Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 9 Təşkilatın təhlükəsizliyinin təmin olunması



Yüklə 4,25 Mb.
səhifə3/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   2   3   4   5   6   7   8   9   ...   37
insan resursları

Sual 9 Təşkilatın təhlükəsizliyinin təmin olunması.
İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. Keçmişdə işəgötürən tərəf çox məhsul əldə etmək arzusuyla işçiləri mütəmadi istismar etmişdir. Bunun nəticəsində işçilərin sağlamlığına zərər dəymiş, bəzi təhlükəsizlik tədbirlərinin yerinə yetirilməməsi ucbatından qəzalar baş vermişdir.
XIX əsrin əvvəllərindən etibarən işçilərlə işəgötürən tərəf arasında münaqişələr də bu zəmində baş vermişdir. Bu dövrdə dövlət müdaxilələrinin azlıq təşkil etməsi əməyin mühafizəsiylə əlaqədar tədbirlərin görülməməsinə zəmin yaradırdı. XX əsrdə isə işçi hüquqlarının qorunmasına artan diqqət, işçilərin haqq və hüquqlarını qoruyan təşkilatların yaranması nəticəsində müəssisə və təşkilatlarda əməyin mühafizəsinə dair tədbirlər nüfuz qazanmağa başladı. Müasir dünyada gündən-günə dəyişən iş rejimi, iş şərtləri, əmək şəraiti və texniki tərəqqinin sürətli inkişafı işçilərin sağlamlığı və təhlükəsizliyinə, qorunmasına dair icra edilən tədbirləri gündəmə gətirmişdir.
Bu gün insan faktoruna verilən qiymət bütün iş yerlərində təzahür edir, əməyin mühafizəsi tədbirləri günbəgün inkişaf etməkdədir. İşçinin sağlamlığı və işin təhlükəsizliyi ifadələri bir-birindən asılı və əlaqədar olan ifadələrdir. Bu iki ifadə arasındakı fərq aşağıda izah edilmişdir:
Sağlamlıq – təhlükəsizlikdən daha geniş və qarışıq bir ifadədir. Sağlam şəxs, normal bəşəri fəaliyyəti pozan xəstəlik, yaralanmaq kimi fiziki, zehni və ruhi problemləri və qüsurları olmayan bir kəsdir. Sağlamlığın qorunması istiqamətində həyata keçirilən tədbirlərin formalaşmasına təsir edən amil şəxslərin sağlamlığı və rifahıdır.
İş yerində qəza, bədbəxt hadisə və peşə xəstəliklərinin meydana gəlməməsi və işçilərin bu kimi xəsarətlərə məruz qalmalarının qarşısını almaq məqsədilə yerinə yetirilən bütün mühafizə tədbirlərinin məcmuu işçilərin sağlamlığının qorunması funksiyasının əsasını təşkil edir. Təhlükəsizlik isə zehni və ruhi sağlamlıq əvəzinə fiziki sağlamlıqla əlaqədar olan ifadədir. Buna görə də iş yerində işçilərin sağlamlığına zərər verəcək şəraitin meydana gəlmə məqsədiylə həyata keçirilən bütün tədbirlərin məcmuyuna təhlükəsizlik tədbirləri deyilir.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə