vivo
TARİX-İ QEZELBAŞAN
30
Başqa birisi Qazaq Sultanın oğlu
–
Çayan Sultanın qardaşı oğlu
– Ş
ahqu-
lu Sultandır ki, uzun illər Şah Təhmasibin adından Məşhəd hakimi idi və 958-ci
ildə (1551) Şah Təhmasib onu çağırıb İsmayıl Mirzanın
184
lələsi təyin etdi.
Hüseyncan Sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və
Şah Təhmasib onu Ruma səfir göndərdi
185
. Oradan qayıtdıqdan sonra Qəzvin şəhə-
rində axirətə köçdü. Şah Təhmasib onun qoşununu Məhəmmədi xana
–
boyunun
qısalığına görə şah ona «Toxmaq xan» ləqəbi
vermişdi
186
.
Onun qardaşı Şahəli Sultan uzun illər Astrabad hakimi idi və az bir
qoşunla özbək Əli Sultanı məğlub etdi və axırda Reydə fani dünyadan əbədi aləmə
köçdü.
Başqa birisi Sədrəddin xandır ki, Astrabad hakimi və İsmayıl Mirzanın
lələsi idi. Axırda əmirlikdən azad edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi.
Başqa biri də Məhəmməd xan Asayişoğludur ki, Astrabad hakimi idi.
Başqa birisi Əhməd Sultan Sufioğludur ki, I Şah İsmayılın vaxtından Cam
döyüşünün baş verdiyi 935-ci ilə (15.IX.1528
–
4.IX.1529) qədər
187
Kerman
hakimi idi. Əvvəlcə Çuhə Sultan və başqa əmirlərlə birlikdə məğlub oldu və
özbəklər kəsibə
188
başladılar. Qəziyyə əksinə dönüb Übeyd xanın çiyninə şeşpər
dəyəndə, vuruşdan əl çəkib Kuckunci xan və Canıbəy xanla Mərvə qədər dayanma-
dı. Həmin günün axşamı Çuhə Sultan geri dönüb şahın düşərgəsinə gəldi və
Əhməd xan Kermanadək heç bir yerdə atının cilovunu çəkmədi. Buna görə Şah
Təhmasib onu azad edib Kermanın idarəsini Mustafa bəy Saruşeyxlu-Əfşarın oğlu
Şahqulu bəyə tapşırdı, çünki o həmin döyüşdə mərdlik göstərib on yeddi yara
almışdı. Şah Təhmasib onun qamətini sultanlıq xalatı ilə bəzəyib Kermana yola
saldı.
Bu tayfanın böyük əmirlərindən biri Şahqulu Sultan Yekandır. Uzun illər
Herat hakimi və şahzadə Məhəmməd Xudabəndənin lələsi idi. II Şah İsmayılın
taxta çıxdığı ildə onu Heratda öldürüb malını qarət etdilər
189
.
Şah Təhmasibin vəfat ilində
190
bu tayfadan hakim olan digər əmirlər
aşağıdakılardır:
Məhəmməd xanın nəticəsi və Məntəşa Sultanın nəvəsi Murad xan Lahican
valisi idi.
Piri bəy Rey hakimi idi.
Məhəmməd Sultan Çuxursəd əmir əl-ümərası idi.
vivo
TARİX-İ QEZELBAŞAN
31
Məntəşa Sultanın oğlu Temir xan Sistan hakimi idi.
Vəli bəy Xorasan mahallarından birində idi.
Hüseyn bəy Yüzbaşı sarayda idi.
Allahqulu Sultan və İbrahim bəy Xorasanın bəzi mahallarına hakim idilər.
Pirqulu bəy də Xorasanda idi.
Mahmud bəy Nişaburda idi.
Çıraq Sultan və Mustafa bəy Xoy şəhərində idilər.
Şahqulu Sultan Yekanın oğlanları Mürşüdqulu Sultan və İbrahim Sultan
Xorasanda istiqlal bayrağı ucaltdılar. Mürşüdqulu Sultan Türbət qalasını
191
tutdu.
Şanlı Sultan Məhəmməd padşah (Xudabəndə) Xorasana gəldi. O, itaətsizlikdən və
üsyandan dəm vurdu və müzəffər əsgərlər Türbət qalasını bir müddət mühasirədə
saxladıqdan sonra sülh təklif etdi. Bu cürət nəticəsində günbəgün işləri həddini aşdı
və ona gətirib çıxardı ki, Əliqulu xan Şamlu və Xorasanda olan digər əmirlərlə
döyüşəsi oldu və qələbə küləyi ona tərəf əsdi və o vaxt 15 yaşında olan I Şah
Abbası Şamlu əmirlərinin əlindən alıb Məşhədə yollandı
192
. Qardaşı İbrahim xan
Ustaclunu orada qoyub köçbəköç paytaxt Qəzvinə gəldi, sikkə və xütbələr həzrəti
25
əlanın xoşbəxt ləqəbləri ilə
–
Allah-taala onları ucaltsın!
–
bağlanıb bəzədildi və
bu həqirin «Əsəhh ət-təvarix»də yazdığı kimi, İraqı (İraqi-Əcəmi) digər qiyamçı və
itaətsizlərdən azad etdikdən sonra özbək Abdulla xanın Xorasana hücum xəbəri
yetişdi. Ətraf-əknafda olan əsgərləri toplayıb I Şah Abbasla birlikdə Xorasana
yollandı. Həddən artıq müstəqillik qazandığı üçün Keyvanın (Saturi) qulamlıq
etdiyi o şahın (Abbasın) əmri ilə Bistam çəmənliyində öldürüldü
193
və Məşhədin
idarəsi Ümmət xana tapşırıldı.
Bu tayfanın böyük əmirlərindən biri Həmədan valisi Həsən xandır.
Başqa birisi Mahmud Sultan Sufioğlunun oğlu Əlixan Sultandır.
Zülqədr tayfası
Bu tayfa Əlbistan və Mərəşdə yaşayır
194
və özlərinin müstəqil padşahları
olub; məsələn, Məlik Aslan, Nəsirəddin, Süleyman və Əlaüddövlə
195
.
Onların çoxu şanlı Səfəvi xanədanının müridləridir. I Şah İsmayılın
cülusunun əvvəllərində onların böyük əksəriyyəti aləmin pənahı olan dərgaha
gəldilər və Şirazın idarəsi onlara tapşırıldı. Şirazda hakimlik etmiş şəxslərin adları
belədir: Sultan Xəlil, Əli Sultan, Murad Sultan, Həmzə Sultan, Qazi xan, İbrahim
xan, Əli Sultan Tatioğlu, Şahvəli Sultan, Bərxurdar Sultan, Məhəmmədcan Sultan,