Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə187/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   183   184   185   186   187   188   189   190   ...   197

www.vivo-book.com 

 

936 



Kruazenua  ilə  yaxınlaĢmağa  çalıĢdım.  Amma  siz  niyə 

yanımda,  gözümün  qarĢısında belə həqiqi  mənada ləyaqətli 

adamın  olmasına  yol  verdiniz?  Axı  mən  Geyerdən 

qayıdanda  siz  özünüz  mənə  dediniz  ki:  “Bu  gənc  Sorel 

yeganə adamdır ki, onun yanında darıxmaq mümkün deyil”. 

O  yazıq  indi  bu  məktubun  sizə  necə  əzab  verəcəyini 

düĢünərək  dərd  çəkir,  siz  bunu  təsəvvür  belə  edə 

bilməzsiniz.  Mən  sizin  ata  qəzəbinizin  qarĢısını  ala 

bilmərəm,  amma  məni  rədd  etməyin,  öz  dostluğunuzdan 

məhrum eləməyin.  

Jülyen  həmiĢə  mənə  hörmətlə  yanaĢıb.  O  mənimlə 

danıĢanda da, bunu sizə olan dərin minnətdarlıq hissinə görə 

eləyib.  Təbiətindəki  ləyaqət  ona  özündən  yuxarı  mərtəbədə 

olan  adamlarla  mütləq  rəsmi  davranmağı  diktə  edir.  Sosial 

fərqləri hiss eləmək onun anadangəlmə xüsusiyyətidir. Sizə, 

ən  yaxĢı  dostuma  utandığımdan  yerin  altına  girməyə  hazır 

olaraq,  etiraf  eləyirəm  ki,  ilk  dəfə  özüm  bağda  onun  əlini 

sıxmıĢam. 

Doğrudanmı sabah da, aradan günlər keçəndən sonra da 

sizin ona olan qəzəbiniz keçməyəcək? Mən elə günahkaram 




www.vivo-book.com 

 

937 



ki, burada daha peĢmançılığın xeyri yoxdur. Əgər istəsəniz, 

Jülyen mənim vasitəmlə sizi qəzəbləndirdiyindən necə əzab 

çəkdiyini və dərin ehtiramını çatdırar. Siz daha onu heç vaxt 

görməzsiniz,  amma  mən  o  hara  gedirsə,  getsin,  ərimlə 

gedəcəm.  Bu  mənim  borcumdu,  çünki  o  mənim  uĢağımın 

atasıdır.  Əgər  siz  ürəyinizin  nə  qədər  böyük  olduğunu 

nümayiĢ  etdirib,  bizə  ildə  altı  min  frank  ayırsanız,  mən  bu 

pulu  izahagəlməz  minnətdarlıqla  qəbul  edərəm.  Əgər  bunu 

etməsəniz,  Jülyen  Bezansonda  latın  dili  və  ədəbiyyat 

müəllimi 

iĢləməyi 

planlaĢdırır. 

Nədən, 

hardan 


baĢlayırbaĢlasın,  mən  onun  qabağa  gedəcəyinə  əminəm. 

Onun yanında mən ad-sansız yaĢamaqdan qorxmuram. Əgər 

inqilab  olsa,  inanıram  ki,  o  bu  inqilabın  ən  vacib 

adamlarından  biri  olacaq.  Siz  bunları  mənimlə  evlənmək 

istəyən o kübar gənclər barədə əminliklə deyə bilərsinizmi? 

Deyəcəksiniz  ki,  onların  böyük  malikanələri,  geniĢ 

torpaqları  var?  Bu  Ģeylər  məni  heyran  eləməyə  yetməz. 

Atamın  hamiliyi  və  bir  milyonu  olsa,  mənim  Jülyenim  elə 

bu rejimin vaxtında da uğur, mərtəbə qazana bilərdi...” 



www.vivo-book.com 

 

938 



Matilda atasının çılğın adam olduğunu bildiyindən, düz 

səkkizsəhifəlik  məktub  yazmıĢdı.  Markiz  de  La-Moll  bu 

uzun-uzadı  məktubu  oxuduğu  müddət  ərzində  Jülyen 

bağçada əllərini ovuĢdura-ovuĢdura gəziĢərək, düĢünürdü: 

–  Ġndi  mən  nə  etməliyəm?  Mənim  borcum  nədir? 

Maraqlarım  nədən  ibarətdir?  Ona  borcum  sonsuzdur,  bu 

adam  olmasaydı,  mən  indi  hansısa  məzlum  bir  iĢdən 

yapıĢmıĢdım, üstəlik, baĢqalarının nifrətini qazanmıĢdım. O 

məni kübar adam elədi. Buna görə də mənim bundan sonrakı 

yanlıĢlıqlarım  daha  az,  daha  ziyansız  olacaq.  Bu  isə  mənə 

bir  milyon  pul  bağıĢlamaqdan  daha  qiymətli  iĢdir.  Bu 

ordeni, məni cəmiyyətin gözündə qaldıran nəzəri diplomatik 

uğurlarımı ona borcluyam. Əgər indi o  əlində lələk oturub, 

mənə  bundan  sonra  necə  hərəkət  etməli  olduğumu  yazırsa, 

görəsən, o nə yazacaq?  

Elə  bu  vaxt  markiz  de  La-Mollun  qulluqçusu  Jülyeni 

fikirlərindən ayırdı. 

–  Markiz  elə  bu  dəqiqə,  paltarlı,  ya  paltarsız 

olmağınızdan  asılı  olmayaraq,  otağına  gəlməyinizi  tələb 

edir. 



www.vivo-book.com 

 

939 



Jülyeni  markizin  otağına  ötürəndə,  qulluqçu  astadan 

dedi: 


–  Ehtiyatlı  olun,  cənab  markiz  dəhĢətli  dərəcədə 

qəzəblidir.  

 

 

 



XXXIII 

 

 DARQURSAQLIĞIN APARDIĞI UÇURUM  



 

Bu  almazı  cilalayarkən,  naĢı  zərgər  onun  ən  parıltılı 

qırıntılarını  yonmuĢdu.  Orta  əsrlərdə,  nə  orta  əsrlər,  hələ 

RiĢelyenin  vaxtlarında  fransız  hələ  arzulamaq  bacarığına 

sahib idi.  

 

Mirabo 



 


www.vivo-book.com 

 

940 



Jülyen  otağa  girəndə  markiz  hirsindən  zəncir 

çeynəyirdi.  Bəlkə  də  ilk  dəfəydi  ki,  bu  əyan  özünü  lazımi 

qədər  ədəblə  aparmırdı.  Oğlan  içəri  girən  kimi,  o,  küçə 

söyüĢləri söyərək, onun üstünə atıldı. Qəhrəmanımız heyrətə 

gəldi,  o  bərk  incidi  amma  markizə  qarĢı  duyduğu 

minnətdarlıq hissi azalmadı. “O qədər ciddi-ciddi planlar, o 

qədər  Ģirin  arzular  –  indi  bu  bədbəxt  adam  bunların 

hamısının bir anda necə məhv olduğunu görür! Amma mən 

ona  nəsə  cavab  verməliyəm,  susmağım  onu  daha  da 

qəzəbləndirir”.  Cavab  üçün  Jülyen  yenə  Tartüfə  müraciət 

elədi: 

–  Mən  mələk  deyiləm...  Mən  sizə  sədaqətlə  xidmət 



edirdim,  sizsə  məni  səxavətlə  mükafatlandırırdınız.  Qəlbim 

sizə  minnətdarlıqla  doludur,  amma  özünüz  fikirləĢin,  axı 

mənim  cəmi  iyirmi  iki  yaĢım  var.  Bu  evdə,  gözlərimin 

qabağındasa elə gözəl bir xanım vardı... 

– Ġlan! – markiz bağırdı. – Gözəl xanım?! Onun gözəl 

olduğunun  fərqinə  varan  kimi,  siz  bu  evdən  baĢ  götürüb, 

qaçmalıydınız! 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə