Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə157/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   150   151   152   153   154   155   156   157   158

www.vivo-book.com 

 

628 



Mən Mister Cinqlzın nəfəsini dərmək üçün, həmiĢə olduğu kimi, 

sadəcə,  böyrü  üstə  uzandığını  zənn  edərək  geri  çevrildim.  Bəli  o, 

böyrü  üstə  uzanmıĢdı,  amma  onun  tükləri  daha  əvvəlki  kimi  qalxıb-

enmirdi.  Mən  özümü  onun  tüklərinin  hərəkətini  yenə  görəcəyinə 

inandırmağa  çalıĢdığım  an,  Eleynin  hıçqıraraq  ağladığını  eĢitdim. 

Eleyn çətinliklə əyilərək siçanı yerdən götürdü. Bu siçan, onu ilk dəfə 

YaĢıl  Mildə  gördüyüm  zaman,  heç  bir  qorxusuz-hürküsüz,  öz  tay-

tuĢlarının...  ya  da  dostlarının  yanına  gələn  bir  adam  kimi,  növbətçi 

masasına  yaxınlaĢmıĢdı.  Onun  boĢ,  cansız  bədəni  Eleynin  ovcunda 

büzüĢərək uzanmıĢdı. Gözləri donuq və tutqun idi. Siçan ölmüĢdü.  

Dolan  diĢ  həkiminin  nə  olduğunu  bilməyən  diĢlərini  ağardaraq 

xoĢagəlməz bir tərzdə gülümsədi.  

–  Ay  səni,  bir  bunlara  baxın!  –  o  dedi.  –  Deyəsən,  biz  indicə 

ailənin sevimli bir üzvünü itirdik, hə? Bəlkə kağız güllərlə bəzədilmiĢ 

bir dəfn mərasimi də düzəldək və... 

– Kəs səsiniĠ! – deyə Eleyn onun üstünə elə bərkdən və hökmlə 

qıĢqırdı  ki,  Bred  bir  addım  geri  çəkildi  və  onun  üzündəki  təbəssüm 

silinərək harasa  yox oldu. – Rədd ol buradan! Buradan rədd olub get, 

yoxsa sən burada bir gün belə iĢləyə bilməyəcəksən! Bir gün nədi, bir 

saat belə iĢləyə bilməyəcəksən! Mən buna and içirəm! 

– Sən növbələrdə durub bir tikə çörək belə ala bilməyəcəksən, – 

mən dedim, amma bunu elə astadan dedim ki, onların heç biri mənim 

dediklərimi  eĢitmədi.  Mən  gözlərimi  dünyada  ən  kiçik  ayı  dərisindən 



www.vivo-book.com 

 

629 



palaz  kimi  Eleynin  ovcunda  uzanmıĢ  Mister  Cinqlzdan  çəkə 

bilmirdim. 

Bred  bir  anlıq  Eleynin  yalandan  hədə-qorxu  gəldiyini  deyərək 

yenidən onun üstünə düĢmək haqqında düĢündü – əslində, o haqlıydı, 

bu  saray  Corciya  Paynzın  ərazisindən  kənarda  yerləĢirdi  və  qocalar 

evinin sakinlərinin buraya gəlməsinə icazə verilmirdi, hətta mən belə, 

bunu  bilirdim  –  amma  sonra  fikrini  dəyiĢdi.  O  da  daxilən  Persi  kimi 

qorxaq  bir  adam  idi.  Bir  də,  Eleynin  nəvəsinin  vəzifəli  adam  olduğu 

haqqında  söylədiyi  iddianı  Ģübhəsiz  ki,  yoxlamıĢ  və  onun  yalan 

olmadığına  əmin  olmuĢdu.  Hər  Ģeydən  öncə,  o  öz  marağını  təmin 

etmiĢ,  bilmək  yanğısını  söndürmüĢdü.  Bir  də  ki,  onun  belə  can-

fəĢanlıqla  öyrənməyə  çalıĢdığı  sirr  də  onun  gözlədiyi  dərəcədə 

əhəmiyyətli  çıxmamıĢdı.  Belə  məlum  olmuĢdu  ki,  sarayda,  sadəcə, 

ixtiyar  qocanın  bəslədiyi  siçan  yaĢayırmıĢ.  Ġndi  isə  o  da  ölmüĢdü, 

yəqin əlvan rəngli makaranı qovarkən, ürəktutmasından ölmüĢdü.  

– BaĢa düĢmürəm ki, niyə belə özünüzdən çıxmısınız, – o dedi. 

Elə hər ikiniz də, özünüzə elə əl qatmısınız ki, elə bil ölən ya it ya da 

ona bənzər bir Ģeydi.  

– Rədd ol, – Eleyn diĢlərini qıcardaraq dedi. – Rədd ol buradan, 

cahil axmaq. Sənin kiçik beynin iyrəncdir və səhv səmtdə iĢləyir. 

Onun  üzü  qızardı  və  hələ  məktəbdə  oxuyarkən  üzünə  çıxmıĢ 

sızanaqların  yerində  qırmızı  ləkələr  əmələ  gəldi.  Bu  ləkələr  həddən 

artıq çox idi. 



www.vivo-book.com 

 

630 



–  Mən  gedirəm,  –  o  dedi,  –  amma  sabah  sən  buraya  gələndə... 

Polli... qapının üstündə yeni və iri bir qıfıl görəcəksən. Qocalar evinin 

sakinlərinə  buraya  gəlmək  olmaz,  missis  “Mənim  Üfunətli  Qoca 

Kaftarım”,  mənim  haqqımda  hansı  Ģər  sözləri  deməsindən  asılı 

olmayaraq.  Hələ  bir  döĢəməyə  baxın!  Bütüm  taxtalar  əyilib  və 

çürüyüb!  Əgər  onların  üstü  ilə  gəzsəniz,  sizin  sümüklü  və  qoca 

ayaqlarınız onların arasına düĢüb quru budaq kimi sına bilər. Ona görə 

də, əgər istəyirsinizsə, öz ölü siçanınızı da götürüb buradan çıxın. Hə 

bitti, sizin bu eĢq yuvanız artıq bağlandı.  

O, sözünü bitirib geri çevrildi və rəqibi ilə, ən azından, heç-heçə 

oynamıĢ  bir  adam  görkəmi  ilə  çıxıb  getdi.  O,  gözdən  itincəyə  qədər 

mən  gözlədim,  sonra  Mister  Cinqlzı  ehtiyatla  Eleynin  ovcundan 

götürdüm.  Birdən  gözüm  masanın  üstündəki  nanəli  konfetlər  olan 

torbaya  sataĢdı  və  həmin  anda  daha  özümü  saxlaya  bilmədim: 

gözlərimdən  qeyri-ixtiyari  olaraq  yaĢlar  axmağa  baĢladı.  Bilmirəm 

niyə, amma son vaxtlar ağlamaq üçün elə bircə himə bənd idim.  

– Köhnə dostumu dəfn etməkdə mənə yardım edərsənmi? – Bred 

Dolanın ağır addım səsləri kəsiləndən sonra Eleyndən soruĢdum.  

– Hə, Pol,  edərəm,  – deyərək o, qollarını mənim belimə doladı 

və baĢını mənim çiynimə qoydu. Sonra isə bir qoca və əyri barmağı ilə 

Mister  Cinqlzın  hərəkətsiz  böyrünü  sığalladı.  –  Bu  iĢdə  sənə  kömək 

etməkdən məmnun olaram.  




www.vivo-book.com 

 

631 



Beləliklə,  biz  bağbanın  sarayından  balaca  bir  kürək  götürdük, 

axĢam kölgələri ağacların arası ilə uzandığı vaxt Delin sevimli siçanını 

dəfn elədik və sonra Ģam yeməyi yemək və həyatımızın qalıqlarını bir 

yerə  toplamaq  üçün  geri  qayıtdıq.  Həmin  axĢam  mən  uzun-uzadı 

Delakruanın  haqqında  düĢündüm,  onun  mənim  kabinetimdəki  yaĢıl 

xalının  üstündə  diz  çökərək  dua  oxuyarkən  onun  qırxılmıĢ  baĢının 

lampanın iĢığında necə parıldaması, məndən Mister Cinqlzın qayğısına 

qalmağı və o əclafı siçana yaxın buraxmamağı xahiĢ etməsi haqqında 

düĢündüm.  Amma  yenə  də,  sonunda  o  əclafın  əli  bizə  çatmıĢ, 

hamımıza zərər yetirə bilmiĢdi, elə deyilmi?  

– Pol? – deyə Eleyn sual dolu baxıĢlarını mənə zilləmiĢdi. Onun 

səsi  nəvaziĢli  və  yorğun  idi. Hətta balaca bir qəbir qazıb  orada siçanı 

basdırmaq da bizim kimi qoca sevgililər üçün həyəcanverici ola bilər. 

– Sən yaxĢısanmı?  

Mənim  əlim  onun  belindən  tutmuĢdu.  Mən  əlimi  yüngülcə 

sıxdım. 


– Mən yaxĢıyam, – deyə cavab verdim. 

–  Bir  ora  bax,  –  deyərək  o  mənə  üfüqü  göstərdi.  –  GünəĢin 

batmasına bax, gör nə gözəl mənzərədir. Bəlkə dayanıb bir az qüruba 

tamaĢa edək? 

–  YaxĢı,  –  deyə  mən  cavab  verdim  və  biz  bir-birimizin  belini 

qucaqlamıĢ  vəziyyətdə  çəmənlikdə  dayanaraq  bir  müddət  qüruba 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə