T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə42/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   38   39   40   41   42   43   44   45   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
127 
etməklə  bərabər  onlar  barəsində  müxtəlif  yazılarla  çıxışlar  da 
edirdi.  Onun  Şiller,  Russo,  Anatol  Frans,  Flober,  Bayron, 
Höte, Stendal, Knut Hamsun haqqında fikirləri xüsusilə maraq 
doğurur. 
Y.V.Çəmənzəminli  Bayron  qəhrəmanlarında  “iradəli, 
məğrur,  cəmiyyətə  qarşı  nifrət  bəsləyən  bir  divi”  görür.  Şiller 
sənətindəki  azadlıq  duyğuları  və  yüksək  humanizm  ona  daha 
xoş  gəlir: “O,  dar  millətçi  deyil,  alman  müstəbidi  Karla  qarşı 
nifrət bəslədiyi halda, fransız mütəfəkkiri Russonun qarşısında 
diz  çökür.  Şiller  təkcə  Almaniyanın  deyil,  bütün  insanity-
yətindir”  (122,  46).  Anatol  Fransın  özünəməxsusluğunu  isə 
ədib  belə  ümumiləşdirir:  “Tarix  və  sənəti  ədəbiyyata  qoşmaq 
fransız  ədəbiyyatında  Floberdən  bəri  gözəl  bir  irs  olmuşdur. 
Hüqo, Balzak və Zolya da bu  yolla  yaratmışlar. Frans Anatol 
bu  yolun  ən  incə  sənətkarıdır.  Fransın  olduqca  zərif  və  aydın 
bir üslubu var, oxucuya həzz verir” (122, 49). 
Floberin  yaradıcılığını  diqqətlə  izləyən  ədib  onun 
“Salambo”  əsəri  ilə  “Müqəddəs  Antuanın  aldanması”  əsərini 
müqayisə  edərək  üstünlüyü  “Salambo”ya  verir.  Y.V. 
Çəmənzəminlinin  roman  janrı  ilə  bağlı  Stendalla  polemikası 
da  məntiqi  cəhətdən  diqqəti  çəkməkdədir:  “Stendalın  fikricə, 
roman  nağıl  etməklə  məşğul  olmalıdır.  Fəlsəfə  və  düşüncələr 
yürütmək  yersizdir...  Stendal  dram  üsülunu  romana  tətbiq 
edir...  Stendalın  roman  texnikası,  məncə,  mümkün  deyil. 
Qəhrəmanların  danışığı  ilə  bərabər  bir  də  düşüncələrini 
göstərmək təbiidir” (122, 59). 
Qeyd  edək  ki,  Y.V.Çəmənzəminlinin  Qərb  mühiti  və 
mədəniyyəti  ilə  bağlı  düşüncələri  onun  bədii  əsərlərinə  də 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
128 
sirayət etmiş, xüsusilə “Studentlər” və “17-ci il” romanlarında 
Rüstəm, Əli və s. obrazların fikir və mülahizələrində bu və ya 
digər şəkildə əks olunmuşdur. 
 
2.3. Bədii tərcümə – Qərb mədəniyyətini öyrənib 
mənimsəməkdə əsas vasitə kimi 
 
XX  əsrin  əvvəllərinin  yaradıcı  ziyalıları,  xüsusilə  yazıçı, 
şair  və  tənqidçiləri  Qərb  ədəbiyyatının  öyrənilməsində,  Azər-
baycan xalqının dünya mədəniyyətinə inteqrasiya edilməsində 
bədii  tərcümənin  mühüm  vasitə  olduğunu  bildiklərindən, 
onunla  ciddi  məşğul  olurdular.  Onların  özləri  rus  və  Qərb 
dillərini  öyrənib  bilməklə  yanaşı,  bu  dillərdən  tərcümələr 
edərək xalqın istifadəsinə də verirdilər. 
Abbas  Səhhət  göstərirdi  ki,  müasir  ədəbiyyatı  inkişaf 
etdirmək üçün rus və Qərb ədəbiyyatından mümkün qədər çox 
tərcümə  etmək  lazımdır.  Şair  fikirlərini  təsdiq  etmək  üçün 
Qərbi  Avropa  ədəbiyyatı  tarixinə  müraciət  edərək  yazırdı: 
“Qərbin tarixi, ədəbiyyatı bizə göstərir ki, onların ədəbiyyatda 
bu  dərəceyi-kamala  yetişməsinin  səbəbi  qədim  Roma  və 
Yunan  ədəbiyyatını  öz  dillərinə  tərcumə  etmələri  olmuşdur. 
Və lakin bizlər isə, hər şeydə olduğu kimi, ədəbiyyatımızda da 
haman qanuni-vüstaya yazıq bir halda qalmışıq. Bunun yeganə 
səbəbi  odur  ki,  Avropa  lisanlarına  aşina  olanlarımız  türkcə 
bilməyə  tənəzzül  etməmişlər  və  həmçinin  türkcə  kamil  bilən 
şairlərimiz  əcnəbi  lisanlarını  öyrənməyə  etina  etməmişlər. 
Odur ki, həmin məhdud bir dairədən biz kənara çıxa bilməmi-
şik”  (58, 314). 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
129 
XX  əsrin  əvvəllərində  bu  və  ya  digər  platformada 
durmalarından  asılı  olmayaraq,  demək  olar  ki,  bütün  yaradıcı 
ziyalılar  bədii  tərcümənin  ədəbiyyat  və  mədəniyyətimizin 
dünya, xüsusilə Qərb mədəniyyəti ilə təmaslarının inkişafında 
aparıcı  rolunu  göstərirdilər.  Qeyd  etmək  lazımdır  ki,  tərcümə 
üçün müraciət olunan əsərlərin seçilməsi müəllif və mütərcim-
lərin mənsub olduqları yaradıcılıq metodları və cərəyanları ilə 
müəyyənləşirdi.  Məsələn,  XX  əsrin  əvvəllərində  Azərbaycan 
ədəbiyyatında romantizm meyilli şairlərin Qərb ədəbiyyatında 
ən  çox  müraciət  etdikləri  ədiblər  də  elə  romantiklər  idilər. 
A.Şaiq  Əlibəy  Hüseynzadə  haqqında  yazırdı  ki,  o,  “...  çox 
yenilik  gətirmək,  ədəbiyyatı  məhdud  bir  çərçivədən  kənara 
çıxarmaq istəyirdi. Bizi, gənc yazıçı və ziyalıları Qərb klassik-
lərinin sənət və  yaradıcılıqları ilə tanış etməyə çalışırdı. Onun 
ədəbi,  ictimai-siyasi  fəaliyyəti  gəncliyə  müəyyən  təsir 
göstərirdi... Əskidən bəri könlünün yeganə munisi olan alman 
şairi Hötenin “Faust”undan tərcümələr edərək “İblis” mövzusu 
ilə  gəncliyi  maraqlandırırdı.  Xüsusən,  o  vaxta  qədər  bir    beyt 
belə yazmamış olan Hadini dilləndirirdi” (60, 201-202). 
Əslində  “XX  əsr  Azərbaycan  romantiklərinin  ədəbi-
estetik  görüşlərinin  formalaşmasında  Avropa  romantiklərinin 
də  payı  vardır.  Onların  məqalələrində  Şekspir,  Hüqo,  Volter, 
Russo,  Kant,  Spenser,  habelə  Şatobrian,  Şopenhauerin,  eyni 
zamanda,  digər  Qərb  mütəfəkkirlərinin  adlarına  rast  gəlmək 
olar. Bu onu sübut edir ki, Azərbaycan romantikləri öz fəlsəfi 
görüşləri ilə müəyyən mənada Qərbi Avropaya bağlı olmuşlar” 
(24, 79). 
“Qərbi  Avropaya  bağlı  olmaq”  isə  əsasən  “ötürücü” 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə