www.vivo-book.com
172
Amma özü hələ də inamsızlıq içində olduğu və bu
qərarsızlığını özünə də etiraf eləmədiyi üçün bu planı
yazmaq qərarına gəldi.
Səhər xanım Renal qonaq otağında bir neçə dəqiqə
vaxt tapıb onunla ikilikdə danıĢdı:
– Sizin adınız Jülyendi. Bəs ikinci adınız necədir?
Qəhrəmanımız bu xoĢrəftar suala cavab tapmadı.
Onun planlarında belə bir ehtimala yer yox idi. Əgər ağlında
o gicbəsər fikir olmasaydı, iti ağlı bu dəqiqə köməyinə
gələrdi,
gözlənilməzliksə onun iti zəkasını ancaq
gücləndirmiĢ olardı.
Öz çıxılmazlığı oğlanın fikrini bir az da dolaĢdırdı.
Xanım Renal bu çaĢqınlığı dərhal ona bağıĢladı. Oğlan onun
gözünə olduqca sadəlövh və sevimli göründü. Qadının
fikrincə,
hamının
ağıllı
hesab
elədiyi
Jülyenin
davranıĢlarında çatıĢmayan Ģey məhz elə bu sadəlövhlük idi.
– Sənin bu cavan müəllimindən nəsə gözüm su içmir,
– bu sözləri xanım Dervil ona tez-tez deyirdi. – Ona
baxanda adama elə gəlir ki, bu oğlan nəsə bir addım
www.vivo-book.com
173
atmamıĢdan əvvəl hər Ģeyi min dəfə ölçüb-biçir. Çox tədbirli
adamdır!
Jülyen sual qarĢısında özünü belə itirməyinə və
xanım Renala cavab verə bilmədiyinə görə özünü bağıĢlaya
bilmirdi.
“Mənim kimi biri, gərək bu səhvi düzəltməyi
bacarsın – ən azından özüm üçün...” – o, bunu düĢündü və
xanım Renalla qonaq otağına keçdiyi yerdə qəfildən qadını
öpdü.
Yəqin ki, bundan daha yersiz, daha xoĢagəlməz və ən
əsası daha ağılsız hərəkəti təsəvvür etmək mümkün deyildi.
Onlar az qala yaxalanacaqdılar. Xanım Renal oğlanın ağlını
itirdiyini düĢündü. Qadın qorxdu, eyni zamanda dəhĢətli
dərəcədə əsəbiləĢdi. Bu yersiz hərəkət ona cənab Valnonu
xatırlatdı.
“Görəsən, mən burada onunla ikilikdə olsaydım, nə
olardı?” – qadın düĢündü. Sevgi öləzidiyi üçün bütün əxlaqi
dəyərləri geri qayıtdı.
Qadın çalıĢdı ki, oğlanlarından biri mütləq onların
yanında olsun.
www.vivo-book.com
174
Həmin gün Jülyen üçün çox darıxdırıcı keçdi. Oğlan
öz planını həyata keçirmək üçün olduqca yöndəmsiz
hərəkətlər eləyirdi. Gün ərzində o bircə dəfə də olsun, xanım
Renala adi gözlərlə baxmadı – hər dəfə baxıĢları min bir
məna ifadə eləyirdi. Amma o belə anlarda xoĢagəlimli,
məftunedici olmağı bacarmadığını hiss etməyəcək qədər də
axmaq deyildi.
Bu yöndəmsizlik və ağlasığmaz cəsarət xanım Renalı
elə təəccübləndirmiĢdi ki, qadın özünə gələ bilmirdi.
“Bəlkə belə ağıllı adamı birdən-birə gah belə
cəsarətli, gah da çox utancaq eləyən Ģey ilk məhəbbətdi?” –
deyə düĢündü və qəlbi təsvirə gəlməyəcək bir sevinclə
doldu. “Deməli, mənim rəqibim onu sevmirmiĢ?!”
Səhər yeməyindən sonra xanım Renal qonaq otağına
keçdi, bələdiyyə sədrinin köməkçisi cənab ġarko de Mojiron
onun yanına gəlmiĢdi. Xanım Renal oturub nəsə tikməklə
məĢğul olmağa baĢladı. Xanım Dervil də onun yanında
oturmuĢdu. Elə bu vaxt, günün günortaçağı, qəhrəmanımızın
ağlına gəldi ki, uzunboğaz çəkmə geyindiyi ayağıyla xanım
Renalın parıltılı corab və gözəl Paris tufliləri olan ayağını
www.vivo-book.com
175
tapdalasın – bu hərəkət bələdiyyə sədrinin köməkçisinin
diqqətindən yayınmadı.
Xanım Renal əməlli-baĢlı qorxdu: o, qayçını, ip
yumağını və əlindəki bütün iynələri yerə saldı ki, Jülyenin
hərəkətini xanımın əlindən düĢən qayçını havadaca tuta
bilmək istəyi kimi qələmə verə bilsin. XoĢbəxtlikdən ingilis
malı olan balaca qayçı yerə düĢüb sındı və o, Jülyeni qayçını
vaxtında tuta bilmədiyinə görə qınamağa baĢladı.
– Axı siz gördünüz ki, qayçı əlimdən düĢdü?! Bunu
məndən əvvəl gördünüz, ayağıma vurmaq əvəzinə qayçını
vaxtında tuta bilərdiniz!
Bu sözlər bələdiyyə sədrinin köməkçisini yanılda
bilsə də, xanım Dervili aldada bilmədi.
“Bu göyçək oğlanın aradabir axmaq-axmaq
hərəkətləri olur!” – o düĢündü. Əyalət kübarlarının məiĢət
müdrikliyi belə sadə yanlıĢlıqları bağıĢlamır.
Xanım Renal Jülyeni bir dəqiqəliyə kənara çəkərək
dedi:
– Ehtiyatlı olun, bunu sizə əmr eləyirəm! Jülyen ehtiyatsız
davrandığını özü də baĢa düĢürdü və bərk pərt olmuĢdu. O,
www.vivo-book.com
176
xanımın “bunu sizə əmr eləyirəm” ifadəsinə qəzəblənib-
qəzəblənməyəcəyi barədə də xeyli götür-qoy elədi. DüĢündü
ki, əgər söhbət nəsə baĢqa Ģeydən, uĢaqlardan, ya onların
tərbiyəsindən getsəydi, o mənə əmr eləyə bilərdi. Amma
əgər o mənim sevgimə qarĢılıq verirsə, deməli, aramızdakı
bərabərliyi qəbul eləməlidir. Arada bərabərlik yoxdusa, bu
nə sevgidi? Oğlan bütün fikirlərini cəmləyib, yaddaĢında
bərabərliklə bağlı ən müxtəlif qaydalar tapmağa çalıĢdı. O,
Kornelin Ģeirini özlüyündə qəzəblə oxumağa baĢladı – bu
Ģeiri ona bir neçə gün əvvəl xanım Dervil oxumuĢdu.
Sevgi bərabərlik axtarmır.
Sevgi – bərabərliyin özüdür.
Jülyen inadkarcasına özünü don Juan kimi aparırdı,
amma indiyə qədər bircə sevgilisi də olmadığı üçün axmaq
vəziyyətinə düĢürdü. Onun yaxĢı düĢünə bildiyi bircə Ģey
vardı: özünə və xanım Renala acığı tutduğu ərəfədə dəhĢətlə
düĢünürdü ki, bu gecə o yenə bağçada, qaranlıqda bu
qadınla yanaĢı oturmalıdır – bunu nəzərə alandan sonra o
Dostları ilə paylaş: |