü babanın
  
qəlbini dəldi keçdi,
  
Ötən günlər gözləri
  
önündən gəldi keçdi.
  
Dəyişdi əhvalı-halı


252
  
bir anda,
  
Ömür nağıl imiş
  
sən demə sonda. 
 
Şair  vəfasız  dünyanın  etibarsızlığından  “Dünya”  şerində  bəhs  edir. 
Dün yanın  şirinliyinə  aludə  olub  vardan,  sərvətdən  bərk-bərk  yapışan, 
ətra fındakı  ac-susuzlara  məhəl  qoymayan,  amma  guya Allah  eşqilə  hər 
il  müqəddəs  ocaqlara  baş  çəkənlər  bilmirlər  ki,  bununla  çullarını  sudan 
çıxara bilməyəcəklər, müqəddəs ocağı ziyarətlə günah yuyulmaz, günah 
ac qarnı doydurmaqla, ətrafına mərhəmətli, sədaqətli olmaqla dost-tanış, 
qohum-əqrəba yaddaşında xeyirxah əməllərlə iz qoymaqla yuyular. Necə 
deyərlər, Allaha da xoş gedər, bəndəyə də:
  
İnanma dünyanın etibarına
  
A qardaş, inan ki, gididi dünya.
  
Axır möhtac edər əl ağacına,
  
Uşağı, böyüyü, igidi dünya.
Tapdıq Əlizamanoğlunun “Məni danarsanmı?” şeri gözəl bir məhəbbət 
nəğməsidir. Yalnız onu şərqiyə çevirəcək bəstəkar lazımdır. Təəssüf hissilə 
qeyd eləmək yerinə düşər ki, indiki zamanda mahnı sözləri də cılızlaşıb, 
çünki şərqinin, nəğmənin sözləri şair qələmindən çıxmalıdır. Hər yerindən 
duran isə şair ola bilməz. Mərhum şairimizin məhəbbət şerini bütünlükdə 
oxucuların diqqətinə çatdırmaq istəyirəm:
Söylə görüm ay vəfasız,
Ötən günü anırsanmı?
İlk məhəbbət həsrətilə,
Alovlanıb yanırsanmı?
Uydun ötəri həvəsə,
Düşdü qulağın min səsə.
İndi özgə bir nəfəsə,
Sən şirinlik qatırsanmı?
Əllərimdən çıxıb qaçdın,
Özgəsinə könül açdın.


253
Özgə ömrə işıq saçdın,
İndi məni danırsanmı?
Şeir isti ürək sevər, ucalıq sevər onu duyanların qəlbində əbədi yaşar, o 
məhrəmanə hisslərin, şirin təbəssümlərin ilıq nəfəsidir.
Yetər ki, onu duyub diqqət edəsən, bax onda şairlərin könül təranələrinin 
sədasını eşidəcəksən, bir çoxları kimi deməyəcəksən mən şeir oxumuram. 
Şeir yerin, göyün məhəbbət nişanələrini özündə əks etdirən, misra-misra, 
söz-söz nəğmələşən şair ilhamının məhsuludur. Şairin özü kimi, sözü də, 
misrası da möcüzədir. Bu möcüzənin qapısının açarı yalnız şairlərin ürək 
guşələrində əxz olunur. 
Tapdıq  Əlizamanoğlunun  “Kimə  gərəksən”,  “Eşidin  sevənlər”,  “Kü-
lək”, “Gözəlliyi duyasan gərək”, “Ürək-dil”, “Seç görüm”, “İki qar daş”, 
“Yaşımı soruşma” şeirləri bir-birindən oxunaqlı, bir-birindən diqqət çə kən-
dir. Yuxarıda qeyd etdiyim kimi adam heç bir şerin yanından ötəri baxıb 
keçə bilmir. Şairin “ Səhəri gözləyirəm” şerinə diqqət edək:
Gecələr ürəyim yetim uşaq tək,
Mütləq qüssələrlə bələnməlidir.
Tənhalıq qəlbimin gecə köynəyi
Qaranlıq düşdümü geyinməlidir.
Onun “Dəyişib zaman” şeri vara hərisləri qamçılayan, öz əqidəsindən 
dönməyən  təmiz  bir  insanın  haqqı  tapdalayanlara,  yalanlarla  böyük 
kürsülərə nail olanlara tutarlı cavabdır.
Dünyanın ən böyük həqiqətindən
Sən üstün tutmusan dövləti, varı.
İtirdin vicdanı and içə-içə
Bəsdir, yalanlardan əl götür barı.
 
Şairin “Nişan günündür”, “Günahkar özünsən”, “Səndən nigaranam”, 
“Dedin  yandıraram  səni”  şeirləri  ülvi  məhəbbətin  yaratdığı  hisslərin 
vüsal-ayrılıq  təranəsidir.  Gözəl  şairin  “Yuxu”  şeri  ikiyə  parçalanmış 
Azərbaycanın  yaralarından  bəhs  edir, Arazın  qanlı  axması,  ona  kədərlə 
baxması,  ikiləşmiş  bir  xalqın  tarixi  faciəsidir.  Bu  faciəni  şairlər  zaman-
zaman nəzmə çəkib. Şair də öz yuxusunda qanlı Araz çayını görür:


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə