253
Fotoaparat vә ya video kamera adlandırılan cihazları işlәdәn,
şәkil çәkәn fotoqraflar!
Görәsәn, kameranı işlәdәnin “tәsvir әhli”, gördüyü işin
dә “tәsvir” adlandırılması lüğәvi (hәrfi) adlandırma deyil ki?
Heç kәs iddia edә bilmәz ki, әrәblәr fotoaparat vә onu iş-
lәdәnlәri xәyallarında canlandırdıqdan sonra “tәsvir” vә “tәsvir
әhli ( musəvvirun)” sözlәrini yaradıblar. Elә isә bu, lüğәvi adlan-
dırma deyil.
Hәmçinin, kimsә bunun dini adlandırma olduğunu da
iddia etmir. Çünki bu sәnәt növü şәriәtin tәsis edildiyi әsrdә
mövcud deyildi. Odur ki, olmayan şeyin – “tәsvir”, şәxsin dә –
“tәsvir әhli” adlandırılması mәntiqsizlik olardı.
Әgәr belәdirsә, onda “tәsvir әhli” kimlәrdir, “tәsvir” dә
nә demәkdir?
Şübhәsiz, tәsvir – yeni növ fәaliyyәtdir. Tәsvir әhli dә bi-
zik, ya da foto sәnәtinin yarandığı dövrdә yaşayan ata-babala-
rımızdır.
Halbuki ata-babalarımız bu işi başqa terminlә adlandıra
bilәrdilәr. Mәsәlәn, Qatar vә Körfәz әhalisinin dediyi kimi, foto
– “әks”dir (surәtin әks olunmasıdır). Bu işi görәn dә “әkkas”dır
(әks etdirәndir). Mәsәlәn, bu ölkәlәrin sakinlәrindәn biri “әk-
kas”ın (fotoqrafın) yanına gedir vә deyir: “İstәyirәm ki, mәni
әks etdirәsәn (şәklimi çәkәsәn – uridu әn tә`kisәni)”. Sonra sö-
zünә davam edir: “Sәndәn “әkslә”ri (fotoşәkillәri) nә vaxt götü-
rә bilәrәm?” Onların söhbәti bu işin mahiyyәtini daha doğru
izah edir. Çünki surәtin güzgüdә әks olunması kimi, foto da
müәyyәn texniki vasitәlәrlә surәtin әksinin çıxarılması işindәn
başqa bir şey deyil. Vaxtı ilә Misirin baş müftisi, böyük alim
Şeyx Mәhәmmәd Büxeyt әl-Mütii dә “Fotoşәkil çәkdirmә barә-
dәki suallara qәnaәtbәxş cavab” risalәsindә eyni şeyi söylәmiş-
di.
Fotoşәkil çәkdirmәyә müasir әrәb dilindә “tәsvir” deyil-
diyi kimi, fiziki surәt vermә dә “yonma sәnәti” (heykәltәraşlıq)
254
adlandırılır. Sәlәf alimlәri yonulub düzәldilәn heykәllәri, hey-
kәlciklәri... “kölgәsi olan” adlandırmış, uşaq oyuncaqları istisna
olmaqla onları yekdilliklә haram saymışlar.
Görәsәn, bu cür “tәsvir”in “heykәl yonma” adlandırıl-
ması onu tәsvir vә tәsvir әhlinin cәzalandırılacağı haqda deyil-
miş hәdislәrin hökmündәn azad edirmi?
Qәtiyyәtlә deyirik ki, xeyir! Çünki bu cür tәsvir vermә
(heykәl yonma) hәm lüğәvi, hәm dә dini mәnada “tәsvir” sö-
zünә daha yaxındır. Axı, bu iş Allahın yaratma sәnәtinә bәn-
zәyir. Allahın yaratmağı vә surәt vermәyi dә cismәn yarat-
madır. Sәhih qüdsi hәdisdә deyilir: “Mәnim kimi yaratmağa
can atanlardan daha zalım kimsә varmı?!”
Söz və cümlələrin izahı
araşdırma tələb edir
Böyük bir әdibin, şairin yazdığı bәlağәtli mәtni (şer, he-
kayә...) şәrh edәnlәr hәmin mәtnә elә dәqiqliklә izah vermәli-
dirlәr ki, müәllifin nә demәk istәdiyi aydın olsun. Yәni, şәrhlәr
müәllifin üslubuna uyğun olmalıdır.
Müqәddәs dini mәtnlәrin şәrhi zamanı mәsuliyyәt daha
da artır. Ecazkar Quranın ayәlәri, bәşәri bәlağәt vә fәsahәtin
zirvәsinә ucalmış hәdislәrin mәtnlәri bu qәbildәndir. Quran
әzәmәtli vә ecazkar mәtnlәrin toplusudur. Belә ecazkarlığı izah
vә bәyan edәn hәdislәr dә üstün bәlağәtә sahibdir. Çünki Allah
Peyğәmbәrә dәrin mәnalı sözlәri, hikmәti, bilmәdiklәrini öyrә-
dib. Hәqiqәtәn dә Allahın lütfü böyükdür!
Elә sözlәr var ki, hansı mәnaya gәldiyini başa düşmәk
üçün araşdırma aparmaq, izahlı lüğәtlәrә, xüsusәn dә “Qәrib
әl-Hәdis”
1
kitablarına müraciәt etmәk lazımdır.
1
“Qәrib hәdis” ifadәsini “qәrib” hәdis anlayışı ilә sәhv salmamaq lazımdır.
“Qәrib hәdis” dedikdә hәdislәrin mәtnindә işlәdilmiş, asanlıqla başa düşül-
255
Bәzәn görürük ki, bir sıra sözlәr mәcazi mәna daşıyır,
metonimik çalarlıq ifadә edir.
İslam dininin terminologiyasında qeyri-әnәnәvi mәna
kәsb edәn, әvvәlki mәnasını itirәn sözlәrә dә rast gәlirik. “Tә-
harәt” (tәmizlik), “vüzu” (dәstәmaz), “tәyәmmüm” (torpaqla
paklanma), “sәlat” (namaz) belә sözlәrdәndir. Şәriәt bu qәbil
sözlәrә yeni mәna vermişdir.
Bir sıra sözlәrin mәnalarını başa düşmәk üçün onların iş-
lәdildiyi konteksti, şәraiti vә nә üçün deyildiyini nәzәrә almaq
lazımdır. Biz bu haqda artıq danışmışıq.
Burunlarını din elmlәrinә soxan bәzi müasirlәrimiz ayә
vә hәdislәrdәki sözlәrә hәr bir ağıllı vә vicdanlı şәxsdә tәәssüf
hissi oyadan yozumlar verirlәr. Onların bu yozumları nә dini,
nә elmi, nә dә linqvistik mәntiqә әsaslanır. Onlar yalnız vә yal-
nız nәfslәrinә aldanmışlar. Nәfsә aldanmaq isә, İbn Abbasın da
dediyi kimi, insanın bu dünyada özünә tanrı bildiyi әn şәr ilah-
dır! Allah tәala necә dә gözәl buyurur:
“(Ya Peyğәmbәr!) Nәfsini özünә tanrı edәn vә Allahın bi-
lәrәkdәn (onu hәlә yaratmamışdan gәlәcәkdә kafir olacağını
bildiyi üçün) yoldan çıxartdığı, qulağını vә qәlbini möhürlәdiyi,
gözünә dә pәrdә çәkdiyi kimsәni gördünmü? Allahdan başqa
kim onu doğru yola sala bilәr?! Mәgәr düşünüb ibrәt almır-
sınız?” (әl-Casiyә, 23).
mәyәn sözlәr başa düşülür. Bu sözlәrin mәnasını izah etmәk üçün әrәb
dilini mükәmmәl bilmәk tәlәb olunur – tərcüməçinin qeydi.
256
SON SÖZ
Sonda qeyd etmәyimiz vacibdir ki, Peyğәmbәrin sünnәsi
XXI әsrin әvvәllәrindә Müsәlman ümmәtinә layiqli xidmәt gös-
tәrmәlidir. O Sünnә ki, müsәlmanları haqqa yönәldәn ikinci
mәsum qaynaqdır. O Sünnә ki, qanunvericilikdә, mәhkәmәdә,
fiqhdә, dәvәt vә tәlim-tәrbiyәdә Qurandan sonra gәlәn ikinci
mәnbәdir.
Söhbәt bütün elmi islam müәssisәlәrinin birgә fәaliyyәti
sayәsindә baş tutacaq xidmәtdәn gedir. Belә olarsa, bütün dün-
ya onun sәmәrәsini görәr, dadlı meyvәlәrindәn yeyәr, sәrinlә-
dici kölgәlәrindә dincәlәr.
Hәr şeydәn әvvәl Böyük Hədis Subyektləri Ensiklope‐
diyası hazırlanmalıdır. Bu ensiklopediyada bütün ravilәr (ya-
lançı vә uydurmaçılar da daxil olmaqla) haqqında mәlumat ve-
rilmәli, hәr bir ravinin mötәbәr vә ya “zәif” olmağı göstәrilmәli,
bir sözlә, barәlәrindә bizә gәlib çatmış hәr bir informasiya top-
lanmalıdır.
Daha sonra Hədis Mətnləri Ensiklopediyası tәrtib olun-
malıdır. Bu ensiklopediyada hәdislәrin bütün istinadları vә rә-
vayәt yollarının, Peyğәmbәrdәn nәql olunan vә ona aid edilәn
bütün hәdis vә rәvayәtlәrin, hicri V әsrin 60-70-ci illәrinәdәk
olan әlyazmalarının toplanması olduqca vacibdir.
Nәhayәt, üçüncü bir ensiklopediyaya da ehtiyac vardır.
Әslindә, yuxarıdakı iki ensiklopediyanın hazırlanması buna zә-
min hazırlayır. Söhbәt Səhih və “Həsən” Hədislər Ensiklope‐
diyasından gedir. Bu hәdislәr ümmәtin keçmiş alimlәrinin
qoyduğu, müasir mütәxәssislәrin dә tәsdiqlәmәsi zәruri sayılan
dәqiq elmi meyarlar әsasında saf-çürük edilib seçilmәlidir.
257
Belә bir ensiklopediyanı әhatәli fәsillәrә bölmәk, ona ge-
niş fehrist yazmaq olduqca zәruridir. Bununla yanaşı, bu ensik-
lopediyanın Sünnә ilә bağlı dini, humanitar, sosial vә digәr sa-
hәlәrә müvafiq surәtdә tәsnifatını aparmaq uğurlu addım olar-
dı. Belә bir tәsnifatın müxtәlif ixtisaslı mütәxәssislәrә faydası
şübhәsizdir.
Bu böyük layihәni reallaşdırmaq üçün Allahın bu әsrdә
insana öyrәtdiyi hәr bir şeydәn, mütәrәqqi texnoloji nailiyyәt-
lәrdәn istifadә etmәk tәlәb olunur. Belә nailiyyәtlәrin başında,
tәbii ki, Elektron Hesablayıcı Maşınlar – kompüterlәr gәlir. Hәt-
ta qardaşlarımızdan biri onu “әsrin hafizi” adlandırmışdı. Hә-
qiqәt bundan ibarәtdir ki, kompüter hafizlәrdәn çox iş görür;
әgәr ondan lazımınca faydalana bilsәk, bizә çox kömәyi dәyә
bilәr; әvvәlki nәsillәrin bacarmadığı, ya da xәyallarına belә gә-
tirmәdiklәri bütün dәqiq işlәrin öhdәsindәn gәlәr.
Ümid edirәm ki, Qatarın Sünnә vә Peyğәmbәrin Hәyatı
Mәrkәzi әlaqәdar elmi müәssisәlәrlә әmәkdaşlıq çәrçivәsindә
arzusunda olduğum bu işi görәcәkdir.
Hәmçinin, Sünnә ilә bağlı yeni-yeni şәrh kitabları qәlәmә
alınmalıdır. Söhbәt hәqiqәtlәri aşkarlayan, qaranlıq mәqamlara
aydınlıq gәtirәn, şübhәlәrә son qoyan şәrh kitablarından gedir.
Qeyd etmәk vacibdir ki, bu kitablar müasir dövr insanının
asanlıqla başa düşdüyü dildә yazılmalı, müasir zehniyyәtlә sәs-
lәşmәlidir.
Dövrümüzdә Qurani-Kәrim hәqiqi kişilәrin – qüdrәtli
alimlәrin şahidi olub (Quran buna layiqdir). Bu alimlәr Quranın
tәfsirindә, hәqiqi mahiyyәtinin üzә çıxarılmasında böyük iş
görmüşlәr. Onlar öz mәdәni vә elmi sәviyyәlәri sayәsindә döv-
rün zehniyyәtinә xitab etmiş, ağıllara vә qәlblәrә daha geniş qa-
pılardan daxil olmuşlar.
Hәmin müfәssir alimlәrә Mәhәmmәd Rәşid Rzanı, Cә-
malәddin Qasimini, Tahir ibn Aşuru, Әbülәla Mövdudini, Sey-
258
yid Qütbü, Mahmud Şәltutu, Mәhәmmәd Qәzalini vә digәrlә-
rini göstәrmәk olar.
Tәәssüf ki, hәdis kitabları, xüsusәn dә İmam Buxari vә
İmam Müslimin “Came әs-Sәhih” mәcmuәsinin nәsibinә belә
nәhәng alimlәr düşmәyib. Düzdür, Pakistanlı vә Hindistanlı
alim qardaşlarımız Dörd “Sünәn” kitabına
1
tәrifәlayiq şәrhlәr
yazmışlar. Ancaq hәmin şәrhlәrә tәqlid-rәvayәt üslubu hakim-
dir ki, bu da müasir ziyalı zehniyyәtini qane etmir.
Allah tәala böyük dәvәtçi alimlәrini İmam Buxari vә
İmam Müslimin eyniadlı “Came әs-Sәhih” kitablarına müasir
elmi şәrhlәr yazmaqda müvәffәq etsin. Bununla da onlar islam
mәdәniyyәtinә misilsiz xidmәt göstәrmiş olacaqlar.
Alәmlәrin rәbbi olan Allaha hәmd olsun!
1
Bu dörd “Sünәn” kitabı hәdis alimlәri İbn Macә, Nәsai, Tirmizi vә Әbu Da-
vud tәrәfindәn yazılmışdır – tərcüməçinin qeydi.
259
MÜNDƏRİCAT
Tәrcümәçinin ön sözü........................................................................3
İlahi xәzinәdәn incilәr........................................................................7
Peyğәmbәrlik çeşmәsindәn incilәr..................................................8
On dördüncü nәşrә yazılmış ön söz................................................9
Birinci nәşrә yazılmış ön söz..........................................................11
BİRİNCİ FӘSİL
İslamda sünnənin yeri; Sünnə qarşısında hansı
vəzifələrimiz var; Ona münasibətimiz necə olmalıdır?
İslamda Sünnәnin yeri.....................................................................14
- Sünnә universal metoddur...........................................................15
- Sünnә tarazlaşdırıcı metoddur.....................................................16
- Sünnә bütöv metoddur.................................................................18
- Sünnә real metoddur.....................................................................20
- Sünnә asanlaşdırıcı metoddur.....................................................23
Sünnә qarşısında müsәlmanın vәzifәlәri......................................27
Tәhlükәli üç bәla...............................................................................29
- İfratçıların tәhrifi............................................................................30
- Batil әhlinin uydurmaları..............................................................31
- Nadanların yozumları...................................................................33
Sünnәyә münasibәtin әsas prinsiplәri...........................................37
1. Sünnәnin (hәdislәrin) mötәbәrliyindәn әminlik......................37
2. Sünnәni doğru-dürüst başa düşmәk.........................................39
3. Hәdisin әleyhinә daha güclü әks arqumentin
(hәdis, quran ayәsi vә s.) olub-olmamağı mәsәlәsi.....................40
Qanunvericilik vә tәşviqatda Sünnә..............................................40
Uydurma hәdislәri müdafiә etmәk yolverilmәzdir....................43
260
Sәhih hәdislәri rәdd etmәk – uydurma hәdislәri
mәqbul bilmәk demәkdir................................................................45
Köhnә düşmәnlәrin Sünnә haqda şübhәlәri................................46
Yeni düşmәnlәri Sünnә barәdә şübhәlәri.....................................49
“Quranın yolgöstәrәnliyi bizә bәsdir” iddiası.............................50
Hәdislәrin sәhv fәhm sәbәbi ilә rәdd edilmәsi............................51
- Sәhv fәhm vә sәhih hәdislәrin rәdd edilmәsi............................52
1. Hәzrәti Aişәnin “Mәn aybaşı ikәn Allahın
rәsulu mәnә әmr edir, mәn dә önlüyümü bağlayır,
o da mәnә toxunurdu” hәdisi.........................................................52
2. “Allahım, mәni miskin yaşat” hәdisi........................................53
3. Hәr yüz ildәn bir dini yenilәmә hәdisi.....................................55
4. “İslam beş әsas üzәrindә bina edilib” hәdisi............................57
Mәnası aydın olmayan sәhih hәdislәri
tәlәsik rәdd etmәk böyük riskdir...................................................60
Bәzi hәdislәrә Hәzrәti Aişәnin baxışı............................................61
İKİNCİ FӘSİL
Fəqih və dəvətçilərin bilik mənbəyi – Sünnə
Fiqh vә qanunvericilikdә Sünnә....................................................65
Bütün fәqihlәr Sünnәdәn mәnbә kimi istifadә etmişlәr.............69
Hәdislәri fiqhlә vәhdәtdә nәzәrdәn keçirmәk lazımdır.............70
Fiqh mirasından istifadәnin zәruriliyi..........................................77
- Qeyri-müsәlmanların qanbahası.................................................77
- Qadınların qanbahası....................................................................80
İslamın mövqeyi...............................................................................81
Dәvәt vә tәşviqatda Sünnә..............................................................82
Dәlil göstәrilәcәk hәdisin sәhihliyinin araşdırılması..................92
Әksәr moizәçinin sәhvi...................................................................94
Hәdislәri sәhv salan xәtiblәrin vәzifәlәrindәn
uzaqlaşdırılması haqda İbn Hәcәr әl-Heysәminin fitvası..........96
Hәvәslәndirmә vә çәkindirmә mövzulu
“zәif” hәdislәrin rәvayәti mәsәlәsi................................................97
261
Nәyә diqqәt yetirmәliyik?.............................................................102
1. Bәzi alimlәr hәvәslәndirmә vә çәkindirmә mövzulu
“zәif” hәdislәri belә rәdd etmişlәr...............................................103
2. Cümhurun qoyduğu şәrtlәrin göz-ardı edilmәsi..................105
3. “Zәif” hәdislәrin qәti ifadәlәrlә
rәvayәti yolverilmәzdir………………………………………....105
4. Sәhih vә “hәsәn” hәdislәr kifayәt qәdәrdir............................106
5. Әmәllәrin nisbәtini pozmamaq lazımdır................................107
6. Әmәllәrin fәzilәti haqda “zәif” hәdislәrin rәvayәti
bu hәdislәr әsasında hökmün çıxarılması
demәk deyildir................................................................................108
7. “Zәif” hәdislәri rәvayәt etmәnin iki mükәmmәl şәrti..........113
a) “Zəif” hədis ağla, dinə, linqvistik qaydalara zidd şişirtmələrdən,
mübaliğələrdən uzaq olmalıdır..........................................................113
b) “Zəif” hədis daha tutarlı dini dəlillərə zidd olmamalıdır.............116
Müdrik dәvәtçi insanlara başa
düşülmәyәcәk şeylәri danışmamalıdır.......................................117
“Hәr növbәti zaman әvvәlkindәn daha pisdir” hәdisi.............121
1. Hədisin doğurduğu təhlükə...........................................................121
2. Keçmiş dövr alimləri bu hədis barədə............................................122
a) Hәsәn әl-Bәsrinin yozumu.......................................................122
b) İbn Mәsudun yozumu...............................................................123
3. Bizim rəyimiz................................................................................124
ÜÇÜNCÜ FӘSİL
Sünnəni düzgün başa düşmədə meyar və qaydalar
Sünnәnin Qurani-Kәrim әsasında öyrәnilmәsi..........................128
- Qurana zidd olduğu üçün
“qәraniq” hәdisinin rәdd edilmәsi.............................................129
- “Qadınlarla mәslәhәtlәşin, amma
dediklәrini etmәyin” hәdisi..........................................................130
Әn doğru görüş Quranla üst-üstә düşәn görüşdür..................130
262
- “Qız uşağını diri-diri basdıran qadın da,
basdırılan qız da cәhәnnәmlikdir” hәdisi...................................133
- “Atam da, atan da cәhәnnәmdәdir” hәdisi..............................134
Hәdislәrin Qurana әksliyi iddiası haqda....................................138
Bir mövzu ilә bağlı bütün hәdislәrin öyrәnilmәsi.....................144
- “Paltarın әtәyinin (vә ya şalvarın
balağının) uzadılması (isbal)” hәdisi...........................................144
“Paltarının ətəyini uzadanlar”
dedikdə kimlər nəzərdə tutulur?.......................................................145
- “Kotan (xış)” hәdisi.....................................................................152
Zahirәn bir-birinә zidd hәdislәrin uyğunlaşdırılması
vә münasib variantın seçilmәsi....................................................157
Әvvәlcә uyğunlaşdırmaq (cəm`),
sonra seçmәk (tərcih) lazımdır......................................................157
- Qadınların qәbir ziyarәti ilә bağlı hәdislәr..............................161
- “Әzl” hәdislәri..............................................................................164
Hәdislәrin “nәsx”i problemi.........................................................170
Deyilmә sәbәblәri, şәraiti vә mәqsәdlәri baxımından
hәdislәri öyrәnmә...........................................................................173
- “Siz dünyanıza daha yaxşı bәlәdsiniz” hәdisi.........................175
- “Müşriklәrin arasında qalıb-yaşayan
hәr bir müsәlmandan uzağam” hәdisi........................................177
- Qadının mәhrәm şәxslә sәfәrә çıxmağı hәdisi........................180
- “İmamlar Qüreyşdәn olmalıdır” hәdisi....................................182
Sәhabәlәr vә tabein nәslinin hәdislәrin
deyildiyi şәraiti vә sәbәblәri nәzәrә almaları.............................183
1. Sahibi bilinmәyәn dәvәlәr haqda
Hәzrәti Osmanın görüşü...............................................................184
2. Dәyişkәn ürf-adәt vә hәdislәr..................................................185
2.1. İmam Әbu Yusif ölçü vә çәki haqqında...............................186
2.2. Nağd pulun iki “nisab”ı.........................................................187
3. Hәzrәti Ömәrin zamanında “aqilә”nin dәyişmәsi................188
4. Fitrә zәkatı (sәdәqәsi)................................................................190
263
Sünnәdә mәzmun (mәqsәd) vә forma (zahir)............................191
Fitrәnin pulla verilmәsinә
qәtiyyәtlә qarşı çıxanların dәlillәri..............................................191
Hәdislәrdәki sabit mәqsәdlәrin
dәyişkәn vasitәlәrdәn fәrqlәndirilmәsi.......................................194
- Mәkkә çәkisi vә Mәdinә ölçüsü ................................................201
- Ayın görünmәsi vә
Ramazanın başlanması problemi haqda.....................................203
Hәdislәri başa düşmәdә müstәqim
vә mәcazi mәnaların fәrqlәndirilmәsi.........................................214
Ehkam hәdislәrindә mәcaz...........................................................225
Mәcazi mәnadan imtinanın müasir
dövrdә doğurduğu problemlәr....................................................229
- “Qara daş cәnnәtdәndir” hәdisi................................................231
- “Nil, Fәrat... cәnnәt çaylarındandır” hәdisi.............................232
İfrat mәcazi yozumların yolverilmәzliyi....................................234
Qeyri-mәqbul yozumlar................................................................235
İbn Teymiyyә vә mәcaz.................................................................237
Qeyb alәminin reallıqdan fәrqlәndirilmәsi................................238
Hәdislәrdәki sözlәrin mәnalarına dәrindәn bәlәd olmaq........245
Dini mәtnlәri qeyri-әnәnәvi terminlәrlә
izahı etmәyin yolverilmәzliyi.......................................................246
“Tәsvir” vә “yonma” sözlәri.........................................................247
Söz vә cümlәlәrin izahı araşdırma tәlәb edir.............................249
Son söz.............................................................................................251
“İDRAK” İctimai Birliyi
Vidadi küç. 53
İnternet ünvanı: www.idrak.org.az
Yığılmağa verilib 11.06.2011. Çapa imzalanıb 11.07.2011.
Format: 60х90 1/16. Çap vərəqi: 16,5
Sifariş № 059. Тiraj 1000 nüsxə.
mətbəəsində çap olunub
Document Outline -
- Sunne KON.pdf
- Резервная
-
-
- 88.pdf
Dostları ilə paylaş: |