41
- Əvvəllər
məşhur aktyoru görəndə, bəzi qadınlar
huşunu
itirərək yıxılırdılar, - Oleq Yankovskiyə dedim.
- Bəs indi nə üçün yıxılmırsınız? – o, ciddi tərzdə soruşdu.
42
Necə yəni kimdir? Qolda Meir – mübarizdir!
Təsadüfən onluğa vurmuşdum. “Necə yəni kimdir” sualını
təkrar verən kimi onlar qəhqəhə çəkməyə başlamışdılar. “Mü-
bariz” sözü o vaxt elə təbii idi ki. Bütün həyat mübarizlərlə dol-
muşdu. Zəhmətkeşlərin işıqlı gələcəyi uğrunda mübarizlər, Afri-
kanın azadlığı uğrunda mübarizlər. Ancela Devis o vaxt ABŞ-da
qaradərililərin hüquqları uğrunda mübariz idi... Buna görə də
mənim “mübarizim” onların dəhşətli dərəcədə xoşuna gəlmişdi.
Beləcə mən dərhal hər şeydən qurtuldum: cinsimin, şəxsiyyəti-
min, məşğulluğumun dəqiqləşdirilməsindən.
- Ümumiyyətlə, hə. Düzdür, mübarizdir. Belə də demək
olar. – Mənim üçün həvəsləndirici cavab oldu.
Komissiyanın iclasındakı müzakirələri dinləməyə çalışır-
dıq. Oradakı atmosfer çox gərgin, həyəcanlandırıcı idi. İnsan
taleləri həll olunduğundan, hər şey çox dramatik idi. Bu ta-
leləri də öz qərəzləri, rəğbətləri, zövqləri olan yaradıcı insan-
lar həll edirdilər. Kimsə daha çox xoşuna gələni müdafiə edir,
digəri isə hündürdən onunla mübahisə edirdi. Biz yalnız da-
nışıqların bəzi parçalarını
eşidə bilir,
ona əsasən müəyyənləş-
dirirdik ki, kimin haqqında danışırlar.
Qəbul komissiyasına kömək edən dördüncü kurs tələbələ-
ri arasında demək olar ki, hər birimizin öz azarkeşi var idi.
Xatırlayıram, artıq kinoda, “Malinovkada toy” filmində çə-
kilməyə başlamış Tanya Lısenko mənə yaxınlaşdı. O, mənim
talismanım idi.
- Bilirsən, çox güman ki, səni qəbul edəcəklər. Sənin haqqın-
da dedilər ki, gözlərin fara kimidir. Yarım metrə irəlini işıq-
landırır.
Komplimentin xoşuma gəldiyini deyə bilmərəm. Yaxşı
olardı desinlər ki, mən istedadlıyam, gözlərim isə ulduzlar ki-
midir, göl kimidir və mən Yuliya Konstantinovna Borisovanın
əvəzinə Kleopatranı oynayacağam. Onlarsa – “fara” və “yarım
metrə qabağı”. Yox, bu kompliment xoşuma gəlmirdi. Amma
bu informasiyada ümidverici və həvəsləndirici nəsə var idi.
Siyahılar gecəyə yaxın asıldı. Soyadımı qəbul olunanların
içərisində görəndə, nə sevinə, nə də şadlana bildim. Çünki hə-
min saniyə ay ərzində rəfiqəm olmuş qızın hönkürtüsü eşidildi.