www.vivo-book.com
192
“Ġlahi! Niyə mən Jülyenlə on il əvvəl, hələ gözəl
olduğum vaxtlarda üz-üzə gəlmədim?”
Təbii ki, Jülyenin ağlına belə Ģeylər gəlmirdi. Onun
sevgisi hələ də müəyyən mənada Ģöhrətpərəstliyinin həzzini
yaĢayırdı. Özünün – belə kasıb, fağır, yiyəsiz oğlanın belə
gözəl qadına sahib olması gerçəyi onu xoĢbəxt eləyirdi.
Onun səmimi heyranlığı, məĢuqəsinin gözəlliyi qarĢısında
odlu-alovlu etiraflar eləməyi qadının aralarındakı yaĢ
fərqiylə bağlı nigarançılığını bir az səngidə bildi. Əgər onda
bu yaĢda əyalət qadınlarına xas olan həyat təcrübəsi olsaydı,
o, belə sevginin nə qədər davam edəcəyini düĢünərək
nigarançılıqdan özünə yer tapa bilməzdi, çünki bu
məhəbbətin gücü elə qadının gözünə belə təzə-tər
görünməyində və onun özünəvurğunluğuna xidmət
eləməyindəydi.
Jülyen öz uzaqvuran hədəflərini unudanda o hətta
xanım Renalın Ģlyapalarına, paltarlarına da heyran ola
bilirdi. Bu paltarların ətrini ciyərlərinə çəkəndə həzdən
əriyib gedirdi. Jülyen xanım Renalın güzgülü paltar
dolabının qapılarını taybatay açaraq, saatlarla dolabın
www.vivo-book.com
193
qarĢısında dayanaraq, burdakı səliqə və gözəlliyə
heyranlıqla baxırdı. MəĢuqəsi ona qısılaraq yanında dayanır
və oğlana baxırdı – Jülyensə gözlərini bu bahalı daĢ-qaĢdan
və toy ərəfəsində gəlinin səbətinə qoyulan yüz cür gözəl
xırdavatdan çəkə bilmirdi.
“Axı mən belə adama ərə gedə bilərdim! Onun necə də
atəĢin ürəyi var! Onunla yaĢamaq necə gözəl olardı!” –
xanım Renal hərdən öz-özünə deyirdi.
Jülyenə gəlincə, o həyatı boyu hələ heç vaxt belə
baĢgicəlləndirici qadın anbarına yaxın düĢməmiĢdi. “Yəni
doğrudan da Parisdə bundan gözəl nəsə tapmaq olarmı?” –
deyə heyranlıqla düĢünürdü. Və belə anlarda o öz
xoĢbəxtliyinin yolunda heç bir maneə görmürdü.
MəĢuqəsinin səmimi heyranlığı, sevgisini çılğınlıqla ifadə
etmək bacarığı bir vaxtlar hər Ģeyin haqq-hesabını çəkməyə,
özünü naqolay vəziyyətə salmağa məcbur edən axmaq
fikirlərini ona unutdururdu.
Elə dəqiqələr olurdu ki, özünü daim süni aparmaq
vərdiĢinə baxmayaraq, oğlan bəzi həyat məsələlərində tam
bilgisiz olduğunu ona heyran-heyran baxan bu zadəgan
www.vivo-book.com
194
xanıma etiraf etməkdən hədsiz dərəcədə sevinə bilirdi.
MəĢuqəsinin dayandığı yüksəklik özündən asılı olmayaraq,
onu da yüksəltmiĢ olurdu. Öz növbəsində xanım Renal da
hamının gələcəyinin parlaq gördüyü bu istedadlı oğlana
xırım-xırda Ģeylər öyrədəndə sanki ruhu dincəlirdi. Hətta
bələdiyyə sədrinin köməkçisi və cənab Valno da oğlanın
istedadına laqeyd qala bilmirdilər – xanım Renal indi onların
o qədər də axmaq olmadıqlarını düĢünürdü. Təkcə xanım
Dervil bu məsələ barədə susurdu. ġübhələndiyi Ģeyin gerçək
olduğunu biləndən, özünün xeyirxah məsləhətləriylə sözün
əsl mənasında baĢını itirmiĢ gənc qadını ancaq
əsəbiləĢdirdiyini görəndən sonra o heç nə demədən qəfildən
Verjidən çıxıb getdi. Xanım Renal ondan nəsə soruĢmağa
ehtiyat elədi, əvvəl bir az ağlamsınsa da, tezliklə hiss elədi
ki, rəfiqəsi gedəndən sonra özünü daha xoĢbəxt hiss eləyir.
Xanım Dervil gedəndən sonra o az qala bütün günü
sevgilisiylə göz-gözə keçirə bilirdi.
Jülyen də bütün günü sevgilisiylə baĢ-baĢa qalmaqdan
məmnun idi, həm də o, uzun müddət tək qalanda dostu
Fukenin təklifi ona rahatlıq vermirdi. Ġndiyə qədər
www.vivo-book.com
195
məhəbbətin nə olduğunu bilməyən, heç kimdən sevgi
görməyən oğlan bu yeni həyatının ilk günlərində bəzən özü
olmaqdan elə izahagəlməz həzz yaĢayırdı ki, indiyə qədər
özünün ali məqsədi olan Ģöhrətpərəstlik azarını xanım
Renala etiraf eləmək istəyirdi. Dostu Fukenin hələ də onu
qəribə Ģəkildə cəlb eləyən təklifi ilə bağlı qadınla
məsləhətləĢmək istəyirdi, amma xırda bir hadisə qəfildən bu
səmimiliyə son qoydu.
XVII
MERĠN ƏSAS KÖMƏKÇĠSĠ
O, how this spring of love ressembleth
The uncertain glory of an April day;
Which now shows all the beauty of the sun,
And by, and by a cloud takes all awayl
www.vivo-book.com
196
Two gentlemen of Verona
21
Bir axĢam, günəĢ qüruba əyiləndə meyvə bağının
xəlvət, bəd nəzərlərdən uzaq bir küncündə, məĢuqəsinin
yanında oturduğu yerdə Jülyen qəfildən fikrə getdi.
“Bu xoĢbəxt dəqiqələr çoxmu uzun çəkəcək?” – o
düĢündü. Belə az imkanlara sahib olduğu halda qərar qəbul
etməyin nə qədər çətin olduğu fikri onun baĢından çıxmır və
boğazında qəhərlə anlayırdı ki, kasıb adamın uĢaqlığını
əlindən alan və gəncliyinin ilk illərini zəhərləyən o böyük
Ģər elə budur.
– Ġlahi! – o özünü saxlaya bilməyib dedi. – Gənc
fransızlara Napoleonu Allah göndərmiĢdi! Onu bizə kim
21
Sevgi baharı da aprel günü kimidir
Ovqatı tez dəyiĢən, vəfasız, etibarsız
Gah isidir adamı parlaq günəĢ iĢığı
Gah qəzəbli buludlar qara qaĢ tək çatılır.
ġekspir, “Ġki veronalı”, birinci hissə, ikinci səhnə (ing.)
Dostları ilə paylaş: |