Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə8/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   4   5   6   7   8   9   10   11   ...   142

22 

bərpa etmək şüarı altında mübarizə aparırdı. Cəmiyyətə əha-

li

nin  müxtəlif  təbəqələrinin  nümayəndələri  daxil  olurdu  və 



onları mövcud rejimə qarşı ümumi nifrət birləşdirirdi. Lakin 

cəmiyyətin  əsas  üzvlərini  kəndlilər  təşkil  edirdi.  Nəhayət, 

xal

qın üzərinə həddindən artıq ağır vergilər qoyulması bəlkə 



də  üsyan  üçün  bəhanə  oldu.  Üsyan  Şensi,  Sıçuan, Xunan, 

Qansu  və  Xubey  əyalətlərini  bürüdü.  Üsyanda  belə  bir  şüar 

irəli sürülmüşdü: "Hakimiyyət zülm edir – xalq isə üsyan". 

Üsyanın  başında  Lü  Çji-se  dururdu.  Üsyançılar  mülkə-

dar

ların  və  məmurların  əmlakını  müsadirə  edərək  yoxsullar 



arasında bölüşdürürdülər. Üsyançılar Uçan kimi iri şəhərlərə 

də hücum etdilər. Onlar partizan üsulu ilə hərəkət edir, böyük 

birləşmələr təşkil etməyərək bir neçə yüz adamdan ibarət dəs-

tələr  şəklində  əməliyyat  aparırdılar.  Üsyançılar  Mancur-Sin 

qoşunları  üzərinə  hücuma  keçir  və  onları  qaçmağa  məcbur 

edirdilər. Üsyanı yatırmaq üçün hökumət çoxlu qoşun səfər-

bərliyə almışdı, lakin hökumət qoşunları da dəfələrlə məğlub 

oldu. 


Nəhayət, üsyançılara qarşı mübarizədə hökumət 1799-cu 

ildən  etibarən  yerli  mülkədarlardan  və  mülkədar  polisindən 

geniş istifadə etməyə başladı. Hökumət qoşunu 1801-ci ildə 

Lü Çji-


seni ələ keçirə bilsə də, üsyan yalnız 1804-cü ildə ya-

tırıldı. Mancur-Sin hakimiyyəti üsyanı yatıran zaman bir neçə 

yüz min adam

ı məhv etdi. Bu üsyan göstərdi ki, ölkənin köh-

nə feodal qaydaları ilə və despotik üsulla idarə olunması ilə, 

mövcud ictimai-iqtisadi 

siyasətlə xalq barışmaq istəmir. 

Üsyan yatırıldıqdan sonra bir neçə il ərzində, yəni 1800-

1809-

cu illərdə, ölkənin dəniz sahili əyalətlərində yəni Quan-



dun, Futszyan, Çj

etszyan  əyalətlərində  dəniz  quldurluğu  ilə 

(xaykou)  məşğul  olanlar  mancurlara  qarşı  sistemli  şəkildə 

hərbi  əməliyyat  aparırdı.  Onlar  gəmilərə  hücum  edirdilər. 

"Dəniz  quldurları"nın  əksəriyyəti  müflisləşmiş  kəndlilərdən 

və şəhər yoxsullarından ibarət idi. Onların bu hərəkatı quldur-

luq xarakteri daşısa da əzilən kütlələrin zalımlara qarşı müba-

ri

zə təzahürlərindən biri idi. 




23 

Bu dövrdə ölkənin hər yerində mancurlara qarşı gizli cə-

miyyətlər  iş  aparırdı.  "Ağ  zambaq"  cəmiyyəti  şöbələrindən 

bi

ri  olan  "İlahi  şüur  təriqəti"nin  üzvləri  1813-cü  ildə  Pekini 



ələ keçirmək və imperator sarayını tutmaq təşəbbüsü etdilər, 

lakin 


onların hücumları məğlubiyyətlə nəticələndi. 

Pekindəki  bu  çıxış  Li  Ven-çenin  başçılıq  etdiyi  təriqət 

üzv

lərinin  Çjilidə,  Şandunda  və  Xenanda  üsyan  qaldırması 



üçün siqnal oldu. S

inlər bu üsyanları yatırsalar da yeni-yeni 

çıxışlar gözlənilirdi. 

Belə bir şəraitdə Çinə qarşı avropalıların istilaçı maraq-

ları  daima  artmaqda  idi.  Klassik  kapitalizmin  vətəni olan 

İngiltərədə bu maraq daha güclü idi. Belə bir daxili gərginlik 

şəraitində nəhayət ki, Çin ingilis kapitalizminin uzun müddət 

hazırladığı fəal təcavüz hədəfi oldu. 



 

Çinə qarşı İngiltərənin təcavüzünün başlanması 

 

İqtisadi cəhətdən ən çox inkişaf etmiş İngiltərə hökuməti 



özü  ingilis 

burjuaziyasına yeni satış bazarları və zəngin sər-

vətlər ələ keçirmək üçün yeni mənbələr axtarmaqda çeviklik 

və ən çox fəallıq göstərirdi. 



 

İngiltərə  kapitalizmi  Çini  əsarət  altına  almaq  uğrunda 

taktikasını tez-tez dəyişirdi. İngilis Ost-Hind kompaniyası bu 

siyasəti  həyata  keçirən  ən  fəal  təşkilatçı  və  sistemli  şəkildə 

fəaliyyət göstərən güc idi. 

Britaniya hökuməti əvvəlcə özünün məkrli diplomatiya-

sını  işə  saldı.  Mədrəs  və  Benqalın  keçmiş  qubernatoru  lord 

Makkartneyin b

aşçılığı altında 1792-ci ildə İngiltərədən Çinə 

səfirlik  heyəti  göndərildi.  1793-cü il avqustun 5-də  Pekinə 

gəlib çıxan Makkartney öz hökuməti adından Çin qarşısında 

aşağıdakı  tələbləri  irəli  sürdü:  1)  İngiltərə  ilə  Çin  arasında 

diplo

matik əlaqə yaratmaq. 2) İngilislərin ticarəti üçün Kan-



ton

dan başqa daha bir sıra limanlar (Ninbo, Tyantszin liman-

la

rını  və  Çjouşan  adalarını)  açmaq.  3)  "Qunxan"  cəmiyyəti-



nin ticarət inhisarını ləğv etmək. 4) İngilislərə Çində istədik-

ləri yerdə məskən salmaq və sərbəst hərəkət etmək hüquqları 

vermək. İngilislərin bu təklifi Çində hiddətlə qarşılandı. 



24 

Tsyan Lun Mak

kartney vasitəsilə ingilis kralı III Georqa 

göndərdiyi  cavab  məktubunda  suveren  dövlətin  ləyaqətinə 

zidd  olan  bu  tələbləri  haqlı  olaraq  rədd  edib,  məktubunu 

aşağıdakı  sözlərlə  bitirirdi:  "şükürlə  itaət  edin  və  etinasızlıq 

göstərməyin". Bu cavab həmin dövr üçün olduqca kəsərli və 

cəsarətli cavab idi. 

Mak

kartneyin səfirliyinin uğursuz diplomatik fəaliyyəti-



nin nəticəsində onun müvəffəqiyyətsizliyi göstərdi ki, Sin hö-

kuməti heç də ingilis tacirləri və diplomatları qarşısında itaət-

karlıqla  Çinin  qapılarını  xarici  dövlətlərə  açmaq  niyyətində 

deyildir.  Lakin  Çinə  gəlib-gedən  missionerlər,  tacirlər,  səy-

yah

lar Çinin siyasi və iqtisadi zəifliyini aydın surətdə müşa-



hidə edirdilər. Bu isə İngiltərənin Çinə geniş iqtisadi və siyasi 

təcavüzünün mümkün olmasına inam yaradırdı. 

B

elə bir şəraitdə İngiltərə Çinə qarşı istilaçı siyasət yeridən 



yeganə dövlət deyildi. Odur ki, 1784-cü ildən Çin sahilləri ya-

xınlığında müntəzəm surətdə Amerika gəmiləri görünməyə baş-

ladı. Kantondakı xarici faktoriyalarda isə xarici tacirlərin Çində 

təşkil etdikləri ticarət məntəqələri var idi və burada da Amerika 

tacirləri  görünməyə  başladı.  Xatırladaq  ki,  XIX  əsrin  əvvəllə-

rində ABŞ Çinlə ticarətdə İngiltərədən sonra ikinci yeri tuturdu. 

XIX əsrin əvvəllərində İngiltərə Çindən çay və ipək ix-

rac  etməklə  bu  malların  dəyərini  gümüşlə  ödəyirdi.  Buna 

baxmayaraq i

ngilis malları Çin bazarında o qədər də mühüm 

yer tutmurdu 

və geniş nüfuz qazanmamışdı. 

Lakin Ost-

Hind kompaniyası Hindistanda geniş miqdarda 

tiryək istehsalını artırmağa və bunu Çinə ixrac etməyə başladıq-

dan  sonra  vəziyyət  dəyişdi.  Tiryək  ticarətini  genişləndirmək 

üçün  atılan  ilk  addımlar  çox  da  müvəffəqiyyətli  olmadı,  lakin 

ingilislərin Çinlə ticarətində tiryək getdikcə ən mühüm və gəlirli 

bir  mənbəyə  çevrildi.  Tiryək  ticarəti  Ost-Hind  kompaniyasına 

son dərəcə böyük gəlir gətirməyə başladı. "Ağ ölüm" adlandı-

rılan narkotik maddələrin geniş ticarəti Çin xalqının mənəvi və 

bioloji 


zəhərlənməsi hesabına ingilis kapitalistlərinin xəzinələri-

nə Çindən çoxlu gümüş və valyuta daxil olmağa başladı. Onlar, 

yəni ingilis kapitalistləri heç bir zaman belə gəlirə malik olma-

dıqlarını, hətta

 

özləri də etiraf edirdilər. 



Bu dövrdə tiryək ticarətinin vurduğu ziyan ölkəni yalnız 

iqtisadi cəhətdən zəiflətməklə bitmirdi. Həmçinin tiryək insa-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə