T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə40/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
121 
və bələdçilik üçün ona geniş imkanlar açır və xoşbəxtlikdən bu 
imkanlar  Yusif  Vəzirin  mənəvi  tələbat  və  ruhi  ehtiyacları  ilə 
üst-üstə  düşürdü.  XX  əsrin  əvvəlləri  milli  intibahımızda, 
xalqımızın  özünüdərkində,  onun  maarif,  elm,  təhsil,  mətbuat 
yolunda  etdiyi  mücadilələrdə  xüsusi  bir  mərhələ  təşkil  edirdi. 
Xüsusi olaraq qeyd etmək lazımdır ki, XX əsrin əvvəlləri həm 
də  xalqımızın  elmi-tarixi  yaddaşının  intibahı  dövrü  idi  və  bu 
prosesdə Yusif Vəzirin xidməti ən önəmli yerlərdən birindədir. 
Şifahi  xalq  ədəbiyyatımızın,  adət-ənənələrimizin  və  o 
cümlədən  peşəkar  ədəbiyyatımızın  elmi  əsaslarla  izah  və 
şərhində  Yusif  Vəzirin  özünəməxsus  yeri  vardır.  Görkəmli 
ədibə  xas  olan  elmi-nəzəri  hazırlıq,  mühakimə  itiliyi,  fikir 
dərinliyi  onun  bu  məsələlərdə  öz  dəst-xəttini,  üslubunu 
müəyyənləşdirirdi.  Yusif  Vəzir  milli  nağıllarımızı  “həcvə 
qoyan” “bekar müəllifləri” qətiyyətlə rədd edərək, nağılın xal-
qın  “həyat,  əqliyyə  və  xəyaliyyəsinin  məhsulu”  olduğunu  tə-
kidlə yada salır, “qədim işdir” – deyə nağılı hörmətsiz edənlərə 
nümunə  kimi  hələ  1916-cı  ildə  xatırladırdı:  “Əcnəbilər  isə 
nağıla  bu  nəzərlə  baxmırlar.  Onu  hər  yerdə  toplayıb  təb 
etdirirlər  ki,  məhv  olmasın.  Avropada  az-az  ədiblər  tapılar  ki, 
nağıl yazmasın. Avropalılar nağılları bihörmət etmirlər, amma 
biz nağılı həcv edirik... Bunu düşünmürlər ki, nəsihət  yazmaq 
qaydası  mədəni  millətlər  arasında  çoxdan  dəbdən  düşmüşdür. 
Çünki uşağa quru nəsihət heç vaxt kar eləməz, uşaq gördüyünü 
götürər. Sən uşağın yanında yalan danış, uşağa tapşır ki, yalan 
danışmasın.  Bunu  uşaq  heç  vədə  qəbul  eləməz.  Uşağın 
yanında  doğru  danışılmalıdır  ki,  o  da  doğruçuluğu  öyrənsin. 
Yaxşı  deyilmi  ki,  Avropanın  əsrlərcə  qazandığını  biz  də  əxz 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
122 
eləyək?  Dəxi  zəmanəyə  müvafiq  olmayan  fikirlərə  niyə 
meydan  veririk?”  (16,  80).  Az  keçmir  ki,  Yusif  Vəzir 
folklorumuz  və  ədəbiyyatımız  barəsində  nağılla  başlanan  və 
daha çox tərbiyəvilik baxımından əsaslandırılan mülahizələrini 
daha  da  inkişaf  etdirərək  bütövlükdə  xalq  ədəbiyyatının 
təşəkkülü,  məna  və  mahiyyəti  məsələlərinə  keçir  və  20-ci 
illərin  ikinci  yarısından  başlayaraq  bu  istiqamətdə  silsilə 
yazılarla dövri mətbuatda çıxış edir (118; 119; 120; 121; 122; 
123). 
Həmin  çıxışlar  üçün  səciyyəvi  və  ümumiləşdirici  cəhət 
budur  ki,  onlar  ilk  dəfə  olaraq  təhlilə  elmi  metodların 
səviyyəsində  -  təhlil,  tərkib,  müqayisə  və  paralellər  aparmaq 
yolu ilə gətirilir. Milli folklorumuz: atalar sözlərimiz, nağıl və 
dastanlarımız,  habelə  mifoloji  görüşlərimiz  və  əsatirlərimiz 
dünya  folkloru  müstəvisində  araşdırmaya  cəlb  olunur.  Ən 
başlıcası, milli və ümumtürk mifologiyası və folklor barəsində 
subyektiv  -  qərəzçi  fikir  və  mülahizələr  məhz  elmi  metodun 
üstünlükləri  ilə  dəf  və  təkzib  olunur.  İnamla  demək  olar  ki, 
ədəbiyyatşünaslığımızda  folklorumuzun  ilk  elmi  təhlil  və 
təsnifini  Y.V.Çəmənzəminli  vermişdir.  Digər  tərəfdən,  “o, 
eləcə  də  gənc  folklorşünasları  nəzəri  cəhətdən  silahlandırmaq 
məqsədilə  folkloşünaslıq  elminin  əldə  etdiyi  nailiyyətlərlə 
onları  tanış  edir.  XX  əsrdə  folklorşünaslığın  Avropada 
təşəkkül  tapmış  və  inkişaf  edən  “əsatirçilər”,  “iqtibas”  və 
“tarixi” nəzəriyyələr barədə mülahizələrini söyləyir. Folklorşü-
naslıq  elmimizdə  Y.V.Çəmənzəminli  ilk  dəfə  idi  ki,  Avropa 
folklorşünaslıq alimlərinin fikirlərini şərh edirdi” (44, 234). 
Yusif Vəzirin folklora münasibəti onun aşağıdakı fikrində 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
123 
çox  konseptual  olaraq  ifadə  edilmişdir:  “Bütün  mühərrirləri-
miz  yazmağa  başlamazdan  əvvəl  xalq  ədəbiyyatını  toplayıb 
öyrənməlidirlər”  (19,  36).  Görkəmli  ədib  və  tədqiqatçı  bədii 
yaradıcılığa  başladığı  illərdə  şifahi  xalq  ədəbiyyatı  nümunə-
lərinin  toplanmasına  və  nəşr  edilməsinə  xüsusi  əhəmiyyət 
vermişdir. Onun 1911-ci ildə birinci dəfə çap etdirdiyi “Məlik 
Məhəmməd”  nağılı  bu  sahədə  folklorşünaslığımızın  atdığı  ilk 
addımlardandır.  “Yusif  Vəzir  Çəmənzəminli  və  folklor”  kita-
bının  müəllifi,  filologiya  elmləri  doktoru  Bəhlul  Abdullayev 
arxiv  materiallarına  əsaslanaraq  yazır:  “Toplanılmış  folklor 
nümunələri əsasında tərtib olunmuş “El güzgüsü” istər mövzu 
müxtəlifliyi, istərsə də quruluş və məzmun baxımından maraq 
doğurur,  diqqəti  cəlb  edir.  Burada  atalar  sözü  və  məsəllər, 
mərasimlərlə  bağlı  nəğmələr,  bayatı,  vəsfi-hal,  ağı,  oxşama, 
layla, tapmaca və sair  nümunələr  vardır.  Göründüyü kimi, elə 
təkcə  bu  əsər  bizə  imkan  verir  ki,  Yusif  Vəziri  folklor 
nümunələrinin fəal toplayıcısı kimi tanıyaq” (1, 6-7). 
Yusif  Vəzir  şifahi  ədəbiyyatda  təkcə  milli-etnoqrafik 
xüsusiyyətləri  deyil,  həm  də  ümumbəşəri  keyfiyyətləri  görüb 
fərqləndirirdi.  Xalq  ədəbiyyatının  dildən-dilə,  eldən-elə, 
ağızdan-ağıza keçərək nəsilbənəsil  yayılması, onun ilk mənbə 
kimi  hansı  xalqa  mənsub  olub,  necə  dəyişməsini  müəyyən-
ləşdirmək  işini  çox  vaxt  çətinləşdirmişdir.  Çünki  bir  xalqda 
təsadüf  olunan  şifahi  xalq  ədəbiyyatı  nümunələri  bəzən  həm 
mövzu, şəkil, həm də məzmun baxımından başqalarında özünü 
göstərir.  Bununla  əlaqədar  Yusif  Vəzir  yazır:  “Nağıl,  atalar 
sözü,  tapmaca  kimi  xalq  ədəbiyyatının  növləri  bir  çox  xalq-
ların  ədəbiyyatlarında  da  mövcuddur.  Şəkil  kənarda  dursun, 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə