Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə154/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   150   151   152   153   154   155   156   157   158

www.vivo-book.com 

 

616 



– Əla, – deyə mən cavab verdim və elə həmin andaca hər  yerə 

burnunu soxan Bred Dolan haqqında düĢündüm. Həmin vaxta qədər o, 

artıq getmiĢ olacaqdı.  

Eleyn  əlini  uzadıb  mənim  çiynimi  yüngülcə  sıxandan  sonra 

otaqdan  çıxdı.  Mən  bir  anlıq  yerimdə  dayanıb  masaya  baxdım  və 

birdən  anladım  ki,  Eleynin  səhər  gətirdiyi  qəhvəaltıdan  baĢqa,  onun 

üzərində  heç  nə  yoxdu.  Onun  üstündə  daim  səpələnmiĢ  olan 

vərəqlərim də, nəhayət ki, yox olmuĢdu. Mən isə bu iĢi bitirdiyimə heç 

cür inana bilmirdim... və sizin də gördüyünüz kimi, bütün bunlar Con 

Koffinin  edamı  haqqındakı  hissəni  bitirəndən  və  vərəqləri  Eleynə 

verəndən  sonra,  mən  hələ  də  yazını  bitirməmiĢdim.  Hətta  elə  həmin 

vaxt, mənim içimdə hansısa bir hissəm bunun səbəbini bilirmiĢ.  

Alabama.  

Mən qızardılmıĢ çörəyin sonuncu soyumuĢ tikəsini məcməyidən 

götürdüm  və  aĢağıya  enərək  kroket  meydançasına  getdim.  Orada 

günəĢin  Ģüalarının  altında  oturub  altı-yeddi  cütlüyə  və  dörd  nəfərdən 

ibarət asta, amma əllərindəki toxmaqları havada yellədən Ģən bir qrupa 

tamaĢa edirdim. Mənim bütün fikrim öz qoca düĢüncələrimlə məĢğul 

ikən,  günəĢ  də  öz  ilıq  Ģüaları  ilə  mənim  qartımıĢ  sümüklərimi 

qızdırırdı.  

Təxminən  saat  üçə  on  beĢ  dəqiqə  qalmıĢ,  günorta  saat  üçdən 

axĢam  saat  on  birədək  olan  növbənin  iĢçiləri  öz  maĢınlarını 

dayanacaqda  saxlayaraq  binaya  tərəf  axıĢmağa  baĢlamıĢdı,  saat  üçdə 



www.vivo-book.com 

 

617 



isə gündüz növbəsinin iĢçiləri çıxıb getdilər. ĠĢçilərin əksəriyyəti iĢdən 

qruplar  halında  gedirdilər,  amma  mən  gördüm  ki,  Bred  Dolan 

təkbaĢına addımlayaraq uzaqlaĢırdı. Bu bir növ xoĢbəxt bir niĢanə idi: 

bəlkə  də  bütün  dünya  hələ  cəhənnəmə  vasil  olmamıĢdı.  HəmiĢə 

üstündə gəzdirdiyi lətifə kitablarından birinin ucu onun arxa cibindən 

bayıra  çıxırdı.  Dayanacaq  yerinə  gedən  cığır  kroket  meydançasının 

yanından keçdiyinə görə, o, keçərkən məni gördü, amma o, nə mənə əl 

yellədi, nə də həmiĢəki kimi qaĢqabağını çatdı. Mənə də elə bu lazım 

idi.  O,  bamperinə  –  “Mən  Allahı  görmüĢəm  və  onun  adı  Tritondur” 

yazılmıĢ  köhnə  “ġevrole”sinə  mindi  və  maĢının  arxasından 

mühərrikdən  axanyağın  nazik  izini  buraxaraq  öz  evinə  ya  da  burada 

olmadığı vaxt yollandığı yerlərdən birinə getdi.  

Təxminən  saat  dördə,  Eleyn  vəd  etdiyi  kimi  mənə  qoĢuldu. 

Gözlərindən  bəlli  olurdu  ki,  o,  yenə  ağlayıb.  O,  qollarını  boynuma 

dolayaraq məni bərk-bərk qucaqladı.  

– Zavallı Con Koffi, – o dedi, – və zavallı Pol Eckum.  

Mən Cenisin səsini eĢitdim. 

– Zavallı Pol. Mənim zavallı insanım.  

Eleyn  yenə  ağlamağa  baĢladı.  Mən  onu  sakitləĢdirdim  və  biz 

axĢam  günəĢinin  altında  kroket  meydançasında  bir  qədər  dayandıq. 

Bizim kölgələrimiz elə bil rəqs edirdi, bəlkə də o vaxtlar radioda qulaq 

asdığımız xəyali bal zalında.  




www.vivo-book.com 

 

618 



Nəhayət  ki,  o  özünü  ələ  aldı  və  məndən  kənara  çəkildi.  Öz 

koftasının cibindən burun dəsmalını tapdı və gözlərindən axan yaĢları 

onunla sildi.  

– Rəisin arvadına nə olmuĢdu, Pol? Melliyə nə olmuĢdu? 

– O, dövrünün möcüzəsi hesab edilmiĢdi, ən azından, Ġndianola 

xəstəxanasının  həkimləri  tərəfindən,  –  mən  dedim.  Mən  onun 

qolundan  tutdum  və  biz  iĢçilərin  dayanacaq  yerindən  uzaqlaĢaraq 

meĢəliyə tərəf uzanan cığırla getməyə baĢladıq. Biz Corciya Paynz ilə 

Cavanların dünyasını bir-birindən ayıran divarın yanındakı saraya tərəf 

addımlayırdıq.  –  On  ya  da  on  bir  il  sonra,  o,  beynindəki  ĢiĢdən  yox, 

infarktdan vəfat etdi. Həmin vaxt, məncə, onun qırx üç yaĢı vardı. Hal 

isə,  deyəsən,  Perl  Harbor  hücumu  zamanı,  bəlkə  də  elə  hücum  günü, 

iflicdən  öldü.  Dəqiq  yadımda  deyil,  bircə  onu  bilirəm  ki,  Melinda 

ərindən iki il sonra vəfat edib. Bu da taleyin bir oyunu idi.  

– Bəs Cenis? 

– Bu gün onun  haqqında danıĢmaq üçün hazır deyiləm, – mən 

cavab verdim. – Bu barədə baĢqa bir vaxt danıĢaram.  

– Söz verirsənmi? 

–  Hə,  söz  verirəm.  –  Amma  mən  bu  sözümə  əməl  etmədim. 

Cığırla  meĢəyə  getdiyimiz  həmin  gündən  (onun  ĢiĢkin  və  əyilmiĢ 

barmaqlarını incitməkdən qorxmasaydım, mən onun əlindən tutardım) 

təxminən üç ay sonra, Eleyn Konnelli öz yatağında səssizcə vəfat etdi. 

Melinda  Murs  kimi,  o  da  infarktdan  vəfat  etmiĢdi.  Onu  yatağında 



www.vivo-book.com 

 

619 



ölmüĢ  tapan  sanitarın  dediyinə  görə,  Eleynin  üzündə  sakit  bir  ifadə 

vardı, elə bil ölüm qəfil gəlmiĢ və ona elə də çox ağrı-acı verməmiĢdi. 

Mən ümid edirəm ki, o, haqlı idi. Mən Eleyni sevirdim. Və indi onun 

üçün  çox  darıxıram.  Onu,  Cenisi,  Brutusu,  elə  bütün  uĢaqları  çox 

sevirdim.  

Biz  cığırın  üstündəki  ikinci  saraya,  düz  divarın  yanında  olana 

çatdıq. Virciniya Ģam ağaclarının ağuĢuna sığınmıĢ bu sarayın çökmüĢ 

damı və əyilmiĢ pəncərələrinə kölgələr öz naxıĢlarını vurmuĢdu. Mən 

saraya tərəf getdim. Eleyn həyəcanla baxaraq bir qədər geridə qaldı.  

– Qorxmalı bir Ģey yoxdur, – mən dedim. – Həqiqətən, qorxma, 

gəl. 

Sarayın  qapısında  qıfıl  yox  idi  –  daha  doğrusu  nə  vaxtsa 



olmuĢdu,  amma  onu  kimsə  qoparıb  atmıĢdı  –  ona  görə  də  qapını 

bağlamaq  üçün  qatlanmıĢ  karton  parçasından  istifadə  edirdim.  Mən 

karton  parçasını  çəkib  dəlikdən  çıxardım  və  saraya  daxil  oldum. 

Qapını  mümkün  olduğu  qədər  aralı  qoymağa  çalıĢdım,  çünki  içəri 

qaranlıq idi.  

–    Pol,  bu  nədir?  ...  Ay!  Ay!  –  Ġkinci  “Ay”  qıĢqırığa  daha  çox 

oxĢayırdı.  

Həmin yerdə bir tərəfə çəkilmiĢ masa vardı. Masanın üstündə isə 

əl fənəri və qəhvəyi rəngli kağız torba vardı. Çirkli döĢəmədə evlərdə 

spirtsiz içkilər və konfet maĢınlarını dolduran agentdən aldığın “Hav-

a-Tampa” siqar qutusu vardı. Mən bu qutunu gətirməsini ondan xüsusi 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə