www.vivo-book.com
127
MĠNNƏTDARLIQ ÇOXDU, PUL ĠSƏ AZ...
But passion most dissembles, yet betrays,
Even by its darkness, as the blacket sky
Foretells the heaviest tempest...
Don Juan, c. I. st. LXXIII
18
Cənab Renal qəsrin bütün otaqlarını gəzəndən sonra
içi təzədən doldurulmuĢ döĢəkləri daĢıyan qulluqçuların
əhatəsində uĢaq otağına gəldi. Bu adamın qəfil peyda olmağı
Jülyenin bayaqdan dolmuĢ səbir kasasını daĢırdı.
18
Göy üzünü bürümüĢ qara-qara buludlar
Qəzəbli bir tufandan xəbər verən sayağı
Yandıran alovuyla ifĢa edir özünü
Susqunluğun altında gizlənmiĢ ehtiraslar...
Bayron, “Don Juan”, birinci nəğmə (ing.)
www.vivo-book.com
128
Rəngi avazımıĢ oğlan ağasının onda hələ heç vaxt
görmədiyi qətiyyətlə cənab Renalın üstünə Ģığıdı. Cənab
Renal yerində quruyaraq xidmətçilərə baxdı.
– Cənab, – Jülyen dedi, – Siz doğrudanmı elə
düĢünürsünüz ki, uĢaqlarınızın əldə elədikləri uğurları baĢqa
mürəbbi onlara qazandıra bilərdi? Əgər sizin cavabınız
“yox”dursa, siz hələ bir cəsarət eləyib məni onlara laqeyd
yanaĢmaqda ittiham eləyirsiniz?
Qəfil qorxudan sonra özünə gələn cənab Renal
düĢündü ki, bu fağır oğlanın birdən-birə belə yekə-yekə
danıĢmağı boĢuna deyil. Deməli, ona nəsə əlveriĢli bir təklif
olunub və oğlan həmin təklifi qəbul etmək, onların yanından
getmək barədə fikirləĢir.
Öz qəzəbini boğa bilməyən Jülyensə əlavə elədi:
– Mən, cənab, siz olmadan da keçinə bilərəm!
Cənab Renal yüngülcə kəkələdi:
– Sizin belə həyəcanlanmağınız məni məyus elədi,
cənab.
Qulluqçular
lap
yaxında,
onların
on
addımlığındaydılar – yataqları düzəltməklə məĢğul idilər.
www.vivo-book.com
129
– Mən sizdən bunu gözləmirəm, cənab – get-gedə
daha da qəzəblənən Jülyen bağırdı. – Məni bir az əvvəl, özü
də qadınların yanında necə təhqir elədiyinizi yadınıza salın!
Cənab Renal Jülyenin nəyə nail olmağa çalıĢdığını
anlayırdı. Elə bu vaxt qəzəbdən artıq özünü itirmiĢ Jülyen
bağırdı:
– Sizin evinizi tərk eləyəndən sonra mən hara
gedəcəyimi bilirəm, cənab!
Bu sözləri eĢidən cənab Renal bircə anın içində
Jülyeni cənab Valnonun evində təsəvvür elədi.
– YaxĢı, cənab, – nəhayət, ağır-ağır köksünü ötürən
cənab Renal ən çətin əməliyyata hazırlaĢan cərraha üzünü
tuturmuĢ kimi, oğlana baxdı. – Mən sizin istəyinizlə
razıyam. Birigündən etibarən – bu elə ayın birinə düĢür –
mən sizin aylıq maaĢınızı əlli franka qaldırıram.
Jülyen özünü gülməkdən güclə saxladı: o elə
heyrətlənmiĢdi ki, qəzəbi öz-özünə yoxa çıxmıĢdı:
“Belə çıxır ki, mən bu heyvana hələ az nifrət
eləyirmiĢəm! Bu alçağın qadir olduğu tək Ģey belə səxavətli
üzrxahlıq imiĢ!”
www.vivo-book.com
130
Ağızlarını ayırıb bu səhnəyə tamaĢa eləyən uĢaqlar
bağa qaçaraq analarına xəbər verdilər ki, cənab Jülyen
dəhĢətli dərəcədə qəzəblənib və o, bundan sonra ayda əlli
frank alacaq.
Jülyen vərdiĢi üzrə uĢaqların arxasınca getdi və heç
qanrılıb bircə dəfə də olsun cənab Renala tərəf baxmadı –
ağası hirsindən cilov gəmirirdi.
– Bu Valno artıq mənə ildə yüz altmıĢ səkkiz frank
ziyan vurdu, – mer öz-özünə düĢünürdü. – Gərək atılmıĢ
uĢaqlar məsələsində onun dərsini verim.
Heç bir dəqiqə keçməmiĢdi ki, Jülyen təzədən onun
qarĢısında peyda oldu.
– Mən ġelan atanın yanına gedib, günahlarımı etiraf
eləməliyəm. Bir neçə saatlığa iĢimi buraxmalı olacağımı sizə
bildirməkdən Ģərəf duyuram.
Cənab Renal həddindən artıq süni təbəssümlə:
– Buyurun, əziz Jülyen, – dedi. Ġstəyirsiniz lap bütün
günü, hətta istəsəniz, lap səhər də gəlməyin. Bağbanın atını
da götürün, Veryerə piyada gedəsi deyilsiniz ki?
www.vivo-book.com
131
“Hə, aydındı. Deməli, o, Valnoya cavabını deməyə
gedir” – cənab Renal düĢündü. “Axı o mənə heç nə söz
vermədi, neynək, bu əsəb dağarcığının hirsinin soyumağını
gözləmək lazımdır”.
Jülyen tələm-tələsik evdən çıxıb dağlara, Verjidən
Veryerə düz yolu olan böyük meĢəyə getdi. Onun elə bu saat
ġelan atanın yanına getmək fikri yox idi. Təzədən riyakarlıq
eləmək və saxta səhnələr quraĢdırmaq həvəsində deyildi.
Ġndi o öz qəlbiylə baĢ-baĢa qalmalı, özüylə haqq-hesabını
çəkməli və canını bürüyən hisslərə azadlıq verməliydi.
“Mən bu döyüĢü qazandım, – onu heç kimin görə
bilməyəcəyi meĢəyə ayaq basan kimi, o öz-özünə dedi, –
bəli, mən bu döyüĢü qazandım”.
Bayaq baĢ verənlər ən yaxĢı tərəfləriylə gözlərinin
qarĢısında canlanaraq onu bu qənaətə gətirib çıxarmıĢ və
ruhi tarazlığını özünə qaytarmıĢdı.
“Deməli, indi mən ayda əlli frank maaĢ alacam.
Görünür, cənab Renal yamanca qorxdu. Amma o nədən
qorxdu axı?”
Dostları ilə paylaş: |