Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı Azərbaycan Mərkəzi Bankı


Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı



Yüklə 235,95 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix07.12.2017
ölçüsü235,95 Kb.
#14276
1   2   3   4   5   6   7   8

Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

13 


 

Bütün normativ  hüquqi tələblərə riayət etməli  və  daxili  nəzarət prinsiplərinə  uyğun 



olmalıdır. 

8.3. Nümunəvi təşkilati sxemlər 

Biznes strategiyasını həyata keçirərkən və optimal səmərəliliyə nail olmaq baxımından, 

təşkilati struktura aşağıda göstərilən bir sıra amillər təsir göstərə bilər: 

 

Bankın idarəetmə prinsipləri və fəlsəfəsi;  



 

Bankın fəaliyyət göstərdiyi müddət, aktivlərin həcmi, əməliyyatların həcmi, işçilərin 



sayı, coğrafi sahə və digər əhəmiyyətli ölçülər; 

 



Bankın müştərilərə təklif etdiyi bank məhsulları və xidmətlərinin xüsusiyyəti;   

 



Bankın fəaliyyət göstərdiyi bazarda rəqabət mühitinin xüsusiyyəti; 

 



Bankın əsas təsərrüfat proseslərinin avtomatlaşdırılma dərəcəsi. 

Banklarda təşkilati strukturun əsas üç növü müşahidə edilir. Həmçinin, təcrübə göstərir 

ki,    bir  çox  banklarda   hər  üç  növün  elementlərini  özündə  birləşdirən  təşkilati  struktur 

yaradıla bilər.   

 



Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

14 


1-ci Növ: Funksional struktur 

 

 



Funksional  təskilatı  strukturda  hər  bir  struktur  vahidin  həyata  keçirdiyi  fəaliyyət 

(“xidmətin”) aydın təsvir edilir.  

Bu  növ  strukturun  üstünlükləri  işçilərin  müəyyən  fəaliyyət  növləri  üzrə  ixtisaslaşması 

əsasında  bank  fəaliyyətinin  iqtisadi  effektivliyinin    artırılmasından  və  işlərin 

təkrarlanmasının qarşısının alınmasından ibarətdir.  

Bu  cür  strukturun  mənfi  tərəfləri  müxtəlif  əməliyyat  prosesləri,  xidmətlərin  müştəriyə 

çatdırılma  yolları  və  müştəri  qrupları  arasında  əsas  fərqlərin  nəzərə  alına 

bilinməməsindən  ibarətdir.  Bu  sistemdə  nəzərdə  tutulan    mərkəzləşdirmə  ölkədə 

sahibkarlıq  fəaliyyətinin  inkişafı  məqsədlərinə  tam  cavab  vermir  (məsələn  bu  növ 

təşkilatı strukturda filial şəbəkəsinin kiçik olması). 

 

Funksional Struktur   

İdarə Heyəti

 

Maliyyə və 

risklərin ida-

rə edilməsi 

Marketinq 

və satış 

Müştəri 

xidmətləri 

Əməliyyatla-

rın aparılması 



 

İnfrastruktur 

və 

administrasiya 




Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

15 


2-ci Növ: Xidmət əsaslı struktur 

 

* «Xidmət» bankın təklif etdiyi ayrı-ayrı xidmət növləri 



 

Xidmət  əsaslı  təşkilatı  strukturda  struktur  vahidləri  müştərilərə  təqdim  etdiyi  xidmət 

növləri üzrə müəyyən edilir.   

Məsələn, bank müxtəlif növ xidmətlərin hər birini ayrı-ayrı xidmət mərkəzlərində təklif 

edir.  Bəzi  hallarda,  hər  bir  xidmət  bölməsi  müvafiq  xidmətlə  bağlı  bütün  əməliyyat 

proseslərinin  (o  cümlədən,  arxa  ofis,  inzibati  və  dəstəkləyici  xidmətlər)  tam  həcmini 

həyata  keçirir.  Digər  hallarda  isə  arxa  ofis  işləri,  yuxarıdakı  sxemdə  göstərildiyi  kimi 

dəstəkləyici xidmətlərlə yanaşı mərkəzləşdirilir.  

Xidmət əsaslı təşkilatı  struktur növü ən çox  iri banklar üçün münasibdir, çünki bu növ 

struktur  təşkilatın  daha  rahat  idarə  edilməsinə  xidmət  edir  və  hər  bir  biznes  bölməsinə 

özünün  təklif  etdiyi  məhsullar  və  xidmətlər  üzərində  diqqətini  cəmləşdirməyə  imkan 

verir.  Bu  növ  struktur  banklardan  xidmətlərin  müştərilərə  çatdırmaq  üçün  müvafiq 

ixtisaslaşmış  mütəxəssislərin  cəlb  olunmasını  tələb  edir,  çünki  çox  zaman  belə 

strukturlarda daha mərkəzsizləşdirilmiş qərar qəbul etmə prosesi mövcuddur.  

Digər tərəfdən, xidmət əsaslı təşkilatı strukturda bəzi  xidmətlərin birgə  göstərilməsinin 

mövcudluğuna  baxmayaraq,  bəzi  əməliyyat  prosesləri  hər  bir  biznes  bölməsində 

təkrarlanır, nəticədə isə yüksək səviyyəli məsrəflərin yaranmasına gətirib çıxarır.  

Əlavə olaraq, müştərilər üçün biznes bölmələri  arasında rəqabət  yarana bilər, bu da öz 

növbəsində  bölmələr  arasında  çarpaz-satış  üzrə  əməkdaşlığı  azaldar  və  mürəkkəb 

elementləri öz tərkibinə daxil edən əməliyyatları yaradar.   

 

 

                     Xidmət əsaslı Struktur  



 

Hüquq xidməti 



 

Əmək haqqı 



 

Tədarük 



 

IT 



İdarə Heyəti

 

Xidmət


3

Dəstəkləyici 



xidmətlər 

Xidmət


1

Xidmət



2




Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı

                                 Azərbaycan Mərkəzi Bankı 

16 


3-cü Növ: Bazar əsaslı struktur 

 

Bazar  əsaslı  təskilatı  strukturda  struktur  vahidləri  xidmət  göstərdiyi  müxtəlif  “müştəri 



qrupları” və ya seqmentlər əsasında müəyyən edilir.  

Məsələn,  müştəri  seqmentləri  iri  şirkətlər,  kiçik  və  orta  ölçülü  müəssisələr,  yüksək 

dərəcəli xalis kapitala malik şəxsi müştərilər və sair tərəfindən təmsil edilə bilər. Fərqli 

“bazarlar” bankın fəaliyyət göstərdiyi müxtəlif coğrafi regionlar ola bilərlər.  

Bazar əsaslı təşkilatı strukturun hər bir biznes bölməsi daxilində bütün zəruri xidmətlər 

cəmləşə bilər, bu da öz növbəsində xidmətlərin təkrarlanması ilə nəticələnır.  

Bazar  əsaslı  təskilatı  strukturun  üstün  cəhətləri  çox  fərqli  tələblərə  malik  olan  və  ya 

coğrafi  olaraq bölüşdürülmüş  müştəri  qrupları  ilə  əlaqələrin  saxlamasının  asanlaşması,  

hər bir müştəri qrupunun ehtiyaclarının ödəməsi üçün lazım olan xidmətlərin bir biznes 

bölməsində göstərilməsidir.  

Bazar  əsaslı  təşkilatı  strukturun  fəaliyyət  göstərməsi  və  idarə  edilməsi  çətin  ola  bilər. 

Məsələn,  müştərilər  eyni  xidmətləri  tələb  etdikdə,  bu  müxtəlif  biznes  bölmələrdə 

xidmətlərin təkrarlanmasını tələb edə bilər.  

 

 

 



 

 

 



 

 

 



                          Bazar əsaslı struktur  

 



Hüquq xidməti 

 



Əmək haqqı

 

 



Tədarük 

 



IT

 

İdarə Heyəti



 

Bazar

3

*

 

Dəstəkləyici 

xidmətlər 

Bazar

1

*

 

Bazar

2

*

 

* “Bazar” müxtəlif müştəri seqmentlərinə və ya 

coğrafi bazarlara aid ola bilər 



Yüklə 235,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə