201
maq – bütün bunlar Peyğәmbәr tәbabәtinin mahiyyәtini әks et-
dirir.
Vasitәlәr bәzәn әsrdәn-әsrә, mühitdәn-mühitә dәyişir vә
dәyişilmәsi dә lazımdır. Әgәr hәdislәrin
birindә vasitәlәrdәn
danışılırsa, bu – reallığın açıqlanması üçündür. Biz bu vasitә-
lәrә ilişib-qalmamalı, әtalәti yaradıcılıqla әvәz etmәliyik.
Hәtta Qurani-Kәrimdә müәyyәn zaman vә mәkanla bağ-
lı vasitәlәrdәn söz açılarsa, qayda qaydadır: yeni zaman vә mә-
kanın tәlәblәrinә uyğun digәr vasitәlәr icad etmәliyik.
Quranda deyilir:
“(Ey möminlәr) Allahın düşmәnini vә öz düşmәninizi,
onlardan başqa sizin bilmәdiyiniz, lakin Allahın
bildiyi düş-
mәnlәri (münafiqlәri) qorxutmaq üçün kafirlәrә qarşı bacar-
dığınız qәdәr qüvvә vә (cihad üçün bәslәnilәn) döyüş atları tә-
darük edin. Allah yolunda nә xәrclәsәniz, onun әvәzi artıq-
laması ilә ödәnilәr vә sizә heç bir haqsızlıq edilmәz!” (әl-Әnfal,
60).
Hәr kәs bilir ki, düşmәnә qarşı hazırlaşmaq, Quranda
deyildiyi kimi, tәkcә atları tәdarüklә mәhdudlaşmır. Ağıllı in-
sanlar bilirlәr ki, dövrümüzün “atlar”ı tanklardır, zirehli tex-
nikadır...
At bәslәmәyin fәzilәti vә savabı haqda deyilmiş “Atlar
kәkillәri ilә Qiyamәtәdәk xeyir – qәnimәt vә savab gәtirәr” hә-
disinә
1
nәzәr salaq. Demәli, bu xeyri әldәn çıxarmamaq üçün
zaman dәyişdikcә atı әvәz edәn,
ya da ondan üstün vasitәlәr
axtarıb tapmaq, tәtbiq etmәk lazımdır.
1
Hәdisi Ürvә әl-Bariqiyә istinadәn İmam Әhmәd, Buxari vә Müslim; Cәrirә
istinadәn dә İmam Әhmәd, Müslim vә Nәsai rәvayәt etmişlәr. Bax: Әlbani.
Sәhih әl-Came әs-Sәğir, hәdis № 3353.
202
Hәmçinin, “Kim Allah yolunda bir ox atarsa, ona ..., ...sa-
vab yazılar” hәdisi
1
dә bu qәbildәndir. Tәbii ki, indiki dövrün
“oxlar”ı tüfәnglәr, toplar, raketlәrdir...
Habelә,
mәnә görә, dişlәrin tәmizlәnmәsi üçün “mis-
vak”ın tövsiyә edilmәsi dә bu qәbildәndir. Çünki mәqsәd diş-
lәrin, ağızın tәmizlәnmәsidir. Axı, bu, Rәbbi razı salır. Hәdisdә
deyilir: “Misvak ağızı tәmizlәyәr, Rәbbi dә razı salar”
2
.
Görәsәn, burada nәzәrdә tutulan şey “misvak”ın özü-
dürmü? Yoxsa Әrәbistan yarımadasının iqliminә uyğun vә asan
әldә edilәn vasitә olduğu üçün Peyğәmbәrin (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) sәhabәlәrinә tövsiyә etdiyi tәmizlik
vasitәsidirmi?
Misvak ağacının asanlıqla әldә edilmәdiyi cәmiyyәtlәrdә
onun digәr vasitәlәrlә әvәzlәnmәsindә bir qәbahәt yoxdur. Mә-
sәlәn, hazırlanması asan başa gәlәn
vә yüz milyonlarla insana
yetәcәk diş fırçası “misvak”ı әvәzlәyә bilәr. Bәzi fәqihlәr bu qә-
bil görüşlәr irәli sürmüşlәr.
Hәnbәli fiqhinә dair “Hidayә әr-Rağib” kitabının müәl-
lifi yazır:
“Dişlәri tәmizlәyәn çubuq (dişlәri, damağı) yaralama-
yan, (onlara) zәrәr vermәyәn, ovulub-tökülmәyәn misvakdan,
xurma vә zeytun budaqlarından vә bu qәbil şeylәrdәn olur. An-
caq (dişlәri, damağı) yaralayan, (onlara) zәrәr toxunduran, qırı-
lıb-ovulan nar, reyhan
3
, yulğun vә sair
ağaclarla dişlәri tәmiz-
1
Bax: Әmr ibn Әbәsәyә istinadәn Әhmәd, Nәsai, İbn Macә, Tәbәrani vә Ha-
kimin rәvayәt etdiklәri hәdis. Hәmçinin, Әbu Nәcihә istinadәn Tirmizi, Nә-
sai vә Hakim buna oxşar başqa bir hәdisi rәvayәt etmişlәr. Bax: Әlbani. Sә-
hih әl-Came әs-Sәğir, hәdis № 6267-6268.
2
Hәdisi Hәzrәti Әbubәkrә istinadәn İmam Әhmәd; Hәzrәti Aişәyә istinadәn
İmam Şafei, Әhmәd, Nәsai, Darimi, İbn Xüzeymә, İbn Hibban,
Hakim vә
Beyhәqi; İbn Abbasa istinadәn Buxari vә Tәbәrani rәvayәt etmişlәr. Bax: Әl-
bani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 3695.
3
Göyәrti növü olan reyhanla sәhv salınmamalıdır. Reyhan – xoş qoxulu, an-
caq zәhәrli meyvәlәri olan bitkinin adıdır –
tərcüməçinin qeydi.
203
lәmәk (“misvaklamaq”) mәkruhdur. Kim dişlәrini ağac çubuq-
larından qeyri şeylә tәmizlәyәrsә (“misvaklayarsa”), Sünnәyә
әmәl etmiş sayılmır”.
Bu kitabı xülasә etmiş Şeyx Abdullah әl-Bәssam yazır ki,
İmam Nәvәvi deyib:
“Ağız qoxusunu aparan hәr hansı bir şeylә, mәsәlәn,
parça ilә, barmaqlarla (ağızı) tәmizlәmәk “misvaklama” sayılır.
Bu, Әbu Hәnifәnin görüşüdür”.
“әl-Muğni” kitabında oxuyuruq:
“Bir insan (ağzını, dişlәrini) nә qәdәr tәmizlәyә bilirsә, o
qәdәr dә Sünnәyә әmәl etmiş olur. Çünki çox etmәyi bacar-
madığı üçün az olanı da tәrgitmәsi düzgün deyildir”. (İbn Qü-
damә) bu fikrin doğru olduğunu bildirmişdir”
1
.
Demәli, diş fırçası vә mә`cunu dövrümüzdә, әlәlxüsus
evdә, yemәkdәn sonra yuxudan qabaq vә sonra misvakı әvәz
edә bilәr. Xüsusәn dә bәzi insanlar
misvakdan düzgün formada
istifadә etmirlәrsә!
Elәcә dә süfrә әdәb-әrkanı, boşqabın vә barmaqların ya-
lanmasının fәzilәti haqda rәvayәt edilmiş hәdislәr dә bu qәbil-
dәndir.
Belә ki, “Riyaz әs-Salihin” kitabında İmam Nәvәvi bu hә-
dislәrin çoxunu rәvayәt edib.
Mәsәlәn, İbn Abbasa (Allah ondan razı qalsın!) istinadәn
İmam Buxari vә İmam Müslim rәvayәt edirlәr ki, Allahın rәsulu
(Ona Allahın xeyir-duası vә salamı olsun!) deyib: “Biriniz ye-
mәk zamanı ya özü ya da başqaları yalamadıqca barmaqlarını
silmәsin”
2
.
İmam
Müslim rәvayәt edir ki, Kә`b ibn Malik deyib:
“Peyğәmbәri (Ona Allahın xeyir-duası vә salamı olsun!) xörәyi
1
Bax: Şeyx Abdullah әl-Bәssam. Neyl әl-Mәarib, cild I, sәh. 40.
2
Hәdisin sәhihliyi yekdilliklә tәsdiqlәnib. Habelә, bax: әl-Lu`lu` vәl-Mәrcan,
hәdis № 1320.