T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə39/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
118 
universitetinin  hüquq  fakültəsinə  daxil  olması  bir  tərəfdən, 
onun  yaradıcılıq  üfüqlərinin,  həyat  müşahidələrinin  dairəsini 
genişləndirirdisə,  digər  tərəfdən,  Qərb  mütəfəkkirlərinin  əsər-
ləri  ilə  əsaslı  tanışlığının  da  bünövrəsini  qoyurdu.  Xatirə-
lərində  yazırdı:  “Beş  illik  tələbəlik  həyatım  ədəbi  və  elmi 
sahədə çox əlverişli oldu. O zaman dini məsələ, qadın məsələsi 
və cocuq tərbiyəsi ilə son dərəcə maraqlanırdım. Bu məsələləri 
qavramaq üçün “müqəddəs” deyilən bütün kitabları, şərhlərini, 
lehinə  və  əleyhinə  yazılan  bir  çox  əsərləri  oxudum.  Qadın 
məsələsinə  dair  Rusiyada,  Şərq  və  Qərbdə  yazılmış  kitabların 
ələ  keçə  bilənini  gözdən  keçirdim.  Tərbiyə  sahəsində  yürü-
dülən  nəzəriyyələri  öyrənməyə  çalışdım.  Nəticədə  “Arvad-
larımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” meydana 
çıxdı.  Mütəfəkkirlərdən  Renosın,  Nitşe,  Spinoza,  Volter, 
Şopenhauer və Tolstoy ilə aşina oldum” (16, 317-318). 
Bu xatirələrdə diqqəti daha çox cəlb edən odur ki, burada 
da  Çəmənzəminlinin  Qərbə  üz  tutması,  Qərb  mütəfəkkirlərini 
oxuması  Qərbi  başa  düşməklə  yanaşı  və  ondan  daha  çox,  öz 
xalqının  dərdlərinə,  xüsusilə  milli  qadınlığın  faciələrinə  əlac 
tapmaqdan, çarə bulmaqdan irəli gəlirdi. 
Ümumiyyətlə,  milli  qadınlığın  problemləri  Yusif  Vəziri 
həyatı  boyu  həmişə  düşündürən  problemlərdən  olmuşdur.  O, 
qadınlarımızın  ailədə,  məişətdə,  ictimai  həyatda  yeri  və  möv-
qeyi məsələsinə mütəmadi toxunmuş, bu istiqamətdə vaxtaşırı 
publisistik  və  bədii  yazılarla  çıxış  etmişdir.  Ailədə  bərabər 
hüquqluluğu,  təhsil  və  maarifi  qadın  azadlığının  başlıca  şərti 
hesab  edən  ədib  bu  problemi  bilavasitə  milli  problem  kimi 
qavrayır və hələ 1911-ci ildə Kiyev universitetində oxuyarkən 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
119 
yazırdı: “Arvad məsələsi həll olunmamış bir millət tərəqqi edə 
bilməz... Millətimizin səadət günəşi ailə üfüqlərindən doğacaq, 
ailəni  də  düzəldən,  nizama  salıb  qaydaya  qoyan,  milli  təhsil 
görmüş hüquqlu və asudə arvadlar olacaqlar” (117). 
Bu  məsələyə  1916-cı  ildə  qələmə  aldığı  geniş  həcmli 
publisistik  yazılarından  birində  yenidən  qadın  məsələsindən 
bəhs  edən  müəllif  qız  məktəblərinin  açılması  yolunda  müəy-
yən səy və qeyrət sərf edildiyini rəğbətlə xatırlasa da, bu yolda 
iş  görməkdən  çox  sözbazlığa  meydan  verildiyini  təəssüflə 
qeyd edir və Avropanın təcrübəsindən öyrənməyin vacibliyini 
xüsusi  vurğulayırdı: “Arvadların  elmsiz  olmalarının  nəticələri 
ortalığa  tullandı.  Qız  məktəbləri  açıldı...  Ancaq  məsələnin 
vacib  tərəfi  qaldı  kənarda.  Tərbiyənin  mahiyyət  və  keyfiyyəti 
haqqında  dinən  olmadı...  bircə  mühərrir  isə  də  tərbiyə 
barəsində oxuculara  məlumat vermədi, oxucular da tərbiyənin 
nədən  ibarət  olduğunu  bilmirlər.  Bu  barədə  gərək  yazıla  idi, 
həm  də  çox  yazıla  idi.  Bu  məsələyə  dair  Avropada  cərəyan 
edən fikirlər camaatımıza bildirilməlidir. 
Məsələlərimiz  çoxdur,  dərdlərimiz  başdan  aşıb,  deyib-
danışan  yoxdur.  Müəyyən  fikirlər  var  ki,  Avropada  hüsula 
gəlib, bizim camaata məlum deyil. Mətbuatımız bu hala qalsa, 
o fikirlər yenə də bizim üçün gizli qalacaq. Yazılmalıdır, kamil 
yazılmalıdır” (16, 183-184). 
Araşdırmalar  göstərir  ki,  Y.V.  Çəmənzəçminlinin  Kiyev 
və  daha  sonra  Saratovda  ali  hüquq  təhsili  aldığı  illərdə  Qərb 
ədəbiyyatı,  elmi  və  mədəniyyəti  ilə  ünsiyyəti  əsasən  üç 
istiqamətdə  getmişdir.  Gənc  Yusif  Vəzir  bir  tərəfdən,  öz 
ixtisasına  uyğun  olaraq  mövcud  ədəbiyyatı  oxumuş  və  ondan 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
120 
bəhrələnmiş;  məsələn,  Siseron,  Plutarx,  Demokrit,  Aristotel, 
Sokrat,  Horatsi,  Platon,  Herodot  və  b.  Antik,  Renessans  və 
Maarifçilik  dövrünün  şəxsiyyətlərini  mütaliə  etmiş,  digər 
tərəfdən,  “Avesta”,  “Riqveda”,  “Əhdi-ətiq”,  “Əhdi-cədid”, 
“İncil”,  “Tövrat”,  “Quran”  kimi  kitabları  oxumaqla  dünya 
dinlərini  dərindən  öyrənmiş;  üçüncü  tərəfdən  isə  Bayron, 
Volter, Molyer, Russo, Şekspir, Nitşe, Marko Polo və b. Qərb; 
Puşkin, Lermontov, Tolstoy, Turgenev, Çexov, Qoqol kimi rus 
filosof və ədiblərini oxuyub öyrənməklə mükəmməl fəlsəfi  və 
ədəbi hazırlıq məktəbi keçmişdir. 
Belə bir geniş mütaliə dairəsi, ədəbi, elmi, nəzəri hazırlıq 
Yusif Vəzirin etnoqrafik mövzu ilə  ibtidai-ilkin inanc və anla-
yışlarla,    təsəvvür  və  əsatirlərlə,  xalqımızın  mənşəyi,  keçmişi 
və  tarixi  taleyi  ilə  bağlı  yazılarında  hər  məqamda  hiss  olun-
maqdadır. 
Əyanilik  naminə  onun  qadınlığın  bu  və  ya  digər 
problemlərinə  həsr  olunmuş  yazıları  üçün  1912-1914-cü 
illərdə  istifadə  etdiyi  ədəbiyyatın  müxtəsər  siyahısını  burada 
vermək  yerinə  düşərdi:  F.Nitşe.  “Çeloveçeskoe,  slişkom 
çeloveçeskoe”;  A.L.İvanov.  “Человеческое,  слишком  чело-
веческое”;  А.Л.Иванов.  Замечательная  женщина  с  древ-
нейших  времен  до  наших  дней”*  Семейное  воспитание 
ребенка  и  его  значение”,  “Воспитание  и  обучение” 
журналлары;  Друмен.  “Дитя,  его  природа  и  воспитание”, 
С.Самойлов.  “Ум  и  энергия”,  М.Блок.  “Материя  великих 
людей” вя с. 
Ədibin  öz  doğma  dili  ilə  yanaşı,  Şərqin  ərəb  və  fars, 
Qərbin fransız və rus dillərini mükəmməl bilməsi belə mütaliə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə