Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə20/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

 

          

 

69 


vasitə peşəsində, şəxsiyyətində, fəaliyyətində söyləməyə 

çalışır. 

«Miladi  tarixinin  min  doqquz  yüz  altıncı  ilində 

sentyabr  ayının  13-də  Məşədi  Molla  Həsən  iki  nəfər 

adama kağız yazıb: birini İranın Ərəblər kəndinin sakini 

Kərbəlayı Məmmədəliyə, o birini təbrizli Usta Cəfərə. 

–Ax, başı bəlalı kağızlar! Kaş sizi  yazanın barmaq-

ları  quruya  idi  və  sizi  yazıb  xalqı  bu  qədər  bəlalara 

salmaya idi» (111, 407). 

Bu  hissə  əhvalatın  başlanğıcı,  əsərin  ekspozisiya-

sıdır.  Əsas  əhvalat  da  elə  buradan  başlayır,  gərginliklə 

inkişaf edir və gözlənilməz sonluqla tamamlanır.  

«Qərəz, keçək mətləb üstə» – ifadəsi ilə ədib əsərin 

zavyazka  mərhələsinə  keçid  alır.  Dəqiq  məqamında  iş-

lənmiş  lakonik  ifadə  əsərə  obrazlılıq  gətirərək,  sənətkar 

üslubundakı  özünəməxsusluğu  daha  qabarıq  nəzərə 

çarpdırır. 

Əsərin  zavyazka  mərhələsini  Kərbəlayı  Məmmədə-

linin  həyat  fəaliyyəti,  məişəti,  ailə  həyatı,  şüuru  və 

avamlığı  təşkil  edir.  O,  ətrafında  cərəyan  edən  hadisə-

lərin  əhəmiyyətini  başa  düşmür,  padşaha  dua  edir,  onun 

İrana  «hürriyyət»  verməsinə  inanır.  Hətta  bu,  «hürriy-

yət»dən  özünə  pay  umur.  Yoxsul  həyat  sürən  bu  zavallı 

insan,  vəziyyətinin  yaxşılaşacağını  güman  edir,  pad-

şahın  verdiyi  «hürriyyət»dən  özü  üçün  bir  səadət,  nicat 

gözləyir. Təəssüf ki, Kərbəlayı Məmmədəlinin sevinci o 

qədər  də  uzun  sürmür.  Konsulun  dediyinə  görə  həmşə-

rilərə  «hürriyyət»i  ancaq  İranda,  öz  vətənlərində  pa yla-

yacaqmışlar.  Buna  görə  də  Kərbəlayı  Məmmədəli 

anasına məktub yazdırıb öz payını istəyir. 

Eyni  vəziyyət  öz  ailəsinə  çörək  qazanmaq  məqsədi 

ilə  qürbətə  düşən  təbrizli  Usta  Cəfərdə  də  eynidir.  Fərq 




 

          

 

70 


yalnız  Usta  Cəfərin  öz  məktubunda  təzə  bir  arvad 

almağını  xəbər  verib  xərcinin  çoxluğundan,  ölkədəki 

bahalıqdan  şikayətidirsə,  Kərbəlayı  Məmmədəlinin  isə 

qürbətdə  yeni  siğəsindən  söhbət  açmaq  qorxusu  və  yal-

nız  vətəndə  paylanan  hürriyyətdən  öz  payını  anasından 

istəməsidir.  

Kərbəlayı Məmmədəli və Usta Cəfərin öz ailələrinə 

Məşədi  Molla  Həsənə  məktub  yazdırması,  bu  məktub-

ların  paketə  səhv  qoyulması  əsərin  kulminasiya,  zirvə 

nöqtəsi,  Pərinisənin  yuxusu  əsərin  zavyazkası,  Kərbə-

layı  Məmmədəlinin  əvvəlki  arvadı  Tükəzbanın  qardaşı 

ilə  gəlib  onu  evdən  qovması  və  dava-mərəkəsi  əsərin 

finalını təşkil edir. 

«Pərinisə  genə  diqqət  ilə  həyətə  girənlərə  baxıb, 

durdu  ayağa.  Kərbəlayı  Məmmədəli  də  bir  qədər  diqqət 

eləyib,  birdən  «vay»    –  deyib  qaçdı  evin  bucağına  və 

istədi gizlənsin. Pərinisə hövlnak qaçdı ərinin yanına və 

bilmədi nə eləsin. Kərbəlayı Məmmədəli qaçdı akoşkaya 

tərəf  və  istədi  akoşkanı  sındırıb  özünü  salsın  eşiyə. 

Sonra  genə  həyətə  baxıb  qayıtdı  qapıya  tərəf  və  göz-

gözə verib özünü saldı həyətə və başladı qaçmağa. Ulağ 

üstə gələn arvad hər əlinə bir daş alıb başladı Kərbəlayı 

Məmmədəlini qovlaya-qovlaya söyməyə: 

–Köpək oğlu, arvad almağın bəs deyil, hələ götürüb 

mənə kağız yazıb acıq da verirsən?!... 

Kərbəlayi  Məmmədəlini  qovlayan  arvad  onun 

«Ərəblər»dəki  arvadı  idi,  həmin  kişi  də  arvadın  qardaşı 

idi» (111, 421). 

Finaldan  sonra  ədib  yenə  də  özünəməxsus  deyim 

tərzi  ilə  yeni  bir  sonluğa  keçid  alır:  «Daha  bilmirəm 

mərəkənin axırı hara çatdı» (111, 421). 

Əsərin süjet xəttini qrafik şəkildə nəzərdən keçirək: 




 

          

 

71 


 

Kulminasiya 

 

           



           Zavyazka    

 

                    Razvyazka 



 

 

 



 

 Ekspozisiya     

 

 

 



     Final  

   


 

 

 



 

 

            



         

             

 

 

 



 

 

 



 

 

          



 

 

 



 

 

Göründüyü  kimi,  müstəqim  fikrin  qəsdən  xalq 



təfəkküründən  gələn  eyhamlı,  atmacalı  deyim  tərzi  ilə 

oxucu  təxəyyülünə  yönəltmək  əsərə  xüsusi  gözəllik  və 

obrazlılıq gətirmişdir. 

 

 

Мяктубларын сящв 

эюндярилмяси 

Кярбялайы Мяммядялинин,  

Уста Ъяфярин щяйат тярзи вя евя 

йаздырдыглары мяктублар 

Пяринисянин йухусу вя 

севинъи 


щадисянин башланьыъы 

Мяшяди Молла Щясянин 

ики няфяр адама каьыз 

йазмасы 


Мцяллиф истигамяти, 

йени сонлуг 

Кярбялайы 

Мяммядялинин 

яввялки арвадынын 

дава-мярякяси 

       Тясвир 

щадисянин  сону 




 

          

 

72 


1.3. Portret süjet xəttinin tərkib hissəsi kimi 

 

Cəlil  Məmmədquluzadə  yaradıcılığının  poetik 



strukturunda  müxtəlif  və  rəngarəng  üsullardan  biri  də 

süjetə  uyğun  hər  surətin  vəziyyətinə  müvafiq  şəkildə 

səciyyəvi  detallar  vermək,  bunlara  istinadən  onun  digər 

cəhətlərini,  əlamətlərini,  əhval-ruhiyyəsini,  nigarançılı-

ğını,  məyusluğunu  və  s.  təsvir  edərək  süjet  xəttində 

mərhələlərlə tamamlamaqdır.  

Ədib əsərlərində  yaratdığı surəti oxucuya daha dol-

ğun,  yaddaqalan  şəkildə  təqdim  etmək  üçün  ona  müx-

təlif cəhətdən  yanaşır: onun danışıq tərzini, davranışını, 

rəftarını  təsvir  etməklə  yanaşı,  xarici  görkəmi,  boyu, 

bədənin  quruluşu,  rəngi,  üzünün  əsas  cizgiləri,  geyimi 

haqqında  da  məlumat  verir.  O,  süjet  xəttinin  inkişaf 

mərhələlərində  surətin  taleyini,  psixoloji  aləmini,  gör-

kəmini  daha  qabarıq  ifadə  etmək  üçün  portretdən 

əlverişli və fəal bir vasitə kimi istifadə edir, bəzən süjet 

mərhələlərini  məhz  bu  vasitə  ilə  ifadə  edərək  tamam-

layır.  Ümumiyyətlə,  obraz  və  hadisənin  mahiyyətini 

açan  portret  detalları  Cəlil  Məmmədquluzadə    nəsrində 

mühüm  yer tutur. Təsadüfi deyil ki, professor Mir Cəlal 

Cəlil  Məmmədquluzadə  hekayələrindən  bəhs  edərkən 

onları  məzmun  və  quruluşuna  görə  portret  və  hadisə 

hekayələri kimi iki  yerə  bölür. Müəllif həmçinin portret 

və hadisə hekayələrinin bir sıra xüsusiyyətlərini də izah 

edir» (140, 61). Xüsusi olaraq onu da qeyd etmək lazım-

dır  ki,  ədibin  nəsrində  portret  süjet  xəttinin  üzvi  tərkib 

hissəsi kimi çıxış edərək mərhələlərlə tamamlanır. 

Ədib  həyat  hadisələrini  insanın  zahirindən  daxilinə 

nüfuz  etməsini,  görkəm  ardından  mahiyyəti,  daxili 

mənanı  bədii  obrazlarda  portret  detalları  vasitəsi  ilə 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə