Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə37/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   33   34   35   36   37   38   39   40   ...   197

www.vivo-book.com 

 

182 



Nəhayət,  görünməmiĢ  cəhdlərdən  sonra  ölüm  ayağına 

daha  rahat  gedəcəyini  düĢünərək  o,  xanım  Renalın  otağına 

çıxan balaca dəhlizə girdi. Titrəyən əlini uzadıb qapını açdı 

– qapının cırıltısı beyninə iĢlədi. 

Yataq  otağı  iĢıqlıydı  –  buxarının  üstündəki  gecə 

lampası yanırdı – bu əsl bədbəxtlik idi! Onu görəndə xanım 

Renal sıçrayaraq yatağından qalxdı. 

– Bədbəxt! – qadın qıĢqırdı. O, bir az özünü itirmiĢdi. 

Bu  vaxt  bütün  Ģöhrətpərəst  sayıqlamalar  Jülyenin  ağlından 

çıxdı  və  eləcənə  özü  oldu.  Belə  gözəl  qadının  onu  rədd 

etməyi oğlana ən dəhĢətli bədbəxtlik kimi göründü. Qadının 

danlaqlarına  cavab  olaraq  onun  ayaqlarına  düĢüb,  dizlərini 

qucaqladı. Qadın hələ də onu ən dəhĢətli sözlərlə danladığı 

üçün oğlan özünü saxlaya bilməyib, hönkürdü. 

Bir  neçə  saatdan  sonra  Jülyen  xanım  Renalın  yataq 

otağından  çıxanda  sevgi  romanlarında  deyildiyi  kimi,  daha 

arzulayacağı bir Ģey qalmamıĢdı. Doğrudan da, onun özünə 

təlqin  elədiyi  sevgi  və  qadının  gözəlliyinin  ona  bağıĢladığı 

təsir  oğlana  özünün  yöndəmsiz  hiyləgərliyinin  heç  vaxt 

qazandıra bilməyəcəyi qələbəni bəxĢ etmiĢdi. 




www.vivo-book.com 

 

183 



Amma öz yöndəmsiz qürurunun qurbanı olan bu adam, 

hətta  ən  gözəl  anlarda  belə  özünü  qadın  könüllərinin  fatehi 

kimi  aparır  və  özünün  doğrudan  da  cazibədar  cəhətlərini 

korlamaq üçün əlindən gələni eləyirdi. 

Öz  uğurlarının  həzzini  və  onların  ehtiraslarını 

gücləndirən  günah  hissini  yaĢamaq  əvəzinə,  o  bircə  dəqiqə 

də  olsun,  əsas  məqsədini  yaddan  çıxartmırdı.  O  özünün 

uydurduğu ideallardan bircə addım da olsun, geri çəkilərsə, 

öz  gözündən  düĢəcəyindən  qorxurdu.  Qısacası,  Jülyeni  ali 

əxlaq  adamı  eləyən  Ģeylər  ona  tərəf  öz  ayağıyla  gələn 

xoĢbəxtliyin  dadını  yaĢamağa  mane  olurdu.  Bu,  dərisinin 

gözəl  rəngi  olan  on  altı  yaĢlı  qızın  ziyafətə  gedəndə 

yanaqlarına boya çəkməyinə oxĢayırdı. 

Jülyeni görəndə dəhĢətli dərəcədə qorxan xanım Renal 

əvvəlcə özünü yamanca itirdi, sonra da bu vəziyyətdən çıxa 

bilmədi.  Jülyenin  göz  yaĢları,  onun  kədəri  qadının  ürəyini 

yumĢaltdı. 

O  hətta  Jülyeni  rədd  etməli  bir  vəziyyət  olmayanda 

belə, doğrudan da özünü itirərək oğlanı itələyir, sonrasa özü 

onun  qollarına  atılırdı.  Bunların  heç  biri  əvvəlcədən 




www.vivo-book.com 

 

184 



düĢünülmüĢ deyildi. O artıq özünü məhv olmuĢ hesab eləyir, 

özünü  cəhənnəmdə  görür  və  üzünü  Jülyenin  sinəsində 

gizlədərək  onu  çılğın  nəvaziĢlərə  qərq  eləyirdi.  Bir  sözlə, 

bizim qəhrəmanın izzəti-nəfsini təmin edəcək hər Ģey – onun 

qadında  oyandırdığı  səmimi  çılğınlığa  qədər  hər  Ģey  vardı, 

amma  kaĢ  ki,  oğlan  özü  də  bu  haldan  həzz  ala  biləydi. 

Jülyen gedəndən sonra qadın hələ də ehtiraslı həyəcanlardan 

boğula-boğula,  vicdan  əzabı  çəkərək,  dəhĢət  içində  donub-

qalmıĢdı. 

“Ġlahi! Sevgi xoĢbəxtliyi deyilən Ģey budumu? Bunların 

hamısı  –  sevgi  xoĢbəxtliyi  deməkdi?”  –  otağına  qayıdan 

Jülyenin  ağlına  gələn  birinci  fikir  bu  oldu.  Onun  ruhu  bir 

qəlbin  çoxdan  can  atdığı  Ģeyə  nail  olandan  sonra  yaĢadığı 

təbii həyəcan və dolaĢıqlığı yaĢayırdı. Bu könül həmiĢə nəsə 

arzulamağa  öyrəĢmiĢdi,  indisə  istəyəcəyi  bir  Ģey 

qalmamıĢdı, xatirələrsə hələ yox idi. 

NümayiĢdən  qayıtmıĢ  əsgər  sayağı  Jülyen  olub-

keçənləri ən xırda təfərrüatlarına qədər yadına salırdı. 




www.vivo-book.com 

 

185 



–  Görəsən,  öz  qürurumun  mənə  diktə  elədiklərindən 

nəyisə  yaddan  çıxartmadım  ki?  Öz  rolumu  yaxĢı  oynaya 

bildimmi? 

Nə idi bu rol? Qadınların gözündə vazkeçilməz görünən 

insan rolu. 

 

 



XVI 

 

 ERTƏSĠ GÜN 



 

Ne turns his lip to hers, and with his hand. 

  Jali'd back the tangles of her wandering hair. 

  Don Juan, c. I, st. JLXX

20

 

 

 

                                                 

20

Qadının saçlarını ehtiyatla geri darayıb 



     Onun dodaqlarına sığındı ehtirasla 

     Bayron, “Don Juan”, birinci nəğmə (ing.) 

 

 



www.vivo-book.com 

 

186 



Jülyenin  bəxtindən  xanım  Renal  elə  sarsılmıĢ,  elə 

çaĢmıĢdı  ki,  bir  an  içində  onun  üçün  hər  Ģeyə  çevrilən  bu 

adamın  naqolay  hərəkətlərini  hiss  eləmirdi.  Hava 

iĢıqlananda qadın oğlana getməyi üçün yalvardı. 

– Ġlahi! Əgər ərim səs eĢitsə, mən məhv olaram! 

Bu vaxt ərzində bir neçə ifadə fikirləĢən Jülyen dedi: 

– Həyatla vidalaĢmaq sizə ağır gələrdi? 

–  Ġndi,  hə,  bu  dəhĢət  olardı!  Amma  mən  yenə  də  sizi 

tanıdığıma təəssüf eləməzdim. 

Jülyen  qadının  otağından  hava  tamam  iĢıqlananda  özü 

də  heç  bir  ehtiyat  planı  qurmadan  çıxıb  getməyi  özünün 

qürur borcu bildi. 

Var gücüylə özünü təcrübəli kiĢi kimi göstərmək fikrinə 

qapılmıĢ oğlanın hər addımına nəzarət eləməyi bir məsələdə 

faydalı  oldu:  xanım  Renalla  səhər  yeməyi  masasında 

görüĢəndə o özünü olduqca ehtiyatla aparırdı. Amma xanım 

Renal  ona  baxanda  tüklərinin  dibinə  qədər  qızarmaya 

bilmirdi, bununla belə bircə saniyə də ona baxmadan yaĢaya 

bilmirdi.  O,  oğlana  baxanda  özünü  itirdiyini  hiss  eləyirdi, 

buna görə də ikiqat özünü itirirdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə