Sünnə və Cəməa anlayışı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix19.07.2018
ölçüsü0,5 Mb.
#56770
1   ...   11   12   13   14   15   16   17   18   19

Sələfin  bildirdiyi  şəkildə  Əhli-sünnə  vəl-cəməa”nın  bəzi  xüsusiyyət və 

ə

lamətləri 

Şübhəsiz  ki,  “əhli-sünnə  vəl-cəməa”nın  xüsusiyyət və əlamətləri  açıq  və 

aydındır.  Çünki  onlar  haqq  əhlidirlər,  haqq  isə  çox  aşkardır.  Bundan  başqa, 

onlar həqiqət əhlidirlər, doğruluğu da bilinir. Başqa bir tərəfdən onlar sünnəyə 

tabe olarlar, sünnə isə qorunub saxlanılmışdır. 

Onlar camaatın elə özləridir. Camaat isə haqqa tabe olduğu müddət ərzində 

səhvlərdən qorunmuşdur. 

Ə

hli-sünnə

nin  xüsusiyyətləri  ilə  bağlı  sələfdən gələn bəzi  rəvayətləri,  bəzi 

imamların ifadə etdiyi şəkildə təqdim etməyə çalışacağıq: 

1.  Əhli-sünnə  Allahın  sağlam  ipinə  möhkəm  sarılan  insanlardır:  Əbu  Bəkr 

əs-Siddiq 

-radıyallahu anhu-

deyir ki: “Sünnə Allahın sağlam ipidir. Onu tərk edən 

adam özü ilə Allah arasındakı ipi qoparır.”

181 


Ömər  bin  əl-Xəttab 

-radıyallahu  anhu-

da  belə  demişdir:  “...Şübhəsiz  sünnə 

sahibi olanlar Allahın kitabını daha yaxşı bilirlər.”

182 


Buna  görə  sünnəyə  möhkəm  sarılıb,  rəvayətlərə  tabe  olan  şəxs  sağlam 

dəstəkdən tutan insan kimidir. Əhli-sünnə də belədir. 

2.  Əhli-sünnə  vəl-cəməa  haqqa  aparan,  sirati-müstəqimə  tərəf  gedən  yolu 

göstərən,  saleh  rəhbərlər və  tabe  olunacaq  nümunələrdir.  Onlara  tabe  olan, 

onlarla  yoldaşlıq  edən,  dini  onlardan  öyrənən  şəxsin  dini  rahatlığa  qovuşar. 

Onlardan uzaq olan, onların yoluna tabe olmayan isə həlak olar. 

Amr  bin  Qays  əl-Mülai 

-rahmatullahi  aleyhi-

(v.h.  143)  belə  deyir:  “Sən  bir 

gəncin  ilk  yetişdiyi  andan  etibarən  əhli-sünnə  vəl-cəməa  ilə  birlikdə  olduğunu 

görsən,  ondan  xeyir  gözləyə  bilərsən.  Əgər  bidət  əhli  ilə  birlikdə  olduğunun 

şahidi olsan, ondan ümidini kəs. Çünki gənc adam birinci dəfə necə yetişərsə, o 

cür də olacaq.”

183 

Yenə  Amr  bin  Qays  belə  deyir:  “Cavan  yetişir.  Əgər  elm  əhli  ilə  oturub­



durmağı  seçirsə,  qurtulması  ehtimalı  böyükdür.  Əgər  başqalarına  meyl 

edəcəksə, həlak olma ehtimalı böyükdür.”

184 

ibn  Şəvzəb 



-rahmatullahi  aleyhi-

(v.h.  120)  belə  deyir:  “Gəncin  ibadətə 

yönəldiyi  vaxt  sünnə  sahibi  olan  bir  insanla  rastlaşması  Allahın 

nemətlərindəndir.”

185 

Buna oxşar bir sözü də Əyyub əs-Sahtiyanidən 



-rahmatullahi aleyhi-

(v.h. 131) 

rəvayət  edilmişdir.  O,  belə  demişdir:  “Yeni  yetişən  bir  adam  ilə ərəb 

181 


Ибн Батта, «яш-Шярhу вял-Ибаня», с. 120.  

182 


Дарими, 1/49.  

183 


«яш-Шярhу вял-Ибаня», с. 133.  

184 


«ял-Ибаня», 1/206.  

185 


«яш-Шярhу вял-Ибаня», с. 133; «ял-Ибаня», 1/205.  

41 



olmayanları  Uca  Allahın  əhli-sünnədən  bir  elm  adamı  ilə  rastlaşdırması  onun 

xoşbəxtliyindəndir.”

186 

Fudayl bin iyad 



-rahmatullahi aleyhi-

(v.h. 187) belə demişdir: “Allahın onlarla 

ölkələri  canlandırdığı bəzi  bəndələri  var.  Bunlar  sünnə  sahibi  olan 

insanlardır”

187 

ibn Abbasdan 



-radıyallahu  anhu-

Uca  Allahın:  «Bəzi  üzlərin  ağ, bəzi  üzlərin 



isə  qara  olacağı  gündə…» 

(«Ali-jmran»,  106) 

ayəsi  ilə  bağlı  belə  dediyi  rəvayət 

edilir: “Üzləri ağaranlar “əhli-sünnə vəl-cəməa”dır, üzləri qaralanlar isə bidət və 

zəlalət əhli olanlardır.”

188 

3.  Müsəlman  olanın  sünnə  və  camaatdan  başqa  heç  bir  ad  ilə  özünü 



tanıtmamaları da onların xüsusiyyətlərindəndir. 

“Əhli-sünnə vəl-cəməa”dan başqasına özlərini nisbət edən və ya başqa adla 

onu  yad  edən  insan  həlak  olmuşdur.  Çünki  qurtulan  firqə əhli-sünnədir.  Çünki 

onların yolu möminlərin təqib etmək məcburiyyətində olduqları yoldur. 

Onlar islam əhlidirlər. ibn Abbas 

-radıyallahu anhu-

belə deyir: “”Kim uydurma 

adlardan  birini  qəbul  edərsə, həmin  adam  islam  boyunbağısını  boynundan 

çıxarmış sayılır.”

189 

O,  bununla  zəlalət  firqə  və  nəfsin  istəklərinin  arxası  ilə  gedənlərin  adlarını 



nəzərdə  tutur.  Qazi  iyad,  imam  Malikin  belə  dediyini  rəvayət  edir:  “Bir  adam 

imam  Malikdən:  “Ey  Abdullahın  atası,  əhli-sünnə  kimlərdir?”  - deyə 

soruşmuşdu. O da: “...cəhmiyyədən, rafizilərdən və qədərilərdən olmayanlardır” 

- cavabını vermişdir.”

190 

imam  ibn  Qəyyim  deyib  ki:  “imamlardan  birindən  sünnə  haqqında 



soruşuldu,  o  da  belə  cavab  verdi:  “Mənim  sünnədən  başqa  heç  bir  adım 

yoxdur.”


191 

Malik  bin  Miğvəl 



-rahmatullahi  aleyhi-

(v.h.  159)  belə  deyir:  “Bir  adam 

islamdan  və  sünnədən  başqa  bir  adla  özünü tanıtsa,  sən onu istədiyin dinə  aid 

edə bilərsən.”

192 

Meymun  bin  Mihran 



-rahmatullahi  aleyhi-

(v.h.  117)  belə  deyir:  “islamdan 

başqa adlandırılan hər bir addan çəkinin”

193 


Bilindiyi  kimi  sünnə  və  camaata  müxalif  olan  hər kəs  islam  və  sünnədən 

başqa  bəzi  adlar  almışdırlar.  Nəfsin  istəyinə  uyanlar  və  zəlalət  firqələrinin 

baniləri  kimi.  Onlar  əhli-sünnədən  olduğunu  iddia  etsələr də  bunun  heç  bir 

mənası yoxdur. Əhli-sünnə sahibi olan insanlar təəssüblə qruplaşan, partiyalaşan 

186 

ял-Лалакаи, «Шярhу усули итигади Яhли-Сцння», 1/60, рявайят N: 30.  



187 

ял-Лалакаи, 1/65.  

188 

«яш-Шярhу вял-Ибаня», с. 137.  



189 

«яш-Шярhу вял-Ибаня», с. 137.  

190 

«Тяртибу ял-Мядарик, 1/72.  



191 

“Мядарижус-Салищин», 3/174.  

192 

яс-Суйути, «яд-Дурру  ял-Мянсул»,  2/63;  ял-Лалакаи,  1/62;  Бундан  башга  бах:  др.  Яhмяд  



Сад Щямдан, «ят-Тяhмиш».  

193 


«яш-Шярhу вял-Ибаня», с. 137.  

42 



və camaatlaşanlardan, bəzi qatı, ifrat millətçilərdən deyillər. Onlar, irq və qəbilə 

təəssübünə düşməzlər. Onlar Kitab və Sünnənin, haqqın təəssübkeşidirlər. 

4.  Əhli-sünnə  insanların  xeyirliləridir.  Bidətlərdən və  bidətçilərdən  uzaq 

qalmağı istəyərlər. 

Fudayl bin iyad 

-rahmatullahi aleyhi-

(v.h. 187) demişdir ki: “Mən insanların ən 

xeyirlilərinin  hamısının  sünnə  sahibi  olan  insanlar  olduqlarının  şahidi  oldum. 

Onlar bidətçilərdən uzaq olmağı bir-birinə məsləhət görürdülər.”

194 

Əbu Bəkr bin Əyyaşdan 



-rahmatullahi aleyhi-

(v.h. 194) “Sünnə əhli kimdir?” ­

deyə  soruşuldu.  O  da  belə  cavabı  verdi:  “Nəfsin  müxtəlif  istəklərindən bəhs 

ediləndə onların heç birinə tərəfdar olmayandır.”

195 

Əyyub  əs-Sahtiyani 



-rahmatullahi  aleyhi-

(v.h.  131)  Umarə  bin  Zazana 



­

rahmatullahi  aleyhi-

(v.h.  131)  demişdir  ki:  “Ey  Umarə,  əgər  bir  adam  sünnə  və 



camaat 

sahibidirsə,  heç  vaxt  hansı  halda  olursa-olsun  onunla  bağlı  bir  şey 

soruşmağına ehtiyac yoxdur. (O doğru yoldadır).”

196 


Elə isə əhli-sünnə haqq və orta yol olan sirati-müstəqim üzrə olan ümmətin 

xeyirliləri və mötədilləridir.

197 

Onlar  həm də  bidət və  nəfsin  istəyinə  uyanlardan  ayrı  qalmağı məsləhət 



görürlər və haqq, sünnə və camaatdan başqa heç nəyə təəssüb etməzlər. 

5.  Əhli-sünnə  insanların  pozulacağı  vaxt  qərib  qalan  kəslərdir.  Çünki  onlar 

bir tayfa”dırlar. Onlar “bir millət”dirlər. Yetmiş üç firqədən bir firqədir. Onlar 

bidət,  nəfsin  istəyinə  uyan  və  zəlalət  firqə  mənsublarının  qarma-qarışıqları 

arasında “qəriblər”dirlər. 

Həsən əl-Bəsri 



-rahmatullahi  aleyhi-

(v.h. 110) belə demişdir: ”Şübhəsiz sünnə 

əhli insanlar arasında say etibarı ilə ən az olan adamlardır. Yerdə qalan insanlar 

arasında da insanların ən az olanlarıdır. Onlar kef və dəbdəbə içində olanlara kef 

və  dəbdəbələrində  iştirak  etməzlər,  bidət  əhlinin  də  bidətlərinə  qarışmazlar. 

Rəbblərinə  qovuşana  qədər  sünnə  üzrə  sabit  qalarlar.  Siz  də  -Allahın  izni  ilə  ­

həmişə belə olun.”

198 


Süfyan  əs-Sauri 

-rahmatullahi  aleyhi-

(v.h.  161)  belə  demişdir:  “Əhli-sünnə 

haqqında  bir-birinizə  xeyirli  şeylər  tövsiyə  edin,  çünki  onlar  qəribdirlər”

199


.  O 

həmçinin belə deyərdi: “Biri qərbdə, digəri şərqdə olan adamların sünnə sahibi 

olduqları ilə bağlı sənə bir xəbər çatarsa, sən onlara salam göndər, onlara dua et, 

ə

hli-sünnə vəl-cəmə

nə qədər də azdır!”

200 


194 

«яш-Шярhу вял-Ибаня», с. 153.  

195 

ял-Лалакаи, 1/60, 65.  



196 

ял-Лалакаи, 1/60, 65.  

197 

Бах. Ибн Теймиййя, «Мяжмуя ял-Фятава», 3/368-369.  



198 

Дарими,  1/72.  Бах.  Муhяммяд  Абдул-Щади  ял-Мисринин  йыьыб  hазырладыьы  «Яhлис­

Сцння вал-жямяа».  

199 


ял-Лалакаи, «Шярhу усули итигади яhли-Сцння», 1/64.  

200 


ял-Лалакаи, ейни йер.  

43 



Abdullah bin əl-Mübarək 

-rahmatullahi aleyhi-

(v.h. 181) belə demişdir: “Bunu 

bil  ki,  mən  bu  gün  ölümü  sünnə  üzrə  yaşadığı  bir  həyatdan  sonra  Uca  Allaha 

qovuşan hər bir müsəlman üçün bir lütf olaraq görürəm. Əlbəttə ki, biz Allaha 

məxsusuq  və  biz  ona  qayıdacağıq.  Təkliyimizi,  qardaşlarımızın  çətinliyini, 

köməkçilərin  azlığını,  bidətlərin  ortaya  çıxışını  Allaha  şikayət  edirik.  Bu 

ümmətin  başına  gələn  elm  adamlarının,  sünnə əhlinin  getməsi  və  bidətlərin 

ortaya çıxması kimi böyük bəlalara görə də Allaha şikayət edirik”

201 

6.  Əhli-sünnə  vəl-cəməa  hədis  əhli  olan  etibarlı  və ədalətli  imamların 



rəvayəti ilə, zəkası ilə dini rəvayət edən, sənədlərdə yerini alan adamdır. 

Peyğəmbər 



–cəllalahu aleyhi vəssəlləm-

buyurub: “Bu elmi sonradan gələn hər bir 



nəsildən o nəslin  ədalət  sahibi  olan  adamları  daşıyır.  Onlar  bu  elmdə

azdıranların  təhriflərini,  batil  işlərlə  məşğul  olanların  işlərini  və  cahillərin 

yanlış izahlarını aradan götürürlər.

202 



Bu elmi gəzdirənlər isə hədis əhlidir. Sünnəni qəbul edən, lazım olduğu kimi 

əməl edən, insanlara onu öyrədən hidayət imamlarıdır. Elə isə onlar sünnənin də 

imamlarıdır. 

ibn  Sirin 



-rahmatullahi  aleyhi-

(v.h.  110)  belə  deyir:  “Əvvəllər  isnadla  bağlı 

(hədis alanlar) sual  verməzdilər. Ancaq  fitnə  ortaya çıxanda isə bu  dəfə:  “Sizə 

bu rəvayəti nəql edən ravilərin adlarını bizə verin” - deməyə başladılar. Elə isə 

əhli-sünnəyə  nəzər salınır və  onların rəvayət etdikləri  hədis alınır. Əhli-bidətin 

isə rəvayət etdikləri hədis alınmaz.”

203 

7.  Əhli-sünnə  onlardan  ayrıldıqlarına  görə  insanların  kədərləndiyi 



adamlardır. Əyyub  əs-Sahtəyani 

-rahmatullahi  aleyhi-

demişdir ki:  “Əhli-sünnədən 

bir adamın ölüm xəbəri mənə çatan kimi, sanki bədən üzvlərimdən birini itirmiş 

kimi oluram.”

204 

O,  sözlərinə  belə əlavə  edir:  “Əhli-sünnənin  ölümünü  istəyən  adamlar 



əslində  ağızları  ilə  Allahın  nurunu  söndürmək  istəyənlərdir.  Ancaq  kafirlər 

istəməsələr də Allah nurunu tamamlayacaqdır.”

205 

imam Abdul-Əziz bin Məhəmməd əd-Dəravəndi 



-rahmatullahi aleyhi-

(v.h. 187) 

vəfat edəndə Süfyan bin Uyeynə 

-rahmatullahi aleyhi-

(v.h. 198) buna dözə bilmədi 

və dözümsüzlüyünü büruzə verdi. Ona: “Biz sənin heç bu vəziyyətə düşəcəyini 

gözləmirdik”  - deyiləndə  belə  cavab  verdi:  “Həmin  adam  əhli-sünnədəndi”  ­

deyə cavab vermişdi.

206 


201 

Ибн Ваддаh сяняди иля «ял-Бидя», с. 39-да рявайят етмишдир.  

202 

ял-Хатиб, «Шяряфу  ясhабил-Щядис»,  28-29;  Ибн  Адий, «ял-Камил»,  1/152-153  вя  3/902;  



ял-Алаи, «Буьйяту ял-Мутяляммис», с. 34-35-дя сяhиh олдуьуну билдиряряк. Бах: др. Салиh  

яс-Суhайми, «Улул-Ябсарын гейдляри», с. 64.  

203 

Мцслим, “Мцгяддимя”,  ”Яннял  иснадя  миняд-дин”  фясли,  1/15;  ят-Тирмизи, “Китабул­



Илял”, 5/740.  

204 


Ябу Нуйам, «ял-Щилйя», 3/9; ял-Лалякаи, 1/60, рявайят N: 29.  

205 


ял-Лалакаи, 1/61, рявайят N: 35.  

206 


ял-Лалакаи, 1/66, рявайят N: 56.  

44 



Muafa  bin  imran 

-rahmatullahi  aleyhi-

(v.h.  186)  belə demişdir:  “insanı  yalnız 

öldükdən sonra təriflə. Çünki  ölənə qədər onun  sünnə və  ya bidət üzrə öləcəyi 

bilinməz.”

207 

Avn - ola bilsin ki, bu ibn Abdullah əl-Kufidir; 



-rahmatullahi aleyhi-

(v.h. 120­

dən  əvvəl)  belə  demişdir:  “Kim  islam  və  sünnə  üzrə  olarsa,  artıq  ona  hər  cür 

xeyrin mücdəsi var.”

208 

Ə

hli-sünnə 



bütün insanların arasında sahib olduqları haqqa ən güclü şəkildə 

inanan,  sabit  dayanan,  onu  ən  yaxşı  qavrayan  və  ona  möhkəm  sarılan,  onun 

ətrafında  ittifaq  edən  adamlardır.  Onlardan  kənarda  qalan  kəlam,  bidət və 

sonradan  uydurma  olan  şeyləri  qəbul  edənlərə  gələndə  isə  bunlar  burulğanın 

içindədirlər. Gah o tərəfə, gah da bu tərəf gedib-gələrlər. Çaşqın hadadırlar. 

Şeyxülislam  ibn  Teymiyyə  sünnə  və  hədis  əhli  haqqında  bunları  söyləyir: 

“Bu cür adamlara hədis və sünnə əhlini bu mənasız sözlərə nisbət etmələri necə 

yaraşar? Çünki hədis və sünnə əhli insanlar arasında elmləri, mərifətləri, xoşbəxt 

olmaları və yəqinlik ilə hamıdan daha böyük olanlardır. Onlar bilənlərdir. Onlar 

haqqa inanırlar, ona şübhə etməzlər, onda tərəddüd göstərməzlər.”

209 

-

210 



Mən də deyirəm ki, günümüzdə də əhli-sünnənin adi adamının sahib olduğu 

fəhm, istiqamət, təmiz fitrət və düzgün yönəlmə, mütəfəkkir, mədəniyyətli deyə 

adlandırılan bəzi adamlarda və qrup  təəssübkeşi olan camaatlara tabe olanların 

əksəriyyətində mövcud deyildir. 

Allah bizə kifayət edər, O nə gözəl vəkildir! 

207 


ял-Лалакаи, 1/67, рявайят N: 62.  

208 


ял-Лалакаи, 1/67, рявайят N: 60.  

209 


Бу сюзляри иля яhли-сцнняйя “hяжвийя” дейяряк гынайан кялам ящлиня ишаря едир.  

210 


«Мяжмуя ял-Фятава», 4/29.  

45 



NƏTiCƏ 

Bu  tədqiqatımızın  sonunda  qiymətli  oxucuya  aşağıdakı  məsələləri  xatırlatmaq 

istəyirəm: 

Birinci  məsələ.  “Əhli-sünnə  vəl-cəməa”  ifadəsinin  aydınlaşması  əsrimizdə  çox 

əhəmiyyətli  və  vacib  bir  işdir.  Çünki  əhli-sünnəyə  mənsub  olmaq  iddialarını  bu 

əsrdə çox görmək olar. Bu iddia sahibləri əksəriyyət etibarı ilə əhli-sünnə əqidəsini, 

inanc əsaslarını bilməməklə  yanaşı,  sünnəyə uyğun  olaraq  da əməl etməzlər.  Hətta 

etiqadi məsələlərdə, yaxud onların bir hissəsində əhli-sünnəyə müxalifət edənlər də 

özlərini  əhli-sünnə  kimi  tanıdırlar.  Tələsik  yazdığım  bu  tədqiqat  işi,  məqsədi  tam 

şəkildə  gerçəkləşdirməyə  imkan  vermir.  Bu,  elmi  öyrənən tələbələrin  və 

tədqiqatçıların  çalışmalarını artırmağını istədiyim bir mövzudur.  Çünki dəyərli elm 

adamlarımızın  və  müəllimlərimizin  də  bu  məsələdə  çalışmaları  lazımdır.  Beləliklə 

bu məsələ gərək lazım olan şəkildə araşdırılsın, layiq olduğu çalışma və açıqlamalar 

aparılsın. 

i

kinci  məsələ.  Dəvət  bayrağını  özü  ilə  gəzdirən,  islamın  bayrağını  uca  tutan 

“əhli-sünnə  vəl-cəməa”nı  Uca  Allah  islama  və  müsəlmanlara  faydalı  etmişdir.  Bir 

çox  müasir  firqələr,  çağırışçılar  və  hərəkatlar  özlərini  bu  ada  mənsub  etsələrdə 

onların  üsulu  keçmiş əməli  salehlərin  üsulundan  fərqlənir.  Fikrimcə  bunların 

əksəriyyəti hələ sünnə bayrağını - sələfin nəzdinə görə elm, əməl, həyat tərzi və üsul 

olduğu  kimi  - yüksəldə  bilməmişdir.  Bu  mənada  müasir  çağırışçıların  əksəriyyəti 

üsulda əhli-sünnə vəl-cəməməzhəbinə əsaslanmır. Bunlar aydın və açıq bir şəkildə 

keçmiş əməlisalehlərin  üsulunu  özlərinə  bir  metod  olaraq  götürməmişlər.  Bu 

hərəkatların  arasında  sələfin  yolunu  bilən və  ona  lazım  olduğu  kimi  əməl  edən 

insanlar  da  ola  bilsin  var.  Lakin  elmi  və əməli  istiqamətlərdə  hələ  irəliliyə 

bilməmişlər.  Mən  bu  münasibətlə  elm  tələbələrinə  və  dəvətçilərə  - onlar  nəsihət 

almağa  ən  layiq  olanlardır  - bu  məsələyə  haqqını  vermələrinin  lazım  olduğunu 

xatırlayıram.  Çünki  bu  məsələ, məna  və  mahiyyət  etibarı  ilə  sözün  əsl  mənasında 

sələf yolunun əsasıdır. 

Üçüncü  məsələ.  Bütün  müsəlmanlara  bunu  xatırladıram  ki,  sünnədə  keçmiş 

əməlisalehlərin  üsuluna  qayıtmadıqları  müddət  ərzində  bidət,  nəfsin  istəyi  və 

sonradan  uydurma  şeylərdən  azad  olmadıqca  izzətli  olmaları,  zəfər  çalmaları  və 

inkişaf  etmələri  mümkün  deyildir.  Qeyd  edilən  bidət,  nəfsin  istəyi  və  sonradan 

uydurulan şeylər müsəlmanların əksəriyyətinin ürəklərini və əməllərini qaraltmışdır. 

Hələ  sufi  təriqətlər,  bidət  firqə  və  qruplarla  köhnə  və  yeni  bütün  istiqamətlər, 

bunlara möhkəm sarılmışdır. 

Axırda Uca Allahdan özümə və bütün müsəlmanlara köməyini, islama zəfər 

nəsib  etməsini,  azmış  müsəlmanları  haqqa  və  doğru  yola  qaytarmasını  dua 

edirəm. 

Allahın  salavatı  və  salamı,  bərəkətləri  elçisinə,  Peyğəmbəri  Məhəmmədə, 

onun ailə üzvlərinə və əshabələrinə olsun... 

46 



MÜNDƏRiCAT  

ÖN SÖZ ...............................................................................................3  

BiRiNCHiSSƏ:  «SÜNNƏ» ANLAYIŞ

Lüğətdə “sünnə” anlayışının mənası.............................................6  

Qurani-kərimdə «sünnə»nin bəzi mənaları...................................7  

Sünnədə “sünnə”nin bəzi mənaları, əshabələrə  

və  keçmiş əməlisalehlərə görə sünnə ifadəsi ...............................9  

i

KiNCHiSSƏ:  “CƏMƏA” ANLAYIŞ

Lüğətdə  “cəməa” anlayışının mənası.........................................25  

Dini ifadə olaraq “cəməa” ..........................................................26  

“Cəməa” ifadəsindən kənarda qalanlar........................................36  

ÜÇÜNCÜ HiSSƏƏHLj-SÜNNƏ VƏL-CƏMƏA” ANLAYIŞ

“Əhli-sünnə vəl-cəməa” anlayışının mənası. ...............................38  

“Əhli-sünnə vəl-cəməa”ya bu adın verilməsinin səbəbi ..............39  

NƏTiCƏ  ...........................................................................................46  

47 



YAŞAR QURBANOV 

(Yaşar Arzuman oğlu Qurbanov) 

Sünnə və Cəməa anlayışı  

Bakı, 

«Adiloğlu» nəşriyyatı, 2003, 48  səh. 

Yığılmağa verilmişdir: 

27.05.2003 

Çapa imzalanmışdır: 

19.06.2003 

Kağız formatı: 

60x84 1/16 

Hesab nəşriyyat həcmi: 

2.5 ç.v 

Sayı: 


500 

Sifariş: 

168 

Kitab  “ADiLOĞLU” MMC-nin mətbəəsində  



hazır diapozitivlərdən istifadə etməklə çap olunmuşdur.  

Ünvan: Bakı şəh., Ü.Hacıbəyov 38/3  



Tel., 98-68-25  

48 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə