Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

Sovetlərin dövründə Arktikada buz üstündə üzən çoxlu stansiyalar təşkil olunurdu. Hərbi məlumatlar əldə 

etmək, yeni şimal texnikasını sınaqdan keçirməklə  yanaşı, belə stansiyalarda Arktikanın havası, buzların qalınlığı 

və hərəkət istiqamətləri, okeanın dibi, axınlar və s. haqqında elmi müşahidələr aparılırdı. İlk belə stansiyalardan 

(Şimal Qütbü № I) biri 1937-ci ildə İ.D.Papanin (1894-1986) rəhbərliyi altında təşkil olunmuşdur. Bu 

ekspedisiyaya ümumi rəhbərliyi akad. O.Y.Şmidt (1891-1956) həyata keçirirdi. Bu ekspedisiya tarixdə ilk dəfə 

olaraq təyyarələr vasitəsi ilə  bilavasitə şimal qütbünün üstünə endirildi və hərəkət edən buzlar üzərində stansiya 

quraraq  müxtəlif xarakterli müşahidələr aparmağa başladı. Papaninçilər adı ilə tarixə düşən bu stansiyanın 

iştirakçıları uzun müddət buzlar üzərində qalıb müşahidələr aparmış, çətinliklərlə qarşılaşmışlar və nəhayət buzqıran 

gəmilərin köməyi ilə materikə çıxarılmışlar. Bundan sonra Arktikada bir çox üzən stansiyalar yaradılıb. Bu 

stansiyalar Böyük Şimal yolunun (Arxangelsk – Berinq boğazı) açılmasında və fəaliyyətində yardımçı olmuşlar. 

Yalnız 1977-ci ildə «Arktika» adlı sovet atom buzqıran gəmisi tarixdə ilk dəfə buzların üstü ilə üzərək düz 

Şimal qütbünə gəlib çıxmışdı. 

Artıq bizim əsrin 20-30-cu illərindən başlayaraq dünyanın aparıcı ölkələrinin – ABŞ, Böyük Britaniya, Fransa, 

SSRİ və b. Antarktida materikində elmi – tədqiqat ekspedisiyaları fəaliyyətə başlayırlar. Sonralar Beynəlxalq 

Geofizika (1957-1958) ilinin başlanğıcı  ilə əlaqədar olaraq aparılan tədqiqat işləri daha da genişləndirildi. Burada 

keçmiş Sovet İttifaqının Mirnıy, Pionersk və b. stansiyaları fəaliyyətə başladılar. Göstərilən sovet və xarici ölkə 

stansiyaları dünya iqlimi və şirin su ehtiyatının «anbarı» hesab olunan Antarktidanın elmi cəhətdən öyrənilməsini 

xeyli dərinləşdirdi. Burada tədqiqat aparan 12 ölkə arasında əldə olunan razılığa əsasən Antarktida hərbi xarakterli 

hər hansı bir tədbirin həyata keçirilməsi qadağan olunur, bütün ölkələr materik haqqında topladıqları məlumatları 

bir-birilə mübadilə edirlər. 

 

5.3 MDB məkanında müasir coğrafiyanın  inkişafının ikinci mərhələsi (1945-1980- ci illər) 

İkinci Dünya müharibəsindən sonra ölkə coğrafiyaçıları qarşısında dağıdılmış rayonların xalq təsərrüfatının 

bərpası və inkişafını təmin edən təbii ehtiyatların və təbii şəraitin dərindən öyrənilməsi, onların mənimsənilməsi 

yolları, ərazi istehsal komplekslərinin (ƏİK) tədqiqi problemləri dururdu. Bu dövrdə ərazi planlaşdırılması, əhali 

məskunlaşdırılması, şəhər və kəndlərin yenidən qurulması kimi coğrafi tədqiqat sahələrinə daha çox fikir verilirdi. 

Ölkənin təbii rayonlaşdırılmasının dəqiqləşdirilməsinə və zonalarının tədqiqinə, təbii komplekslərin kəmiyyət və 

keyfiyyət göstəricilərinin geokimyəvi, geofiziki və riyazi üsullarla öyrənilməsinə başlandı. Bunlarla bağlı təbii şərait 

və təbii ehtiyatlar haqqında geniş və dəqiq məlumatlar verən mühəndis coğrafiyası kimi yeni sahə yarandı. Qar 

örtüyü, buzlaqlar, yağmurlar, sel, eroziya kimi təbii fəlakətləri törədən hadisələrin mənşəyi tədqiq edilərək bu 

bəlalara qarşı mübarizə yolları axtarılmağa başlandı. 

Sovet elmi okeanların və dəniz dibinin morfologiyasını, okeanların təbii prosesləri və  iqtisadi potensialının 

öyrənilməsi işində xeyli müvəffəqiyyətlər əldə edildi. Ölkədə təbii coğrafi problemləri insan ekologiyası ilə əlaqəli 

surətdə həll edilirdi. Bütün bunları əks etdirən tematik xəritələr tərtib olunurdu.  

Dünya və SSRİ-nin fiziki və iqtisadi coğrafiyasının spesifik xüsusiyyətlərini əks etdirən böyük atlaslar  nəşr 

edilirdi. Riyazi metodlar, modelləşdirmə, elektron hesablama maşınlarından geniş istifadə, aerofotoşəkillərdən, 

Yerin kosmik gəmilərdən aparılan müşahidələrindən və kosmik  şəkillərdən istifadə olunması coğrafi tədqiqatlarda 

geniş vüsət aldı.  

Ölkənin coğrafiya elmi qabaqcıl elmlər sırasında sürətlə inkişaf edir, beynəlxalq coğrafi konqreslərdə yüksək 

nüfuz qazanırdı. Bu elm sahəsində aparılan işlərin nəticələri keçmiş SSRİ-nin coğrafiya cəmiyyətinin 

qurultaylarında, müttəfiq respublikaların coğrafiya cəmiyyətlərinin iclaslarında, elmi müşavirələrdə və seminarlarda 

müzakirə olunurdu. Məsələn, «Antropogen dəyişikliklərin elmi proqnozları və ətraf mühitin qorunması», «Regional 

inkişafın elmi əsasları», «Urbanizasiyanın coğrafi əsasları və şəhərlərin coğrafiyası», «Müasir elmi-texniki tərəqqi 

dövründə coğrafiya elminin vəzifələri», «Ərazi istehsal kompleksinin modelləşdirilməsi» və s. kimi mövzuların 

müzakirələri keçirilmişdir. 

Son zamanlar coğrafiya praktiki əhəmiyyətli  məsələlərin həllinə daha çox diqqət yetirir. Bu elm ərazi 

baxımından təsərrüfatın təşkili, əhalinin məskunlaşması, təbii ehtiyatlar potensialının təyini, müxtəlif ekoloji 

problemlərin həlli kimi məsələləri yeni metodlarla daha dərindən tədqiq edir. Getdikcə daha çox qlobal coğrafi 

problemlərin həllinə, okeanların, atmosferin, biosferin, ekologiyanın öyrənilməsinə diqqət artırılır. 

Keçmiş SSRİ məkanında püxtələşmiş, dünya miqyasında tanınmış böyük nəzəri və praktiki əhəmiyyəti olan 

coğrafiya məktəbləri yaranmışdır. Sankt-Peterburq və Moskva Fiziki coğrafiya məktəblərin əsas elmi istiqaməti 

landşaftların tədqiqinə yönəltmiş və coğrafi mühitin, təbii ünsürlərin qarşılıqlı əlaqələrindən yaranmış kompleksləri 

(təbii kompleksləri) və onların istehsala, insan həyatına necə təsir etməsini qiymətləndirmək üçün elmi əsaslar 

hazırlamışdır.  

Fiziki coğrafiya landşaft metodu vasitəsilə təbiətin müxtəlif tərəflərini, elementlərini, hadisə və proseslərini 

tədqiq edərək, təbii komponentlərin qarşılıqlı əlaqələrini, müasir coğrafi prosesləri tarixi inkişafda öyrənir. L.S.Berq 

 

58




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə