Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə28/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

 

          

 

98 


birinin rəmzi-simvolik adıdır.  

Tədqiqatçılara  gəlincə,  Danabaş  kəndi  Mirzə  Cə-

lilin  müəllim  işlədiyi  Nehrəm  kəndidir.  «1890-97-ci 

illərdə  Nehrəm  (Danabaş)  kəndində  müəllim  olan  gənc 

ədib  kəndin  adət-ənənələrini,  əhalisini  müşahidə  altına 

almış,  bədii  əsərlərinin  bir  neçəsini  və  «Molla  Nəsrəd-

din»  məcmuəsinin  bir  çox  səhifələrini  bu  kəndə  həsr 

etmişdir. 

Danabaş  kəndinin  əhalisi  məzhəkənin  əsas  surəti-

dir» (163, 232). 

Burada  satirik  kinayə  «Danabaş  kəndi»,  «Danabaş 

əhvali-ruhiyyəsi»  Azərbaycan  şəraitinin  təzahürü  və 

ümumiləşdirilmiş  sənətkar  təxəyyülünün  məhsuludur. 

Ədibin  gerilik  və  nadanlıq  rəmzi  olan  «danabaş»  sözü 

isə  tamamilə  şərti  məna  daşıyır.  Bu  məfhum  təkcə  Neh-

rəm  kəndində  deyil,  bütünlükdə  feodal-patriarxal  əlaqə-

lərinin,  dini  anlayışların  hökm  sürdüyü  keçmiş  Azər-

baycan kəndinə aiddir» (49, 162). 

Kəndin  «Danabaş»  adlanması  orada  yaşayanlar 

arasında  hökm  sürən  zülm,  əsarət,  istismar,  şallaq  və 

avamlıq  çərçivəsində  müəllif  kinayəsidir.  Beləliklə, 

«Danabaş»  adı  bir  növ  bəd  əməllərin,  dəhşətli  zülm  və 

yoxsulluğun, avamlığın simvolu kimi kəskin ifşa damğa-

sına  çevrilir,  müsəlman  mühitindəki  ictimai  qüsurların 

səbəblərini  üzə  çıxarır,  onların  uyğunsuzluğunu,  dözül-

məzliyini  aşkar  edir.  Təbiidir  ki,  belə  kinayədə  ədibin 

kədəri, qəzəb və nifrəti qabarıq ifadəsini tapır. 

Məkanla  bağlı  simvolik  kinayənin  ifadəsi  «Qur-

banəlibəy»  və  «Poçt  qutusu»  hekayələrində  də  xüsusi 



 

          

 

99 


olaraq 

işlədilmişdir. 

«Qurbanəlibəy» 

hekayəsində 

kəndin  adının  «Qapazlı»  adlandırılması  ilə  ədib  o 

dövrün,  bütövlükdə  Azərbaycan  kəndinin  həm  yerli  bəy 

və xanların, həm də çar məmurlarının – naçalnik, pristav 

və s. necə deyərlər qapazaltısı, zülm, istismar tapdağına 

çevrilməsi fikrini ifadə etmişdir. Bu qapazlılıq şüur larda 

elə  möhkəm  kök  salmışdır  ki,  həmin  kəndin  bəyi  Qur-

banəlibəy  naçalnikin  arvadının  qabağında  təlxək  səviy-

yəsinə  qədər  enir.  Nökəri  Kərbəlayı  Qasımı  isə  dəqiqə-

başı  təhqir  edir,  hədələyir.  Ağalar  qarşısında  qul  olan 

münasibət  (qapazaltılıq)  yoxsul  və  məzlum  insanların 

qapaz  altında  saxlanmasıdır.  Simvolik  adla  istismar 

dünyasını  ümumiləşdirən  «Qapazlı»  kəndi  məzlum, 

itaətkar, qapazaltı münasibəti real fonda əks etdirir. 

Eyniyyət  «Poçt  qutusu»  hekayəsinin  qəhrəmanının 

–  Novruzəlinin    yaşadığı  məkan  adında  da  özünü  gös-

tərir.  Kəndin  adının  «İtqapan»  olması  mülkədar-kəndli 

(hakim  və  əzilən  təbəqə)  münasibətində  güclülərin 

verdikləri  əzab-əziyyətin  tamamilə  qanuni,  təbii  bir  hal 

kimi ümumiləşməsi, bərabərsizliyin simvolu kimi vulqar 

ifadə ilə adlanır. 

Cəlil  Məmmədquluzadə  nəsrinin  satirik  üslubunda 

əşya anlayışı ilə bağlı olan kinayəli simvolik adlar əsər-

dəki  hadisələrin  və  yaxud  surətin  müəyyən  əməlində, 

xarakterində  ifadə  olunur  və  yaxud  süjet  boyu  onların 

əməlləri  və  xarakterləri  barədə  səciyyəvi  məlumat 

verilərək müəyyən epizodda göstərilir. 

Birinci  qrupa  daxil  olan  kinayəli  simvolik  əşyalar 

«Xanın  təsbehi»  əsərində  «təsbeh»,  «İki  alma»  əsərində 




 

          

 

100 


«alma»,  «Qoşa  balınc»  hekayəsində  «balınc»la  ifadə 

olunur. 


Özünün  bilavasitə  şahidi  olduğu  hadisələri  qələmə 

alan  sənətkar  İrana  getdiyi  zaman  «Xanın  təsbehi»  adlı 

hekayəsini  qələmə  almışdır.  Tam  mənasilə  dərəbəylik 

üsulunun  hökm  sürdüyü,  məzlum  insanların  təhqir 

olunduğunu,  kəndlərin  qarət  edildiyini  görən  sənətkar 

əsərdə  Nəzərəli  xan  İkramüddövlə  zülmkarlığını  təsvir 

və  təhkiyə  obyektinə  çevirmişdir.  Nəzərəli  xan  «Qara-

dağ  vilayətinin  ən  insaniyyətli  və  ən  tərbiyəli  xanla-

rından»  hesab olunsa da, əslində xalqın qanını soran bir 

zəli,  insanları  böyük  müsibətlərə  salan  bir  cəlladdır. 

Əsər  «Xanın  təsbehi»  adlanır.  İslam  dinində  «zikr» 

aynası  olan  bu  əşya  Nəzərəli  xanın  təsdiq  və  zülm  aça-

rıdır.  Nəzərəli  xan  cahil,  mənəviyyatsiz  bir  nadandır. 

Ədib  hekayədə  oxucunu  belə  bir  mənzərə  ilə  qarşılaş dı-

rır:  Kəndlər  xarabazara  çevrilmiş,  əhali  dilənci  vəziy-

yətindədir.  Xan  və  fərraşlarının  insanların  başına 

gətirdiyi  saysız-hesabsız  zülm  və  işgəncələr  xanın  adı 

ilə  bağlıdır.  Nəzərəli  xan  kəndlini  asıb-kəsə  də,  öldürə 

də  bilərdi.  «Qabaqca  fərraş  gəlib  rəiyyətdən  bir  şey 

istərdi, əgər rəiyyət verdi verib, əgər vermədi fərraş bir-

iki  şallaq  çəkib  qayıdardı  xanın  üstünə  və  ikinci  dəfə 

xanın  təsbehini  gətirərdi.  Bu  dəfə  əgər  o  hökmə  əməl 

olundu  olunub,  olunmadı  dəxi  fərraş  ixtiyar  sahibidir; 

yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərini çıxardıb 

yox  deyənin  boynunu  vursa,  dəxi  bilmirəm  nə  olar  və 

yəqin də heç bir şey olmaz (111, 489). 

Ədib kinayəsində çox orijinal və maraqlı bir priyom 



 

          

 

101 


işlətmişdir.  Burada  yalnız  bir  nəfərdən  və  əşyasından 

söhbət  açılaraq  müsəlman  aləminin  ən  dəhşətli  və 

gülünc  eybəcərlikləri  zorakılıq  və  zülm  rəmzi  kimi  

təsbehlə  ifadə  edilərək  ifşa  və  ittihamı  tamamlayır. 

Nəzərəli xanın tutduğu işlər haqqında fərraş Əli Cəfərin 

–  «Bu  haman  təsbehdir  ki,  iki  il  bundan  qabaq  xanın 

fərmayişinə  ağ  olan  dəyirmançı  Mehdini,  bax,  haman 

qayadan  dərəyə  elə  tulladı  ki,  uşaqları  heç  ölüsünü  də 

tapmadılar. Bu haman təsbehdir ki, xanın qəzəbi tutanda 

Orucəlinin  evini  yandırdı,  uşaqlarını  çölə  dağıtdı  (111, 

490). 

Verilən  parçada  Nəzərəli  xanın  insanlara  azğın, 



təhqiramiz münasibəti, soyğunçu, rəzil təbiəti fərraş Əli 

Cəfərin dili ilə etiraf edilir, zülm və zorakılığın simvolu 

kimi təsbeh nifrət və qəzəbi daha konkret ifadə edir. 

«İki alma» əsərində  ədib dəyəri iki qəpiklik almanı 

humanizm  simvolu  kimi  ümumiləşdirir.  Dilənçi  uşağa 

ianə verməyi rəva görməyən müəllif övladının dilənçiyə 

alma  verməsini  görəndə  sevinir.  Müəllif  kinayəsi, 

insana  laqeydlik  prizmasından  çıxış  edir,  bir  neçə 

insanın  simasında  ictimai  qüsurları  izah  və  ifşa  etməyə 

imkan tapır. 

«Qoşa  balınc»  hekayəsində  müəllif  kinayəsi  başqa 

şəhərdə  düşdükləri  evin  sahibinin  ata  ilə  qızı  ər-arvad 

düşünərək  onların  çarpayısının  üstünə  iki  balınc  qoy-

masını və ev sahibinin rəftarından təhkiyəçinin təəccüb-

lənməsini  belə  ifadə  edir:  «O  şey  ki,  mənə  qəribə 

görsəndi,  o  da  bu  idi  ki,  o  biri  krovatın  üstündə  səliqə 

ilə  yorğan-döşək  salınmışdı,  amma  bir  balınc  əvəzinə 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə