Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə21/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

 

          

 

73 


süjet  xəttinin  inkişaf  mərhələlərində,  bütövlükdə,  bəzən 

isə  əlaqəli  şəkildə  göstərir.  O,  əsas  ideyanın  vəhdətini 

məntiqli  süjet  fonunda  zahiri  effektlərlə  (portret  detal-

ları  ilə)  bütövlükdə  davam  və  inkişaf  etdirməyi,  yüksək 

zirvəyə  qaldırmağı  və  sonda  nöqtə  qoymağı  sənət kar-

lıqla  bacarır.  Məsələn:  «Proletar  şairi»  hekayəsində 

«əsərin  ideyası  məhz  bu  portretlərdə  istifadə  olun-

muşdur.  Təsadüfi  deyil  ki,  ədibin  özü  də  bu  portretləri 

hekayənin  «ən  maraqlı  hissəsi»  adlandırmışdır»  (132,  

67).  Onu  da  qeyd  etmək  lazımdır  ki,  əsərin  ideyasında 

istifadə  olunan  bu  portret  detalları  hadisənin,  onun 

inkişaf  istiqamətində  fərdi  cizgilər  yaratmaqla  fərdi 

insan  simasında  tipik  obrazlar  kəşf  edərək  xarakter  və 

hadisələrin mahiyyətini mərhələlərlə tamamlayır.  

Hekayənin  süjeti  proletar  şairi  adı  ilə  zəhmətdən 

uzaq  olan  Təhsin    Fevzi  və  Nuru  xanın  oğlu  Şahverdi 

xanın  müqayisəsi  üzərində  qurulub.  Ədibi  görmək 

istəyən bu iki nəfərin zahiri görkəmi portret detalları ilə 

süjet xəttinin ilkin mərhələsini təşkil edir: «İki şəxs idi: 

biri olardı on səkkiz, iyirmi  yaşında, çox səliqəli geyin-

miş,  başının  telləri  qız  saçı  kimi  daranıb  alnına  düzül-

müş, qız kimi üzü tüksüz, təm-təzə frenc və qəlifeli, beli 

incə,  parıldayan  uzunboğaz  çəkməli  bir  centlmen  idi.  O 

birisi sadə və fəqir geyimli, otuz, ya bir qədər artıq sinli 

bir  adam  idi»  (111,  607).  Təzadlı  fonda  verilən  bu 

portretlər  hadisənin  izahında  əlverişli  və  fəal  bir  vasitə 

kimi  istifadə  olunur,  əsas  əhvalata  keçid  olaraq  obrazın 

peşəsi,  ictimai  vəziyyəti  haqqında  aydın  məlumat  verir. 

Proletar şairi zənn edilən «sadə və həqir geyimli» zahiri 

və  daxili  portret  elementlərinin  vəhdətdə  olduğu  «bu 

adam  fağır-fağır,  ayaq  üstə  dura-dura  və  utana-utana 

mənə  başladı  öz  dərdlərini  nağıl  eyləməgə»  (111,  607) 




 

          

 

74 


təsviri  süjet  xəttinin  davamı  kimi  hadisələri  getdikcə 

mürəkkəbləşdirir.  Zahiri  görkəmin  yaratdığı  təəssüratın 

təhkiyəçi  tərəfindən  əməli  fəaliyyətlə  əlaqələndirilməsi 

hadisənin  ən  yüksək  inkişaf  mərhələsi  kimi  təzadlı 

paralellərlə  verilir.  Ziddiyyətli  fikirlər  «burada  mən 

proletar  şairi  zənn  etdiyim  utancaq  və  fəqir  qonağım 

genə  oturmaq  istəmiyə-istəmiyə  və  utana-utana  cavab 

verdi ki, o, nə şairdir, nə yazıçıdır» (111, 608) təsvir və 

izahı  ilə  açılaraq  sona  yaxınlaşır.  Ədibin  nəticədə  psi-

xoloji səciyyəyə aid əlamətləri «kənarda oturan» ifadəsi 

ilə  müqayisəni  bir  daha  zahiri  görkəmlə  davranış  mədə-

niyyəti  arasındakı  mühüm  fərqlə  ictimai  mətləbi  yekun-

laşdırır:  «Kənarda  oturan  və  bizim  danışığımıza  qulaq 

verən  centlmenə  diqqət  edəndən  sonra  bir  azca  şübhə-

lənməyə  başladım  və  qonaqların  ikisinə  də  birlikdə  bu 

sualı verdim: 

 

Bağışlayınız, proletar şairi hansınızsınız? 



Cavan  centlmendən gəldi: 

 



Bəndənizdir» (111, 608). 

«Proletar  şairi»  hekayəsində  qeyd  olunan  maraqlı 

süjet  mərhələləri  nəticədə  yeni  bir  mətləbin  –  müəllif 

fikrinin  orijinal  təqdimidir.  Təhkiyəçi  tərəfindən  iki 

hissəyə  (qismətə)  bölünən  hekayə,  birinci  hissədə  ideya 

və    mövzunun  tam  dolğun  ifadəsi  üçün  portret  detalları 

zəminində  mərhələlərlə  inkişaf  etdirilirsə,  ikinci  hissə 

ədibin  bu  iki  şəxslə  təqdim  olunmayan  danışığını  əhatə 

edir.  Əlbəttə,  burada    konkret  hadisənin  ifadəsi  zəruri-

dir. Buna görə də təhkiyəçi hekayənin ən maraqlı hissəsi 

kimi birinci «qisməti» tipik obraz və tipik şəraitlə əlaqə-

ləndirir. İkinci hissə isə Cəlil Məmmədquluzadə  nəsrinə 

xas  olan  süjet  mərhələsinin  nəticədən  sonra  yeni  son lu-

ğu  kimi  oxucu  təxəyyülünə  yönəldilir;  «Mənim  heka-




 

          

 

75 


yəmin  ən  maraqlı  hissəsi  elə  bu  yerə  kimi  idi  ki,  ərz 

olundu.  Qalan  söhbətlərimizin  o  qədər  əhəmiyyəti  yox-

dur»  (111,  608).  Qrafik  şəkildə  süjetin  inkişaf  mərhələ-

lərini bu formada qeyd etmək olar: 



 

Kulminasiya 

 

           



           Zavyazka    

 

                Razvyazka 



 

 

 



     

Ekspozisiya         

 

        Final  



    

 

 



 

 

 



            

         

             

 

 



 

 

 



 

 

 



           

 

 



 

 

Bəzən  ədib  bir  neçə  obrazın  portretində  məntiqi 



bağlılıq  yarada  bilir  və  bu  rabitə    əlaqəli  şəkildə  süjet 

mərhələləri kimi tamamlanır. Məsələn, «Danabaş kəndi-

nin  əhvalatları»  əsərində  hər  bir  obrazın  zahiri  görkəmi 

onların  həyat  yoluna,  xarakter  və  düşüncəsinə  aid  mü-

kəmməl təsvirlər fəal bir vasitə kimi bir-birinə  möhkəm 

bağlandıqlarından əhvalatın gərginliyini getdikcə artırır. 

Əsərdə  yoxsul, zəhmətkeş, məzlum insanların nümayən-

dələrindən  biri  olan  Məhəmməd  Həsən  əminin  zahiri 

Защири эюркямин 

йаратдыьы сящв тясурат 

Пролетар шаири щесаб 

едилян шяхсин защири вя 

дахили портрет елементляри 

Защири вя дахили портрет 

елементляринин изащы 

щадисянин башланьыъы 

Ядиби эюрмяк 

истяйян ики шяхсин 

защири портрети 

Мцяллиф  фикри 

Сурятлярин защири эюркями 

иля паралел хасиййятнамянин 

йекуну 

щадисянин  сону 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə