10
Bununla yanaşı Avropanın kapitalist dövlətləri tərəfin-
dən Şərq ölkələrinin müstəmləkələrə çevrilməsi və ekspansi-
ya siyasəti nəticəsində bu ölkələrdə xalq təsərrüfatı primitiv
və son dərəcə ləng inkişaf edirdi. Nəhayət, Şərq ölkələrinin
dün
ya bazarına cəlb edilməsi həmin ölkələrdə əmtəə-pul mü-
na
sibətlərinin inkişafına səbəb oldu. Lakin eyni zamanda bu
öl
kələr get-gedə daha artıq dərəcədə kapitalist dövlətlərinin
aqrar-
xammal mənbəyinə çevrilirdi. Bunun nəticəsi olaraq
yer
li sənaye getdikcə tənəzzül edirdi. İctimai sahədə isə bütün
bun
lar ona səbəb oldu ki, Şərq ölkələrində ticarət burjuaziyası
get
dikcə daha çox varlanır, həmin burjuaziyanın xeyli hissəsi
isə müstəmləkəçilərin əlaltılarına çevrilirdi. O biri tərəfdən
isə, Şərq ölkələrində sənaye burjuaziyasının təşəkkülü ləngi-
yirdi. Lakin m
üstəmləkəçilər öz mənafeyinə uyğun dərəcədə
mü
stəmləkələrdə və yarımmüstəmləkə ölkələrində kapitalist
münasibətlərinin müəyyən qədər inkişafına şərait yaratmağa
məcbur oldular. Əlbəttə, bu inkişaf çox ləng və son dərərcə
məhdud dairədə baş verirdi, həm də müstəmləkə və yarım-
müs
təmləkələrdə iri sənaye müəssisələri, banklar, dəmir yol-
ları, metropoliya kapitalistlərinin əlində idi. Hər nəyin baha-
sına olursa olsun, mümkün qədər daha çox mənfəət götürmə-
yə və əsarət altına almış olduqları xalqlar üzərində öz hege-
mon
luğunu saxlamağa çalışan Avropa kapitalistləri Şərq öl-
kələrində mürtəce feodal qüvvələri ilə ittifaqa girirdilər. Belə
təbəqələr öz xalqını istismar etməkdə, çirkli pullar qazanmaq-
da və xarici banklarda yatırmaqda maraqlı idilər. Bütün bun-
lar Avropa müstəmləkəçilərinin Şərq ölkələrində guya mütə-
rəqqi rol oynadığını qəbul etməyə çalışan, elmə zidd və sax-
takar burjua "nəzəriyyələrini" müasir tarix elmi dünya təcrü-
bəsinə əsaslanaraq boş iftira olduğunu sübut edir.
XIX əsrin 30-60-cı illərində kapitalist dövlətlərin Şərq
ölkələrini təsir dairəsinə salmaları və bu ölkələrin daxilində
sinfi ziddiy
yətlərin kəskinləşdirilməsi başlıca məqsədlərdən
idi.
Çində, Hindistanda, İranda və İndoneziyada antifeodal və
milli-azad
lıq hərəkatı, həm Qərbi, həm də Şərqi bürümüş iqti-
sadi, siyasi böhran
yeni ictimai, iqtisadi formasiyanın üzləşdiyi
böhranın ilk əlamətləri idi. Bunların bir vaxtda baş verməsi isə
11
müstəmləkəçilərin, başlıca olaraq İngiltərənin ağalığına qarşı
Asiya xalqlarının ümumi narazılığının qanunauyğun təzahürü
idi.
Bu məqsədlə K.Marks yazırdı ki, "ingilis-hind ordusundakı
üsyan (1857-1859-
cu illərdə baş vermiş Sipahilər hərəkatı
nəzərdə tutulur. Ş.N), İngiltərə hökmranlığına qarşı böyük
Asiya xalqlarının ümumi narazılığının təzahürü ilə bir vaxta
düşdü, zira Benqaliya ordusunun üsyanı, şübhəsiz, İran və Çin
müharibələrilə sıx əlaqədardır".
Təbii olaraq XIX əsrin ortalarındakı xalq hərəkatlarının
əsas hərəkətverici qüvvəsini kəndlilər və şəhər yoxsulları
təşkil edirdi. Həmin hərəkatların xarakterik xüsusiyyətləri on-
la
rın dini pərdə altında olmasında idi ki, bu da Marks göstər-
diyi kimi bu da "
Şərqdə olan bütün hərəkatlarda ümumi bir
cəhət idi". Üsyan etmiş kəndlilərin başında bir sıra hallarda
feodal
lar dururdu. Onlar bu və ya digər səbəbə görə üsyana
qoşulur, lakin asanlıqla düşmən tərəfə keçirdilər. O zaman sə-
naye prole
tariatının demək olar ki, tamamilə olmaması nəti-
cəsində kəndlilərin təcrübəli rəhbərləri yox idi, həmçinin on-
la
rın üsyanlarının isə aydın məqsədi bilinmirdi. Antifeodal
xarakterli hərəkatlar içərisində ən mütəşəkkili Taypinlər hərə-
katı idi. Lakin bu hərəkatın rəhbərləri özlərinin ilk vaxtlar
elan etmiş olduqları ideyaları həyata keçirə bilmədi və əslində
bunu etmək üçün heç bir təşəbbüs göstərmədi. Şərq ölkələri-
nin əksəriyyətində isə mübarizə kortəbii, qeyri-mütəşəkkil,
pərakəndə halında idi, hərəkat isə qisasçılıq xarakteri daşıyırdı
ki
, bunun da səbəblərindən biri həmin ölkələrin feodal pəra-
kəndəliyi vəziyyətində olması idi. Bu səbəblər üzündən Şərq
ölkələrində XIX əsrin ortalarındakı xalq üsyanları məğlubiy-
yətlə nəticələndi. İstismarçı sinfə və yadellilərə qarşı başlan-
m
ış hərəkatların məğlub olması isə milli birliyin olmama-
sında və daxili xəyanətdə idi. Bu haqda islam klassikləri haqlı
olaraq
göstərirdilər: "Millətimin içində xəyanət olmasa düş-
mən tab gətirə bilməz". Daxili feodal irticası qüvvələri ilə xa-
rici müstəmləkəçi qüvvələrinin birləşməsi də həmin hərəkatla-
rın yatırılmasına kömək etdi. Mürtəce hökumətin xarici qəsb-
karlarla
milli xəyanətə əsaslanan ittifaqını xüsusilə Çində Tay-
pin üsyanı və Hindistandakı 1857-1859-cu illərdə baş vermiş
üsyan dövründə görmək olar. Hindistanda müstəmləkəçi höku-
12
mət orqanları hind cəmiyyətinin yuxarı feodal təbəqəsi ilə əlbir
olub,
öz mənafelərinə uyğun torpaq-vergi siyasətini həyata
keçirirdilər. Bununla yanaşı Şərq xalqlarının azadlıq hərəkat-
larını Avropadakı inqilabi hərəkatlarla əlaqəsinin zəif olmaması
da xalq üsy
anlarının və antiimperialist mübarizənin qələbəsinə
imkan vermirdi.
T
arixin müxtəlif mərhələlərində baş vermiş milli-azadlıq
hərəkatları, milli üsyanlar, despotik idarəçilik sistemlərinə qarşı
mübarizələr məğlub olmalarına baxmayaraq Taypinlər, sipahi-
lər, babilər üsyanları və başqa xalq üsyanları mütərəqqi və əda-
lətli cəmiyyət quruculuğu uğrunda mübarizə xarakteri daşıyırdı.
Ö
z zamanında bu hərəkatlar bəzən soyuq qarşılansa da, bəzən
çətinliklə dərk olunsa da hər halda Şərq xalqlarının azadlıq
mübarizəsi üçün bunların çox böyük tarixi əhəmiyyəti var idi.
Dünyanın mütərəqqi fikirli tarixçiləri Şərq ölkələrində
xalq üsyanlarının ilkin şərtləri, xarakteri, rolu və tarixi əhə-
miyyəti haqqında, İngiltərənin Hindistanda, İran və Çində
müs
təmləkəçilik siyasəti, o cümlədən Cənubi Qafqazda, xü-
su
silə Azərbaycanın istilası uğrunda Osmanlı-Səfəvi ziddiy-
yətləri və bunun nəticələri haqqında bir sıra əsərlər yazmışlar.
Öz tarixinin yara
dıcısı, müstəmləkə və asılı ölkələrdə azadlıq
hərəkatının həlledici qüvvəsi olan xalq kütlələrinin rolunu öy-
rənməyi, bəşəriyyətin yaddaşında əbədi olaraq həkk olunmuş
tarixi hadisələri dərk etməyi özünün ən müqəddəs vəzifəsi
hesa
b edir. Orta əsrlərin axırları, yeni dövrün əvvəllərində
kəndlilərin protest hərəkatları və Çində olduğu kimi, Şərq
ölkələrində fasilələrlə davam etmiş kəndli müharibələri son
dərəcə mühüm rol oynamışdır. Mao Tsze-dunun fikrinə görə
"Çindəki feodalizm cəmiyyətində kəndlilərin sinfi mübari-
zəsi, kəndli üsyanları və müharibələri tarixi inkişafın həqiqi
hərəkətverici qüvvəsi olmuşdur".
Asiya və Afrika ölkələri xalqlarının daxili və xarici zülm-
karlara
qarşı mərhələli mübarizəsinin öyrənilməsində Azər-
baycan tarixçiləri də dünyanın mütərəqqi fikrli tarixçilərinin
obyektiv
elmi təhlillərinə və qərəzsis mövqelərinə istinad edə-
rək müasir dünyanın tələbləri baxımından mövcud problem-
lərə tarixi hadisələrin baş verməsi, gedişi və nəticələrinə
obyek
tiv yanaşmanı özlərinin müqəddəs borcu hesab edirlər.
Dostları ilə paylaş: |