www.vivo-book.com
132
Bircə saat əvvəl onu belə özündən çıxaran o nüfuzlu,
zəngin adamın nədən ehtiyatlandığını düĢünə-düĢünə Jülyen
özünü yavaĢ-yavaĢ Ģirin arxayınlığının ixtiyarına buraxdı.
Ġrəlilədiyi meĢə zolağının gözəlliyi onu bir anlıq valeh elədi.
Nə vaxtsa dağlardan qopub düĢən qaya parçaları meĢənin
dərinliklərində bir-birinin üstündə qalaqlanmıĢdı. Qocaman
qaraçöhrə ağacları o qədər hündür idi ki, boyları az qala
qayaların zirvəsinə qədər uzanırdı. Ağacların kölgəsisə üç
addımlıqda
adamı
qovuran
günəĢin
parlamağına
baxmayaraq, bənzərsiz dərəcədə sərin idi.
Jülyen bu nəhəng ağacların kölgəsində bir az dincini
alıb, irəli, dağlara tərəf qalxdı. Tezliklə o ancaq keçi otaran
çobanların istifadə elədikləri zorla bilinən cığıra tərəf döndü.
Nəhayət, ən hündür dağa qalxandan sonra özünü ətrafındakı
dünyadan təcrid olunmuĢ hiss elədi. Fiziki ucalığın verdiyi
hiss onu gülümsəməyə məcbur elədi: bu sanki ruhunun
acgözlüklə tələb elədiyi həmin ucalıq halıydı. Təmiz dağ
havası qəlbinə bir aydınlıq, hətta müəyyən qədər də sevinc
gətirirdi.
www.vivo-book.com
133
Veryer Ģəhərinin meri hələ də onun gözündə bütün
varlı və əclaf insanların cəmiydi, amma o hiss eləyirdi ki, bir
az əvvəl onu boğan nifrət heç nəyə baxmayaraq, Ģəxsi bir
Ģey deyildi. O, cənab Renalı bircə həftə görməsə, nəinki
onun özünü, hətta qəsrini də, itlərini, uĢaqlarını, ailəsini də
yaddan çıxaracaq.
“Heç cür baĢa düĢə bilmirəm ki, onu belə böyük
güzəĢtə getməyə nələ məcbur elədim?! Adamın ağlı
baĢından çıxır – ildə beĢ yüz eküdən artıq bir məbləğ?!
Amma bundan bircə dəqiqə əvvəl mən necə də təhlükəli
vəziyyətdəydim? Bu da sənə bir gün ərzində iki qələbə: yox,
gərək bunun necə baĢ verdiyini öyrənim! Amma bütün
xoĢagəlməz mülahizələri sabaha saxlamaq lazımdır”.
Jülyen uca dikdirdə dayanıb, qaynar avqust
günəĢindən alıĢıb-yanan göy üzünə baxırdı. Dikdirin
yamacındakı talada cırcıramalar cırıldayır, onlar susandasa
dörd tərəf sükuta qərq olurdu. Jülyen ayaqları altında qalan
iyirmi lyelik həndəvərə göz gəzdirə bilirdi. Onun baĢı
üzərindəki qayadan havaya Ģığıyan qırğı göy üzündə səssiz-
www.vivo-book.com
134
səssiz nəhəng çevrələr cızır və aradabir Jülyenin gözləri
qarĢısında peyda olurdu.
Jülyen qeyri-ixtiyari bu lələkli yırtıcının hərəkətlərinə
tamaĢa eləyirdi. Qırğının sakit, amma qüdrətli hərəkətləri
onu heyrətə salırdı. O, bu gücə, bu tənhalığa həsəd aparırdı.
Bax, Napoleonun da taleyi belə olmuĢdu və kim bilir,
bəlkə elə onun özünü də belə bir tale gözləyirdi?
XI
AXġAM VAXTI
Yet culid'b very coldness still Wes kind,
And tremulously gentle her small hand
Withdrew itself from his, but left behind
A little pressure, thrilling, and so bland
A slight so very slight that to the mind
Tibas but a doubt
www.vivo-book.com
135
Don Juan, s I, st LXXI
19
Amma necə olsa da, Veryerdə də gözə görünmək
lazım idi. Jülyenin bəxti gətirmiĢdi, o küreni yanına çatan
kimi cənab Valnoyla üz-üzə gəldi və oğlan maaĢının
artırıldığını ona demək zövqündən özünü məhrum eləmədi.
Verjiyə çatanda Jülyen axĢamı gözlədi və ancaq hava
qaralandan sonra bağa keçdi. Onun ruhu bu gün yaĢadığı
könül sarsıntılarından bərk yorulmuĢdu.
“Ġndi mən onlara nə deyəcəm?” – deyə evdəki
qadınları yadına salaraq, narahatlıqla düĢündü. Heç ağlına
Onun soyuqluğu da sevimli və doğmaydı
Qəfil bir titrəyiĢlə əsirdi gözəl əli
Sonra hiss olunmadan sıxıb oğlanın əlini
Tez də sürüĢüb çıxdı onun ovuclarından
Köksünü ötürərək, bu qəfil xoĢbəxtliyə
Hələ də inanmırdı, inanmırdı oğlan...
Bayron, “Don Juan”, birinci nəğmə (ing.)
19
www.vivo-book.com
136
da gəlmirdi ki, onun bu dəqiqədəki ruhi vəziyyəti elə məhz
qadınların maraq dairəsinin məhdudlaĢdığı həmin xırda
hadisələr səviyyəsindədi.
Xanım Dervil, hətta onun rəfiqəsi də çox vaxt Jülyeni
baĢa düĢə bilmirdilər, amma elə oğlan özü də onlardan
eĢitdiklərinin ancaq yarısını anlaya bilirdi. Bu gənc
Ģöhrətpərəstin canını bürüyən doyumsuz ehtirasların
böyüklüyü və hərəkət gücü bax bu səviyyədəydi. Bu qeyri-
adi varlığın könlündə az qala hər gün belə tufanlar qopurdu.
Bu axĢam bağa tərəf gedəndə Jülyen göyçək
əmiqızılarla ünsiyyət qurmağa meyilliydi.
O, həmiĢəki kimi xanım Renalın yanında oturdu.
Tezliklə hava lap qaraldı və o, bayaqdan kürsünün
söykənəcəyində gördüyü ağappaq ələ təzədən sahib olmaq
istədi.
Əvvəl-əvvəl əl təslim oldu, amma sonra əl elə
qətiyyətlə çırpınıb oğlanın əlindən çıxdı ki, Jülyen əlin
sahibinin ona bərk qəzəbli olduğunu baĢa düĢdü. Oğlan israr
etmək fikrində deyildi və bayaqkı kimi Ģuxluqla deyib-
Dostları ilə paylaş: |