Суал-109: Йерлябирляшдирмя, илдырымдан мцщафизя
Ъаваб:
Yerləbirləşdirmə
Elektrik qurğularının və avadanlıqlarının metal hissələri (gövdəsi) [15, 108, 60] tələblərinə uyğun olaraq yerləbirləşdirilməlidir.
Partlayış təhlükəli zonalarda quraşdırılmış elektrik avadanlıqları gərginlik səviyyəsindən asılı olmayaraq yerləbirləşdirilməlidir.
Metal konstruksiyalarda quraşdırılmış elektrik avadanlıqları, metal konstruksiyanın yerləbirləşməsindən asılı olmayaraq, ayrıca olaraq yerləbirləşdirilməlidir.
Yerləbirləşdirmə quruluşunun texniki vəziyyətini müəyyən etmək üçün vaxtaşırı olaraq:
-yerləbirləşdirmə quruluşunun görünən hissələrinə baxış keçirilməli;
-yerləbirləşdiricilərlə yerləbirləşdirilmiş elementlər arasında etibarlı əlaqənin mövcudluğu yoxlanılmalı (aparatla yerləbirləşdirmə quruluşunu birləşdirən keçiricidə qırılmaların və qeyri kafi kontaktın olmaması), həmçinin transformatorların qoruyucuları (probivnoy) yoxlanılmalı;
-yerləbirləşdirmə quruluşunun müqaviməti ölçülməli;
-«faza-sıfır» dövrəsinin tam müqaviməti ölçülməli;
-birləşmələrin etibarlı olması yoxlanılmalıdır.
Binalarda (otaqlarda) yerləşdirilmiş yerləbirləşdirmə keçiriciləri (naqilləri) baxış üçün əlverişli yerdə olmalıdır.
Bu tələblər kabellərin sıfır xətlərinə və metal zirehlərinə, elektrik xətti gizli üsulla çəkilmiş borulara, yerdə (torpağa basdırılmış) metal konstruksiyalara və həmçinin boru xətlərinin içi ilə çəkilmiş yerləbirləşdirici keçiricilərə aid deyildir.
Yerləbirləşdirmə keçiriciləri korroziyadan mühafizə olunmalıdır.
Yerləbirləşdirmə keçiriciləri yerləbirləşdiriciyə və yerləbirləşdirilən konstruksiyalara qaynaq edilməklə, aparat, maşın və s. gövdəsinə isə qaynaq və ya bolt vasitəsilə etibarlı birləşdirilməlidir. Aşındırıcı buxar və ya qaz olan rütubətli otaqlarda kontakt səthlərinin əlavə olaraq mühafizə örtüyü (təbəqəsi) olmalıdır (çəkilməlidir).
Aparat, maşın və s. gövdəsinə birləşdirilən əyilgən (elastik) yerləbirləşdirmə keçiricilərinin uclarında etibarlı qaynaqlanmış sonluqlar (ucluqlar) olmalıdır.
Silkələnmə və ya titrəyiş nəticəsində kontaktın zəifləməsi ehtimal olunan yerlərdə əlavə tədbirlər görülməlidir (kontrqayka, təsbitləyici şayba qoyulmalıdır).
Tez-tez sökülən və ya maşının hərəkət edən hissələrində quraşdırılan avadanlıq, ucuna sonluq qaynaq edilmiş əyilgən (elastik) naqillər vasitəsilə yerləbirləşdirilməlidir.
Qurğunun yerlə birləşdirilən hər bir elementi ayrı-ayrılıqda yerləbirləşdiriciyə və magistral yerləbirləşdirmə xəttinə qoşulmalıdır.
Yerləbirləşdirmə xəttinə qurğunun bir neçə hissəsinin ardıcıl qoşulması qadağandır.
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında torpaqdan (yerdən) «faza» və ya «sıfır» naqili kimi istifadə edilməsi qadağandır, belə ki, bu qurğular elektrik cərəyanı ilə zədələnmələrə (xəsarətalmalara) səbəb ola bilər.
Dostları ilə paylaş: |