Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı Azərbaycan Mərkəzi Bankı


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı



Yüklə 235,95 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix07.12.2017
ölçüsü235,95 Kb.
#14276
1   2   3   4   5   6   7   8

Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

17 


8.4. Ən münasib struktur 

Yuxarıda  göstərildiyi  kimi,  bank  ən  münasib  strukturu  seçərkən  aşağıdakı  meyyarlar  

arasında tarazlıq saxlamalıdır: 

 



İqtisadi cəhətdən ən səmərəli həll yolu; 

 



Xeyli  məsrəf  tələb  etdikdən  ən  çox  ehtiyac  olan  sahələrdə  mütəxəssis  biliyindən 

istifadə edilməsi. 

Funksional,  mərkəzləşdirilmiş  struktur  aşağı  məsrəfli  olduğundan,  bank  müştərilərin 

tələblərinə  cavab  vermək  məqsədilə  və  mütəxəssis  biliyindən  düzgün  istifadə  etmək 

üçün xidmət əsaslı  və bazar əsaslı strukturların elementlərini funksional struktura daxil 

edə bilər.  

Fəaliyyətin  nəticələrinin  qiymətləndirilməsi  bankın  strategiyasının  həyata  keçirilməsi 

üçün  çox  əhəmiyyətli  olduğundan  bank  təşkilati  strukturunda  mənfəət  və  məsrəflər 

vahidlərini müəyyən edə bilər. 

Müxtəlif  struktur  bölmələrinin  fəaliyyət  nəticələrinin  qiymətləndirilməsi  və  müqayisə 

edilməsi  zamanı  bölmələr  arasında  de  fakto  rəqabət  yarana  bilər.  Bu  cür  rəqabət 

mükəmməl  biznes  fəaliyyəti  yaratmaqla  bərabər,  strategiyanın  həyata  keçirilməsi  üçün 

vacib sayılan sahələrdə struktur bölmələri arasında əməkdaşlığa mane olmamalıdır. 

Mükəmməl  bank  təcrübəsinə  əsasən  bank  öz  təşkilati  strukturunu  müəyyən  edərkən 

dörd funksional bölmələrin (müştərilərlə birbaşa fəaliyyət, bank əməliyyatları, risklərin 

idarə  edilməsi,  inzibati  və  dəstəkləyici  xidmətlər)  mövcudluğunu  təmin  etməlidir.  Bu 

funksional  bölmələr  əməliyyatların  xüsusiyyəti  və  aralarındakı  qarşılıqlı  nəzarət 

əlaqələri ilə fərqlənməlidir.  

Sxemda  təsvir  edilən  nümunəvi  təşkilati  struktur  dörd  funksional  bölməsi  olan 

funksional  strukturdur.  Funsional  bölmələrin  hər  biri  İdarə  Heyətinin  ayrı-ayrı 

üzvlərinin  nəzarətində  və  səlahiyyətində  olmalıdır.  Bank  özünün  təşkilatı  strukturunu 

yaradarkən bu standartda əks etdirilən bir çox amillərə diqqət yetirməlidir.  

Əlavə olaraq, nümunədə təsvir olunan əsas funksional bölmələr haqqında qısa məlumat 

aşağıda göstərilir: 

 



 



Bank  işi  –  fiziki  və  korporativ  müştərilər  üzrə  bölünə  bilər.  Ayrı-ayrı  əməliyyat 

bölmələri,  müştəri  tələblərindən  asılı  olaraq,  risklərin  idarə  edilməsi  və  daxili 

nəzarət  məsələlərini  nəzərə  almaqla  müxtəlif  fəaliyyət  sahələri  üzrə  məsuliyyət 

daşıyırlar; 

 



 



Xəzinədarlıq  –  bankın  aktiv  və  passivlərin  idarə  edilməsi,  qiymətli  kağızlarla 

əməliyyatlar daxildir; 

 



 



Risklərin  idarə  edilməsi  –  risklərin  idarə  edilməsi  siyasətinin  müəyyən  edilməsi, 

risklərin  təhlil  edilməsi,  bankın  riskə  dözümlülüyünə  və  risk  limitlərinə  nəzarət 

daxildir; 

 



 

İT, mühasibatlıq, insan resursları, təhlükəsizlik, hüquqi və sair xidmətlər – yuxarıda 

göstərilən funksional bölmələri inzibati dəstəklə təmin edən əsas daxili xidmətlərdir.  

 



Strateji Planlaşdırma və Təşkilati Standart

 

 

       Azərbaycan Mərkəzi Bankı 

 

 



18

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Təşkilati Strukturun Nümunəsi 



İHS

-nin 

katibliyi 

 

Risklərin idarə edilməsi Komitəsi 



Daxili Audit Komitəsi 

Digər Komitələr  

İdarə 

Heyətinin 

Sədri 

Bank İşi

 

 

Pərakəndə bank  



xidmətləri 

 

Topdan bank  



xidmətləri 

 

Topdan  



marketinq 

 

İctimai əlaqələr 



üzrə direktor 

 

İctimai əlaqələr 



meneceri 

İdxal/İxrac 

maliyyələşməsi 

 

İD/İX mütəxəssisləri 



İD/İX əməliyyatları 

Layihə 


maliyyələşməsi 

 

Sindikatlar 



 

Mərkəzi filial 

 

Topdan kredit 



Mərkəzi filial xidmətləri 

Strategiya və bazar 

araşdırmaları 

Xarici 



nümayəndəliklər 

 

Pərakəndə 



marketinq 

 

Mərkəzi pərakəndə 



xidmətlər 

 

Plastik 



Kartlar 

Avtomobil 

kreditləri 

Mənzil 


kreditləri 

Bank İşi

 

 

Xəzinədarlıq 

 

Əməliyyat  



otağı 

 

Müştəri  



masası 

 

Xəzinə 



əməliyyatları 

 

Riayət  



etmə 

 

Müxbir banklarla 



əməliyyatlar 

 

Risklərin idarə 



olunması

 

Risk siyasəti 

 

Kreditlərin  



təhlili 

 

Kreditlərin 



verilməsi 

 

Kapital 



investisiyaları 

 

Filial Şəbəkəsi 



 

Şəbəkənin idarə 

olunması 

 

Müştərilərə 



xidmət mərkəzi 

 

Xəzinə 



əməliyyatları 

 

Ərazi  



müdirləri 

 

Baş  



kassir 

 

Filial 



müdirləri 

İT və 

əməliyyatl

ar 

İT İnkişafı 

 

İT əməliyyatları 



Struktur və 

prosesin qurulması 

 

Bank üzrə 



əməliyyatlar 

 

Banklar arası 



ödənişlər 

Verilənlərin 

idarə olunması 

Əməliyyatların 

uyğunluğu 

Bankın 


təhlükəsizliyi 

 

Bank 



əməliyyatlarının  

təhlükəsizliyi 

Bankın 

mühafizəsi 



Dəstəkləyici 

xidmətlər 

Maliyyə və 

mühasibat uçotu 

 

Maliyyə 



mühasibat və 

vergi 


İİS 

İnsan  


Resursları 

 

Müavinət və 



mükafatlar 

İşçilərin ixtisas 

artırma kursları 

Tədarük  

xidməti 

 

Əsas vəsaitlərin 



idarə olunması 

Ehiyatların tədarükü 

və saxlanması 

Arxiv 


Poçt və kuryer 

Daxili 


Audit 

 

Ümumi fəaliyyətə 



nəzarət 

Kreditlərə nəzarət 

Hüquqi 

Xidmətlər 



 

Mülki 


Maliyyə və daxili 

audit 


İT nəzarəti 

Fəaliyyətin hüquqi təminat

Beynəlxalq 



Strateji Planlaşdırma və Təşkilati Standart

                                                       Azərbaycan Mərkəzi 

Bankı 

 

 



19

8.5. İdarəetmə və nəzarət 

Hər  bir  bankın  təşkilati  strukturunun  daxilində  dörd  əsas  nəzarət  formasının 

mövcudluğu  təmin  edilməlidir  (BNBK  Sənədi  “Banklarda  Korporativ  İdarəetmənin 

İnkişaf Etdirilməsi”): 

 



Müşahidə Şurası və İdarə Heyəti tərəfindən həyata keçirilən nəzarət; 

 



Müxtəlif biznes sahələrinin gündəlik fəaliyyətində iştirak etməyən işçilər tərəfindən 

həyata keçirilən nəzarət; 

 

Müxtəlif  biznes  sahələri  üzrə  birbaşa  məsuliyyət  daşıyan  şəxslər  tərəfindən  həyata 



keçirilən nəzarət;  

 



Müstəqil şəkildə risklərin idarə edilməsi və daxili audit xidməti. 

Əlavə  olaraq,  əsas  işçi  heyətinin  “məqbul  və  lazımi  keyfiyyətlərə”  malik  olması 

vacibdir. 

Mükəmməl  korporativ  idarəetmə  təcrübəsinə  əsasən  Müşahidə  Şurası  bankın  idarə 

edilməsini  və  fəaliyyətinə  nəzarəti  həyata  keçirərkən  aşağıdakılar  üzrə  tam  məsuliyyət 

daşıyır: 

 

Bankın  ümumi  biznes  strategiyasının  və  əhəmiyyətli  daxili  sənədlərin  təsdiq 



edilməsi və müntəzəm olaraq təhlil edilməsi; 

 



Bankın üzləşdiyi əsas risklərin başa düşülməsi və həmin risklər üçün məqbul sayılan 

limitlərin müəyyən edilməsi;   

 

Audit  Komitəsinin  və  Bankın  xarici  auditorlarının  verdikləri  tövsiyələrin  nəzərə 



alınması və müvafiq tədbirlərin görülməsi. 

8.6. Bankın komitələri 

Müşahidə  Şurası,  bankın  idarə  edilməsi  üzrə  qərarların  qəbul  edilməsini  bankın 

komitələrinə  həvalə  edə  bilər.  Komitələr,  Müşahidə  Şurası  tərəfindən  təsdiqlənmiş 

bankın  biznes  strategiyası  çərçivəsində  və  onlara  həvalə  edilmiş  səlahiyyətlərə  uyğun 

olaraq  fəaliyyət  göstərməlidirlər.  Komitələrə  İdarə  Heyətinin  üzvləri  və  müvafiq 

xidmətlərin  rəhbərləri  də  daxil  olmalıdır.  Komitələrə  İdarə  Heyətinin  üzvü  başçılıq 

etməlidir.  Bankın  Daxili  Audit  bölməsinin  əməkdaşları  Komitələrin  yığıncaqlarında 

iştirak  edə  bilər,  lakin  Daxili  Audit  Komitəsindən  başqa  digər  komitələrin  üzvü  ola 

bilməzlər. 

Bank aşağıdakı komitələri yarada bilər: 

 



Risklərin idarə edilməsi Komitəsi; 


Strateji Planlaşdırma və Təşkilati Standart

                                                       Azərbaycan Mərkəzi 

Bankı 

 

 



20

Azərbaycanda  banklar  kredit  və  likvidlik  riskləri  kimi  iki  əsas  risk  növü  ilə 

üzləşdiyindən,  banklar  risklərin  idarə  edilməsi  üzrə  iki  komitə  yarada  bilər. 

(Risklərin idarə edilməsi standartına bax): 

-

 

Kredit Komitəsi; 



-

 

Aktiv və passivərin idarə edilməsi Komitəsi. 



 

İnformasiya texnologiyaları (İT) Komitəsi;



 

 



Digər komitələr, lazım olduqda. 

8.6.1. Kredit Komitəsi 

Kredit Komitəsinin əsas məqsədi bankın kredit siyasətinə riayət edilməsini təmin etmək, 

kredit  portfelinin  keyfiyyətinə  nəzarət  etmək,  problemli  və  vaxtı  keçmiş  kreditlərin 

idarə edilməsini  yaxşılaşdırmaqdır. Kredit Komitəsi, aşağıdakılarla bağlı təhlillər aparır 

və qəbul ediləcək qərarlar üzrə tövsiyyələr verir:  

 

Kredit portfelinin iqtisadiyyatın sahələri və regionlar üzrə bölüşdürülməsi üzrə; 



 

Kreditlərin  və  zəmanətlərin  (qarantiyaların)  verilməsi  və  vaxtlarının  uzadılması 



qaydaları üzrə; 

 



Banklar  və  digər  korporativ  müştərilər  üzrə  kredit  limitlərinin  müəyyən  edilməsi 

üzrə; 


 

Bankın problemli kreditlərinin idarə edilməsi prinsipləri, metod və formaları üzrə; 



 

Problemli kreditlərin restrukturizasiyası proqramları üzrə;  



 

Daxili kredit vermə və limit siyasətləri üzrə. 



8.6.2. Aktiv və passivlərin  idarə edilməsi Komitəsi (APİK) 

APİK  likvidlik  və  maliyyələşdirmə,  risk  strukturu  və  kapital  adekvatlığı  sahələrində 

aktiv  və  passivlərin  idarə  edilməsi  (APİ)  üzrə  bankın  siyasətini  və  strategiyasını 

müəyyən  edir.  APİK-in  bankın  aktiv  və  passivlərini  idarə  edəilməsi  sahəsində  əsas 

vəzifə və səlahiyyətləri aşağıdakıları əhatə edir:  

 



Bankın  Strateji  Planına  uyğun  olaraq,  aktiv  və  passivlərin  artırılması  və  idarə 

edilməsi üçün: 

-

 

Bankın  ümumi  balansını  kapital  həcmi,  depozit  bazası,  aktivlərin  və 



balansdankənar öhdəliklərin keyfiyyəti ilə münasibətdə təhlil edir; 

-

 



Cari və proqnozlaşdırılan faiz dərəcələrinin dəyişilməsini, bazar şərtlərini və 

riskləri  idarə  etmə  qaydaları  əsasında  aktiv  və  passiv  əməliyyatlarının  

növlərini müəyyən edir;  

-

 



Normativ  hüquqi  və  daxili  tələblərə  riayət  edilməsi  məqsədi  ilə 

planlaşdırılmış kapital səviyyəsinin və likvidlik dərəcələrinin əldə edilməsini 

və nəzarətini  təmin edir.  

 



Bankın  likvidlik  və  maliyyələşdirmə  siyasətinin  müəyyənləşdirilməsi  və  idarə 

edilməsi üçün aşağıdakı məsələlərə nəzarət etməlidir:  




Strateji Planlaşdırma və Təşkilati Standart

                                                       Azərbaycan Mərkəzi 

Bankı 

 

 



21

-

 



Aktiv  və  passivlərin  ödəniş  strukturu  və  qeyri-likvid  aktivlərə  ayrılacaq 

balans  məbləğlərinin  (məsələn,  daşınmaz  əmlak  və  törəmə  müəssisələrə 

investisiyalar) tənzimlənməsinə;  

-

 



Tələb olunan likvid əmsallarının adekvatlığına; 

-

 



Aktiv və öhdəliklərin ödəniş müddətlərində fərq limitlərinə; 

-

 



Bankda  likvidlik  böhranı  baş  verdiyi  zaman  rəhbərliyin  görəcəyi  tədbirlər 

planına. 

 

Bankın kapitalının idarə edilməsi üçün aşağıdakıları təmin etməlidir: 



-

 

Likvidlik  və  kapital  tələblərini  nəzərə  alaraq,  kapital  gəlirliyi  dərəcələrin 



müəyyənləşdirilməsini; 

-

 



Kapitalın 

biznes 


bölmələri 

və 


göstərilən 

xidmətər 

arasında 

“bölüşdürülməsi”ni; 

-

 

Bankın  əlavə  kapital  cəlb  edilməsi  (məbləğinə  və  növünə  görə)  ilə  əlaqədar 



tövsiyələrin  verilməsini  (məsələn,  səhmlərin  buraxılışı  və  ya  subordinasiya 

borclar vasitəsilə); 

8.6.3. Informasiya Texnologiyaları Komitəsi 

Bank, İT məsələləri üzrə cavabdeh olan İT Komitəsi yaradıla bilər (daha ətraflı məlumat 

üçün İT standartına bax). 

9. Daxili nəzarət 

İdarə Heyəti, aşağıdakı xüsusiyyətlərə malik hərtərəfli, sağlam və effektiv daxili nəzarət 

sistemi yaratmalıdır: 

 

Etibarlı və mütəmadi fəaliyyət göstərən; 



 

Bankın balans və balansdankənar fəaliyyətinə xas riskləri və onların mürəkkəbliyini 



müəyyən etmək imkanına malik; 

 



Bankın faəliyyət mühitindəki və bazarın şəraitindəki dəyişikliklərə müvafiq reaksiya 

verə bilən. 

9.1. Vəzifələrin bölüşdürülməsi 

Bankın  təşkilati  strukturunda  vəzifələr  düzgün  bölüşdürülməlidir.  Eyni  şəxs  nəzarət 

siyasətinə  zidd  olaraq  ayrı-ayrı  vəzifələrə  təyin  edilməməlidir.  Məsələn,  alqı-satqı 

xidmətləri  üzrə  ön  və  arxa  ofislər  üzrə  məsul  şəxs.  Həmin  şəxs  aktivlərdən  istifadə 

edərək  şəxsi  mənfəəti  üçün  maliyyə  məlumatlarını  təhrif  etmək  və  ya  zərərləri 

gizlətmək  imkanına  malik  ola  bilər.  Bu  səbəbdən,  maliyyə  məlumatlarının  təhrif 

edilməsi  və  ya  aktivlərin  qeyri-qanuni  mənimsənilməsi  riskini  azaltmaq  məqsədi  ilə 

bank  daxilindəki  müəyyən  vəzifələr,  mümkün  olan  dərəcədə  müxtəlif  işçilər  arasında 

bölüşdürülməlidir.  

Bir  işçinin  eyni  zamanda  ön  və  arxa  ofislərdə  vəzifələr  tutarkan  nəzarət  vəzifələrin 

bölüşdürülməsi  ilə məhdudlaşmır. Bir  işçi aşağıdakı  vəzifələr üzrə məsuliyyət daşıdığı 

halda adekvat nəzarətin həyata keçirilməsi üçün müvafiq daxili qaydaların mövcudluğu 

təmin olunmalıdır:  



Strateji Planlaşdırma və Təşkilati Standart

                                                       Azərbaycan Mərkəzi 

Bankı 

 

 



22

 



Vəsaitlərin ödənilməsi və faktiki ödənişin təsdiq edilməsi; 

 



Müştəri hesabları və xəzinə; 

 



Əməliyyatın həyata keçirilməsi və mühasibat kitablarında qeydiyyatı; 

 



Kredit  sənədlərinin  adekvatlığının  qiymətləndirilməsi  və  kredit  veriləndən  sonra 

borc alana nəzarət;  

 

Maraqlar  zəminində  münaqişələrin  yaranması  sahələri  və  həmin  münaqişələrin 



başqa amillər vasitəsilə yüngülləşdirilməsi. 

Potensial  münaqişəli  sahələr  müəyyən  edilməli,  minimuma  endirilməli  və  müstəqil 

üçüncü  şəxs  tərəfindən  diqqətlə  nəzarət  edilməlidir.  Əsas  işçilərin  qeyri-uyğun 

fəaliyyətlərini  gizlədə  bilməmələri  üçün,  onların  hüquq  və  vəzifələri  müntəzəm  olaraq 

təhlil  edilməlidir  (Bazel  Komitəsinin  40  saylı  “Banklarda  Daxili  Nəzarət  Sistemləri 

Strukturu” sənədi, sentyabr 1998-ci il).  

9.2.Daxili audit xidməti 

Banklar,  effektiv  və  hərtərəfli  daxili  audit  xidmətinə  malik  olmalıdırlar.  Daxili  nəzarət 

sisteminin  bir  hissəsi  kimi  daxili  audit  xidməti,  sərbəst  işləyə  bilən,  müvafiq  təlim 

keçmiş  və  bacarıqlı  işçilərdən  ibarət  olmalıdır.  Daxili  audit  xidməti,  bilavasitə  Audit 

Komitəsinə  və  Müşahidə  Şurasına  hesabat  verməlidir  (Bazel  Komitəsi  No.  40, 

Banklarda Daxili Nəzarət Sistemi Strukturu, sentyabr 1998-ci il). 

 

 



 

 

 

Yüklə 235,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə