Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə81/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   77   78   79   80   81   82   83   84   ...   92

247
İndi  də  işğaldan  başı  qurtulmayan,  Vətən,  səni  nə  zaman  əliqanlı, 
düşüncəsi dəhşət saçanlar rahat buraxacaq? Bəlkə biz özümüz sənə dönük 
çıxmışıq, bir ola bilməmişik, elə bu gün də bu ağrılarla baş-başayıq. Tapdıq 
Əlizamanoğlunun  “Bütöv  gör  məni”,  “Yuxuma  gəlmişdin”,  “Tarixim 
qədimdən qədim”, “Dönəcəyəm mən”, “Darıxdım” şeirlərində vətəni büt-
öv görmək həsrəti, ülvi məhəbbət, yurd istəyi qəlb titrədir. “Ay məzar daşı” 
şeri şairin haqq dünyasına qovuşmuş doğmasıyla səmimi söhbətidir. Bu 
söhbət, bu ülfət ürəkləri yanıqlı misraların diliylə titrədir:
Bir yer var ki, o köksümü dağ edir,
Bu gecə görüşdük, ay məzar daşı.
Bir yer var ki, zaman-zaman köhnəlir,
Bu gecə öpüşdük, ay məzar daşı.
Doğmasıyla  daşların  harayı  ilə  dilləşən,  sükutdan  səs  qoparan  şair 
məzarı təkcə ölənin yatdığı yer təki deyil, həm də tarix təki dilə gətirir. 
Doğrudan da qəbiristanlıqlar həm də insanların milliyyətini, tarixini, dini 
inancını isbat edən tarixi bir ocaqdır. Onlara həddindən artıq bəzək-düzək 
gəlmək də olmaz, dilsiz məzar daşları yazısız-pozusuz da olmaz:
Alov-alov günlər keçir gözümdən,
Həyatımdan, dünənindən, özümdən.
Keçən günün o səs-küyü sözümdən –
Dolub qalar səslər qardaş qardaşı
Bu gecə dirilik, ay məzar daşı.
Şair demiş:
Burası bir cənnət, bura gülüstan,
Burası son mənzil, yer azaddırsa.
Burası səninlə bir görüş-məkan,
Bu kənd ikimizin tək yol qovşağı,
Bu gecə birləşdik, ay məzar daşı.
Bəli,  məzarlıq  itirdiyin  doğmaların  sığındığı  məkan  deyil,  həm  də 
tarixin  əsl  həqiqətləri  bizə  diktə  etdiyi  bir  ocaqdır,  oralar  ölüb  getmiş 
insanların varlığından xəbər verir. Öz susub durmuş lal sərdabələri, göyün 
gürşadlarına qucaq açan, sükuta boyanmış daşlarıyla birlikdə…


248
Tapdıq  Əlizamanoğlu  övlad  sevincini,  bala  istəyini  misralarında  ata 
məharətilə təsvir edir. “Gördüm onun gözlərində” şerini bütünlüklə dəyərli 
oxucuların diqqətinə yetirmək istəyirəm:
Sanki duyub düşüncəmi,
Yanıma gəldi oğlum.
Sarıldı boynuna qolum.
Baxdım onun gözünə,
Sevinc qondu üzümə.
Elə həmin hərarəti –
Gördüm onun gözlərində.
Təravət də gül üzündə,
Şükür sənə, uca Tanrı!
Hər işdə bir xeyir vardı…
Şairin  “Öyrədir  mənə”  şeri  həyatın  ağrılarıyla  üzbəüz  qalan  insanın 
ürəyindən  qopan  yaşam  sədalarıdır.  Bu  sədalar  adamı  özüylə  birlikdə 
ünyetməz,  əlçatmaz  ənginliklərə  aparır.  Həyatda  itirdiklərinin  ağrısını 
çəkən insan daima nəyinsə ümidindədir, nələrəsə nail olmaq arzusu, istəyi, 
diləyilə yaşayır. Əzabın özü də insanı bərkdən, boşdan keçirir. Yaşamaq 
eşqini alovlandırır, duyğularını çiçəkləndirir, sabahın eşqilə coşdurur. Bu 
coşqunluq olmayanda insan özünə qapılır, hər şeydən, hər kəsdən küsür, in-
ciyir. Ona görə istəkli oxuculara şairin bu misralarını əzbərləməyi tövsiyə 
edərdim:
Nəyə gərək dayaz yerdə üzüm mən,
İstəyirəm gedə bilim dərinə.
Könlüm əzabların yuvası olsun,
Əzab yaşamağı öyrədir mənə.
 
Doğrudan-doğruya sözün qiymətdən düşdüyü dövrdə, zamanda yaşa-
yırıq. İnsan əqli bəzən kəşf etdiklərinin acı-ağrısını çəkir, insan şüurunda 
robotlaşma  gedir,  ünsiyyət,  mehribanlıq,  səmimiyyət  arxa  plana  keçir. 
Üzdə  dost  deyib  can  yaxanların  sırası  çoxalır.  İnternet,  sosial  şəbəkələr 
doğmaları bir-birinə yadlaşdırır, adamın yavaş-yavaş təbiətlə sevdası arxa pla-
na keçir, saatlarla elektrotexnikaya əsir olan gənclik kitabdan, dərgidən uzaq 
düşür, gözlər baxa-baxa baxışlarda bir soyuqluq, bir ögeylik müşahidə olunur.


249
Şair elə bil “Dostlar” şerində, sanki bu dərdləri nəzmə çəkir:
Daş atır ayrı düzə,
Qiymət verən yoxdur sözə,
Qurd tək durarlar göz-gözə,
Rəqiblik edən dostlar.
Mərhum şairimiz Tapdıq Əlizamanoğlunun “Dünya” şeri özünəməxsus 
bənzətmələri ilə diqqət çəkir. Kimi üçün kiçik dünya, kimi üçün böyük 
dünya nə qədər acılardan keçib. Şair insan taleyini ovuc içində olan xətlərlə 
müqayisə edir. Şair bu acıları həyatın gözəlliyi qarşısında çökdürür:
Dünya çox kiçikdir – ovuc içi boyda,
Ovuc içi çox böyükdü – dünya boyda.
Taleyimizin yolları görsənir orda.
O yol nə yoludur kəsişir?
Sevgi yoludu.
Bəs ən qısa?
Ömür yoludu.
Ən uzun arzumun yoludur.
Şükür sənə, Tanrı.
Arzumun yolu ömür yolumdan uzundu,
Həyatın gözəlliyi də budu!
Sevginin ucalığı önündə qələmini titrədən şair:
Ovut ürəyimi bircə baxışla,
Söndür qəlb odumu odlu yağışla,
Gəl mənə ömürlük vüsal bağışla,
Yoxsa həsrət məndə yurd salar, gülüm.
Bu istəyə, bu ülfətə kim əsir olmayıb... sevgi elə bir hissdir ki, o büt-
ün səmimi duyğuların açarıdır. O, hər kəsin ürəyində yurd salmaz, salsa 
da çox qalmaz, necə gəlibsə elə də keçər gedər. “Dönən deyiləm” şeri də 
elə saf sevdaya bir etiraf diləkçəsidir. Bu diləkçənin sızıltısı isə misralara 
çökmüş ürək çırpıntıları:


250
Mən səni sevirəm, sevəcəyəm də…
Eşqinlə yanıram sönən deyiləm,
Bir dəfə dediyim sözün cavabın
Min il də gözlərəm dönən deyiləm.
Şair demişkən məhəbbət yükü çox ağır yükdür, onu hər kəs çiyinlərində 
daşıya bilməz. Daşısa da çox uzaqlara apara bilməz. Necə ki, zəmanəmizdə 
dağılan gənc ailələrin sayı günbəgün artır. Öz ürək sevdasını vara, pula 
əsir  edənlər  bu  sevgi  notlarından  azacıq  da  olsa  qidalansaydılar,  nə  baş 
verərdi? Dünya dağılmazdı ki, ey sevdalı ürəklər, könlü daş olanlara qoy 
sevgi şərqisi olsun mərhum şairimizin “Sevgi həyatdır” şeri:
Məhəbbət kimin ki qisməti oldu,
Demək yana-yana yaşayacaqdır.
Onun sevinc yükü, qəm yükü boldu,
Sevənlər mərdanə daşıyacaqdır.
Tapdıq  Əlizamanoğlunun  “Bir  topa  tüstü”  şeri  maraqlı  oxşamaları, 
bənzətmələrilə  diqqəti  çəkir,  o  tüstünün  əvvəlcə  topalaşıb-birləşib,  göy 
üzündə  birdən-birə  ayrılıb-yox  olmasını  varlığın  itməsilə  eyniləşdirir. 
Doğrudan  da  tüstü  bacadan  çıxıb  gedəndə  topa  şəklində  olur,  sonra 
haçalanır, parçalanır və göy üzündə yox olub gedir. Elə bu maraqlı gediş 
də şair diqqətindən yayınmayıb, onu insan varlığı ilə uzlaşdırıb, məharətlə 
nəzmə gətirib:
Bir topa tüstü qalxdı havaya,
Yüksələrək göylərə –
birdən-birə ayrıldılar.
Səmanın boşluğunda
Gözdən itib yox oldular.
Ayrılmasaydılar,
Bir tüstü kimi,
Görərdi, tanıyardı hamı onları.
Varlığını itirmək
Qorxusu gözləyir ayrılanları.
Ruhu göyə ürcah olmuş dəyərli şairimizin “Bıçaq” şeri insan şüurundan 
bir-birinin  həyatına  qəsdi,  qırğını  bitməyən  bəşər  acılarına  tutarlı  cavab 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə