Суал Мяшял системинин истисмары


Суал-106: Газмадан чыхмыщ гуйуларын мянимсянилмяси вя сынаьы



Yüklə 1,66 Mb.
səhifə124/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   120   121   122   123   124   125   126   127   ...   138
sual cavablar (3)

Суал-106: Газмадан чыхмыщ гуйуларын мянимсянилмяси вя сынаьы

Ъаваб:

  • Quyuların mənimsənilməsi və sınağı üzrə işlərə aşa­ğı­da­kı şərtləri təmin etdikdən sonra başlamaq olar:

- istismar kəmərinin arxasında sement məhlulunun qalxma hündürlüyü və əmələ gələn sement sütununun keyfiyyəti layihəyə və yerin təkinin mühafizə tələblərinə cavab verdikdə;

- istismar kəməri şablonlandıqdan (içərisi yoxlanıldıqdan), kəmər başlığı və preventor qurğusu ilə birlikdə sınaq təzyiqlə yoxlanıldıqdan, quyu ağzında gözlənilən təzyiqdə germetik olduqdan sonra;

- quyu ağzı preventor qurğusu ilə birlikdə, manifold bloku və atqı xətləri təsdiq olunmuş sxemə müvafiq təchiz edildikdə və birləşdirildikdə;

- kəmərlərarası fəzada təzyiq olmadıqda.



  • Müəssisənin baş mühəndisinin sədrliyi altında geoloжi-tex­ni­ki, baş energetik, təh­lükəsizlik texnikası xidmətlərinin işçilə­ri­­nin və məsul iş icraçısının iştirakı ilə yaradılmış komissiya tə­rə­fin­dən quyu yoxlanılır və quyunun hazırlıq aktı tərtib edilir [258].

  • Azdövdağtexnəzarət Komitəsinin, FQDHH-nin və Yanğın Təhlükəsizliyi xidmətinin nümayəndələri adı çəkilən komis­siya­nın işində iştirak edir və aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra quyunun mənimsənilməsi və sınağı işlərinə icazə verirlər.

  • Istismar kəmərinin perforasiyasından əvvəl quyu ağ­zı təsdiq edilmiş sxem üzrə perforasiya siyirtməsi ilə təchiz edil­məli, quyu isə sıxlığı texniki layihənin tələblərinə cavab verən qaz­ma məhlulu ilə doldurulmalıdır. Doldurulmuş perforatoru qu­yuya buraxmazdan əvvəl görülən hazırlıq işləri, bu Qaydaların tə­ləblərinə müvafiq olaraq yerinə yetirilməlidir.

  • Perforasiya zamanı işi aparanlar tərəfindən quyu ağzında mayenin səviyyəsinə nəzarət edilməlidir. Onun aşağı düşməsinə yol verilməməlidir.

  • Fontan armaturu quyu ağzında quraşdırılmazdan əvvəl sınaq təzyiqə yoxlanmalıdır, quraşdırıldıqdan sonra isə is­tis­mar kəmərinin kipliyə yoxlama təzyiqinə bərabər olan təzyiqlə sınanmalı və müvafiq akt tərtib edilməlidir.

  • Quyunun mənimsənilməsi üzrə kompleks işlər aşa­ğı­da­kıları təmin edən tədbirləri nəzərdə tutmalıdır:

- layın ikinci açılmasında tıxanmaya (zakuporka) yol ver­məməli;

- quyudibi zonada layın bütövlüyünün (skeletinin) saxlan­masını;

- lay suyunun və qazın «qaz papağı»ndan yarıb keçməsinin qar­şısının alınmasını;

- layın kəmiyyət və keyfiyyət xarakteristikalarının və geoloжi-fiziki parametrlərinin təyin olunması üçün termo­hid­ro­qaz­dinamiki tədqiqatların aparılmasını;



  • quyudibi zonanın keçiriciliyinin saxlanması, bərpası və ar­tırılmasını;

- nəzarətdən çıxmış qazneftsu təzahürlərinin və açıq fon­tan­ların qarşısının alınmasını;

- yerin təkinin və ətraf mühitin mühafizəsini.



  • Layın quyudibi zonasının möhkəmliyi və sement hal­qa­sının bütöv saxlanması yol verilən depressiya ilə təmin edilir, dep­ressiyanın həcmi isə layihə tələbləri və quyunun faktiki vəziy­yə­ti nəzərə alınmaqla, sifarişçinin razılığı ilə müəssisə tərəfindən tə­yin olunur.

  • Flüidin laydan axması reqlamentləşdirilən depres­si­ya­ların yaranması yolu ilə aşağıdakıların hesabına əldə olunur:

- qazma məhlulunun kiçik sıxlıqlı məhlulla, texniki su və ya qaz­sızlaşdırılmış neftlə əvəz olunması. Bu zaman ardıcıl olaraq əvəz olunan məhlulların sıxlıqları arasındakı fərq 0,5-0,6 q/sm3-dən artıq olmamalıdır; sıxlıqlar arasındakı fərq çox olduqda laya əks təzyiqin aşağı salınması tempi məhdudlaşdırılmalıdır;

- köpükləndirici sistemlərdən istifadə olunması.



  • Istismar kəmərində məhlulun səviyyəsinin svablama yo­lu ilə ya da quyu nasoslarından istifadə etməklə aşağı endiril­mə­si, qonşu quyulardan təbii qazdan ya da təsirsiz qazdan qu­yu­ların mənimsənilməsində istifadə olunması müəssisə tərəfindən iş­lənilmiş təhlükəsizlik texnikası üzrə təlimatlara müvafiq olaraq yerinə yetiril­mə­li­dir. Məhlulun səviyyəsinin endirilməsi üçün havadan istifadə olun­ması qadağandır.

  • Quyu ağzında izafi təzyiqi olan quyularda dərinlik öl­çü işlərinin aparılması parametrləri quyunun işləmə şərtlərinə uy­ğun olan lubrikatorlardan istifadə etməklə yerinə yetiril­mə­lidir. Quraşdırılmamışdan əvvəl lubrikator sınaq təzyiqi ilə kip­li­yə, quraşdırıldıqdan sonra isə – kəmərin kipliyə yoxlama təzyiqinə bərabər təzyiqlə sınanmalıdır.

  • Mənimsəniləcək hər quyu üçün texnoloжi reqlamenti nəzərə almaqla bu iş üçün plan tərtib edilməli və məsul şəxs təyin edilməlidir. Plan qazma müəssisəsinin baş mühəndisi tərəfindən təsdiqlənir və sifarişçi ilə razılaşdırılır.

  • Quyunun mənimsənilməsinə və sınağına dair apa­rılan işlər barədə gündəlik raport tərtib edilməlidir.

  • Qazma zamanı quyuların lay sınayıcılarının köməyi ilə sınaqdan keçirilməsi, quyu lüləsinin sınaqdan keçirilən hori­zontun depressiyasının qiymətini, tutulmaya qarşı əlavələrlə məhlulun emalını, qazma kəmərinin hazırlanma qaydası və belə əməliyyatın aparılması tədbirlərini nəzərdə tutan iş planı üzrə həyata keçirilməlidir. Iş planı sifarişçi, Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndəsi, FQDHH və geofizika təşkilatı ilə razılaşdırılmalı və qazma müəssisəsinin texniki rəhbərliyi tərəfindən təsdiqlənməlidir.

  • Lay sınayıcılarından istifadə etməklə, flüidin səthə çıxa­rılması ilə quyuların sınaqdan keçirilməsi bu Qaydaların tələblərinə müvafiq aparılmalıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə