Sünnə və Cəməa anlayışı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix19.07.2018
ölçüsü0,5 Mb.
#56770
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

işlərində  imamət,  əhkam,  cihad  və  din  ilə  dünyanı  əlaqələndirən  digər  bütün 

məsələlərdə  haqq  üzrə  bir  yerə  yığılan  insanlar  idilər.  Çünki  dinin  daşıyıcıları 

onlar  idilər.  Peyğəmbərin 

–cəllalahu  aleyhi  vəssəlləm-

onlardan  razı  qalaraq  vəfat 

etdiyi, Allahın göndərdiyi dinin daşıyıcıları və nəql edənləri idilər. Onlar zəlalət 

üzrə əsla birləşməyən insanlar idi. 

Əş-Şatibi  insanların  “camaat”  ifadəsi  ilə  fikirlərini  təqdim  edərkən  bunları 

söyləyir:  “Üçüncüsü,  “camaat”  xüsusi  olaraq  əshabələrin  elə  özü  deməkdir. 

Çünki  onlar  dinin  əsaslarını  ayaq  üstə  saxlayanlar  və  sütunlarını  yerə 

yerləşdirənlərdir.  Onlar  qəti  olaraq  zəlalət  üzrə  birləşməyənlərdir.  Bu  isə 

onldardan başqaları üçün gerçəkləşməsi imkan xaricində olan bir məsələdir.”

117 


Ehtimal  olunur  ki,  burada  bəhs  edilən “camaat”dan  məqsəd  Abdullah  bin 

Ömərin 


-radıyallahu  anhumə-

sözlərindəki  bu  ifadələrə  uyğun  gəlir:  Peyğəmbər 



– 

cəllalahu  aleyhi  vəssəlləm-

buyurdu ki:  “Allah  bu  ümməti bir zəlalət üzərində əbədi 



olaraq birləşdirməz

”. Həmçinin buyurdu ki: “Allahın əli camaatın üzərindədir. 



Elə  isə  siz  də  o  ən  böyük  olan  çoxluğa  tabe  olun.  Çünki  kim  camaatdan 

ayrılarsa, cəhənnəm atəşinə tərəf ayrılmış olar

.”

118 



“Ən böyük toplum (“əs-səvadul-azam”) haqq  üzrə olanlardır. Bunlar isə öz 

dövrlərində əshabələrdir,  tabiindir,  onlara  tabe  olunan  din  və  hidayət  imamları 

ilə onların yollarını gedənlərdir.”

119 


Əshabələr Peyğəmbərin 

–cəllalahu aleyhi vəssəlləm-

dövründə və hidayətdə olan 

raşidi xəlifələrin dövründə camaatın əsasını təşkil edirdilər. Allah islamı onlarla 

izzətləndirmişdir.  Onlar  Peyğəmbəri 



–cəllalahu  aleyhi  vəssəlləm-

dəstəkləmiş,  ona 

lazım olduğu kimi  hörmət,  hər işdə kömək etmişlər. Onlar  islamdakı ilk və ən 

fəzilətli  camaatdırlar.  Sünnədə  qeyd  edilən  camaatla  bağlı  nəsslər hər kəsdən 

əvvəl onlar haqqındadır. Çünki onlar həm dövr, həm də fəzilət etibarı ilə qabağa 

getmiş  insanlardır.  Bundan  sonra  isə islamda  sünnə  və  haqq  üzrə  olan  hər 

camaat  üçün  bu  ifadə  işlədilmişdir.  Çünki  bunlar  da  hidayəti  tapmaq  və  tabe 

olmaq baxımından əshabələrin davamçılarıdır. O halda, tabiinə görə camaatdan 

məqsəd, əshabə camaatının üsulu, gedişləri və sünnələri üzrə olanlardır. Elmi və 

əməli  onlardan  nəsildən-nəsilə  günümüzə  qədər və  qiyamətin  qopacağı  vaxta 

qədər miras ala-ala ötürmüşlər. 

117 


«ял-Итисам», 2/262. 

118 


ял-Лалакаи, «Шярhу  Усули  ял-Итигад»,  1/106;  Тядгигатчы  сянядин  hясян  олдуьуну 

демишдир.  Щядиси  бундан  башга,  Ибн  Яби  Асым, «яс-Сцння»,  801-жи  щядисдя  рявайят 

етмишдир. ял-Ялбани зяиф олдуьуну билдирмишдир. «яс-Сцння», 1/39-40. 

119 


“Яс-сявадул-азам“ - ян бюйцк топлум ифадяси айрылыгларын ортайа чыхмасындан сонра 

айрылыьы билдирян hядис иля  тяфсир едилмишдир. Йяни  ян  бюйцк издиhам,  топлум яhли­

сцння  вял-жямяадыр.  Диэяр  фиргялярин  чохлуьу  мютябяр  дейил,  чцнки  онлар  hялак 

олмушлардыр.  Ясил  етибар  hагг  цзря  оланларадыр.  Бу  да  гуртулан  фиргя  олан  “Фиргяйи­

нажийя

”дир. Нясслярин бир йердя мцталия етмяйин вя йазмаьын лазым етдийи баша дцшмя 



формасы будур. Доьрусуну ян йахшы билян Аллаhдыр. 

26 



b) “Caməa” din  məsələsində onlara tabe olunan elm və  hidayəəhli ilə 

onlara tabe olanlar haqqında da işlədilir. Bunlar isə qurtulan firqə olan 

ə

hli-sünnə vəl-cəməatdır. 

Cəməa” kəlməsi dində elm və fiqh sahibi olan, hədis əhli olanlar və onlara 

tabe olunan, sünnə ilə əməl edən hidayət rəhbərləri, onların yollarını təqib edən 

insanlar  haqqında  işlədilmişdir.  Bunlar  Peyğəmbərə 

–cəllalahu  aleyhi  vəssəlləm-

və 


müsəlmanların  ilk  camaatını  təşkil  edən və  onun  əshabələrinə  tabe  olan 

insanlardır.  Haqq  üzrə  olan  hər  bir  camaat  da  onların  davamçılarıdır.  Onlar 

əshabələr və əshabələrə  tabe  olanlarla,  onlara  tabe  olanların təşkil  etdiyi  sələf­

salehdir.  Auf  bin  Malik,  Müaviyə  bin  Əbi  Sufyan,  Ənəs  bin  Malik  və 

başqalarının  rəvayət  etdiyi  hədisdə  Peyğəmbərin 

–cəllalahu  aleyhi  vəssəlləm-

ifadə 


etdiyi  əhli-sünnə  vəl-cəməa  olan  “firqəyi-naciyə”  –  nicat  tapan  firqədirlər.  Bu 

hədisdə Peyğəmbər 



–cəllalahu aleyhi vəssəlləm-

belə buyurmuşdur: “Şübhəsiz ki, bu 



millət (jslama mənsub olanlar) yetmiş üç firqəyə ayrılacaqalar. Bunların yetmiş 

ikisi cəhənnəmdə, biri isə cənnətdə olacaqdır. Bu isə camaatdır.

120 



Bu  “cəməa”nın  sünnə  üzrə  gedənlər  olduqlarının,  qurtulan  firqənin  özləri 

olduğunun  dəlilidir.  Həmçinin  Abdullah  bin  Məsud 



-radıyallahu  anhu-

belə 


demişdir:  “Camaat  Allaha  itaətə  uyğun  gələn  şey  deməkdir,  sən tək  qalsan 

belə”


121 

.  Bu  isə  sünnə  üzrə  olmayanların  sayı  nə  qədər  çox  olurlarsa  olsunlar 

camaatdan olmadıqlarını ifadə edir. 

Abdullah  bin  əl-Mübarəkdən 



-rahmatullahi  aleyhi-

(v.h.  181)  camaat  haqqında 

soruşulanda  belə  cavab  vermişdir:  “Əbu  Bəkr  və  Ömərdir”.  Ona:  “Axı  Əbu 

Bəkr və Ömər vəfat edib” deyiləndə, bu dəfə “filan və  filankəsdir” dedi. Yenə 

onların vəfat etdiyi xatırladılanda, ibn əl-Mübarək: “Əbu Həmzə əs-Sukkəri bir 

camaatdır” - cavabını vermişdir

122 



Əbu Həmzə əs-Sukkəri isə hicri 168-ci ildə vəfat edən Məhəmməd bin Məymun 



əl-Mərvəzidir

123 


.  ibn  əl-Mübarək də  onun  haqqında  onun  camaat  olduğunu 

söyləmişdir.  Yəni  o  fəzilətli,  saleh,  sünnə  və  sələf-salehin  yolu  ilə  gedən, 

camaatın  yolunu  təqib  edən  haqq  əhli  olan  şəxsdir.  Odur  ki,  sayının  çoxluğu 

toplumun mötəbər olması deyil. Əsl etibar sünnəyə tabe olmağa və bidətləri tərk 

etməyədir. Tabe olanların çoxluğunu bidətlərin düzgünlüyünə dəlil göstərənlərin 

dəlilləri kökündən çürükdür. 

120 

Бу Ябу Давудун  «Сцнян»индя  “Шярhу яс-Сцння”  бяhсиндя  4597  нюмряли  hядис,  5/  5-6­



дакы  кялмясидир.  Бундан  башга:  Яhмяд, «ял-Мцсняд»,  4/102;  Ибн  Мажя,  N:  3992-3993, 

2/1322;  Ибн  Яби  Асим, «яс-Сцння»,  1/32-33,  (63-64-65  нюмряли  рявайятляр).  ял-Ялбани 

hядисля  баьлы  гейдляриндя  бунлары  билдирир: “Щядис  гяти  олараг  сяhиhдир.  Чцнки 

Янясдян  эялмиш  башга  алты  йолу  да  вар  вя  ясhабялярдян  эялмиш  шаhидляри  дя 

мювжуддур”. «яс-Сцння», 1/42 

121 


ял-Лалакаи, «Шярhу усули Итигади Яhлис-Сцнняти вял-Жямяа», 1/109. 

122 


ял-Бяьяви, «Шярhу яс-Сцння», 1/216. 

123 


«Тягрибу ят-Тяhзиб», 2/212. 

27 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə