198
istәyәn şәxs, әvvәlcә, mәsәlәn, on riyala bir sa` xurma vә ya dü-
yü alır, sonra da onu kasıba verir. Kasıb da onu eyni satıcıya
bir-iki riyal, bәzәn dә yarıqiymәtinә aşağı satır. Bәzәn dә hәmin
satıcı malının çoxluğundan bu kasıbın satdıqlarını heç yarıqiy-
mәtә dә almır.
Belәliklә, bir sa`lıq әrzaq dәfәlәrlә alınıb-satılır. Әslindә,
kasıb әrzağı deyil, pulu almış sayılır. Özü dә fitrә çıxanın bir-
başa verәcәyi puldan әskik olmaqla! Bu azmış kimi, fitrә verә-
nin satıcıdan aldığı әrzağın qiymәti ilә kasıbın hәmin satıcıya
satdığı әrzağın qiymәti arasındakı fәrqin zәrәri hәmin kasıbın
başında çatlayır. Mәgәr şәriәt kasıblar ziyana düşsünlәrmi deyә
göndәrilib?! Bәlkә şәriәt bu dәrәcәdә formal tәsisatdır?!
Bu vә ya digәr mәsәlәdә bütün insanlara qәtiyyәtlә qarşı
çıxmağa nә ad verә bilәrik: bu – Sünnәyә uymaqdır, yoxsa ona
zidd hәrәkәt etmәk? Özü dә bilә-bilә ki, Sünnәnin mahiyyәti
onun әbәdi şüarında – “Asanlaşdırın, çәtinlәşdirmәyin!” prinsi-
pindә әks olunub.
Qәribәdir ki, fitrәnin pulla verilmәsinin qәti әleyhdarları
müәyyәn әrazidә daha çox istifadә edilәn, ancaq hәdisdә adı
çәkilmәyәn digәr әrzaq mәhsullarından, qidalardan fitrә çıxar-
mağı “caiz” hesab edirlәr. Sual veririk: budurmu, Sünnәyә za-
hirәn bağlanmaq?
Әslindә, bu – Sünnәni müәyyәn formada yozmaqdır, ya
da mövcud dini mәtnlәr әsasında müqayisәdir (qiyas). Bu mә-
sәlәdә hәmin qardaşlarımız heç bir çәtinlik çәkmәdәn öz imam-
larını tәqlid etmişlәr. Fikrimizcә, bu – doğru-dürüst müqayisә
vә mәqbul yozumdur.
Elә isә fitrәnin pulla verilmәsinә qәtiyyәtlә qarşı çıxmaq
nәyә lazımdır? Axı, hәdisin deyilmә mәqsәdi bayram günü ka-
sıbları ona-buna ağız açmaqdan, ora-bura baş vurmaqdan xilas
etmәkdir. Bu baxımdan fitrәni pulla vermәk әrzaqla vermәklә
müqayisәdә hәdisin deyilmә mәqsәdinә daha münasibdir.
199
Biz fitrәnin әrzaq vә qida mәhsulları ilә verilmәsini yal-
nız bir halda vacib sayırıq. Bu da aclıq zamanıdır. Aclıq hökm
sürәn cәmiyyәtdә insanlar puldan çox yemәyә möhtac olurlar.
Belә vәziyyәtlәrdә pulları olsa da, insanlar yemәyә bir şey tapa
bilmirlәr.
Hədislərdəki sabit məqsədlərin dəyişkən
vasitələrdən fərqləndirilməsi
Sünnәni düzgün öyrәnmәmәyin nәticәsidir ki, hәdislәr-
dәki sabit mәqsәdlәr hәmin mәqsәdlәrin reallaşdırılması üçün
seçilmiş bәzi müvәqqәti, mühitlә әlaqәli vasitәlәrlә qarışıq Salı-
nır; bütün diqqәt hәmin vasitәlәrә yönәldilir. Güman edilir ki,
mәqsәd mәhz vasitәlәrdә ifadә olunub.
Ancaq Sünnәni lazımınca başa düşәnlәrә yaxşı mәlum-
dur ki, әsas olan şey – mәqsәddir, vasitә deyildir. Mәqsәd dә-
yişmәzdir, sabitdir. Vasitәlәr isә bәzәn mühitdәn-mühitә, dövr-
dәn-dövrә, adәtdәn-adәtә... dәyişir.
Bu sәbәbdәn görürük ki, Peyğәmbәr tәbabәti ilә maraq-
lanan Sünnә tәdqiqatçılarının çoxu yalnız vә yalnız, bәzi xәs-
tәliklәrin müalicәsi zamanı Rәsulullahın (Ona Allahın xeyir-
duası vә salamı olsun!) tövsiyә etdiyi dәrmanlara, otlara, qida
vә dәnli bitkilәrә diqqәt yetirir, bu qәbil hәdislәri tez-tez dilә
gәtirirlәr. Mәsәlәn:
- “Müalicәnin әn yaxşısı qanaldırmadır”
1
.
- “Müalicәnin әn yaxşısı qanaldırma vә “qüstülbәhri”
bitkisidir”
2
.
1
Hәdisi İmam Әhmәd, Tәbәrani vә Hakim rәvayәt etmişlәr. Әlbani isә hә-
disin Sәmurәyә istinadәn rәvayәt olunmuş variantını sәhih saymış vә “Sәhih
әl-Came әs-Sәğir” kitabına daxil etmişdir.
2
Hәdisi Әnәs ibn Malikә istinadәn İmam Әhmәd vә Nәsai rәvayәt etmişlәr.
Әlbani hәdisi “Sәhih әl-Came әs-Sәğir” kitabına daxil etmişdir.
200
- “Sizә bu “üdülhindi” bitkisini tövsiyә edirәm. Onda
yeddi növ şәfa vardır...”.
1
- “Sizә bu zirәotunu tövsiyә edirәm. Onda “sam” istisna
olmaqla bütün dәrdlәrә şәfa vardır. Sam isә ölümdür”
2
.
- “Zirә otunda “sam” (ölüm) istisna olmaqla bütün
dәrdlәrә şәfa vardır”
3
.
- “İsmid”i gözünüzә sürmә çәkin; görmәni güclәndirәr,
saç bitirәr”
4
.
Düşünürәm ki, bu vә buna bәnzәr “resept”lәr Peyğәm-
bәr tәbabәtinin ruhunu (mahiyyәtini) әks etdirmir. Sağlamlığın,
insan hәyatının qayğısına qalmaq, orqanizmi bәslәyib-güclәn-
dirmәk, yorularsa – rahatlığını, acarsa – doydurulmasını, xәstә-
lәnәrsә dә müalicәsini tәmin etmәk – Peyğәmbәr tәbabәtinin
әsasında mәhz bunlar durur. Qeyd edәk ki, müalicә “qәdәr”
inancına, tәvәkkül düşüncәsinә zidd deyildir. Hәr dәrdin öz
әlacı var.
a) Xәstәliyә yoluxma qanunauyğunluğunu etiraf; b) ka-
rantinin qanuniliyi; v) orqanizmin, mәnzil vә yolların tәmiz-
liyinә qalmaq; q) materik vә okeanların çirklәndirilmәsi ilә mü-
barizә; ğ) profilaktikaya әhәmiyyәt vermәk; d) hәr bir növ sәr-
xoşedici, uyuşdurucu maddә vә içkilәrin, orqanizmә zәrәrli qi-
daların haram edilmәsi; e) hәtta ibadәtlә belә orqanizmi taqәt-
dәn salmağın yolverilmәzliyi; j) sağlamlığı qoruma rüsxәtlәri-
nin qanuniliyi; z) hәm fiziki, psixoloji sağlamlığın qeydinә qal-
1
Ümmi-Qeysә istinadәn Buxari rәvayәt edib. Habelә, bax: Әlbani. Sәhih әl-
Came әs-Sәğir.
2
Hәdisi İbn Ömәrә istinadәn İbn Macә, Әbu Hüreyrәyә istinadәn Tirmizi vә
İbn Hibban, Hәzrәti Aişәyә istinadәn dә İmam Әhmәd rәvayәt etmişdir. Ha-
belә, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir.
3
Hәdisin sәhihliyi yekdilliklә tәsdiqlәnib. Habelә bax: “әl-Lu`lu` vәl-Mәr-
can”, hәdis № 1430.
4
Hәdisi İbn Abbasa istinadәn Tirmizi rәvayәt etmiş vә demişdir: “(Hәdis)
hәsәn-qәribdir”, 1757.
Dostları ilə paylaş: |