Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı Azərbaycan Mərkəzi Bankı


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı



Yüklə 235,95 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.12.2017
ölçüsü235,95 Kb.
#14276
1   2   3   4   5   6   7   8

Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

Araşdırmaların və təhlillərin nəticələri Starteji Planın bazarın inkişafı və rəqabət mühiti 



bölmələrinin tərtibi üçün əsas yaradır. 

6.4. Korporativ səviyyəli strateji məqsədlərin

1

 müəyyən edilməsi  



İdarə  Heyəti  bankın  Strateji  Baxışından  irəli  gələn,  ölçülə  və  qiymətləndirilə  bilən 

korporativ səviyyəli strateji məqsədləri və əməliyyat strategiyalarını müəyyən etməlidir.   

Korporativ səviyyəli strateji məqsədlər, Strateji Planın bir hissəsini təşkil edir.  

6.5.  Biznes  bölmələri  üçün  strateji  məqsədlər  və  əməliyyat  strategiyaların  müəyyən 

edilməsi 

Strateji  Plan  korporativ  səviyyəli  strateji  məqsədləri  və  əməliyyat  strategiyalarını, 

bankın biznes bölmələri üçün aydın müəyyən edilmiş və ölçülə bilən məqsədlərə çevirir. 

Strateji  Planda  planlaşdırma  müddətinin  birinci  ili  üçün  biznes  bölmələrinə  1-3  əsas 

strateji məqsədlər nəzərdə tutulmalıdır. 

Təklif  edilən  strateji  məqsədlərə  əsasən,  hər  bir  biznes  bölməsinin  rəhbəri,  fəaliyyətin 

həcmi,  keyfiyyəti,  resursların  istifadəsi  və  gəlirlilik  haqqında  məlumatlar  da  daxil 

olmaqla  öz  bölməsi  üzrə  illik  plan  təklif  edir.  Plan  aylıq  hissələrə  bölünür.  Biznes 

bölmələrinin  rəhbərliyi  ilə  məsləhətləşmələrdən  sonra  biznes  bölmələrinin  strateji  və 

əməliyyat  planları  təsdiqlənmək  üçün  İdarə  Heyətinə  təqdim  edilir.  Buraya  səciyyəvi 

olaraq aşağıdakılar daxil olur: 

 



Bankın  biznes  bölmələrinin  maliyyələşdirmə  və  əməliyyat  tələbləri  üzrə  yüksək 

səviyyəli büdcə planları; 

 

İlkin resurs tələbləri, lazımi səriştə və təcrübə;  



 

Biznes  bölmələri  üzrə  maliyyə  məlumatlarının  və  büdcədən  yayınmaların  təhlil 



edilməsi üçün meyarlar; 

 



Ayrı-ayrı biznes bölmələrinin fəaliyyətinin qiymətləndirmə meyarları.  

İdarə Heyəti, hər bir biznes bölməsi üzrə strateji və əməliyyat planlarını təsdiq edir.   

6.6. Starteji Planla müqayisədə bankın fəaliyətinin təhlili 

Biznes  bölmələrinin  rəhbərləri,  mütəmadi  olaraq,  biznes  bölmələri  üzrə  strateji  və 

əməliyyat məqsədlərinə nail olunmasına yaxından nəzarət etməlidirlər.  

Biznez bölmələrinin sənədlərində göstərilən maliyyə məlumatlarına əsasən İdarə Heyəti 

və  ya SPQ,  hər ay qarşıya qoyulmuş məqsədlər baxımından biznes bölmələrinin, eləcə 

də  korporativ  səviyyəli  məqsədlər  nöqteyi  nəzərindən  bankın  fəaliyyətini  təhlil 

etməlidir. SPQ-nin rəhbəri təhlilin nəticələri barədə İdarə Heyətinə məruzə edir.  

Hər  rüb  İdarə  Heyətinin  Sədri  korporativ  səviyyəli  məqsədlər  baxımından  bankın 

fəaliyyətinin nəticələri barədə Müşahidə Şurasına hesabat verməlidir.  

                                                 

1

 Bu məqsədlər bankın ümumi fəaliyyəti üçün müəyyən olunur 




Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

10 


Müşahidə Şurası, plan və faktiki fəaliyyətin plandan kənara çıxma səbəbləri ilə əlaqədar 

İdarə  Heyətinin  işini  qiymətləndirir.  Cari  vəziyyətə  mövcud  olan  təcrübələri  və  təsdiq 

edilmiş  Strateji  Planın  müqayisədə  əməliyyat  şəraitlərində  baş  vermiş  dəyişiklikləri 

nəzərə alaraq Strateji Plana dəyişikliklər və planlaşdırılmış gələcək fəaliyyətə düzəlişlər 

edilir. İdarə Heyəti və SPQ korporativ səviyyəli məqsədlərdə düzəlişləri ayrı-ayrı biznes 

bölmələrinin strateji məqsədlərində və əməliyyat strategiyalarında əks etdirir.       



7. Vəzifələrin bölüşdürülməsi 

Müşahidə Şurasının sədri aşağıdakıları təmin etməlidir: 

 

Bankın  Strateji  Baxışının  aydın  müəyyən  edilməsini və  onun başlıca  prinsiplərinin 



bankın mühüm iştirak payına malik olan səhmdarları ilə razılaşdırılmasını; 

 



Bankın Strateji Baxışının baxılmaq üçün Səhmdarların Ümumi Yığıncağına təqdim 

edilməsini; 

 

Strateji  Baxışa  və  Missiya  Hesabatına    uyğun  Strateji  Planın  tərtib  edilməsini  və 



təsdiqlənməsini;  

 



Bankın  fəaliyyətinin  Strateji  Plana  uyğun  mütəmadi  olaraq  təhlil  edilməsini  və 

Strateji  Planın  bankın  faktiki  fəaliyyəti  və  bazar  şərtlərindəki  dəyişiklikləri  nəzərə  

alaraq yenilənməsini. 

İdarə Heyətinin Sədri aşağıdakılar üzrə məsuliyyət daşımalıdır: 

 

Korporativ  səviyyəli  strateji  məqsədlərin  və  əməliyyat  strategiyalarının  müəyyən 



edilməsi və təsdiqlənməsi üçün onları Müşahidə Şurasına təqdim edilməsinə; 

 



Biznes  bölmələri  üzrə  əməliyyat  məqsədlərinin  aydın  şəkildə  müəyyən  edilməsinə 

və korporativ səviyyəli strateji məqsədlərə uyğun olmasının təmin edilməsinə; 

 

Biznes  bölmələrinin  fəaliyyətinin  müəyyən  edilmiş  məqsədlərə  nail  olunması 



baxımından mütəmadi olaraq təhlil edilməsinə;  

 



Korporativ  səviyyəli  Strateji  Plana  edilən  dəyişikliklərə  uyğun  olaraq  biznes 

bölmələrinin strateji planlarının və əməliyyat strategiyalarının yenilənməsinin təmin 

edilməsinə; 

 



Biznes bölmələri tərəfindən qəbul edilmiş əhəmiyyətli biznes qərarlarının korporativ 

səviyyəli  strateji  məqsədlərə,  biznes  bölmələrinin  strateji  planlarına  və  əməliyyat 

strategiyalarına uyğunluğunun təmin edilməsinə. 

8. Təşkilati struktur 

8.1. Bankların idarəetmə strukturu   

Hər bir bank aşağıdakı idarəetmə orqanları tərəfindən idarə edilir: 

 



Bankın ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı; 


Yüklə 235,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə